Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə8/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   4   5   6   7   8   9   10   11   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

 
mart
 
1999-cu
 
ildə  Qurban  bayramında  Bibiheybət 
məscidindəki  çıxışı  onun  İslami  dəyərlərə  və  Əhli-beyt  irsinə 
verdiyi  əhəmiyyətin  bariz  nümunəsidir.  Ulu  Öndər  qeyd  olunan 
çıxışının bir bölümündə bu irsə olan ehtiramını belə ifadə etmişdi: 
“Bu  gün  biz  Qurban  bayramı  münasibətilə  İslam  aləminin 
müqəddəs  yeri  Bibiheybət  pirinə,  Həzrət  Hökumənin  qəbri  olan 
yerə toplaşmışıq. Hamımızı sevindirən odur ki, keçmişdə, bir neçə 
il  öncə  burada  olan  xarabazarlıq  ləğv  edilibdir,  1934-cü  ildə 
nadanlar  tərəfindən  dağıdılmış  Bibiheybət  məscidinin  yerində 
yeni, ondan da gözəl, yaraşıqlı, əzəmətli məscid tikilib və bu gün 
biz  bu  məsciddəyik.  Bu,  bizim  tariximizə,  dinimizə,  imanımıza, 
milli-mənəvi  ənənələrimizə  sədaqətin  rəmzidir.  Biz  heç  vaxt  öz 
dinimizi,  tariximizi,  milli-mənəvi  dəyərlərimizi  unutmamalıyıq. 
Onları  yaşatmaq,  onlardan  bəhrələnmək,  ruhlanmaq  həyatımızın 
əsas istiqaməti,  gələcək işlərimizin zəmanətidir”. 
Ulu Öndərin İslami dəyərlərə və bu dəyərlərin ayrılmaz bir 
hissəsi  olan  Əhli-beyt  irsinə  göstərdiyi  qayğı  onun  layiqli  varisi 
Prezident İlham Əliyev cənabları tərəfindən də davam etdirilir. Belə 
ki,  Azərbaycan  Respublikasının  Prezidentinin  Sərəncamı  ilə  Əhli-
beyt  yadigarı  olan  Gəncədəki  İmamzadə  kompleksinin  dövlət 
vəsaiti hesabına əsaslı təmiri və yenidənbərpası başa çatmaq üzrə-
dir.  Ümumiyyətlə,  dövlət  müstəqilliyimizi  yenidən  əldə  etdiyimiz 
dövrdə  cəmi  17  məscidimiz  fəaliyyət  göstərdiyi  halda  hazırda  iki 
mindən  çox  məscidimiz  xalqın  ixtiyarındadır.  Dini  ibadətgahların 
bir  çoxu  dövlət  tərəfindən  inşa  və  təmir  olunur.  Təkcə  son  10  il 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə