Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

Bu  fəsildə  şərh  olunmuş  materialın  diqqətli  analizi  göstərir  ki,  ―yumşaq‖  sistemlərin 
bütün  metodologiyalarında  açıq-aşkar  görünən  bir  tələb  var  –  bütün  maraqlı  tərəflərin 
rəylərini  nəzərə  almaq.  Həqiqətən  də,  baxışlar,  nöqteyi-nəzərlər,  özəl  dünyaların 
mənzərələri fərqlənə bilər. Qeyd edək ki, yuxarıda sadalanmış anlayışlar bir növ müşahidə 
qavrayışı ilə bağlı olsalar da, buna baxmayaraq, mücərrəd konstruksiyadırlar. Aydındır ki, 
qarşılıqlı  anlaşmanı  –  dünya  mənzərələrinin  müxtəlifliyinin  anlanmasını  əhəmiyyətli 
dərəcədə  yüngülləşdirmək  və  dərinləşdirmək  olar,  amma  bunun  üçün  onları 
vizuallaşdırmağa – sadə və əyani formada göstərməyə nail olmaq lazımdır. 
―Yumşaq‖ sistem metodologiyası üçün köhnəlmiş stereotiplərin dəyişdirilməsi, yaradıcı 
təfəkkürə  mane  olan  maneələrin  aşılması,  kreativ  düşüncənin  qüvvətlənməsi  üçün 
evristikalardan istifadə olunması da çox aktualdır. 
―Yumşaq‖  sistemlərin  öyrənilməsi  üçün  vacib  olan  bütün  bu  suallar  növbəti  fəsildə 
nəzərdən keçiriləcək. 
Məsələ və tapşırıqlar. 
1.
 
Şərt və yumşaq sistem yanaşmalarının əsas fərqi nədədir? 
2.
 
Sizin  oxuduğunuz  ali  məktəbdə  Akoffun  demokratik  idarəetmə  prinsipləri  kifayət 
qədər reallaşdırılıbmı? 
3.
 
Sistem 
analizini 
təlim 
prosesi 
kimi 
nəzərdən  keçirmək  olar.  Sistem 
metodologiyalarını sizin  təhsil almanızın  analizi  və mükəməlləşdirilməsi  prosesinə 
tətbiq etməyə cəhd edin. 
4.
 
―Yumşaq‖  sistem  metodologiyaları  ekspertlərin  ―tiranlığı‖  ilə  mübarizədə  yardım 
göstərirmi? 
5.
 
―Yumşaq‖  sistem  metodologiyaları  qəbul  olunan  qərarların  demokratikləşməsi 
prosesinə  istiqamətlənmişdir.  Bir  sıra  mütəxəssislər  hesab  edirlər  ki,  effektiv 
qərarların qəbulu informasiyaların daha yüksək səviyyədə məxfi olmasını tələb edir. 
Sizcə, bu iki tendensiyanın hansı indiki dövrdə üstünlük təşkil edir? 
6.
 
Çeklendin metodologiyasındakı real dünya ilə sistem təsəvvürlərinin dünyası nə ilə 
fərqlənirlər? 
7.
 
Çeklendin metodologiyasında hansı tip modellərdən istifadə olunur? 
8.
 
Akoff tərəfindən iki praktik problemin həll edilməsi misallarını analiz edin. 
9.
 
Paraqraf  2.3.-də  kooperativlərin  inkişafı  üzrə  Agentliyin  yaradılmasına  misal 
gətirilib. Belə bir layihəni öz şəhərinizdə həyata keçirməyə çalışın. 
10.
 
 Londonda  cinayətkarlığın  artması  haqqında  –  paraqraf  2.4.-də  nəzərdən  keçirilmiş 
problem  hər  bir  ölkədə  aktual  ola  bilər.  Təklif  olunan  tövsiyyələri  yerli 
cinayətkarlıqla mübarizədə işlətmək məqsədəuyğundurmu? 
 
ƏDƏBİYYAT 
1. Акофф Р. Планирование будущего корпорации. М., 1985. 
2. Бенвенисте Г. Овладение политикой планирования М., 1994. 
3. Вир С. Мозг фирмы. М.: Радио и связь, 1993. 
4.  Бурков  В.Н.,  Ириков  В.К. Модели  и  методы  управления  организационными 
системами. М.: Наука,1994. 
5. Бурков В.Н., Кондратьев В.В. Механизмы функционирования организационных 
систем. М., 1981. 
6.  Исследование  операций.  Методологические  основы  и  математические  методы: 
В 2-х т. /Под ред. Дж. Моудера и С. Элмаграби. М.: Мир, 1981. 
7. Кальянов Т.К. CASE-структурный системный анализ. М., 1996. 
8.  Ларичев  О.И.,  Мошкович  Е.М. Качественные  методы  принятия  решений.  М.: 
Наука, 1996. 
9.  Марка  Д.А.,  Мак-Гоуэн  К.Л. Методология  структурного  анализа  и 
проектирования. М., 1993. 


10. Перегудов Ф.И., Тарасенко Ф.П. Введение в системный анализ. М., 1989. 
11. Плотинский Ю.М. Визуализация информации. М., 1994. 
 12. Слепенков  И.М.,  Аверин  Ю.П. Основы  теории  социального  управления.  М., 
1990. 
13. Управленческое консультирование: В 2-х т. М., 1992. 
14. Черчмен У., Акофф Р., Арноф Л. Введение в исследование операций. М., 1977. 
15. Ackoff  R.L. A  Theory  of  Practice  in  the  Social  Systems  Sciences.  IIASA. 
Laxenberg, 6-7 nov., 1986. 
16. Ackoff R.L. The Democratic Corporation. N.Y.: Oxford Univ. Press, 1994. 
17. Ackoff  R.L.,  Gharajedadhi  J. Reflection  on  Systems  and  their  Models  / /  Systems 
Research. 1996. Vol. 13. №1. P. 13-23. 
18. Checkland P. The Emergent Properties of SSM in Use: A Symposium by Reflective 
Practitioners// Systemic Practice and Action Research. Vol. 13. № 6. 2000. P.799-823. 
19. Checkland P.B., Scholes I. Soft Systems Methodology in Action. Chichester: Wiley, 
1990. 
20. Cherchman C.W. The systems approach and its enemies. N.Y.: Basic Books, 1979. 
21. Flood R. A Brief Review of Peter B. Checkland's Contribution to Systemic Thinking 
// Systemic Practice and Action Research. Vol. 13. № 6. 2000. P.723-731. 
22. Flood R.L. Total Systems Intervention (TSI): a Reconstitution // J. of the Operational 
Res. Soc. 1995. Vol. 46. № 2. P. 174-191. 
23. Flood  R.L.,  Jackson  M.C. Creative  Problem  Solving.  Total  Systems  Intervention. 
Chichester: Wiley, 1991. 
24. Flood  R.L.,  Jackson  M.C. Critical  Sistems  Heuristics:  Application  of  an 
Emancipatory Approach  for Police Strategy  Toward the Carrying of Offencive Weapons// 
Systems Practice. 1991. Vol. 4. № 4. P. 283-302. 
25. Tsouvalis  C.,  Checkland  P. Reflecting  on  SSM:  The  Divining  Line  Between  "Real 
World" and "Systems Thinking World"// Systems Research. 1996. Vol. 13. №1. P. 35-45. 
26. Ulrich W. Critical Heuristics of Social Systems Design, Berne: Haupf, 1983. 
 
Fəsil 3. Koqnitiv yanaşmanın əsas prinsipləri 
 
3.1. Koqnitiv yanaşmanın inkişaf tarixi 
 
 
Koqnitiv yanaşma dedikdə adı gedən elm üçün ənənəvi olan problemlərin tərkibinə 
qavrama,  təfəkkür,  dərketmə,  izah  etmə  və  başa  düşmə  kimi  proseslərin  daxil  olduğu 
koqnitiv aspektləri nəzərə alan metodlarla həll etmək nəzərdə tutulur. Koqnitiv yanaşma hər 
hansı  bir  əyani  sahədə  diqqəti  ―biliklərə‖,  daha  doğrusu  onların  tədqiqinə,  qorunub 
saxlanmasına, emal edilməsinə, interpretasiyasına və yeni biliklərin istehsalına cəlb edir. 
 
Koqnitiv  yanaşma  onlarla  rakursa  malikdir.  Təbii  dilin  anlanmasına,  kompyuter 
tərcüməsinə, cəmiyyətin kompyuterləşdirilməsi və süni intellekt nəzəriyyəsi problemlərinə 
böyük  diqqət  verilir.  Sosiologiyada  koqnitiv  yanaşma  zəruridirmi?  Bu  kifayət  qdər 
qarmaqarışıq  nəzəri  sualı  bu  fəslin  son  paraqrafına  saxlayaq,  hələlik  isə  praktikanın 
tələblərini,  daha  doğrusu  2-ci  fəsildə  şərh  olunmuş  sosial  sistemlərin  tədqiqinin  tətbiqi 
metodlarının effektivliyini yüksəltmək məsələlərini nəzərdən keçirək. 
 
Koqnitiv yanaşmanı müxtəlif dillərdə danışan və düşünən adamlar arasında çox vaxt 
yaranan görünməz maneələri aşıb keçməyə imkan verən tramplin kimi nəzərdən keçirmək 
olar. 
 
Bu  fəslin  əsas  məqsədi  sosial  sistemlər  üçün  əhəmiyyətli  olan  problemlərin  həlli 
üçün,  həm  də  təkcə  sözün  dar  mənasında  sosial  problemin  deyil,  eləcədə  sosial  tərkibin 
ayrılmaz  hissəsi  olan  təşkilati,  istehsal,  ekoloji  və  digər  kompleks  problemlərin  geniş 
spektirin həlli üçün koqnitiv yanaşmanın tətbiq edilməsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə