Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə10/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   6   7   8   9   10   11   12   13   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Elşad İSKƏNDƏROV,
 
Azərbaycan Respublikası Dini Qurumlarla  
İş üzrə Dövlət Komitəsinin sədri  
 
 


Azərbaycan və Əhli-beyt irsi 
 
 
10 
Elmi redaktordan 
 
Əhli-beyt irsi tarix boyunca İslam dünyasının mənəvi, 
elmi və ictimai həyatında aparıcı rol oynamışdır. Müsəlmanlar 
Həzrət  Peyğəmbərin  (s) 
“Sizə  biri  Allahın  kitabı,  digəri  Əhli-
beytim  olmaqla  iki  ağır  əmanət  qoyub  gedirəm”
  hədisini  əsas 
götürərək  Əhli-beytə  hörmət  göstərmiş  və  dini  dünya  görüşl-
ərində bu irsdən faydalanmışlar.  
Əhli-beyt  irsi  bütün  əsas  İslam  elmlərinin  inkişafında 
mühüm  rol  oynamışdır.  Kəlam,  fiqh,  təfsir  və  təsəvvüf  başda 
olmaqla  müxtəlif  sahələrin  alimləri  öz  elmi  fəaliyyətlərində 
başda Həzrət Əli (ə) olmaqla Əhli-beyt imamlarının dərin elm 
xəzinəsinə  müraciət  etmişlər.  Bu  təkcə  dini  elmlərə  deyil,  dil-
ədəbiyyat, kimya və fəlsəfəyə də aiddir. Məsələn, ərəb nəhvinin 
əsasını  qoyan  Əbül-Əsvəd  əd-Düəli  (ö.  69/688)  Həzrət  Əlinin 
(ə)  əshabından  olmuş  və  birbaşa  özü  nəhvlə  əlaqəli  bilikləri 
ondan  kəsb  etdiyini  söyləmişdir.  Orta  əsrlərdə  kimya  elminin 
ən  məşhur  alimlərindən  olan  Cabir  ibn  Həyyan  isə  İmam 
Cəfəri-Sadiqin (ə) tələbəsi olmuş və malik olduğu bütün bilik-
ləri  “hikmətin  mənbəyi”  kimi  səciyyələndirdiyi  bu  Əhli-beyt 
imamından aldığını qeyd etmişdir. Əhli-beyt imamlarının Alla-
hın  varlığına  inanmayan  dəhrilərlə  və  İslamın  haqq  dini  oldu-
ğunu qəbul etməyənlərlə fəlsəfi xarakterli polemikaları onların 
düşüncə  sahəsində  nə  qədər  dərin  biliklərə  malik  olduğunu 
göstərir. 
Əhli-beytin  qeyd  olunan  yüksək  dəyəri  səbəbilə  məz-
həbindən asılı olmayaraq bütün alimlər Həzrət Peyğəmbərin (s) 
bu  əmanətinə  böyük  hörmət  və  sevgi  bəsləmişdir.  İmam  Şa-



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə