Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə6/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   2   3   4   5   6   7   8   9   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 

Əhli-beytin  dinimizdəki  əhəmiyyəti  İslam  tarixinin  axışını  müəy-
yənləşdirəcək qədər böyük olmuşdur.  
Tarixən  Əhli-beytə  və bu  irsə qarşı öz  həssas mövqeyi ilə 
seçilən  ölkələrdən  biri  də  vətənimiz  Azərbaycan  olmuşdur.  Azər-
baycandakı Əhli-beyt sevgisi dərin tarixi qatlara malikdir. Bu sevgi-
nin nümunələri İslamın ölkəmizdə yayıldığı ilk əsrlərə qədər gedib 
çıxır. Əməvilərin zülmündən qaçan İmam Məhəmməd Baqirin (ə) 
oğlu  İbrahim, eləcə də  İmam  Museyi-Kazımın  (ə)  qızları  Həkimə 
xanım və Rəhimə xanımın məhz Azərbaycana sığınması Peyğəm-
bər (s) əmanətinə xalqımızın göstərdiyi ehtiramın təzahürüdür.  
Əhli-beyt  məhəbbəti  və  ənənəsi  Azərbaycanın  ictimai  və 
mədəni  həyatının  bütün  qatlarına  hopmuşdur.  Azərbaycan 
ədəbiyyatının  dühaları  olan  Əfzələddin  Xaqani,  Nizami  Gəncəvi, 
İmadəddin  Nəsimi,  Məhəmməd  Füzuli,  Şah  İsmayıl  Xətai,  Molla 
Pənah Vaqif, Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mirzə Ələkbər 
Sabir, Mir Həmzə Nigari, Seyid Kəlağa Baba, Aşıq Qurbani, Aşıq 
Alı, Aşıq Ələsgər, Aşıq Hacı Xəlil, Aşıq Mutaza Əli, Aşıq Cuma və 
başqa  bir  çox  ədibimizin  öz  yaradıcılıqlarında  Əhli-beyt  məhəb-
bətini tərənnüm etmələri bunun ən önəmli təzahürüdür.  
Əhli-beyt  eyni  zamanda,  Azərbaycanda  müxtəlif  İslam 
məzhəblərini  birləşdirən  bir  faktor  olmuşdur.  İstər  şiəlikdə,  istərsə 
də  sünni-təsəvvüf  ənənəsində  Əhli-beyt  irsinin  müəyyənedici  bir 
ünsür kimi təzahür etməsi başqa İslam ölkələrində yaşanan məzhəb 
ayrı-seçkiliyinin Azərbaycanda mövcud olmamasını təmin edən ən 
başlıca amillərdən biri  olmuşdur.  Heydər  Əliyev  Fondunun təşəb-
büsü ilə YUNESKO tərəfindən elan edilən 2013-cü il “Seyid Yəh-
ya Bakuvi ili” çərçivəsində bu il 550 illiyini qeyd etdiyimiz Seyid 
Yəhya Bakuvinin yaradıcılığı bunun ən bariz nümunəsidir. Öz yara-
dıcılığında Əhli-beyt məhəbbətini və irsini təbliğ edən Seyid Yəh-
yanın  irsi  məzhəblərüstü  bir  xarakterə  malikdir.  Eləcə  də,  nəqşi-
bəndilik  yolunun önəmli mürşüdlərindən olan Seyid Həmzə Niga-
rinin  də  məhz  Əhli-beyt  irsinə  istinad  edərək  məzhəbçiliyə  qarşı 
mübarizə  aparması  Əhli-beyt  ənənəsinin  birləşdirici  xarakterinin 
bariz  nümunəsidir. “Allahı,  Məhəmmədi,  Alı sevən dostdanız. Nə 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə