Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

117
Amerika prezidentləri
mai fəaliyyət də göstərən Heys, Ohayo Universitetinin 
və Vaşinqtonda Konqres kitabxanasının yaradılmasında 
bilavasitə iştirak etmişdir.
Heys 1868-72, 1876-77-ci illərdə Ohayo ştatının qu-
bernatoru seçilir. 1872-76-cı illərdə isə ailə qayğıları  və 
şəxsi problemləri ilə məşğul olaraq ictimai-siyasi fəaliyyət 
göstərmir.
Qubernator olarkən, dövlət idarəetmə sistemində apa-
rılan islahatların tərəfdarı olması ona böyük nüfuz qazan-
dırır. Seçkilərdə saxtalaşdırma hallarının qarşısını almaq 
məqsədilə, seçki hüququna malik əhalinin qeydiyyata alın-
ması, həbsxanalarda və nevroloji klinikalarda şəraitin yax-
şılaşdırılması təklifi  ilə çıxış edir. Ümumiyyətlə o, gözüa-
çıq siyasətçi, cəsur və liberal inzibatçı hesab edilirdi. Heys 
U.S.Qrantın seçkiönü kampaniyasında fəal iştirak etsə də, 
onun prezidentliyindən razı qalmamışdır. 
Heys uzun tərəddüdlərdən sonra respublikaçıların 
ona 1875-ci il qubernator seçkilərində  iştirak etməsi, 
növbəti il isə prezidentliyə namizəd olmasi təklifl ərini 
qəbul edir. Prezidentliyə namizəd olmasına razılığını 
ifadə edən bəyanatında seçkiönü kompaniyasının aparı-
cı tezislərini açıqlayır. Dövlət idarəetmə sistemində is-
lahatlar keçirilməsi, Cənub  ştatlarında nüfuzlu və  işlək 
icra strukturlarının yenidən qurulması, təhsil sisteminin 
təkmilləşdirilməsi, «kağız yoxsa metal pul» probleminin 
həlli onun seçki platformasının əsasını təşkil edirdi. Eyni za-
manda prezident seçiləcəyi halda ikinci müddətə seçilmək 
üçün namizədliyini irəli sürməyəcəyini bəyan edirdi.
Heysin rəqibi, demokratlarin namizədi Semyuel Tilde-
nin seçkiönü platformasının  əsasını iqtisadi sektorda isla-
hatlar təşkil edirdi. 7 noyabrda keçirilən seçkilərdə, axşam 
səsləri sayarkən Tildenin 250.000 səs çoxluğu ilə qalib 
gəldiyi məlum oldu. Lakin, respublikaçılar elə həmin anda 


118
Amerika prezidentləri
bəzi cənub-qərb ştatlarında seçkilərin nəticələrini şübhə al-
tına aldılar və arbitraj komissiyasının yaradılmasını  tələb 
etdilər. Konqresin hər iki palatasından və Ali Məhkəmədən, 
hər birindən beş nəfər olmaqla, Amerika tarixində analoqu 
olmayan komissiya yaradıldı. Martın 2-də seçimçilər kolle-
giyasında keçirilən təkrar seçkilərdə Heys Birləşmiş Ştatla-
rın prezidenti seçildi.
Demokratlara barışıq jesti olaraq Prezident Luiziana və 
Cənubi Karolinadan sonuncu İttifaq hərbi birləşmələrinin 
çıxarılmasını  təsdiqlədi. Seçki nəticələrinin bir müddət 
qeyri-müəyyən qalması, Heysin öz səlahiyyətlərini icra 
etməsinə başlayanadək kabineti tam formalaşdırmasına 
mane olmuşdu. Prezident dövləti vəzifələrə  təyinatlarda 
kadrların partiya mənsubluğunu nəzərə almayacağını söz 
versə də, vəzifələr paylanarkən dost və seçkiönü kampani-
yasına köməklik göstərənlərə üstünlük verdi. Heysin apar-
dığı kadr siyasətinə nəinki Konqres, hətta nüfuzlu respubli-
kaçılar da təsir göstərə bilmədilər. Nazirlərdən Con Şerman 
(maliyyə), Uilyam Everts (xarici işlər), Karl Şurts (daxili 
işlər) onun fəaliyyətinə böyük təsir göstərmişlər. Vətəndaş 
müharibəsindən sonra ilk dəfə  cənublu, poçt naziri təyin 
edilmiş Tennessili Mak-Kendri Kinin şəxsində, kabinetə 
daxil edilmişdi. 
Heys, gömrük sistemində apardığı islahatların uğurla 
nəticələnməsinə baxmayaraq, ölkə iqtisadiyyatında önəmli 
irəliləyişə nail olmamışdır. Dəmiryol işçilərinin kütləvi 
tətillərə başlaması iqtisadiyyatın dərin böhran keçirməsinə 
səbəb olmuşdur. Qeyd edək ki, ölkə tarixində ilk dəfə 
tətilləri dağıtmaq üçün ordudan istifadə edilmişdir.
Xarici siyasətdə Heys ciddi problemlərlə üzləşməmişdir. 
Onun prezidentliyi dövründə, Meksikadakı inqilablar 
nəticəsində  sərhəddə yaranmış konfl iktlər danışıqlar yolu 
ilə öz həllini tapmışdır.


119
Amerika prezidentləri
Əvvəlcədən bəyan etdiyi kimi Heys ikinci müddətə 
prezident seçilmək istəməmişdir. O, Ceyms Qarfi ldin nami-
zədliyini dəstəkləyərək deyirdi: «Qarfi ld özü-özünə yol aç-
mış ideal insan olduğu kimi ideal da namizəddir».
Prezidentlik müddəti bitdikdən sonra Heys, həyat yol-
daşı ilə birlikdə Fremontdakı (Ohayo ştatı)  Şpigel Qro-
uv malikanəsinə qayıdır. Burada o, yalnız xeyriyyəçilik 
fəaliyyəti göstərir. Heys 17 yanvar 1893-cü ildə 72 yaşında 
vəfat etmişdir. 


120
Amerika prezidentləri
CEYMS QARFİLD 
(JAMES GARFIELD)
(1881-1881)
ABŞ-ın 20-ci prezidenti Ceyms Qarfi ld 19 noyabr 1831-
ci ildə Ohayonun Klivlend şəhəri yaxınlığında anadan ol-
muşdur. Ulu babası Edvard Qarfi ld 1635-ci ildə İngiltərəni 
tərk edərək Massaçusetş  ərazisindəki Uotertaun yaşayış 
məntəqəsində məskunlaşmışdı. Atası Avraam Qarfi ld kasıb 


121
Amerika prezidentləri
olmasına baxmayaraq, zəhmətsevərliyi nəticəsində özünə 
torpaq sahəsi ala bilmişdi. Ümumiyyətlə, gələcək preziden-
tin uşaqlığı ağır keçmişdir. Ömrünün sonlarına yaxın bunu 
«Heyf ki, mən yoxsulluq içərisində anadan oldum» deyə 
etiraf etmişdi. 
Balaca Ceyms iki yaşında ikən atasını itirir. İbtidai 
təhsilini dini təmayüllü məktəbdə alaraq, erkən yaşların-
dan fermada, sonra isə  gəmidə köməkçi işləyir. Bacarıqlı 
və qabiliyyətli bir gənc olan Ceyms sonralar Hayram-Kol-
lec adlanan Qərb Eklektika institutuna daxil olur. Bura-
da təhsilini bitirdikdən sonra Yeni İngiltərədəki Uilyams 
kollecində oxuyur. 26 yaşında ikən Eklektika institutuna 
direktor təyin edilir. C.Qarfi ld bütün ömrü boyu qatı dindar 
olmuşdur. Belə ki, o Darvinin təkamül nəzəriyyəsinə qarşı 
çıxmış, din və coğrafi yadan mühazirələr oxumuşdur.
1858-ci ildə nüfuzlu ailədən olan Lukresiya Rendolfl a 
ailə həyatı qurur. Bu nikahdan onların beş övladı olmuşdur. 
Qarfi ldin iki oğlu T.Ruzvelt və V.Vilsonun prezidentliyi 
dövründə yüksək dövləti vəzifələrində çalışmışlar.
Gələcək prezident gənc yaşlarından siyasətə ciddi ma-
raq göstərir. 1859-cu ilin yazında Qarfi ld Ohayo ştatının qa-
nunvericilik orqanına üzv seçilir. Quldarlığın qəti əleyhdarı 
olması və parlaq natiqlik qabiliyyəti onu tezliklə respubli-
kaçı liderə çevirir.
Qarfi ldin hərbi karyerası uzunmüddətli olmasa da, ol-
duqca uğurlu olur. Ölkədə başlamış vətəndaş müharibəsinin 
ilk günlərindən cəbhəyə yollanaraq piyada hissələrində 
polkovnik rütbəsində xidmətə başlayır.  İki il sonra gene-
ral-mayor rütbəsi alaraq general Uilyam Rozenkransın or-
dusunda qərargah rəisi təyin edilir. 1862-ci ildə, hələ hərbi 
xidmətdə ikən Konqresə seçilsə də, öz fəaliyyətinə 1863-
cü ildə, hərbi xidmətdən tərxis olunduqdan sonra başlayır. 
Konqresdə çalışdığı müddətdə sahibkarlıq fəaliyyəti ilə də 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə