Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

181 
 
çatmamazlığı  əlamətlərinin  meydana  çıxması  ilə  ölüm  gec  baş  verir  (tədbir 
görülmədikdə).  
Dövredən  qanın  həcminin  20%-dən  çoxunun  itirilməsi  kliniki  praktikada 
böyük  həcmli  və  ya  massiv  qanitirmə  hesab  edilir.  Aşağıdakı  göstəricilərə  əsasən 
qan itgisinin həcmi haqqında təxmini mühakimə yürütmək olar. 
Qanaxmanın digər əlamətləri ilə arterial təzyiqin 100 mm c. s. və nəbzin 100 
vurğu/dəq. həddində olması onu göstərir ki, xəstənin damar məcrasında qanın ilkin 
həcminin 70%-ə qədəri qalmışdır, yəni arterial təzyiqin başlanğıcda normal olması 
şəraitində qanitirmənin həcmi 30%-ə çatmamışdır. 
Arterial  təzyiqin  80-100  mm  c.s.  və  nəbzin  110  vurğu/dəq.  olması  qan  itgisi 
30%-dən çox olduğiunu görsədir. Belə hallarda dekompensasiyanın daha ağır fazası 
inkişaf edə bilər. 
Arterial təzyiqin 70 mm c.s.-dən aşağı olduğu, nəbz daha çox tezləşdiyi (140 
vurğu/dəq.)  və  pis  əlləndiyi  zaman  qan  itgisinin  50-60%  olduğu  təxmin  edilir. 
Təcili adekvat görülmədiyi hallarda ürəyin dayanması baş verə bilər. 
İtirilmiş  qanın  həcmindən  başqa  qan  dövranının  xarakteri  və  pozulmanın 
dərəcəsi  və  qazların  mübadiləsi  qanaxmanın  sürətindən  və  müddətindən 
əhəmiyyətli dərəcədə asılıdır. 
Orqanizmin ağır qanaxmaya qarşı reaksiyası üç fazaya ayrılır: 
1.
 
Kompensasiya fazası; 
2.
 
Dekompensasiya fazası; 
3.
 
Ürəyin dayanması ilə nəticələnən sonuncu bradikardiya fazası. 
Bitrinci  faza  –  kompensasiya  fazası.  Bu  fazanın  müddəti  qanaxmanın 
həcmindən  və  sürətindən  asılıdır.  Böyük  və  az  həcmli  qanaxmalar  zamanı 
qısamüddətli olur: belə ki, birinci halda, yəni böyuük həcmli qanaxmalarda bu faza 
tezliklə növbəti dekompensasiya fazasına keçir; ikinci halda – qanitirmə az olduqda 
dövredən  qanın  həcmi  bərpa  oluna  bilir  və  hemodinamika  normallaşır.  Əgər 
qanitirmə  500,0  ml-dən  çox  deyilsə,  onda  DQH-nin  azalmaası  hüceyrələrarası  və 
mayesinin  damar  məcrasına  keçməsi  sayəsində  (təbii  hemodilyusiya)  hüceyrə 
tezliklə  kompensasiya  olunur.  Lakin  orqanizmin  belə  kompensator  imkanları 
məhduddur. 
Onu  qeyd  etmək  lazımdır  ki,  hətta  normal  şəraitdə  belə  dövredən  qan  çox 
böyük  tutumda  olan  bütün  damar  məcrasını,  xüsusən  də  onun  kapillyar  hissəsini  
“doldurmağa” bəs etmir. Orqanizmdə dövredən qanın faktiki həcmi zamanı arterial 
təzyiqin  lazımi  yüksəklikdə saxlanılması  üçün  bədənin  müxtəlif  nahiyyələrində və 
orqanlarında  periferik  damar  məcrası  vazomotor  (hərəki-damar)  refleksləri  ilə 
tənzimlənir. 
Fəaliyyətdə  olan  orqanlarda  həmin  moment  vazodilatasiya  və  kapillyarların 
aşılması bura qanın qədərincə axıb gəlməsinə şərait yaradır; sakit vəziyyətdə olan 
orqanlarda  vazokonstriksiya  və  prekapilyar  sfinktorların  yığılması,    əksinə,  həmin 


182 
 
vaxtda  bu  orqanlara  qan  axınını  məhdudlaşdırır.    Vazomotor  mexanizmlərin 
razılaşdırılmış və məqsədyönlü belə “oyunları”, ürək fəaliyyəti və tənəffüs normada 
hərəki-damar,  tənəffüs,  digər  vegetativ  mərkəzləri  və  baş  beyin  qabığı  arasında 
qarşılıqlı reflektoru və humoral əlaqələri təmin edilir. 
Qanitirmə  zamanı  adətən  DSQH  və  damar  məcrasının  tutumu  arasında  daha 
dərin  uyğunsuzluq  müşahidə  edilir.  Orqanizmin  o  nahiyyələrində  və  orqanlarında 
damar  məcrasının  tutumu  azalır  ki,  həmin  orqan  və  toxumalarda  qan  cərəyanının 
azalması  yaxın  vaxtlarda  orqanizm  üçün  təhlükə  törətmir.  Belə  hallarda 
vazokonctriksiya kompensasiya fazasının patofizioloji əsasını təşkil edir. 
DQH  nə  qədər  çox  azalırsa,  damarların  bir  o  qədər  dərəcədə  də  spazmı  baş 
verir,  toxumaların  oksigenlə  təchizatı daha  çox  pisləşir.  Əgər kompensator spazm 
nəticəsində  damar  məcrasının  tutumu  və  DQH  arasında  tam  uyğunluq 
(соответствие) yaranırsa, onda sistolik arterial təzyiq ilkin vəziyyətdə qalacaq, ya 
da əhəmiyyətsiz dərəcədə enəcəkdir. Əks halda (çox miqdarda qan itgisindən və ya 
kompensator  mexanizmlərin  zəif  olmasından)  arterial  təzyiqin  enməsi  müşahidə 
ediləcəkdir.  
Qan  dövranının  mərkəzləşməsi  ilə  gedən  vazokonstriksiyanın  təzahürlük 
dəarəcəsinə nəinki qan itgisinin həcmi, həm də vegetativ sinir sisteminin reaktivliyi 
təsir  edir.  Vegetativ  sinir  sisteminin  reaktivliyinin  yüksək  olduğu  zaman  az 
miqdarda  (DQH-nin  təxminən  20%-bmiqdarında)  qan  itgisinə  qarşı  orqanizm 
arteriolaların, prekapillyar sfinktorların, venulalrın, eləcə də kiçik və orta venaların 
güclü spazmı ilə reaksiya verə bilər. Belə hallarda arterial təzyiqin yüksəlməsi ilə 
yanaşı  mərkəzi  venoz  təzyiqin  də  artması  müşahidə  edilir.  Qan  dövranının 
mərkəzləşməsi  zamanı  qan  cərəyanə  bir  sıra  orqanlarda  lazımi  qədər  saxlanılır, 
digərlərində,  xüsusən  də  periferiyada  xeyli  azalır.  Qan  cərəyanı  azalmış  orqan  və 
toxumalarda  hipoksiya  əlamətləri  meydana  çıxır,  oksidləşmə  reaksiyaları  pozulur, 
metabolik  asidoz  inkişaf  sdir.  Bu  zaman  xəstəyə  vaxtında  adekvat  tədbirlər 
görülmədikdə  metabolik  asidoz  digər  amillərlə  birgə  kompensator  mexanizmlərin 
qırılmasındə (за срыв) mühüm rola malikdirlər. 
Yeridoldurulmayan  qanitirmə  zamanı  kompensasiya  fazasında  vegetativ-
endokrin  sistemini  blokada  edən  və  ləngidən  preparatlar  əksgöstərişdir,  belə  ki, 
həmin kompensator mexanizmlərin üzülməsi nəticəsində bu faza tezliklə daha dərin 
– dekompensasiya fazasina keçə bilər.   
Periferik  damarların  spazmının  aradan  götürülməsinə  istiqamətlənən 
preparatlar  yalnız  qan  itgisinin  yerinin  doldurulması  ilə  eyni  vaxtda  ya  da  ondan 
sonra istifadə edilə bilər. 
Periferik  damar  spazmını  obyektiv  müayinə  kimi  pletizmoqrafiya  vasitısi  ilə 
müəyyən  etmək  olar.    Bud  və  bazu  arteriyalarında  təzyiqi  ölçüb  müqayisələr 
aparmaqla da periferik damar spazmının vəziyyətini qiymətlındirmək olar. Belə ki, 
Damarların  normal tonusu şəraitində bu arteriyalarda təzyiqlər fərqi çox az olur və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə