Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

onlarla  nöqteyi-nəzəri  aşkara  çıxardı.  Problemə  yerli  hakimiyyətin,  polisin  kütləvi 
informasiya vasitələrinin (KİV), məktəblərin, gənclərin, silah mağazalarının və s. müxtəlif 
münasibəti qeyd olundu.  
Cinayətkarlığın  artmasının  əsas  səbəblərindən  biri  kimi  irqi  məsələ  və  onunla  bağlı 
işsizlik göstərilirdi. Irqi və milli azlıqların nümayəndələri bildirirdilər ki, silah daşımalarına 
səbəb  onlara  ediləcək  hücumlardan  qorxmalarıdır.  Məktəblər  tərbiyə  işinin  aşağı 
səviyyəsinə  görə  tənqid  olunurdular.  Məktəblərin  özləri  isə  hesab  edirdilər  ki,  bıçaq 
daşımaq çox dəbdəbəlidir, həm də adamı hörmətli edir. Uşaqlardan bıçaqları müsadilə edən 
müəllimlərlə çıxartdıqları ―oyun‖ şagirdlərə xüsusi ləzzət verirdi. 
 
Polis  şübhəli  şəxsin  saxlanması  və  axtarışa  məruz  qalması  üçün  bir  əsas  olan 
―məntiqli şübhəliliyin‖ tələblərini əməli olaraq azaltmağı, soyuq silah satışına isə qadağan 
qoymağı  təklif  edirdi.  Uşaq  mağazalarında  oyuncaq  silahların  satışını  məhdudlaşdırmağı 
təklif edənlər də var idi. Problemə KİV-in birmənalı olmayan münasibəti də vurğulanırdı: 
xəbərlər çox gəlirli material hesab olunur. 
Bu  mürəkkəb  vəziyyətdə  yerli  polis  idarəsi  cinayətkarlığın  qarşısını  alan  və 
ictimaiyyətin geniş dairələrinə əsaslanan bir sistem yaratmağı təklif edir. Təklif olunurdu ki
yaşayış  yerlərinə, məktəblərə və gənclərin olduğu müəssisələrə çox yaxın  yerlərdə ictimai 
əsaslarda çalışan agentlər şəbəkəsi yaradılsın. Cinayətlərin qarşısının alınmasını profilaktik 
tədbirlərin keçirilməsi, polisin vaxtında informasiya alması vasitəsilə təmin olunmalı idi. 
Polis departamentlərindən biri ekspertlər qrupuna sifarişçi qismində təklif etdi ki, uyğun 
sosial  sistemin  layihəsini  işləyib  hazırlasınlar.  Indi  baxaq  görək  Ulrixin  12  sualdan  ibarət 
anketindən bu halda necə istifadə ediblər. 
Ilk üç sual sifarişçiyə aiddir: 
1.
 
Layihənin əsil sifarişçisi kimdir? 
Bu  halda  sifarişçi  şəhər  polisidir,  onun  əsas  məqsədi  isə  öz  ərazisində  qayda-qanunu 
təmin etməkdir. Bu zaman rayonun bütün əhalisi xeyir tapmış olur. Hətta cinayətkarlar da 
bundan  faydalanmış  olurlar,  belə  ki,  daha  az  cinayətlər  törətməklə,  onların  həbs  olunma 
ehtimalları da azalmış olur. 
2.
 
Layihənin əsil məqsədi nədir? 
Sual rəsmi məqsədlərə aid idi, amma ikinci sual aşkar olmayan məqsədləri – hansıların 
reallaşdırılması çox vaxt gözlənilməz nəticələr verir  – üzə çıxardır. Polis ümid edir ki, bu 
yolla  ictimaiyyətin  cinayətkarlıqla  mübarizəyə  aktiv  qoşulması  yerli  hakimiyyətə  qarşı 
təzyiqi gücləndirər və onları daha sərt qanunlar qəbul etməyə məcbur edər. 
 
Silah  gəzdirənlər  də  hesab  edirlər  ki,  layihənin  digər  məqsədləri  də  vardır:  a) 
özünümüdafiə  hüququnun  məhdudlaşdırılması;  b)  cəmiyyətin  sinfi  strukturunun 
dəstəklənməsi. 
3.
 
İslahatların nəticələri necə qiymətləndirilir? Müvəffəqiyyət necə dəyərləndirilir? 
Ənənəvi dəyərləndirmə üsulları – rəsmi statistikanın məlumatları – bu halda çox təhrif 
olunmuş mənzərəni yaradırlar. Polis çox vaxt cinayət işini açmır, ağır nəticələri olmayan bir 
çox hallardan isə sadəcə olaraq çox vaxt bixəbər olur. Bu layihədə iki indikator əlavə etmək 
təklif  olunurdu:  qabağı  alınmış  cinayətlərin  sayı  və  əhalinin  cinayətkarlığın  səviyyəsinin 
dinamikasından razı qalması. 
Növbəti üç sual qərarları qəbul edən şəxslərə (QQŞ) aiddir: 
4.
 
QQŞ kimdir? Kim müvəffəqiyyətin dəyərləndirilməsini dəyişə bilər? 
Aydındır ki, bizim halda QQŞ yerli hakimiyyət  və polis hesab olunur. Amma KİV-də 
vacib  rol  oynayırlar,  çünki  əhalinin  kriminal  situasiyanı  və  polisin  fəaliyyətini  başa 
düşməsinə təsir göstərirlər. 
5.
 
Layihənin  müvəffəqiyyətlə  hazırlanmasının  və  reallaşdırmasının  hansı  şərtlərinə 
QQŞ real olaraq nəzarət edirlər? 
6.
 
Hansı şərtlərə QQŞ tərəfindən nəzarət olunmur? QQŞ üçün xarici mühit nədir? 
Bu halda söhbət sistemin sərhədlərinin analizindən gedir. 


7.
 
9-cu suallar layihəçilərin özlərinə aiddir. 
8.
 
Əslində proyekti həqiqətən işləyib hazırlayan kimdir? 
Layihənin  işlənib  hazırlanmasına  dəvət  olunmuş  ekspertlər,  kilsə  və  məktəb 
nümayəndələri iştirak edirlər, amma əsas rolu polisin nümayəndələri oynayırlar. 
9.
 
Ekspertlər  qrupuna  kim  dəvət  olunmuşdur?  Ekspertizanın  səviyyəsi  necədir?  Bu 
ekspert əslində hansı rolu oynayır? Ekspertlər tərəfindən istifadə olunan modellər nə 
qədər əsaslandırılmışdır? 
10.
 
 Proyektin  reallaşdırılmasının  müvəffəqiyyətinin  təminatları  hansı  durumdadır?  Bu 
halda müvəffəqiyyət əhəmiyyətli dərəcədə ictimai konsensusdan asılıdırmı? 
Ulrixin  yanaşmasında  son  üç  sual  çox  mühüm  rol  oynayır.  Məhz  burada  sistem 
məcburiyyətin dərk edilməsinə və heç olmazsa qismən həllinə cəhd göstərirlir. 
11.
 
Sistemə kim daxil edilmişdir? Sistem kimə təsir göstərir, amma həmin adam sistemə 
daxil deyildir? 
Əlimizdə  olan  halda  ―şahidlər‖  rayonun  əhalisidir.  Onların  arasında  münaqişənin 
iştirakçıları seçilirlər, onlar iki qrupa bölünürlər: hücuma məruz qalanlar və hücum edənlər. 
12.
 
 Sistemə daxil edilməyənlər özlərini ekspertlərdən azad edib gələcəyi öz əllərinə ala 
bilərlərmi  və  ya  onlar  ancaq  kimin  isə  məqsədlərinə  nail  olmaq  üçün  bir 
vasitədirlər? 
13.
 
 Proyektin  əsasında  kimin  ―dünyasının  xəritəsi‖  durur  –  daxil  edilmişlərin  və  ya 
daxil edilməmişlərin? 
Son  sual  layihəçiləri  məcbur  edir  ki,  onlar  üstün  mövqe  tutanların  və  məcburiyyət 
qarşısında qalanların maraqlarını nəzərə alsınlar. Əlimizdə olan misalda məcbur edilmişlərə 
hücum  edən  tərəfə  aid  olunur.  Ənənəvi  yanaşmalarda  məhz  onların  problemləri  çox  vaxt 
nəzərə alınmır. 
Anket  iki  variantda  doldurulmalıdır.  Birinci  halda  sistemin  necə  olmalı  olması 
çoxluğun nöqteyi-nəzərinə görə təsvir olunur, ikinci halda isə - məcbur edilənlərin nöqteyi-
nəzərindən.  Daha  sonra  hər  iki  variant  bir  cədvəldə  birləşdirilir,  burada  hər  bir  xana  bir 
suala  aid  olur  və  ona  iki  variantda  cavab,  eləcə  də  diskusiya  iştirakçılarının  baxışlarının 
təhlili də daxildir. 
 
Ulrixin disskusiyaların keçirilməsinə dair tövsiyyələri: 
-
 
Bütün maraqlı tərəflərin nöqteyi-nəzərlərini diqqətə almaq; 
-
 
Sosial xəstəlikəlrin simptomlarını deyil, səbəblərini müalicə etmək
-
 
Dəyişikliklərin nəticələrini və mümkün ola biləcək əlavə effektləri nəzərə almaq; 
-
 
Ekspertlərini həddindən artıq doqmatizmdən, qərəzlilikdən, abırsızlıqdan qurmaq. 
Ulrixin  metodologiyası  üçün  sosial  hadisələrin  statik  analizindən  imtina  etmək 
xarakterikdir.  Işi  hazırlayanlar  diqqətlərini  sistemin  vəziyyətinin  dəyişməsi  prosesinin 
dinamikasında, mümkün nəticələrin proqnozlaşdırılmasında cəmləyirlər. 
―Yumşaq‖ sistemlərin şərh olunmuş metodologiyaları sosiumun mikrosəviyyədə analiz 
olunması  üçün  nəzərdə  tutulub.  Tədqiq  olunan  obyektin  spesifikasından  asılı  olaraq 
Çeklend metodologiyasının mərhələlərini dəyişmək olar. Aydındır ki, Ulrixin anketində də 
sualların  sayını  artırıb-azaltmaq  olar.  Mövcud  metodologiyaları  modifikasiya  etmək 
asandır,  amma  bu  əsas  məqsədə  -  sistem  anlizinin  nəticələrinin  müvəffəqiyyətlə  həyata 
keçirilməsinə zəmanət vermir. 
 
2.5. Sistem analizinin nəticələrinin tətbiqi problemləri 
 
 
Tətbiqetmə  sistem  analizinin  ən  mürəkkəb  və  çətin  formalaşdırılan  mərhələlərindən 
biridir. R.Akkof əsas diqqəti bu problemin vacibliyinə verərək sistem analizi nəzəriyyəsinin 
müstəqil bölməsini yaratmağı təklif edir və ona ―praktikanın nəzəriyyəsi‖ adını verir (15). 
Düzdür,  burada  nəzəriyyə  bir  o  qədər  də  çox  deyil,  söhbət  daha  çox  praktiki  təcrübənin 
ümumiləşdirilməsindən  gedir.  Qeyd  edək  ki,  Akoff  və  onun  rəhbərlik  etdiyim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə