“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

 
 
26 
     Türkiyə tədqiqatçısı İbrahim Qarayer “Türk Ocağı”nın gör-
düyü işlərin əhəmiyyəti barədə yazır: “Türk ocaqları (Türkiyənin 
ayrı-ayrı bölgələrində dərnəyin şöbələri yarandıqdan sonra o Türk 
ocaqları  adlanmağa  başladı.  X.İ.)  özəlliklə  Türkçülük  və 
çağdaşlaşma fikirlərinin yayıçısı olaraq, milliyyətçilik fikirlərinin 
mənimsənilməsinə  önçüllük  etmiş,  həm  də  milli  dövlətə  keçiş 
mücadiləsinin bayraqdarlığını yapmış, həm də bu gedişdən sonra 
çağdaşlaşma və Batıya yönəliş çabarlarının ürünü (məhsul – X.İ.) 
olan inqilabları dəstəkləmişdir” [229a. s.7]. 
     “Türk Yurdu”nun dərc etdiyi eyni adlı orqan 1912-ci ildən 
sonra  “Türk  Ocağı”nın  orqanı  oldu.  Bu  günə  qədər  fəaliyyətdə 
olan (M. Ə. Rəsulzadənin “İran Türkləri”  əsəri ilk dəfə 1912-ci 
ildə  bu məcmuədə nəşr  olunub) və  Türkiyədən kənarda  yaşayan 
xalqların  həyatına  aid  yazılar  dərc  etməyi,  dövlətin  daxili  siya-
sətinə qarışmadan türkçülük şüurunu gücləndirməyi öz qarşısına 
əsas məqsəd qoyan bu məcmuə, “türk gəncliyi tərəfindən həmişə 
sevilmiş,  çox  uzun,  həm  də  şərəfli  bir  nəşr  həyatı  yaşamışdı” 
[195b. s.194]. 
     “Türk  Ocaqları”nın  rəsmi  fəaliyyətinin  1931-ci  ildə 
dayandırılmasına  baxmayaraq  Atatürk  onun  fəaliyyətini  həmişə 
yüksək qiymətləndirmişdi. Konya, Adana, Uşak, Afyonqarahisar 
və b. bölgələrdəki “Türk Ocaqları” şöbələrini ziyarət edən Mus-
tafa Kamal Paşanın gəldiyi qənaət bu idi: “Son səyahətim əsna-
sında ziyarət etdiyim ocaqlarda məni çox məmnun edən bir fəaliy-
yətə,  bir  canlılığa  təsadüf  etdim.  Indi  burada  gördüyüm  kimi 
millətin  bir  çox  münəvvərləri  “Türk  Ocaqları”nda  toplaşmışlar” 
[345, s.11]. 
     Türk  dünyasının  möhtac  olduğu  Türkçülük,  Turancılıq, 
millətçilik məfkurəsini yayan belə cəmiyyətlərin qurulması müha-
cirlərimizi  ölkə  miqyasında  və  onun  hüdudlarından  kənarda 
məşhurlaşdırır,  eyni  zamanda  Türkiyə  ictimaiyyətində  Azərbay-
canla bağlı təəssüratları dolğunlaşdırırdı. Təsadüfi deyil ki, 1912-
ci  ildə  Ə.  Ağayev  eyni  vaxtda  həm  Türkiyədə  o  dövrün  hakim 


 
 
27 
partiyası  “İttihad  və  tərəqqi”nin  MK-na,  həm  də  Afyonqara-
hisardan Osmanlı Məclisinə üzv seçilmişdi. 
     M.  Ə.  Rəsulzadə  də  1908-ci  ildə  təqiblərdən  yayınaraq 
İranın  Rəşt  şəhərinə  getmiş  və  orada  mücahidlərə  qoşularaq 
Tehrana keçmişdi. İranda başlayan Məşrutə hərəkatının fəal işti-
rakçısı olan M. Ə. Rəsulzadə az vaxt ərzində istedadı ilə diqqəti 
cəlb etdiyindən, ona yeni yaradılan Demokrat Partiyasının məram-
naməsini hazırlamaq və partiyanın orqanı “İran-e-Nou” qəzetinə 
baş  redaktorluq  etmək  təklif  olundu.  İranın  əsrin  əvvəllərindəki 
görkəmli siyasi xadimlərindən olan Seyid Həsən Tağızadə M. Ə. 
Rəsulzadənin  ilk  mühacirlik  fəaliyyəti  barədə  yazırdı:  “İran 
inqilabının  başlanğıcında  Bakıdakı  iranlı  azadixahlarla  əlaqə 
saxladı və İranın kiçik istibdadı dövründə (1908) Rəştə səfər etdi, 
Tehran Fəth olunandan sonra həmin ilin ortalarında Tehrana gəldi 
və  tezliklə  onun  fövqəladə  yazıçılıq  istedadı  özünü  göstərdi  və 
məşhur  “İran-e-Nou”  qəzetinin  baş  redaktoru  oldu  ki,  bu  qəzet 
məşrutənin  ikinci  dövrünün  və  ikinci  məçlisinin  ən  məşhur 
qəzetlərindən birinə çevrildi. Avropa qəzetçiliyini İranda yaratdı” 
[176, 14-20.05. 1991]. S. H. Tağızadə daha sonra yazır ki, M. Ə. 
Rəsulzadə Demokrat Partiyasının liderlərindən biri idi. Və partiya 
Rusiya təcavüzünə qarşı kəskin mövqe tutduğuna görə rus səfirliyi 
M.  Ə.  Rəsulzadəni  geri  almaq  tələbi  ilə  İrana  müraciət  etmişdi. 
Buna  görə  də  İranın  o  vaxtkı  Baş  naziri  Məhəmməd  Vəlixan 
Sepəhsalar ona İranı tərk etmək əmri verdi. 
     İranı tərk etdikdən sonra M. Ə. Rəsulzadə İstanbula gələ-
rək,  burada  köhnə  mübarizə  və  partiya  dostu  S.  H.  Tağızadə  ilə 
görüşdü.  Türkiyə  mühacirəti  dövründə  farsca  dərs  verməklə 
yanaşı  M.  Ə.  Rəsulzadə  mətbuatda  maraqlı  məqalələrlə  çıxış 
etmişdi. 
     Lakin  o  Türkiyədə  çox  qalmadı.  Çar  hökumətinin  Roma-
novlar  sülaləsinin  300  illiyi  münasibətilə  1913-cü  ildə  siyasi 
mühacirlər üçün elan etdiyi əhv-ümumidən sonra Bakıya qayıtdı 


 
 
28 
[157, N-3 (7), 1995]. Müsavat partiyasının Türkiyədə ikən qurul-
duğu xəbərini eşidən M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra 
onun rəhbərliyinə gətirildi. 
     Mühacirətdə azərbaycanlılar təkcə Rusiya türkləri ilə deyil, 
Qafqaz  millətləri  ilə  də  iş  birliyi  qurmuşdu.  1915-ci  ildə  Şimali 
Qafqaz, Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə, “Qafqaz 
Komitəsi”  adlı  bir  təşkilat  yaratdılar.  1915-ci  ilin  dekabrında 
“Qafqaz Komitəsi”nin İsa Paşa, Əziz Məkər və Fuad Paşa (Şimali 
Qafqaz), Səlim bəy Behbudov (Azərbaycan), knyaz Maçabeli və 
Kamil  bəy  Toqiridzedən  (Gürcüstan)  ibarət  bir  heyəti  Avropa 
dövlətlərinə memorandum təqdim etmək üçün Berlin və Vyanaya 
getmişdi.  Bu  sənəddə  mərkəzi  dövlətlərdən  “Qafqazın  xilas 
edilməsi və dörd dövlətdən (ermənilər də unudulmamışdı – X. İ.) 
ibarət  bir  konfederasiya  halında  qurulması  üçün  “Qafqaz 
Komitəsi”nə  kömək  göstərilməsi  xahiş  olunurdu”  [145,  s.172-
173]. 
     Sədri  Şimali  Qafqaz  mühaciri  Marşal  Fuad  Paşa  olan 
“Qafqaz Komitəsi” Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan 
ayrıldıqdan  sonra  onun  konfederativ  bir  siyasi  qurum  kimi 
formalaşacağının nəzəri əsaslarını hazırlayırdı. Avropada ictimai 
rəy  formalaşdırmaq  üçün  komitə  üzvləri  bu  istiqamətdə  güclü 
təbliğat aparırdı: əsərlər, müxtəlif mətbuat orqanlarında məqalələr 
dərc  edilir,  dövlətlərə  rəsmi  müraciətnamələr  imzalanır, 
mühazirələr oxunurdu. 
     Rəsmən  komitənin  üzvü  olmayan  Ə.  Ağaoğlu  və  Ə. 
Huseynzadə də Ι Dünya müharibəsi ərəfəsində neytral İsveçrədə 
məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması məsələsi ilə 
bağlı  “Avropa  dövlətlərinə  muhtıralar  (dipnot  –  X.  İ.)  verib 
Qafqaz türklərinin həqiqi vəziyyətini təsvirə çalışırdılar” [39, N-
28, 1937]. 
     Komitənin  Qafqazla  gizli  əlaqəsi  var  idi.  Alman  tədqi-
qatçısı prof. Dr. C. Yeşke yazır ki, azərbaycanlı Səlim Behbud bəy 
(Behbudov) Bakı və Qarabağ milli təşkilatları ilə gizli münasibət 
təsisinə  müvəffəq  olur  və  müəyyən  siyasi  vəzifələr  üçün  sualtı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə