5
GİRİŞ
1920-ci il 27 aprel işğalından sonra Azərbaycan Demokratik
Respublikasının qurucuları, ictimai-siyasi xadimlər, görkəmli
ziyalılar mühacirətə getmək məcburiyyəti qarşısında qaldılar.
Azərbaycanda qalan milli qüvvələr 20 il, mühacirətdəkilər isə
fasiləsiz olaraq 70 il Sovet imperiyasına qarşı mübarizə apardılar.
Nəhayət, uzun illər bir-birinə zidd mövqedə dayanan
tərəflərdən hansının haqlı olması ilə bağlı zaman öz hökmünü
verdi: 1991-ci il oktyabrın 18-də Azərbaycan Parlamentinin xal-
qımızın iradəsinin ifadəsi kimi qəbul etdiyi “Azərbaycan Respub-
likasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” ilə,
mərkəzində Azərbaycanın müstəqilliyi məsələsinin dayandığı
əsrin ən böyük mübahisəsində tarixi həqiqət öz yerini tapdı. Kom-
munist Partiyası 70 il ərzində idarə etdiyi Azərbaycanın qeyri-
müstəqil olduğunu hüquqi cəhətdən təsbit etdikdən sonra
hakimiyyətdən uzaqlaşdırıldı.
Konstitusiya aktında deyilirdi: “1920-ci il 27-28 apreldə
RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq
müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azər-
baycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini
işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla de-
virdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qa-
zandığı müstəqilliyə son qoydu” [24, 10.11.1991].
Milli müstəqilliyin gerçəkləşməsi öz növbəsində başlıca
ideoloji-siyasi, mənəvi-psixoloji dəyərlərə, eləcə də elmin huma-
nitar sahələrinə yeni bucaqdan baxışı zərurətə çevirdi və bunun
7
- XIX əsrin əvvəllərində rus işğalları ilə başlanan istiqlalçı
mühacirətin meydana gəlmə tarixini və səbəblərini
öyrənmək;
- 27 aprel işğalından sonra başlanan yeni mərhələnin mahiy-
yətini, əsas xüsusiyyətini hərtərəfli öyrənmək, müqayisəli təhlillər
aparmaq üçün mühacirətin tarixi köklərini araşdırmaq;
- 1920-ci ildən II Dünya müharibəsinə qədər ara verməyən
mühacir axınlarını yaradan əsas səbəbləri və motivləri müəyyən-
ləşdirmək, bu məqsədlə sovet hakimiyyətinə qarşı baş qaldıran
silahlı üsyanları, kəndli iğtişaşlarını, onların qan içərisində
boğulmasını, gizli fəaliyyətə məcbur olan siyasi təşkilatlara, ayrı-
ayrı adamlara qarşı tətbiq edilən kütləvi terror və repressiyaları,
eləcə də uğursuz iqtisadi siyasətin (“hərbi kommunizm”, “NEP”.
“kollektivləşdirmə”) doğurduğu
məhrumiyyətləri təhlil etmək;
- mühacir axınlarının əsas istiqamətlərini, ayrı-ayrı ölkələrdə
məskunlaşan soydaşlarımızın 1923-cü il ilk təşkilatlar yaranana
qədərki fəaliyyətini, nəhayət mükəmməl mühacir təşkilatlarının
və mətbuat orqanlarının yaranmasını öyrənmək;
- mühacirət tarixinin daha dərin qatlarına bələd olmaq üçün
mühacirlər arasında baş verən ixtilafların səbəblərini, motivlərini
aydınlaşdırmaq;
- beynəlxalq antisovet mühacir təşkilatlarının, birliklərin və
mətbuat orqanlarının yaradılmasında Azərbaycan siyasi müha-
cirətinin yerini göstərmək,
önəmini dəyərləndirmək;
- ikinci dünya müharibəsi illərində əsir düşən və yaxud
könüllü olaraq almanların tərəfinə keçən azərbaycanlıların üzləş-
dikləri çətinlikləri yoluna qoymaq üçün mühacirlərin apardığı
mübarizəyə aydınlıq gətirmək; müharibədən sonra vətənə
dönməkdən imtina etməklə yeni mühacirət dalğası yaradan yeni
hərbi əsirlərin müəyyən hissəsinin siyasi fəaliyyətə başlamasını,
yaradılan yeni təşkilatları, “əski” və “yeni“ mühacirlər arasında
müəyyən anlaşma çətinliklərini
tədqiq etmək;
- mühacir liderlərinin əksəriyyətinin vəfatından sonra siyasi
fəaliyyətin nisbətən məhdudlaşdığı və zəiflədiyi 1960-80-ci