Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

 
Yaranan problemli  situasiyanın  öyrənilməsi və təsviri  2-ci  mərhələdə reallaşdırılır. 
Informasiyanın  toplanması  müxtəlif  metodikların  sorğuların,  qeyri-formal  intervyuların, 
fokus-qrupların,  sənədlərin  analizinin  köməyi  ilə  həyata  keçirilir.  Çeklend  toplanmış 
məlumatları  uşaqların  çəkdiyi  şəkilləri  (şəkil  2.2)  xatırladan  obrazlı  sxem  (rich  picture) 
şəklində xülasə etməyi təklif edir. 
 
Bu qeyri-adi ―sənədin‖ əsas dəyəri bir baxışla bütün problemli situasiyanı nəzərdən 
keçirmək,  uyğun  gəlməyən,  qaranlıq  yerləri,  koflikt  səbəblərini  görməkdir.  Bu  zaman 
vizual informasiyanın bütün üsullarından – primitiv şəkillər, qrafiklər, mətn imzaları və s. 
eyni  zamanda  hərəkətə  gətirilə  bilər.  Arzu  olunur  ki,  obrazlı  sxemdə  əsas  sxemlər 
problemin  mümkün  həllinə  olan  nöqteyi-nəzərlər  –  hansı  ki,  YSM-ın  növbəti 
mərhələlərində detallaşdırılaraq – öz əksini tapsın 
 (şəkil 2.2.) 
 
Bizim fikrimizə görə, bu qəbildən olan obrazlı sxemlərin standartlaşdırılması, sadə 
təsviri  dilin  işlənib  hazırlanması,  çox  tez-tez  işlənən  anlayışların  işarələr,  heroqliflər  ilə 
əvəz  edilməsi  çox  perspektivlidir.  Kompyuter  qrafikasının  müasir  texnologiyalarından 
(bunu YSM-ın digər mərhələlərinə də aid etmək olar) istifadə belə sxemlərin yaradılmasının 
və onların istifadə olunmasının effektivliyini əhəmiyyətli dərəcədə qaldırar. 3-cü mərhələdə 
aşkara  çıxarılmış  nöqteyi-nəzərlər  necə  deyərlər,  əsas  təriflər  (root  definition)  adlanan 
kifayət  qədər  ciddi  müddəalar  şəklində  formalaşır.  Hər  nir  əsas  açar)  tərifdə  öyrənilən 
sistemin necə olmalı olduğu göstərilir. Həmin tərifdə bu suallara cavablar olmalıdır: nəyi və 
nəyə görə mütləq etmək lazımdır, bunu kim edəcək, bu işdə kim udmuş və kim uduzmuş 
olacaq, ətraf mühit hansı məhdudiyyətlər qoyur. Əsas (açar) tərifdə həm də bu tərifiin məna 
kəsb etdiyi dünyanın mənzərəsində göstərilir. 
 
4-cü mərhələdə hər bir əsas (açar) tərif üçün özəl konseptual model qurulur. 3 və 4-
cü mərhələlərdə baş verənləri izah etmək üçün (23)-dən götürülmüş misalı nəzərdən keçirək 
 
1985-ci  ildə  İngiltərənin  Vinerton  qraflığında  yerli  universitetin  bazasında 
kooperativlərin  inkişafı  üzrə  Agentlik  (bundan  sonra  Agentlik)  yaradıldı.  Agentliyin 
məqsədi kiçik kooperativlər yaratmaq  yolu ilə əhalinin məşğuliyyət səviyyəsini qaldırmaq 
idi. Agentliyin fəaliyyəti yerli hakimiyyətin və Avropa regional inkişaf Fondunun maliyyə 
qrantları  ilə  dəstəklənirdi.  Agentliyin  özü  ciddi  ierarxiyasız  və  vəzifələri  qeyri-dəqiq 
bölüşdürərək fəaliyyət göstərirdi. Agentliyin əsas vəzifələri aşağıdakılar idi: 
1.
 
Koorperativ yaratmaq arzusunda olanların axtarışı; 
2.
 
Seminarların, sərgilərin, reklamın təşkili; 
3.
 
Işsizlər üçün təlimlərin keçirilməsi


4.
 
Uçot,  marketinq,  biznes-planların  hazırlanması,  kooperativlərin  qeydə  alınması 
üzrə məsləhətlər. 
Bir  neçə  ildən  sonra  məlum  oldu  ki,  Agentlik  səmərəli  işləmir.  Agentlik, 
hakimiyyət,  həm  də  sponsorlar  bu  nəticəyə  gəldilər.  Agentliyin  fəaliyyətini 
mükəmməlləşdirmək  üçün  YSM-ın  köməyi  ilə  üsullar  axtarışı  başlandı.  Vəziyyəti 
yaxışlaşdırmaq  üçün  beş  nöqteyi-nəzər  üzə  çıxarıldı.  Nümunə  kimi  cümlələrdən  birini 
götürək – koorperativlərin axtarış sisteminin yaradılması. Uyğun gələn açar tərif aşağıdakı 
qaydada formalaşdırılır: ―Agentlikdə koorperativlərin münasib iş imkanları olan sahələrində 
işləmək  istəyənlərin  axtarış  sistemini  yaratmaq.  Bu  açar  tərifə  şəkil  2.3-də  göstərilmiş 
konseptual model uyğun gəlir.  
5-ci mərhələdə bütün konseptual modellərin öz aralarında və işlərin obrazlı sxemdə 
əks olunmuş real vəziyyəti ilə müqayisəsi aparılır. Modellər arasındakı fərqlərin siyahıları 
tutulur.  Bundan  başqa  bu  funksiyanın  modelin  hər  elementi  üçün  yeni  olub-olmaması 
müəyyən olunur. Əgər funksiya fəaliyyətində olan sistemdə artıq mövcuddursa, onda onun 
yerinə yetirilməsinin obyektivliyi analiz olunur. 
6-cı mərhələdə artıq qurulmuş konseptual modellər ətrafında diskusiya təşkil olunur. 
Nöqteyi-nəzərlər  və  qurulan  modellərin  əsasında  duran  dünyaların  mənzərələri  müzakirə 
olunur.  Modellərin  realladırılmasının  səbəb  olacağı  nəticələr  analiz  olunur.  Bu  nəticələrin 
ehtimalının  analizində  deyərlər,  mədəni  məhdudiyyətlər  (problemin  etik,  etnik,  siyasi, 
ekoloji və əvvəllər nəzərə alınmayan digər aspektləri) cəlb olunur. Bu mərhələdə məsləhətçi 
rolu  təkcə  təklif  olunan  modellərin  sistem  prinsiplərinə  uyğun  olub-olmamasından  deyil, 
daha çox maraqlı tərəflər arasındakı debat və mübahisələrə ―dirijorluq‖ etməkdir. Münasib 
qərarların  axtarışı  qarşılıqlı  anlaşmanın  dərinləşməsi,  stereotiplərin  dəyişdirilməsinə  hazır 
olmaq hesabına həyata keçirilir. Bu zaman daha yaxşı modelin seçimi və ya pislərin rədd 
edilməsi  məqsəd  kimi  qoyulmur  –  müəyyən  bir  simbioz  halının  yaradılması  daha  çox 
mümkündür. 
 
ən perspektivli həyat fəaliyyəti sahələrində kooperativlərin yaradılması 
sistemi 
Işgüzar  mühitin  təhlilinin  alt 
sistemi  
Nəzarət və idarəetmə altsistemi 
Işgüzar mühitin təhlili 
Kooperativçi  olmaq  istəyənlər 
bazarı 
Münbit  imkanları  olan  fəaliyyət 
sahəsinin seçilməsi 
Kooperativlərə 
işçilərin 
cəlb 
edilməsi 
Daha 
perspektivli 
fəaliyyət 
sahələrində 
kooperativlərin 
yaradılması 
üzrə 
təkliflərin 
hazırlanması 
Kooperativlərin  yaradılması  və 
qeydiyyatdan keçirilməsi 
 
Fəaliyyət 
parametrlərin 
təyin 
edilməsi  
 
Nəzarət və idarəetmə 
 
 Ən  başlıcası  isə  münasib  qərarın  axtarışı  prosesində  maraqlı  tərəflərin  öyrədilməsi 
və  baxışlarının  uyğunlaşdırılması  prosesi  gedir,  bunlarsız  isə  qəbul  olunmuş  qərarları 
müvəffəqiyyətlə  yerinə  yetirmək  olmaz.  Əldə  edilmiş  model  əlavə  olaraq  işlənir  və 
konkretləşdirilir.  Onun  əsasında  sistemin  modernləşdirilməsi  proekti  işlənib  hazırlanır  və 
konkret tövsiyələr formalaşdırılır. 
7-ci mərhələdə əvvəlki mərhələdə hazırlanmış tövsiyyələr reallaşdırılır – vəziyyətin 
yaxşılaşdırılmasına  yönəldilmiş  fəaliyyət  həyata  keçirilir. Nəzərdən keçirilmiş 7 mərhələli 
sikl məqbul nəticə alınana qədər bir neçə dəfə təkrarlana bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə