Patoloji anatomiya


) Dizenteriya zamanı bağırsaqda ən xarakter mikroskopik dəyişiklik nə ola bilər?



Yüklə 1,11 Mb.
səhifə14/16
tarix10.11.2017
ölçüsü1,11 Mb.
#9372
1   ...   8   9   10   11   12   13   14   15   16

834) Dizenteriya zamanı bağırsaqda ən xarakter mikroskopik dəyişiklik nə ola bilər?

A) Nazik bağırsaqda yaraların əmələ gəlməsi

B) Yoğun bağırsaqda yaraların əmələ gəlməsi

C) Qalça bağırsaqda limfoid follikulların şişkinləşməsi və nekrozlaşması

D) Nazik bağırsaqların nekrozlaşması

E) Nazik bağırsaqda örtük epiteli hüceyrələrində hidropik distrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
835) Aşağıda göstərilən hansı proses dizenteriya zamanı baş verən yerli morfoloji dəyişikliklərin bir mərhələsidir?

A) İnkubasiya (latent) mərhələsi

B) Beyinvari şişkinləşmə mərhələsi

C) Perforasiya mərhələsi (və ya ağırlaşmış yaralanmalar mərhələsi)

D) Diarreya mərhələsi

E) Yaraların sağalması mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

836) Göstərilən hansı proses qarın yatalağı zamanı baş verən yerli morfoloji dəyişikliklərin bir mərhələsidir?

A) Krupoz kolit mərhələsi

B) Spesifik ağırlaşmalar mərhələsi

C) Fibrinoz ileit mərhələsi

D) Septiki mərhələ

E) Yaraların əmələ gəlməsi mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
837) Qarın yatalağı zamanı qalça bağırsağın limfoid follikullarında yarın yatalağı çöplərini faqositoza uğradan, parlaq sitoplazmaya və solğun nüvələrə malik iri makrofaqlar görünür. Bu makrofaqlar necə adlanır?

A) Tifoid hüceyrələr

B) Çoxnüvəli giqant hüceyrələr (Lanqhans hüceyrələri)

C) Virxov hüceyrələri

D) Muzer hüceyrələri

E) Qarın yatalağı hüceyrələri (tifoz hüceyrələr)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
838) Vəba xəstəliyinin törədiciləri hansıdır?

A) Klassik vəba vibrionları və El-Tor vibrionları

B) RNT tərkibli vəba virusları

C) Pasteurella pestis çöpləri

D) Provaçek rikketsiyaları (vəba rikketsiyaları)

E) Enterobakteriyalar fəsiləsinə aid olan Şigellalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
839) Vəba xəstəliyinin əsas patogenetik mexanizmi nədir?

A) Hərəki neyronların destruksiyası

B) Nekrotik nefroz və uremiyanın inkişafı (vəbadansonrakı uremiya)

C) İmmun sistemin depressiyası

D) Orqanizmin dehidratasiyası

E) Orqanizmin ümumi intoksikasiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
840) Qarın yatalağı zamanı qalça bağırsağın limfoid follikullarında, o cümlədən də digər üzv və toxumalarda kəskin proliferativ qranulomatoz iltihab ocaqları əmələ gəlir. Bu iltihab ocaqları necə adlanır?

A) Qarın yatalağı qranulomaları (və ya tifoma)

B) Popovun poliferativ tifoz qranulomaları

C) Popov qranulomaları

D) Muzer qranulomaları

E) Qarın yatalağının natamam faqositoz ocaqları (və ya Bril-Zinsser qranulomaları)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
841) Hansı patoloji proses vəba xəstəliyinin mərhələsidir?

A) Algid mərhələ

B) Spesifik mərhələ

C) Yaraların əmələ gəlmə mərhələsi

D) Dehidratasiya mərhələsi

E) Sağalma mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
842) Vəba enteriti zamanı mikroskopik müayinədə nazik bağırsaqda bu xəstəlik üçün hansı xarakter dəyişiklik aşkar olunur?

A) Selikli qişada diffuz limfo-leykositar infiltrasiya

B) Bağırsağın divarındakı limfoid follikullarda spesifik qranulomalar (vəba qranulomaları)

C) Örtük və vəz epiteli hüceyrələrində hidropik distrofiya

D) Selikaltı qatda kəskin doluqanlılıq və ödem

E) Selikli qişa damarlarının divarında fibrinoid nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
843) Uşaq yaşlarda dizenteriya üçün aşağıda göstərilən hansı kolit daha xarakter hesab edilir?

A) Fibrinoz kolit

B) Qastroenterokolit

C) Follikulyar-yaralı kolit

D) Ağırlaşmalarla müşaiyət olunan kolit

E) Kataral kolit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
844) Qarın yatalağı zamanı baş verən spesifik ümumi morfoloji dəyişiklik hansıdır?

A) Qarın yatalağı qranulomaları

B) Splenomeqaliya (bəzən də həmçinin hepatomeqaliya)

C) Parenximatoz üzvlərdə distrofik dəyişikliklər

D) Beyinvari şişkinləşmə

E) Digər üzv və toxumalarda distrofik və nekrobiotik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
845) “Paltaryuyan qadın əli” simptomu hansı xəstəlikdən ölmüş meyitlər üçün xarakterdir?

A) Meninqokokemiya (meninqokokk sepsisi)

B) Uzun müddət suda qalmış meyitlərdə (“ölüm əlcəyi”)

C) Soyuqdan ölmə (bədənin ümumi soyuması)

D) Səpkili yatalaq

E) Vəba
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


846) Vəbanın spesifik ağırlaşması hansıdır?

A) Qalça bağırsaq divarının perforasiyası və vəba mənşəli yayılmış peritonit

B) Sepsis

C) Vəbadan sonrakı xırdaocaqlı kardioskleroz (postxolerik)

D) Vəbadansonrakı uremiya

E) Digər üzv və toxumalarda vəba üçün spesifik olan vəba qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
847) Dizenteriya zamanı yoğun bağırsaqda yerli morfoloji dəyişikliklər baş verir. Aşağıda göstərilən hansı proses bu dəyişikliklərin bir mərhələsidir?

A) Basilgəzdiricilik mərhələsi (xroniki dizenteriya)

B) Hemorragik kolit mərhələ

C) Paralitik mərhələ (yoğun bağırsağın divarındakı intramural sinir kələflərinin zədələnməsi)

D) Beyinvari şişkinləşmə mərhələsi (proliferativ kolit)

E) Kataral kolit mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
848) Yoğun bağırsağın selikli qişası tək qatlı epitellə örtülüdür. Belə olan halda nə üçün dizenteriya zamanı yoğun bağırsağın divarında krupoz kolit əvəzinə qalın ərpdən ibarət difteritik kolit inkişaf edir?

A) Dizenteriya zamanı yoğun bağırsaqda şigellaların həddən artıq çoxlu miqdarda artıb-çoxaldıqları üçün

B) Dizenteriya zamanı iltihabi prosesdə bağırsaq çöpləri də iştirak etdikləri üçün

C) Yoğun bağırsağın divarı təkqatlı epitellə örtüldüyü üçün

D) Yoğun bağırsağın selikli qişası xüsusi histoarxitektonikaya malik olduğu üçün

E) Bu zaman dizenteriya prosesinə əlavə olaraq difteriya çöpləri də qoşulduğu üçün


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

849) Dizenteriyanın spesifik (xarakter) ümumi morfoloji dəyişikliklərinə nə aiddir?
A) Digər üzv və toxumalarda spesifik dizenteriya qranulomalarının inkişaf etməsi

B) Dizenteriya zamanı spesifik ümumi morfoloji dəyişiklik inkişaf etmir

C) Uzunmüddətli ishallarla əlaqədar xəstələrdə kaxeksiyanın inkişaf etməsi

D) Limfa düyünlərinin və limfoid follikulların böyüməsi

E) Parenximatoz üzvlərdə distrofik dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
850) Aşağıda göstərilən hansı patoloji proses vəba xəstəliyinin mərhələlərindən biridir?

A) Perforativ mərhələ

B) Sağalma mərhələsi

C) Xroniki vəbaya keçid mərhələsi (basilgəzdiricilik)

D) Vəba qastro-enteriti

E) Vəba meningiti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
851) Aşağıdakı hansı patoloji proses dizenteriya xəstəliyinin ağırlaşması kimi inkişaf etmir?

A) Ocaqlı pnevmoniya

B) Meningit

C) Paraproktit

D) Böyrəyin ikincili amiloidozu

E) Peritonit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
852) Aşağıdakı hansı növ iltihabi proses dizenteriya zamanı yoğun bağırsağın divarında rast gəlinmir?

A) İnterstitsial kolit

B) Yaralı kolit

C) Fibrinoz kolit

D) Kataral kolit

E) Difteritik kolit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
853) Aşağıda göstərilən hansı patoloji proses qarın yatalağı xəstəliyi zamanı ağırlaşma kimi inkişaf etmir?

A) Perforasiya

B) Xroniki kolit

C) Bağırsaq qanaxmaları

D) Qırtlağın irinli perixondriti (larinqotif)

E) Peritonit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
854) Aşağıda göstərilən hansı patoloji proses və ya əlamətin inkişaf etməsi vəba xəstəliyi zamanı (və ya vəbadan ölmüş xəstələrin meyitlərində) orqanizmin kəskin dehidratasiyası ilə əlaqədar deyildir?

A) “Qladiator vəziyyəti”

B) Vəba tifoidi (vəba sepsisi)

C) “Paltaryuyan qadın əli” simptomu

D) Hipovolemiya

E) “Vəba büküşləri” əlaməti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
855) Hansı əlamət qarın yatalağı üçün xarakterdir?

A) Qalça bağırsaqda (ileosekal bucaq başlayaraq) fibrinoz iltihab

B) Qarın yatalağı enterokoliti

C) Bağırsağın örtük epitellərində hidropik distrofiya

D) Peyer yastıqcıqlarının beyinvari şişkinləşməsi

E) Difteritik kolit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
856) Qarın yatalağının ağırlaşması hansıdır?

A) Endometrit

B) Meningit

C) Bağırsaq qanaxması

D) Orxit

E) Böyrəyin amiloidozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
857) Dizenteriyanın ikinci mərhələsində hansı dəyişikliyə rast gəlinmir?

A) Yoğun bağırsağın divarındakı limfoid follikullarda “beyinvari şişkinləşmə”

B) Selikli qişada yayılmış nekroz ocaqları

C) Bağırsağın sinir-əzələ aparatında distrofik və nekrotik dəyişikliklər

D) Yoğun bağırsaqda fibrinoz iltihab

E) Bağırsaq divarında ocaqlı limfo-histiositar infiltratlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
858) Kəskin dizenteriya zamanı hansı ağırlaşmaya rast gəlinə bilər?
A) Kaxeksiya

B) Bağırsaq mənfəzinin daralması

C) Böyrəyin ikincili amiloidozu

D) Bağırsaq divarının fleqmonası

E) Xroniki paraproktit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
859) Taun xəstəliyi latınca necə adlanır?

A) Morbilli

B) Pertussis

C) Lues


D) Lepra

E) Pestis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
860) Aşağıda malyariya xəstəliyinin hansı forması göstərilmişdir?

A) 3-günlük malyariya

B) 5-günlük malyariya

C) Sarılıqlı forma

D) Poliartritik forma

E) 1-günlük malyariya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
861) Taun xəstəliyi sağlam şəxslərə əsas etibarilə hansı yolla keçirilir?

A) İnfeksiya ilə çirklənmiş su içməklə (fekal-oral yolla)

B) Birələr vasitəsilə transmissiv yolla

C) Qanköçürmə yolu ilə (transfuzion)

D) Cift vasitəsilə transplasentar yolla

E) Cinsi əlaqə yolu ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
862) Qarayara xəstəliyi latınca necə adlanır?

A) Typhus exanthematicus

B) Anthrax

C) Cholera

D) Pestis

E) Morbilli


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
863) “Şosse tacı” fenomeni hansı xəstəlik üçün xarakterdir?

A) Qarayara

B) Ekstrakapilyar qlomerulonefrit

C) Taun


D) Vəba

E) Vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


864) Taunun bubon forması zamanı xarakter olaraq hansı üzv və ya toxuma hissəsi zədələnmiş olur?

A) Onurğa beyninin ön buynuzları

B) Ağ ciyərlər

C) Qalça bağırsağın distal hissəsi

D) Limfa düyünləri

E) Baş beyin yarımkürələrinin hipokamp qırışları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
865) Ornitoz xəstəliyi zamanı həm hüceyrələrin daxilində, həm də hüceyrələrdən kənarda iri ölçülü bazofil və ya oksifil substansiyalar görünür. Xəstəlik üçün bu xarakter substansiyalar necə adlanır?

A) Hüceyrədənkənar substansiyalar

B) Babeş-Neqri cisimcikləri

C) Mallori cisimcikləri

D) Qalberştedter-Provaçek cisimcikləri

E) İntrasellyulyar substansiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
866) Aşağıdakı hansı xəstəlik qranulomatoz xəstəliklər qrupuna daxildir?

A) Qarayara

B) Göyöskürək

C) Taun


D) Vəba

E) Toksoplazmoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
867) Aşağıda xüsusi təhlükəli (karantin) infeksiyalardan hansı göstərilmişdir?

A) Taun


B) Atipik pnevmoniya

C) Qarın yatalağı

D) Quş qripi

E) İİV-infeksiya (QİÇS)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
868) Qarayara xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Qarayara çöpləri

B) Qarayara vibrionları

C) Provaçek-antraks rikketsiyaları

D) RNT-tərkibli qarayara virusları

E) Protozoa tipinə məxsus ibtidailər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
869) Taun törədicilərinin rezervuarı hansıdır?

A) Gəmiricilər

B) Ev quşları

C) Durğun su hövzələri

D) Paltar biti

E) “Anopheles” ağcaqanadları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
870) Ornitoz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Provaçek rikketsiyaları

B) Xlamidilər

C) Protozoa tipinə məxsus ibtidailər

D) El-tor tipli ornitoz vibrionları

E) DNT-tərkibli ornitoviruslar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
871) Aşağıda qarayara xəstəliyinin hansı forması göstərilmişdir?

A) Bubon forma

B) Sarılıqlı forma

C) Preparalitik forma

D) Bağırsaq forması

E) Subklinik forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
872) Qarayara xəstəliyinin ən çox rast gəlinən forması hansıdır?

A) Bağırsaq forması

B) Birincili septiki forma

C) Əsnək forması

D) Dəri forması

E) Ağ ciyər forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
873) Aşağıda malyariya xəstəliyinin hansı forması göstərilmişdir?

A) Qızdırmasız malyariya

B) Bağırsaq forması

C) 4-günlük malyariya

D) 7-günlük malyariya

E) İldırımvari forma (fulminant forma)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
874) Taunun ən çox rast gəlinən forması hansıdır?

A) Ağ ciyər forması

B) Bubon forma

C) Əsnək forması

D) Yuxarı tənəffüs yolları forması

E) Bağırsaq forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
875) Taun zamanı limfa düyünlərində iltihabın (limfadenitin) xarakteri?

A) Əvvəlcə nekrotik, sonra isə bu nekroz ocaqlarının ətrafında proliferativ iltihab (qranulomatoz)

B) Əvvəlcə irinli, sonra isə seroz-hemorragik

C) Kataral

D) Əvvəlcə seroz-hemorragik, sonra isə irinli

E) Fibrinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
876) Hansı patoloji proses qarayara xəstəliyinin formalarından biridir?

A) Tropik forma

B) Birincili septiki forma

C) Zöhrəvi forma

D) Qızdırmalı forma

E) Qranulomatoz forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
877) Malyariya xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Protozoa tipinə məxsus ibtidailər – malyariya plazmodiləri

B) Korinebakteriyalar ailəsinə məxsus malyariya streptokokları

C) Malyariya rikketsiyaları

D) DNT-tərkibli malaroviruslar

E) Asiya tipli malyariya vibrionları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
878) Aşağıda göstərilən hansı patoloji proses malyariya xəstəliyinin formalarından biridir?

A) Paralitik forma

B) Tropik malyariya

C) Əsnək forması

D) Hemolitik forma

E) Subtropik malyariya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
879) Malyariya xəstəliyi zamanı əmələ gələn patoloji hemoqlobinogen piqment necə adlanır?

A) Hemozoin

B) Hematoidin

C) Porfirin

D) Hemosiderin

E) Malyariya bilirubini


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
880) Aşağıda qarayara xəstəliyinin hansı forması göstərilmişdir?

A) Ekstravaskulyar forma

B) Hematogen forma (hematogen qarayara)

C) Paralitik forma

D) Dəri forması

E) Əsnək forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
881) 3-günlük malyariya başqa adla necə adlanır?

A) “Vivax-malyariya”

B) “Falciparum-malyariya”

C) Subtropik malyariya

D) Tropik malyariya

E) Sarılıqlı malyariya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
882) Tropik malyariya başqa adla necə adlanır?

A) “Falciparum-malyariya”

B) Afrika malyariyası

C) “Vivax-malyariya”

D) Sarılıqsız malyariya

E) 7-günlük malyariya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
883) Malyariya (xüsusilə də tropik malyariya) zamanı baş beyində meydana çıxa bilən qranulomalar necə adlanır?

A) Xockin qranulomaları

B) Dyurk qranulomaları

C) Malyariomalar

D) Popov qranulomaları

E) Aşoff-Talalayev qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
884) Aşağıda malyariya xəstəliyinin hansı forması göstərilmişdir?

A) Qızdırmasız malyariya

B) Tropik malyariya

C) 5-günlük malyariya

D) “Anopheles” malyariyası

E) Subtropik malyariya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
885) Malyariyanın törədiciləri orqanizmdə harada rast gəlinir?

A) Hepatositlərdə

B) Eritrositlərdə

C) Makrofaqlarda

D) T-helper-limfositlərdə

E) Damarların endotel hüceyrələrində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
886) Mikoplazmoz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) DNT-tərkibli mikoviruslar

B) Provaçek rikketsiyaları

C) Asiya tipli mikoplazma vibrionları

D) Protozoa tipinə məxsus ibtidailər

E) Viruslarla bakteriyalar arasında aralıq mövqe tutan mikoplazmalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
887) Listerioz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Korinebakteriyalar ailəsinə məxsus çöplər – listeriyalar

B) Protozoa tipinə məxsus ibtidailər

C) Provaçek rikketsiyaları

D) Mikobakteriyalar ailəsinə məxsus listeriya mikobakteriyaları

E) DNT-tərkibli listeroviruslar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
888) Aşağıda listerioz xəstəliyinin hansı forması göstərilmişdir?

A) Bubon forma

B) Sarılıqsız forma

C) Preparalitik forma

D) Anginoz-septiki forma

E) Subklinik forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
889) Aşağıda listerioz xəstəliyinin hansı forması göstərilmişdir?

A) Sinir forması

B) Ekstravaskulyar forma

C) Paralitik forma

D) Qulaq forması

E) Hematogen forma (hematogen qarayara)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
890) Hansı patoloji proses qarayara xəstəliyinin formalarından biridir?

A) İkincili qarayara

B) Birincili ağ ciyər forması

C) Göz forması

D) Abortiv forma

E) Anadangəlmə (bətndaxili) forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
891) Listerioz xəstəliyi zamanı üzv və toxumalarda inkişaf edən qranulomalar (qranulomatoz iltihab ocaqları) necə adlanır?

A) Aşoff-Talalayev qranulomaları

B) Listerioma

C) Xockin qranulomaları

D) Listoqranulomalar

E) Popov qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
892) Hansı patoloji proses taun xəstəliyinin formalarından biridir?

A) Anadangəlmə (bətndaxili) forma

B) Göz forması

C) İlkin ağ ciyər forması

D) Abortiv forma

E) İkincili taun


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
893) Taun xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Cersinia pestis

B) Mycobakterium leprae

C) Bordetella pertussis

D) Taun vibrionları

E) Treponema pallidum


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
894) Aşağıdakı hansı xəstəlik qranulomatoz xəstəliklər qrupuna daxildir?

A) Paraqrip

B) Listerioz

C) Skarlatina

D) Difteriya

E) Dizenteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
895) Hansı patoloji proses listerioz xəstəliyinin formalarından biridir?

A) Kataral forma

B) Septiko-qranulomatoz forma

C) Qızdırmasız forma

D) Zöhrəvi forma

E) Tropik forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
896) Listeriozun hansı forması adətən perinatal dövrdə (döldə və yenidoğulmuşlarda) rast gəlinır?

A) Septiko-qranulomatoz forma

B) Sarılıqlı forma

C) Sarılıqsız forma

D) Qızdırmalı forma

E) Qızdırmasız forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
897) Toksoplazmoz xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Asiya tipli toksoplazma vibrionları

B) El-Tor rikketsiyaları

C) β-hemolitik qızılı streptokoklar

D) DNT-tərkibli toksoviruslar

E) Protozoa tipinə məxsus aypara şəkilli ibtidailər – toksoplazmalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
898) Aşağıda taun xəstəliyinin hansı forması göstərilmişdir?

A) Preparalitik forma

B) Ekstravaskulyar forma

C) Əsnək forması

D) Qazanılmış taun

E) Dəri forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
899) Malyariya xəstəliyi zamanı bütün üzv və toxumaların tünd boz və ya qaramtıl rəngdə boyanmasının səbəbi nədir?

A) Hiperbilirubinemiya

B) Ürəkdə kardiomiopatiya ilə əlaqədar xroniki ümumi venoz hiperemiya

C) Hemozoin piqmenti

D) Lipofussinoz

E) Kəskin ümumi venoz hiperemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
900) Ornitoz xəstəliyi başqa adla necə adlandırılır?

A) Xoreya

B) Antraks

C) Toksoplazmoz

D) Psittakoz

E) Mikoplazmoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
901) Toksoplazmoz xəstəliyinə yoluxma bətndaxili dövrdə baş verərsə belə toksoplazmoz necə adlanır?

A) Qazanılmış toksoplazmoz

B) Birincili toksoplazmoz

C) İrsi toksoplazmoz

D) Postnatal toksoplazmoz

E) Anadangəlmə toksoplazmoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə