Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

Akoff hesab edir ki, planlaşdırma prosesinin özü çox vaxt onun nəticəsindən daha vacib 
olur.  Əgər  kimi  isə  iştirakçıların  sırasına  daxil  etmək  mümkün  olmayıbsa,  onda  onu 
məsləhətçi  qismində  bu  işə  cəlb  etmək  lazımdır,  amma  bu  zaman,  Akoffun  qeyd  etdiyi 
kimi, könüllü iştirak prinsipinə riayət etmək lazımdır. 
 
Akoffun  sosial  sistem  ideologiyasında  mərkəzi  yeri  beş  mərhələdən  ibarət  olan 
―interaktiv‖ planlaşdırma metodologiyası tutur: 
1.
 
Təşkilatın durumunun və onun problemlərinin analizi. 
2. korporasiyanın gələcəyinin ―ideallaşdırılmış‖ variantlarının işlənib hazırlanması;  
3.  Məqsədə  nail  olmaq  üçün  üsulların  işlənib  hazırlanması.  Bu  mərhələdə  2-ci 
mərhələdə təklif olunmuş əlçatmaz variantların bir hissəsi kənara qoyulur
4.  Əldə  olunan  resusrların  (materialların,  avadanqlıqların,  personların,  maliyyə 
ehtiyatlarının) bölüşdürülməsi
5. Tətbiq olunacaqların planlaşdırılması. 
Akoffun metodologiyası nəzərdə tutur: 
Planlaşdırmanın bütövlüyü  – plan sistemin  bütün hissə və səviyyələri  üçün dərhal, 
eyni zamanda hazırlanır; 
Planlaşdırmanın  fasiləsizliyi  -  planda  hər  şeyi  qabaqcadan  nəzərə  almaq  mümkün 
deyil, buna görə də əhəmiyyətli dəyişikliklər baş verən kimi planı təshih etmək zəruridir. 
Aydındır  ki,  ―interaktiv‖  planlaşdırmanın  metodologiyası  bütövlükdə  cəmiyyət 
səviyyəsində  tətbiq  oluna  bilməz,  bu,  təşkilatın  fəaliyyətini  mikrosəviyyədə 
təkmilləşdirmək  üçündür.  Akoffun  ―Korporasiyanın  gələcəyinin  planlaşdırılması‖ 
monoqrafiyasında (rus dilində 1985-ci ildə nəşr olunmuşdur) bu metodologiya kifayət qədər 
müfəssəl şəkildə izah olunmuşdur. 
Akoffun ―planlaşdırın, yoxsa sizi planlaşdırarlar‖ devizi, eləcə də onun demokratik 
(partisipativ)  idarəçilik  ideyaları  Qərbdə  getdikcə  daha  çox  tərəfdar  tapır  və  praktikada 
getdikcə daha çox tətbiq olunur. Qeyd edək ki, Akoffun bir çox təşəbbüsləri praktiki uğur 
qazanıblar (bax paraqraf 2.5). 
 
2.3. P.Çeklendin “yumşaq” sistemlər metodologiyası 
 
 
Ingilis  alimi  P.Çeklend  ―yumşaq‖  sistemlərin  öyrənilməsinin  metodologiyasına  həsr 
olunmuş  ilk  işini  1972-ci  ildə  nəşr  etmişdir.  Həmin  vaxtdan  xeyli  keçmişdir,  amma 
Çeklendin  yanaşması  inkişaf  etməkdə  və  yeni  ideyalarla  zənginləşməkdədir.  Ayrı-ayrı 
metodoloji  aspektlərin  paradoksallığı  bu  vaxta  qədər  alimlər  arasında  mübahisələrə  səbəb 
olur,  hətta  onun  tərəfdarları  arasında  da  diskussiyalar  səngimir.  Çeklend  tərəfindən  irəli 
sürülmüş  ideyalarının  özünəməxsusluğu  və  perspektivliyi  elmin  qonşu  sahələrinin 
mütəxəssislərinin diqqətini özünə cəlb etməyə başlamışdır (8) və buna görə də 4-cü fəsildə 
biz bu yanaşmanın bəzi müddəalarının müzakirəsinə bir daha qayıdacayıq. 
 
Çeklend  sistem  təfəkkürün  təbiətini  və  əhəmiyyətini  izah  edən  iki  alternativ 
paradiqma ilə diqqət çəkmişdir. Bir halda gerçəklik sistem kimi (sistemlər təbiət və ya insan 
tərəfindən  yaradılmışdır)  nəzərdən  keçirilir  və  sistematik  olaraq  öyrənilir.  Digər  halda 
dünya problemli – çox guman ki, sistemli, amma zəif strukturlu, bir çox interpretasiyalara 
açıq olan kimi nəzərdən keçirlir. Belə tipin reallığı da sistematik olaraq öyrənilir. 
 
Beləliklə,  ―yumşaq‖  sistem  metodologiyasında  (YSM)  sistem  real  dünyanın  bir 
hissəsi  kimi  deyil,  onun  öyrənilməsinin  sistemli  təşkilinin  bir  prosesi  kimi  nəzərdən 
keçirilir.  Bu  zaman  sistem  ideyaları  potensial  olaraq  faydalı  hesab  olunur,  ona  görə  ki, 
bizim  dünya  haqqında  intuitiv  biliklərimiz  bizə  belə  hesab  etməyə  yol  verir  ki,  dünyanın 
bütün  elementləri  əhəmiyyətli  dərəcədə  qarşılıqlı  şəkildə  bir-biriləri  ilə  bağlıdır,  onun 
stabilliyini, aramsız dəyişmələrini sistematik olaraq öyrənmək olar. 
 
Çeklend  YSM-nı  insanı  əhatə  edən  real  dünyanın  mürəkkəbliyinin  öhdəsindən 
gəlməyə  yardım  göstərən  sistemli  istiqamətverici  dərslik  kimi  işləyib  hazırlamışdır,  bu 


zaman qeyd olunur ki, insanın üzləşdiyi problemlər birdəfəlik və əbədilik həll oluna bilməz. 
Çeklendin  yanaşması  ―sərt‖  və  ―yumşaq‖  sistemlər  arasındakı  fərqlərin  dərin  analizinə 
əsaslanır.  Bir  qayda  olaraq,  sistemotexniklər  və  əməliyyatların  tədqiqi  üzrə  mütəxəssislər 
sistemli yanaşmadan sistemlərin fəaliyyətini daha səmərəli etmək üçün istifadə edirlər. Bu 
zaman  həlli  zəruri  olan  məsələlər  kifayət  qədər  aydındırlar  və  əsas  problem  daha  çox 
effektiv olan qərarların seçilməsindədir. ―Yumşaq‖ sistemlərdə aktyorlar müxtəlif baxışlara 
malik ola bilərlər və uyğun olaraq, onların fikrincə bu situasiyada həll olunmalı olan çoxlu 
müxtəlif məsələni irəli sürürlər. 
 
Ənənvi sərt sistem təfəkkürü müşahidəçinin istər-istəməz məcbur edir ki, öyrənilən 
sosial  situasiyada  sistem  axtarsın,  sosial  obyektə  dəqiq  sistem  terminləri  (struktur  – 
funksiya,  məqsəd  –  vasitələr)  vasitəsilə  baxsın.  Bir  çox  hallarda  sistem  ―əngəlləri‖  real 
situasiyanı  xeyli  təhrif  edə  bilər.  Sərt  yanaşma  ictimai  hadisələrin  öyrənilməsində  qeyri-
adekvat ola bilər, ona görə ki, sosial sistemlərin tərkibində qərar və fəaliyyətlərin seçimini 
müəyyən edən şəxsi  məqsədləri, baxışları, istiqamətləri olan fərdlər və qruplar kimi  aktiv 
elementlər vardır. 
 
Çeklend  aktiv  sistem  anlayışını  (human  activity  system)  elmi  dilə  daxil  edir,  bu 
zaman  aktyorlar  öz  diskusiyalarının  mənzərəsinə  uyğun,  həmin  dünyada  qəbul  olunmuş 
qaydalar və təcrübələr çərçivəsində hərəkət edirlər. 
 
Bir  çox  mübahisəli  situasiyaları  müxtəlif  mədəniyyətlərin  formalaşdığı 
interpretasiyaların  konflikti  kimi  nəzərdən  keçirmək  olar.  Mədəniyyət  bu  halda  geniş 
mənada  –  P.Sorokinin  mədəni  sistemi  kimi  (bax  fəsil  1.)  başa  düşülür.  Sosial  hadisələrin 
interpretasiyası  əsaslı  şəkildə  fərqlənə  bilərlər  –  yəni  eyni  bir  hadisə  həm  terrorizm  kimi, 
həm də azadlıq uğrunda mübarizə kimi də qəbul oluna bilər. Yeni əmtəənin buraxılmasını 
firmanın rəhbərliyi, menecerləri, təchizata, istehsala və satışa cavabdeh olanlar və rəqiblər, 
təchizatçılar, istehlakçılar tamamilə müxtəlif cür görürlər  
 
(Cədvəl-şəkil  2.1).  (1. 
Struktursuz 
problem 
situasiya 
 
7. 
Situasiyanı 
yaxşılaşdıran  hərəkət, 
3.  uyğun  sistemlərin 
əsas 
təriflərin 
hazırlanması 
6.Arzu 
olunan, 
mümkün 
dəyişikliklərin  seçimi, 
2. 
Problem 
situasiyanın təhlili 5. 4 
və  2  –nin  müqayisəsi 
4. 
konseptual 
modellərin 
hazırlanması, Real aləm Sistem təsəvvürlər) 
Aktiv sistemlər nəzəriyyəsi bir sıra alimlər tərəfindən inkişaf etdirilir. O, cümlədən 
bu  nəzəriyyənin  inkişafına  V.N.Burkovun  və  onun  həmkərlarının  (4,5)  işlərinin  böyük 
töhfəsi olub. 
 
―Yumşaq‖  sistemlər  metodologiyası  müxtəlif  nöqteyi-nəzərlərin  aşkara  çıxarılması 
və  qarşılıqlı  anlaşmaya  tədricən  nail  olunması  üçün  nəzərdə  tutulub.  Onun  ənənəvi  sərt 
yanaşmadan  köklü  fərqi  məhz  bundan  ibarətdir,  bu  yeni  sistem  paradiqmasının 
yaranmasından danışmağa  yol verir (18). Çeklend YSM-nı  yeddi mərhələdən ibarət (şəkil 
2.1) təhsil prosesi kimi şərh edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə