Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   2   3   4   5   6   7   8   9   ...   35

11
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
ar  tıq davam edən strateji varisliyi müşahidə edilməkdədir və 
bu mə na da müasir Rusiya Federasiyası həm Sovet İttifaqının, 
həm də Ru siya imperiyasının tam hüquqlu varisidir. Amma 
bu heç də  təəc cüb lü deyildir, çünki Rusiya kimi geniş miq-
yas lı dövlət üçün xa rici sabitliyin qorunub saxlanılması mən-
tiqi xarici siyasət xət tin də varisliyi bir zərurət kimi irəli sürür. 
Bu gün həmin xa ri ci siyasət xəttinin (eləcə  də xarici siyasət 
prio ri tetlərinin) dəyiş di ril məsi bəlkə də mümkündür, lakin bu 
də yişiklik yalnız qonşu öl kə lərin strateji maraqlarını  nəzərə 
alan təkamül yolu ilə həyata keçirilə bilər. 
İkincisi, tədqiqatımızın  ərazi sərhədləri barəsində da-
nı  şar  kən biz «Zaqafqaziya» terminini əvvəllər Rusiya im-
pe ri yasının tər kibinə daxil olmuş müasir Mərkəzi və  Cə-
nubi Qafqaz əra zi lə rinin  məcmusuna (E.R.İsmayılovun və 
V.Q.Pa pavanın  me to do lo giyasında), o cümlədən həm su-
ve ren  Azər baycan,  Ermənistan və Gürcüstan dövlətlərinin, 
həm də qismən tanınmış Abxaziya və  Cənubi Osetiya döv-
lət lərinin, özbaşına elan olunmuş «Dağ lıq Qarabağ Res pub-
li ka sı»nın, habelə 1919–1923-cü illərin  İs tiq lal  savaşı  nə-
ti cə sində yenidən Türkiyə Respublikasına bir 
ləş di ril miş 
Art vin  və Qars tarixi vilayətlərinin  ərazilərinə aid edə cəyik. 
Bu mənada «Zaqafqaziya» termini də regionşünaslıq kon tek-
stinə deyil, sırf politoloji kontekstə malikdir və biz bu ter mi-
ni müasir Mərkəzi və Cənubi Qafqaz ərazilərinin Azər bay  can 
və Gürcüstan politoloqları  tərəfi ndən qəbul edilmiş ümu mi 
anlamının sinonimi kimi işlədirik
1
. Odur ki, politoloji qiy mət-
lər üçün «Zaqafqaziya» terminindən, regionşünaslıq mə sə lə-
lə rini  nə zər dən keçirmək üçün müvafi q olaraq «Mərkəzi Qaf-
qaz» və «Cə nubi Qafqaz» terminlərindən istifadə edə cə yik.
1
 Bax: Исмаилов  Э.Р.,  Папава  В.Г.  Центральный  Кавказ:  исто-
рия, политика, экономика. Москва: Мысль, 2007.


12
Oleq Kuznetsov
«Slavyan» Avropasında Rusiyanın 
geosiyasi hegemonluq iddiaları
Mərkəzi və  Cənubi Qafqaz ərazilərindən ibarət olan 
Za  qaf  qa ziya  regionu  nəinki dünyanın bu hissəsində Ru si-
ya nın  geo si ya si  maraqları vektorunun transformasiya də-
yi şik lik lərinə  mə ruz  qal masının, həm də onun real xarici 
si ya sə tinin  məz mu nu nun  əməli surətdə  mərhələ-mərhələ  tə-
ka mü lə  uğ ra ma sı nın mümkünlüyünə  əyani nümunədir. Biz 
ma ra ğı olan oxu cu la rın diqqətini bu məsələlərə  cəlb et mək 
is tər dik.  Əslində, bu gün deyə bilərik ki, Rusiya Za qaf qa zi-
ya re gionunda öz prio ri tetlərinin qütblərini  dünya  si vi li za si-
ya sı nın və  dip lo mati ya sı nın tarixi baxımından sürətlə, lakin 
sı ra vi  insanın  nöq te yi-nə zə rindən ağır-ağır dəyişməyi başa 
çat dır maqdadır. Bu isə  Ru si yanın siyasi isteblişmentindən 
nəin ki  əsrlər boyu möv cud olmuş ideoloji stereotipləri ara-
dan qaldırmağı, həm də  on la rın  əvəzinə prinsipcə yeni si ya-
si-ideo loji  imperativləri müəy yən ləş dir məyi obyektiv su-
rət də  tələb etmişdir və indi də  tə ləb edir. Doğrudur, həmin 
im pe rativlərin açıqlanması  həm  Ru si ya  ictimaiyyətinin, həm 
də bütövlükdə dünya birliyinin bu na ha zır olmaması üzün-
dən qeyri-müəyyən vaxtadək təxirə salı nır. Ona görə də el mi 
nəzakət qaydalarını gözləyərək, biz Mər kə zi  və Cə nubi  Qaf-
qaz mə kanında Rusiyanın xarici siyasət  prio ri tet lə ri nin  məz-
mun tu tumunun yenidən dərk edilməsi prosesində bu cür «pa-
ra diq ma  dəyişikliyi»nin mövcudluğunu yalnız ehtimal edə 
bi lə rik. Öz nöqteyi-nəzərimizi  əsaslandırmaq üçün müəyyən 
fak  to  lo ji  və məntiqi dəlillər də gətirəcəyik 
Bütün Qafqaz, o cümlədən Zaqafqaziya regionuna Ru-
si ya nın siyasi və  hərbi-siyasi iddiaları XVIII əsrin sonuncu 
rü bün də ideoloji və hərbi-siyasi forma almışdır. İmperator II 


13
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
Ye ka te ri na nın tapşırığı ilə kansler, qraf A.A.Bezborodkonun 
işləyib ha zır la dığı «yunan layihəsi» deyilən layihə o vaxt 
Ru siya  im pe ri ya sının xarici siyasət hədəfl əri sistemində üs-
tün lük  təşkil et 
mə yə başlamışdı
2
. Geniş miqyaslı «yunan 
layi həsi»ndə onun praktik həyata keçirilməsinin  iki  is ti qa-
məti – hərbi-stra te ji  və ideoloji istiqamətləri nəzərdə tu-
tu lur du.  Məcmu hal da bu iki is ti qamət uzun onilliklər və 
hət ta  yüzilliklər  üçün  Ru si ya nın xarici si ya sə ti nin  «cənub 
is ti qa məti»nin vektorunu müəy yən ləş dir miş di.  Bu  si ya sət-
də Cə nubi Qafqaza birinci dərəcəli rol olmasa da, mühüm rol 
verilirdi. 
1783-cü ildə Krım yarımadasının və Krım xanlığının 
Şi  ma li  Qara  dəniz bölgəsindəki bütün qitə  ərazilərinin Ru-
si ya ya  bir ləşdirilməsinin tam başa çatdırılması  nəinki təbii 
hü dud lara – Qara dənizə və Dnestrə çıxış əldə edilməsi fak-
tı hesabına  im pe ri yanın cənub sərhədlərinin strateji təh lü kə-
sizliyini təmin et di, həm də II Yekaterinanın uzaq məq sədlə-
ri nin  həyata  ke çi ril mə sinin  başlanğıcını qoydu. O vaxt Rusiya 
imperatriçəsi nə nə idi, Aleksandr və Konstantin Pavloviçlər 
adlı iki nəvəsi var dı. Birinci nəvəsini o, oğlu, böyük knyaz 
Pavel Petroviçin sü la lə varisliyi hüququna məhəl qoymadan, 
Ru siya  taxtına ha zır la yır dı, ikinci nəvəsi üçün isə Yunanıstan 
kral taxtını  nəzərdə tut muş du, baxmayaraq ki, o dövrdə Yu-
na nıstan  ərazisi Osmanlı  im pe ri ya sının hakimiyyəti altında 
idi. Hətta Konstantin adı da ona təsadüfi  verilməmişdi – Pa-
leo loq lar  nəslindən olan sonuncu Bizans imperatorunun adı 
belə idi. Bu imperatorun qızı Moskva böyük knyazı III İvan 
Vasilyeviçin arvadı olmuşdu. Yeni do ğul muş körpəni (söh-
2
  Парсамов  В.С.  История  России: XVIII – начало XX в.  М.: 
Академия, 2007. Səh. 156.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə