Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

197 
 
doğru  dartmaq  lazımdır.  Bintin  uclarından  yükün  asılması  zamanı  isə  mamanın 
xaricdə qalan əli tamamilə azad olur və bu əllə də eyni zamanda uşaqlığın mexaniki 
qıcıqlanmasını (xarici masaji) həyata keçirmək olar.   
Metrohemostatın  qoyulması  ilə  qanaxmanın  dayandırılma  (Роговин) 
üsulu.  Metrohemostatın  tətbiqi  uşaqlığın  qanaxan  səthinin  sıxılması  ilə  uşaqlıq 
qanaxmasının  dayandırılması  prinsipinə  əsaslanır.  Bunu  onurğanın  bel  hissəsi  ilə 
metrohemostatın kasaları arasında uşaqığın sıxılması ilə yerinə yetirirlər. 
Metrohemostatın  qoyulmasından  əvvəl  uşaqlığı  yuxarı  xəncərvari  çıxıntıya 
tərəf  elə  yerləşdirilər  ki,  uşaqlığın  daxili  dəliyi  promontorium  (на  уровне  мыса
səviyyəsində  olsun,  uşaqlığı  düz  orta  xəttlə  onurqanın  üstünə  yerləşdirir,  qarın 
divarının  üstündə  metrohemostatın  kasaları  düzülür.  Metrohemostatın  kəmərinin 
qarmaqları  Raxmanov  doğuş  çarpayısının  boylama  yerləşən  dəstəyinə  bərkidilir, 
eyni  zamanda  kəmərləri  hır  iki  tərəfdən  çarpayının  əl  tutulan  dəstəyinə  dartıb 
bağlayırlar. 
Metrohemostatı  qoymazdan  əvvəl  doğuş  yollarının  yumşaq  toxumalarının 
cırılmasını və buradan qüanaxmanını olmasını istisna etmək üçün güzgülər vasitrəsi 
ilə uşaqlıq yolunu və boynunumüayinə etmək lazımdır. Cırıqların tikilməsi zamanı 
uşaqlığın  tonusunun  saxlanılması  naminə  vaxtında  lazımi  tədbirlərin  görülməsi 
üçün  onun  vəziyyətinə  daim  müşahidə  etmək  mədsləhətdir.  Metrohemostatı 
qoyduqdan sonra zahı şox vaxt yuxulamağa başlayır, qadına bunu qadağan etmək 
lazım deyil, belə ki, aparatın yaratdığı təzyiq hemostazı etibarlı təmin edir. Qadının 
istirahəti uşaqlıq tonusunun bərpası üçün bütün tədbirlərdən daha yaxşıdır.  
Aparatın  qoyulması  çox  az  vaxt  aparır  və  mamaça  tərəfindən  də  yerrinə 
yetirilə bilər. Onun tətbiqinə əksgöstəriş yoxdur. 
Ağır  endometritlər,  qan  dövranının  II  və  III  dərəcəli  pozulmaları  ilə  ürək 
qüsurları,  psixiki  müvazinətsizlik,  oraqanizmin  reaktivliyinin  yüksəlməsi  zamanı 
metrohemostatın profilaktik məqsədi ilə tətbiqinə əks göstəriş var. 
Uşaqlığın  hipotoniyaları  zamanı  bu  üsul  effeklidir.  Uşaqlığın  atoniyaları 
zamanı  metrohemostatın  köməyi  ilə  heç  vaxt  qanaxmanın  tam  dayandırılmasına 
nail olmaq mümkün deyildir. Onu qeyd rtmək lazımdır ki, metrohemostatın tətbiqi 
aparat  qoyulduqdan  sonra  onun  yerinin  dəyişməsindən,  həmçinin  uşaqlığın  aşağı 
sürüşməsindən və qadında narahatçılığın əmələ gəlməsindən həmişə effettli olmur. 
Qanaxmanının  dayandırılmasının  mövcud  mexaniki  üsulları  içərisində 
metrohemostatın  qoyulması  üstünlük  verilsə  də,  lakin  bu  zaman  həmişə  tam 
hemostaz a nail olunmur. 
Uşaqlığın kombinasiyalı sıxılmasından ibarət bir neçə üsul da təklif edilmişdir
bu  zaman  mamanın  bir  əli  uşaqlıq  yoluna  yeridilir,  ikinci  əllə  uşaqlığı  qarnın  ön 
divarı üstündən sıxılır. 
Snegiryev üsulu. Metodun mahiyyəti ondan ibarətdir ki, uşaqlıq yolunun arxa 
tağınma  yeridilmiş  sağ  əlin  barmaqları  və  uşaqlığın  arxa  divarını  qarnın  ön 


198 
 
divarının  üstündən  xaricdən  tutmaqla  o  biri  əl  arasında  sıxmaqdan  ibarətdir.  Bu 
zaman uşaqlıq boynu yuxarı və önə itələnməklə və uşaqlığın cismini aşağı, qasığın 
(лона)  içəri  səthinə  basmaqla  hər    ikisi  birlikdə  sıxılır.  Uşaqlığın  dibi,  kəskin 
əyildikdə  (резком  перегибе)  isə  uşaqlıq  cisminin  arxa  səthi  qasıq  birləşməsinin 
daxili  səthinə  sıxılır.  Uşaqlığın  əyilməsi  (перегиб)  və  onun  sıxılması  qanaxmanı 
dayanmasına səbəb olur. Bu üsul əvvəlkilər kimi qısamüddətli effekt verə bilər.  
Sokolov  üsulu.  Sinegiryev  üsulundan  fərqli  olaraq,  bir  əli  uşaqlıq  yolunun 
arxa  tağına  deyil,  ön  tağa  yeridilir.  İkinci  əli  Sinegiryev  üsulunda  olduğu  kimi 
uşaqlığın arxa səthindən dib nahiyyəsinə yerləşdirirlər. 
Tsveyfel  üsulu  (метод  Цвейфеля).  Uşaqlıq  qanaxmasının  mexaniki 
dayandırılmasının yuxarıda təsvir edilmiş üsullarının Tsveyfel modifikasiyası təkliv 
edilmişdir. Bu zaman uşaqlıq yoluna daxil edilmiş sağ əllə uşaqlıq boynututulur, sol 
əlin  vəziyyəti  əvvəlki  üsullsrda  olduğu  kimidir.  Uşaqlıq  boynunu  tutub    onu 
sıxmaqla uşaqlığın reflektoru yığılmasını gücləndirmək olar. 
Uşaqlıq qanaxmasının mexaniki reflektoru dayandırılması üçün başqa rasional 
üsul da təklif edilmişdir. Bu üsulun tətbiqi zamanı xaricdəki sağ əllə uşaqlıq onun 
dubindən  tutularaq  sıxılır,  uşaqlıq  boşluğuna  salınmış  əllin  yumruğu  ilə  uşaqlıq 
boynundan  təzyiq  edilir.  Xaricdə  olan  sağ  əlin  yorulması  zamanı  assistentin 
köməkliyindən istifadə edilməlirir. 
Dyursen  (Дюрсен)  üsulu  ilə  uşaqlığın  tamponadası.  Uşaqlıq  yığılmasının 
pozulmaları zamanı qanaxmanın mexaniki dayandırılması üsullarından biri uşaqlıq 
boşluğunun xusisi hazırlanmış bintlə (12-14 sm enində tənziflə və ya yumşaq parça 
ilə)  tamponada  olunmasıdır.  Uşaqlığın  tamponadasını  əllə  və  ya  alətlə  (pinsentlə) 
həyata keçirirlər. 
Hər  şeydən  əvvəl  uşaqlıq  moynunun  ön  və  arxa  dodaqlarını  fiksasiya  edirlər 
və  maksimal  dərəcədə  önə  çəkirlər.  Uzun  anatomik  pinsetlə  və  ya  sıxıcı  ilə  bintin 
ucunu tutub uşaqlıq boşluğuna dibinə qədər yeridirlər. Tamponada baxmadan, (kop-
kopana  -  вслепую)  aparılır.  Bintlə  uşaqlığın  boşluğunu  divarlara  sıxılmaqla 
tamamilə boldurulmalıdır. Tamponadfanı düzgün aparmadıqda uşaqlıq boşluğunun 
bir hissəsi boş qalıraq, bu nahiyyəyə asanlıqla qan yığıla bilər, bu zaman yarımçıq 
tamponada vəziyyətinin yaranma təhlükəsi azalmış olur. 
Uşaqlığın tamponadasının mexanizmi cift yerində qanaxma verən acıq qalmış 
damarlatrın sıxılmasına və sonradan uşaqlıq divarında  trombların əmələ gəlməsinə 
(tampon  və  uşaqlıq  divarı  arasında)  əsaslanır.  Uşaqlığa  yeridilmiş  tampon  həm  də 
uşaqlıq  divarının  mexaniki  qıcıqlandırıcı  rolunu  oynayır  və  uşaqlıq  boşluğuna 
yeridilmiş yumruq kimi onun reflektoru yığılmasına səbəb olur. 
Yarım  əsrdən  çox  müddətdir  ki,  bu  günə  qədər  klinikalarda  atonik  və 
hipotonik  qanaxmaların  dayandırılması  üçün  bu  üsuldan  geniş  istifadə  edilir. 
Hərçənd ki, hal-hazırda ona yanaşmalarda ziddiyyətli münasibətlər bildirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə