35.
Уемов А.И. Системный подход и общая теория систем. М.: 1972.
36.
Урсул А. Д. Отражение и информация. М.: 1973.
37.
Форрестер Дж. Мировая динамика. М.: 1978.
38.
Хюбнер К. Критика научного разума. М.: 1994.
39.
Штомпка П. Социология социальных изменений. М.: 1996.
40.
Ackoff R.L., Gharajedaghi S. Reflection on systems and their models // Systems
Research. 1996. Vol. 13. № 1. P. 13-23.
41.
Burns T.R., Flam H. The shaping of social organization. L.: SAGE, 1987.
42.
Flood R.L., Carson E.R. Dealing with complexity. An Introduction to the Theory
and Application of Systems Science. N.Y.: Plenum, 1993.
43.
Gigch S.P. van. Systems Design, Modeling and Metamodeling. N.Y.: Plenum, 1991.
44.
Luhmann N. Essays on self-reference. N.Y.: Columbia Univ. Press, 1990.
45.
Maturana H.R., Varela F.G. Autopoiesis and Cognition: The Realization of Living.
Dordrecht: Reidel, 1980.
46.
Mingers J. A Comparison of Maturana's Autopoietic Social Theory and Giddens
Theory of Structuration // Systems Research. 1996. Vol. 13. № 4. P.469-482.
47.
Mingers J. Self-producing systems. Implications and Applications of Autopoiesis.
N.Y.: Plenum. 1995.
48.
Mingers J. The cognitive theories of Maturana and Varela // System Practice. 1991.
Vol. 4. № 4. p. 319-338.
49.
Sewell W. A theory of structure: Duality, agency and transformation// American
journal of sociology. 1992. Vol. 98. № 1. P. 1-30.
50.
Sorokin P.A. Social theory today. N.Y.: Harper & Row, 1966.
51.
Spenser Brown S. G. The Laws of Form. L.: Alien & Unwin, 1971.
Fəsil 2. Tətbiqi sistem analizinin əsas istiqamətləri
2.1. Metodoloji yanaşmaların təsnifatı
İngiliz alimləri R.Flad və M.Cekson (23) sistem anlizinin tətbiqi metodologiyasının
rahat və kifayət qədər dolğun təsnifatını təklif etdilər. Təsnifatlaşdırma sosial sahədə və
menecmentdə yaranan konkret tətbiqi problemlərin həllinə istiqamətlənmiş sistem
təsəvvürlərin inkişaf tarixini izləməyə imkan verir.
Flad və Cekson çox düzgün olaraq hesab edirlər ki, sistem analizinin ayrı-ayrı
istiqamətləri arasında bütün tətbiq sahəsinə inhisarcasına yiyələnmək uğrunda mübarizə
müvəffəqiyyət ilə nəticələnmir. Nüfuz sahələrin bölüşdürülməsi daha çox səmərəlidir. Yəni
bu elə sosial sistem tiplərinin tərifidir ki, onlar üçün sistem analizinin konkret
metodologiyasından istifadə daha effektlidir. Buna görə də, onlar sosial sistemlərin
təsnifatından başlayırlar.
Sadə sistemlər daha çox elementlərə malikdirlər. Elementlərin arasında qarşılıqlı
əlaqələrin miqdarı o qədər də çox deyil. Amma onlar yaxşı təşkil olunublar və onları idarə
etmək olur. Sadə sistemlər demək olar ki, ətraf mühitdən asılı deyillər, determinasiya
olunublar və zaman daxilində az dəyişirlər.
Mürəkkəb sistemlər böyük miqdarda elementlərdən ibarətdirlər, onların arasında da çox
saylı qarşılıqlı əlaqələr mövcuddur. Mürəkkəb sistemlərin və ətraf mühitin davranışına
təsadüfi faktorlar təsir göstərir. Sistemaltı sistemlərin öz şəxsi məqsədləri ola bilir. Bu
məqsədlər heç də həmişə və heç də hər şeydə ümumi sistemin məqsədləri ilə üst-üstə
düşməyə bilər.