Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

və ya peşəkarlıq qaydasında müstəqil fəaliyyətin həyata keçirilməsi üçün verilmişdirsə, bu qayda

tətbiq olunmur”.

Maraqlısı həm də odur ki, Məcəllənin sözügedən 744‐cü maddəsində müddətli kredit müqaviləsinə

borc alan tərəfindən vaxtından əvvəl verilməsi halları və onlar üçün müəyyən edilən xəbərdarlıq

müddətləri imperativ şəkildə təsbit edilmişdir. Niyə axı müqavilədə borc alanın xeyrinə bu hallar

və müddətlər daha sərfəli şəkildə nəzərdə tutula bilməz?

‐  Başqa  sözlə,  Məcəllə  daha  güclü  tərəf  olan  kreditorun  əvəzinə  borc  alana  dair  imperativ

müddəalar  nəzərdə  tutur.  Halbuki  qanunvericilik  daha  çox  istehlakçının  hüquqlarını

qorumalıdır.  Bu  baxımdan  necə  hesab  edirsiniz,  qanunvericiliyimiz  kredit  münasibətləri

sahəsində istehlakçıların hüquqlarını qənaətbəxş şəkildə qoruya bilirmi?

‐ Siz çox düzgün vurğuladınız ki, kredit müqaviləsində kreditor, bir qayda olaraq, iqtisadi cəhətdən

daha  güclü  tərəfdir.  Deməli,  borc  alan  zəif  tərəfdir.  Buna  görə  də  qanunvericilik  zəif  tərəfin

maraqlarını qorumalıdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 6.1.5‐ci maddəsi müqavilə azadlığını

mülki  qanunvericiliyin  prinsiplərindən  biri  elan  edir.  Bu  prinsip  bütövlükdə  mülki  hüququn

dispozitiv əsaslarına söykənir. Yəni Mülki Məcəllənin normları, bir qayda olaraq, o halda tətbiq

edilməlidir ki, tərəflər öz aralarında ayrı qayda müəyyən etməsinlər. Təəssüf ki, bizim Mülki Məcəllə

bu prinsipə tam riayət etmir və onun əksər müddəaları dispozitiv deyil, lazım oldu‐olmadı imperativ

xarakter  daşıyır.  Halbuki  imperativ  normaların  əsas  qayəsi  müqavilənin  daha  zəif  tərəfini

qorumaqdan ibarət olmalıdır. Lakin təəssüf ki, qanunvericiliyimizdə bunun tam əksinə olaraq borc

alanların hüquq və maraqlarına xidmət edən imperativ normalar azdır.

Belə  ki,  nəinki  Mülki  Məcəllədə,  heç  “Banklar  haqqında”  Qanunda  da  bankların  müştərilərlə

bağladıqları  kredit  müqaviləsinə  dair  tələblər,  o  cümlədən  həmin  müqavilənin  mühüm  şərtləri

haqqında müddəalar yoxdur. Yalnız “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda pis‐yaxşı

müəyyən tələblər var. Lakin onlarda təbii, bankların kredit müqavilələrinə şamil edilmir.

Yəgin  məhz  buna  görə  də  mövcud  boşluğu  Mərkəzi  Bank  “Banklarda  kredirlərin  verilməsi

Qaydaları”nda  aradan  qaldırmağa  cəhd  etmişdir.  Belə  ki,  həmin  Qaydaların  4.1.17‐ci  bəndi  elə

“İstehlakçıların  hüquqlarının  qorunması”  adlanır.  Həmin  bənd  o  cümlədən  kredit  müqaviləsinə

dair tələbləri, habelə müştərilərin kredit sifarişlərinə baxılma və imtina qaydalarını müəyyən edir.

Lakin əvvəla bütövlükdə sözügedən Qaydalar xüsusi əhəmiyyətinə baxmayaraq Mərkəzi Bankın

ən  zəif,  sistemsiz  və  ziddiyyətli  normativ  xarakterli  aktıdır.  Digər  tərəfdən  isə  istehlakçı  bu

Qaydalara  istinad  edə  bilməz.  Həmin  Qaydaların  tələbləri  bankların  Mərkəzi  Bank  qarşısında

öhdəliyinin  əsasıdır.  Çünki  Mərkəzi  Bankın  mülki  hüquq  normaları  müəyyən  etmək  səlahiyyəti

yoxdur.


Mərkəzi Bank kredit təşkilatları üzərində bank nəzarətini həyata keçirir. Onun kredit təşkilatlarının

cari fəaliyyətinə, o cümlədən müştərilərlə bağladığı kredit müqavilələrinə qarışmağa və beləliklə,

digər fiziki və hüquqi şəxslər üçün hüquq normaları müəyyən etməyə səlahiyyəti yoxdur. Bank

nəzarətinin  məqsədi  bütövlükdə  bank  sisteminin  sabitliyinin  təmin  edilməsi  və  son  nəticədə

banklara etibar edib pul vəsaitini onlarda yerləşdirən şəxslərin maraqlarının qorunmasıdır. Mərkəzi

Bank maraqlıdır ki, əhali banklardan pul vəsaitini kütləvi şəkildə götürməsin. Bu baxımdan Mərkəzi

Bank nədən kredit alanların maraqları ilə maraqlansın ki?! Bu məsələdə, əksinə, Mərkəzi Bankın

maraqları borc alan istehlakçıların maraqları ilə heç vaxt üst‐üstə gələ bilməz. Mərkəzi Bank öz işi

ilə məşğul olmalıdır. Elə etməlidir ki, “Royal Bank” kimi bankların taleyi bir daha yaşnmasın.

Bank qanunvericiliyi publik hüquq sahəsi, mülki qanunvericilik isə özəl hüquq sahəsidir. Mərkəzi

Bank  özü  də  bankdır,  bank  sisteminin  tərkib  hissəsidir,  buna  görə  də  özü‐özü  üçün  qaydalar

müəyyən edə bilməz. Axı Mərkəzi Bank özü də banklara kredit verir.



‐ Deməli, banklar özü də müəyyən mənada istehlakçı ola bilər?


­  49 ­

‐ Əlbəttə! Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun istehlakçı

dedikdə “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan,

sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs”i, yəni fiziki şəxsi nəzərdə tutur.

Təbii ki, kredit müqaviləsi üzrə istehlakçı dedikdə ilk növbədə məhz fiziki şəxslər başa düşülməlidir.

Lakin geniş mənada kredit məhsullarından fərdi sahibkarlar və hüquqi şəxslər də istifadə edir və

banklarla  müqayisədə  onlar  da  adətən  daha  zəif  tərəfdir.  Deməli,  qanunvericilik  onların  da

qorunmasında dair xüsusi müddəalar nəzərdə tutmalıdır.

Digər  tərəfdən,  bankların  özü  də  Mərkəzi  Bankdan  kredit  alır.  Deməli,  onlar  da  bu  baxımdan

istehlakçıdır. Lakin “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun bu kreditləri

nəzərdə  tutsa  da,  onların  verilməsi  qaydasını,  bu  zaman  bankların  hüquqlarını  müdafiə  edən

təlbləri müəyyən etmir. Bu sahədə heç Mərkəzi Bankın da normativ xarakterli aktı mövcud deyil.

Kreditləri necə istəyir, elə də verir, kredit müqaviləsini necə istəyir, elə də tərtib edir.

Lakin əlbəttə bir daha təkrarlayıram ki, fiziki şəxslərin borc alan olduğu kredit müqavilələrinə

dair  qanun  səviyyəsində  xüsusi  tələblər  təsbit  edilməlidir.  Əsas  diqqət  məhz  bu  sahəyə

yönəlməlidir. Çünki sadə vətəndaşlar hüquqi və iqtisadi cəhətdən müvafiq bilik və səriştəyə malik

deyillər. Kredit götürmək isə çox məsuliyyətli məsələdir. Qanunvericilik elə səviyyədə olmalıdır

ki, banklar vətəndaşların savadsızlığından öz mənafeləri üçün istifadə edə bilməsinlər.



‐  Bu  baxımdan  Mərkəzi  Bankın  kredit  üzrə  faktiki  illik  faiz  dərəcəsinə  dair  banklara  bu

yaxınlarda verdiyi göstərişi necə qiymətləndirirsiniz?

‐ Bəli, məlum olduğu kimi, Azərbaycan bankları, bir qayda, olaraq kreditlər üzrə faiz dərəcələrini

elan edərkən komisyon haqlar, o cümlədən kreditin rəsmiləşdirilməsi və verilməsinə görə digər

xərclərin müştəri tərəfindən ödənilməsi barədə bir söz demirlər. Bu da istehlakçılarda kreditin

dəyəri haqda yanlış təsəvvür yaradır. “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 17‐ci

maddəsinə əsasən kredit müqaviləsində “kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər

aylıq  ödənişlər  formasında  ödənilməsi  nəzərdə  tutulduqda,  kreditdən  istifadə  edilən  müddət

ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi” göstərilməlidir. Əlbəttə, bu müddəa əsasında

həqiqi  faizin  müəyyən  edilməsi  birmənalı  məsələ  deyil,  çünki  metodologiya  yoxdur.  Lakin  hər

halda  tələb  var.  Bankların  bağladıqları  kredit  müqavilələrinə  dair  isə  belə  tələb  ümumiyyətlə

yoxdur.

Elə buna görə də Mərkəzi Bank banklara 25 fevral 2013‐cü il tarixində 24/05‐18 saylı məktub



göndərmişdir. Banklardan verdikləri kreditlərlə bağlı bütün aidiyyəti xərcləri özündə əks etdirən

faktiki illik faiz dərəcəsinin məktuba əlavə olunan metodologiyaya əsasən hesablanması, habelə

reklam  daşıyıcılarında,  kütləvi  informasiya  vasitələrində  göstərilməsi  və  bağlanan  kredit

müqavilələrində  əks  etdirilməsi tələb  olunur.  Əlbəttə,  istehlakçıların  hüquqlarının  qorunması

baxımından  Mərkəzi  Bankın  məramı  alqışlanmalıdır.  Lakin  bu  məramın  realizasiyası  üsulu

mövcud qanunvericiliyə ziddir. Çünki faktiki olaraq normativ xarakterli akt qəbul etmək əvəzinə

adi  məktubla  banklar  üçün  hüquqi  norma  müəyyən  etməyə  cəhd  edilmişdir.  Düzdür,  sırf  bu

məsələ  ilə  bağlı  hesab  edirik  ki,  mövcud  qanunvericiliyə  əsasən  Mərkəzi  Bankın  heç  normativ

xarakterli akt qəbul etmək səlahiyyəti də yoxdur. Ümumiyyətlə, bank xidmətləri istehlakçılarının

hüquqlarının müdafiəsi qanunun predmetidir.

Bu baxımdan hesab edirəm ki, nəinki “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda, ilk

növbədə “Banklar haqqında” Qanunda və digər qanunvericilik aktlarında kredit təşkilatlarını təklif

etdikləri kredit məhsullarının şərtlərini həm reklamda, həm də kredit müqavilələrində daha aydın

təsbit etməyə məcbur edən hüquq normaları olmalıdır.



‐  Yəni  Siz  hesab  edirsiniz  ki,  məktub  göndərməklə  istehlakçılara  kömək  etmək  uğursuz

addımdır?

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə