Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

189 
 
edilmişdir.  Daha  gec  müddətdən  (2-3  aydan)  sonra  düz  kollaterallar  daha  aydın 
görsənir. 
Uşaqlıq  və  yumurtalıq  damarlarının  bağlanmasından  sonra  uşaaqlıq 
toxumalarında  morfoloji  və  fizioloji  dəyişikliklərin  öyrənilməsi  də  xeyli  maraq 
doğurur.  
Д.  Р.  Цицишвили,  Д.  Ю.  Мировича  (1972)  tərəfindən  aparılan  tədqiqatlar 
göstərir  ki,  yumurtalıqları  və  uşaqlığı  təchiz  edən  arteriyaların  bağlanmasından 
sonra bu orqanlarda meydana çıxan dəyişikliklər əsasən dönərliyə malikdir. Daxili 
cinsiyyət orqanlarının funksiyaları da həmçinin saxlanılır.  
 
Yumurtalıq və uşaqlıq damarlarının bağlanması bexnikası belədir: 
 
Ümumi anesteziya altında köndələn kəsiklə 12-13 sm uzunluqda qarın boşluğu 
açılır.  Güzgülərlə  yara  genişləndirilir  və  xəstəyə  Trendelenburq  vəziyyəti  verilir. 
Uşaqlıq  yara  sahəsinə  çıxarılır  (uşaqlığı  qarın  boşluğundan  çıxarmadan  da 
əməliiyatı davam etdirmək olar). Sol əli uşaqlığın altına salaraq, enli bağın səhifəsi 
uşaqlıq  arteriyasının  uşaqlığa  daxil  olan  yerdə  bir  az  önə  çəkilir.  Periton  qişası 
altında damar dəstəsi yaxşı görsənir; pulsasiya edən arteriyanı asanlıqla təyin etmək 
olur. Uşaqlığın daxili dəliyi səviyyəsindən bir az yuxarıda həmin arteriyanı tikişli 
sapla  bağlayırlar.  Liqaturanı  düzgün  qoyduqda  uşaqlıq  arteriyasının  distal 
hissəsində  pulsasiya  kəsilir.  Damarların  bağlanması  zamanı  onları  kəsmirlər  (без 
его  отсепаровки)  periton  səhifələrini  iynə  ilə  toxumaları  deşməklə  ayırırlar. 
Venaların arteriyalarla birlikdə bağlanması əməliyyatın nəticəsinə təsir etmir; ancaq 
yalnız  venanın  bağlanmsı  qanaxmanı  gücləndirir.  Yumurtalıq  arteriyası 
yumurtalığın  xüsusi  bağının  əsasında,  dibində  (у  основания)  bağlanılır.  Bu  bağın 
dibində damar dəstəsinin bağlanması yumurtalıqların qan cərəyanını pozmur ki, bu 
da  onların  sonrakı  fəaliyyətinin  saxlanması  üçün  vacibdir.  Yumurtalıq 
arteruyalarının boru şaxələrinin saxlanılması yumurtalıqların qan cərəyanını təmin 
edir. 
Uşaqlığın  əsas  damarlarının  bağlanmasından  somra  hər  iki  yumurtalıq 
arteriyalarının  xırda  boru  şaxələrinin,  xarici  toxum  (наружных  семенных
arteriyalarının  (girdə  bağlarda  terləşən)  hesabına,  həmçinin  qalça-uşaqlıq 
(крестцово-маточных)  bağlarının,  uşaqlıq  boynunun  uşaqlıq  yolu  hissəsinin  və 
uşaqlıq  yolunun  damarları,  uşaqlıqətrafı  və  sidik  kisəsi  önü  birləşdirici  toxuması 
(клетчатка) vasitəsi ilə kollateral qan dövranı tez inkişaf edir. 
Əsas damarların kəsilməsi nəticəsində uşaqlığın kəskin işemiyası onun tezliklə 
təzahürlü güclü yığılmasına səbəb olur (!. ?. ...). Uşaqlıq əvvəlcə göyümtül rəngdə 
və sonra da avazımış olur. 
Д.  Р.  Цицишвили  uşaqlığın  atonik  qanaxması  olan  4  qadında  damarların 
bağlanmasını icra etmişdi və hamısında da yaxşı nəticələr alınmışdı. Əməliyyatdan 


190 
 
sonrakı  dövrfəsadsız  keçmişdir.  Bu  qadınların  vəziyyətinin  sonrakı  müşahidələri 
göstərmişdir  ki,  onların  cinsi  funksiyaları  tam  bərpa  olunmuşdur.Menstrual 
funksiyaı  normal  olmuşdu,  onlardan  ikisində  müşahidə  döveünün  birinci  ilində 
hamiləlik  də  baş  vermişdir.  Buna  görə  də  belə  hesab  edilir  ki,  uşaqlığın  atonik 
qanaxmalarında bu metod effektiv və təhlükəsizdir. 
Bu  mütodla  əməliyyat  olunmuş  qadınların  doğuş  tarixinin  analizi  göstərir  ki, 
damarların  bağlanması  çox  qəsa  bir  müddət  ərzində  bağlanmışdır.  Bundan  başqa 
əməliyyat vaxtı a.  hypogastrica vasitəsi ilə arteriadaxili qan köçürülmüşdür. Həm 
də  Д.Р.Цицишвили-nin  o  fikiri  ilə  razəlaşmaq  lazımdır  ki,  arteriya  və  venaların 
bağlanması  qanaxmaya  səbəb  olmur;  venalarda  qalan  qan  uşaqlığın  yığılması 
zamanı  asanlıqla  onun  boşluğuna  axıb  gedir.  Buna  görə  də  bu  əməliyyat  zamanı 
qanın  ümumi  qan  dövranına  axıb  getməsinin  pozulmasi  ilə  əlaqədar  orqanda 
doluqanlılıq ola bilməz. 
Beləliklə,  uşaqlığın  əsas  damarlarının  bağlanması  nəinki  xəstənin  həyatını 
xilas  edir,  həm  də  qadının  cinsi  orqanların  funksiyasını  pozmur  və  generativ 
fəaliyyəatini  saxlamaq  mümkündür.  Bəzi  hallarda  məsələnin  (taktikanın 
seçilməsinin)  gec  həlli  ilə  əlaqədar  olaraq,  xüsusən  də  gənc  qadınlarda  uşaqlığın 
uşaqlıqyoluüstü  amputasiyası  əməliyyatının  icra  olunmasına  görə  qadının 
regenerativ qabiliyyətindən məhrum edilir. 
 
Uşaqlığın motor funksiyasinin bərpasi metodlari ilə  
qanaxmanin dayandirilmasi 
 
Müasir  mamalıqda  uşaqlıq  qanaxmalarının  dayandırılması  üçün  aşağıdakı 
metodlardan istifadə olunur: 
a)
 
Uşaqlığın  yığılma  qabiliyyətinin  bərpasına  yönəlmiş  tədbirlər 
(medikamentoz, kimyəvi, fiziki); 
b)
 
Mexanuiki (uşaqlığın massaji, uşaqlığın və iri damarların sıxılmsı); 
c)
 
Cərrahi  (damarların sıxılması  və bağlanması, uşaqlığın  uşaqlıqyoluüstü 
amputasiya və ekstirpasiyası); 
d)
 
Qanın pozulmuş laxtalanma qabiliyyətinin bərpası. 
Ən  çox  fizioloji  hesab  olunan  metod  uşaqlığın  yığılma  qabiliyyətinin  tez 
bərpasına  yönələn  metoddur;  qanaxmanın  dayanması  uşaqlıq  əzələsinin 
kontraksiyası  vı  retraksiyası  nəticəsində  baş  verir.  Adətən  atonik  və  hipotonik 
qanaxmalara qarşı tədbirlər də bununla başlayır. 
Uşaqlıq  qanaxmaları  zamanı  uşaqlığın  yığılma  qabiliyyətinin  bərpasına 
yönələn  metod  əsasən  orqanın  sinir0əzələ  aparatına  təsir  edən  metodlardır: 
medikamentoz  (pituitrin,  oksitossin,  prostaqlandin,  serotonin,  erqotoksin  və 
erqotamin  törəmələri,  preqnantol,  erqotin);  reflektoru  (Лосицкий  tikişi  və  uşaqlıq 
yolunun arxa tağına efir tamponunun qioyulması); mexaniki (qarnın ön divarından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə