Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

52 

Rusiya  kimi  bütün  qurama  dövlətlər  dağılmalı  idilər.  Türk 

elləri isə oyanıb ulusalca yaşamağa, özgürlüyə yönəldilər.  

Bu  baxışda  idealla  gerçək  birləşirdi.  Alman  dövlətinə 

bənzər Turan dövlətinin yaradılması ilə «Türk ulusunun ünü ən 

yüksəyə çatar, onun içindəki böyük güc açılaraq dünyaya yeni 

uyqar dəyərlər verərdi».  

Bu ideal türk ulüslarının yurddaşlarını sözsüz devrimçiləş-

dirirdi.  Ancaq  onlar  ayrı-ayrılıqda  qarşılarındakı  yağıların  çox 

böyük  güclərinin  qorxusundan  özgürlükdən,  bağımsızlıqdan 

söz  belə  açamazdılar.  Bununla  belə,  onların  kiçik  ellər  yox, 

ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun üyələri 

olmalarını  anlamaları  doğal  olaraq  umudlarını  artırıb,  yüzilin 

yağısı ilə dönmədən çatışmaya çağırırdı. 

Gerçəkdə  isə  türk  ulusunun  aydınları  bu  ideala  çatmağa 

çalışdıqca  öz  uluslarının  tarixləri,  sosial  özəlliklərilə  yanaşı 

ulusal  özgürlüyə  onlardan  qabaq  çatmış  ulusların  yolunu  da 

öyrənirdilər. Onlar bu öyrənmə ilə, eləcə də çağın etkilərindən, 

olaylarından  siyasətdə,  ideologiya  alanında  yavaş-yavaş, 

yuxarıda dediyimiz gerçək sonuclara çatdılar. 

Türkçülüyü  yaymağın  gerçək  dəyərini  daha  yaxşı 

anlamağınız üçün sizə bir türk paşasının bir türk əskərinə özü-

nün  müsəlman  yox,  türk  olduğunu  necə  çətinliklə  anlatdığını 

danışacağam. 

–  Sən  hansı  ulusdansan,  Mehmet?  –  paşa  yançısından 

sordu. 


– Allaha şükür, müsəlmanam! – Mehmet cavab verdi. 

–  Ancaq  islam  –  dindir,  mən  isə  səndən  hansı  ulusdan 

olduğunu soruram. 

– Mən müsəlmanam – əskər yenidən dedi. 

Paşa ona ulusun dinlə  yox, dillə bəlirləndiyini,  Mehmetin 



53 

dilinin türk dili, özünün də türk olduğunu anlatmağa başladı. 

Mehmetcik duruxdu. 

– Hə, Mehmetcik duruxma, sən də mənim kimi türksən. 

–  Allah  saxlasın,  bu  necə  ola  bilər,  mənim  paşam  türk 

olsun!... – Mehmetcik gözlərini bərəldərək dilləndi.  

20  il  qabaq  Rusiyanın  yetərincə  oxumuş  «müsəlmanları-

nın» çoxu belə gülünc, acı durumda idi. 

Ancaq  indi  «panturanizm»in  etkisilə  Sovet  Rusiyasındakı 

müsəlmanlar, eləcə də «Osmanlılar» özlərini türk adlandırırlar. 



 

 

 

 


54 

 



 

PANTURANĠZMĠN ĠKĠ AXINI 

 

Panturanizm  axını  böyüyüb  siyasi  düşüncənin  bəlli  siste-

minə  keçdikcə  onda  özəkçilərin  romantik,  federalistlərin 

gerçəkçi axını kimi iki yol göründü.  

Birinci  axının  alman  quramaçılarının  ulusal  baxışlarının 

bəlli  etkisində  olan  öncülləri  türk  uluslarının  qan  qohum-

luğunu,  dillərinin  elliklə  yaxınlığını,  eləcə  də  din  birliyini 

uyğun  siyasi  birləşdirmələrlə  bir  türk  dövlətinin  yaradılması 

üçün yetərli görürdülər.  

Romantiklərin  bu  savaşçı-qat  özəllikli,  daha  çox  tutucu-

avtoritar  toplumsal-siyasi  baxışı  demokratik  ovqatlı,  liberal 

düşüncəli aydınlar arasında geniş yayılamazdı. 

Gerçəkci  axın  isə  türkçülüyün  yüksək  idealları  ilə  çoşsa 

da,  ondakı  ulusal  özünüanlamanın  gerçəklərini  romantik  ar-

zulardan  daha  çox  dəyərləndirirdi.  Türk  uluslarının  ulusal 

kültür  çıxarlarının  ortaqlığını  anlayan  gerçəkçi  axın  onları 

ortaq  bir  dövlətdə  birləşdirməyin  olmayacağını  anlayırdı.  O, 

üncə  ayrı-ayrı  türk  ellərinin  bağımsız  dövlətlər  qurub 

özgürlüyə qovuşmasına çalışırdı. 

Yeri  gəlmişkən,  kəsin  bir  siyasi  proqrama  dönməyən  ilk 

axının  Azərbaycan  türkçülərini  özünə  çox  da  çəkmədiyini  de-

məliyik.  Orta  çağ  dərəbəyliyinin  dağıntıları  üzərində  gəlişən 

demokratik  quruluşlu  Azərbaycan  toplumuna  bütünlüklə  tərs 

bir axının uğur qazanmayacağı bütünlüklə aydın idi. 



55 

Doğrudan da  Azərbaycan siyasətçiləri, daha çox da  «Mü-

savat»ın  başçıları  gerçəkdən  uzaq,  ayağı  altında  yer  olmayan 

romantik 

panturanizmə 

qarşı  idilər.  Tərsinə,  onların 



düĢüncəsincə  Qafqaz  uluslarının  konfederasiyası  çağırıĢı 

Azərbaycanın, eləcə də bütün türk dünyasının gerçək istək-

lərinə daha uyğun idi. 

Azərbaycan  siyasətçilərinin  bu  baxışını  panturanizmin 

praktik  siyasətdə  gücsüz  bir  sıra  «ortodoksal»  yandaşları  ələş-

dirirdi. 

Buna  Zarevand  ağanın  da  kitabında  dediyi,  türk  curnalisti 

Əliheydər  Əmir  bəyin  «Vaxt»  qəzetində  «Müsavat»ın  siya-

sətinə qarşı çıxması, ona verdiyimiz cavab yaxşı örnəkdir. 

Biz  ona  Azərbaycanın  bağımsızlığı  çağırışının  Türkiyənin 

çıxarlarına,  türklərin  kültür  birliyinə  tərs  olmadığını,  Qafqaz 

Konfederasiyası  ideyasının  onun  düĢündüyü  kimi,  Tür-

kiyənin  yaxĢı  anladığımız  çıxarlarına  qarĢı  yönəlmədiyini 

anlatmalı olduq. 

Əliheydər  çağdaş  Türkiyədə  siyasətin  gedişini  azacıq  da 

etkiləyə bilməsələr də, romantikanın qorxuducu duyğularından 

keflənib,  dörd  yanlarındakı  bütünlüklə  başqa  şey  deyən  ger-

çəkləri  görmək  istəməyən,  ya  da  bacarmayan,  öz  duyğularına 

qapılmış  sayca  az,  qızğın  başlardan  biri  idi.  Mən  ona  ancaq 

Türkiyə  siyasətinin  çıxarlarına  qarşı  yağı  aktı  kimi  işıq-

landırdığı,  oxucularda  çoxlu  yanlış  duyğular  oyada  biləcək 

Qafqaz  Konfederasiyası  ideyasını  qorumaq  istəyilə  cavab 

vermişəm. 

Ayrı-ayırı  axınlardan  uzaq  olub  bu  çəkişməni  anlayan 

oxucular  dediklərimizi  doğrulamaya  bilməzlər.  Qarşıçıxan 

Qafqaz – Azərbaycan siyasətimizə görə bizi türk birliyinin ya-




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə