Patoloji anatomiya


) Hansı patoloji proses İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələsidir?



Yüklə 1,11 Mb.
səhifə13/16
tarix10.11.2017
ölçüsü1,11 Mb.
#9372
1   ...   8   9   10   11   12   13   14   15   16

766) Hansı patoloji proses İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələsidir?

A) Kazeoz limfadenit mərhələsi

B) Xroniki narkomaniya mərhələsi (narkomanlıq dövrü)

C) Latent dövr

D) Generalizə olunmuş limfosarkoma mərhələsi

E) Yoluxma mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
767) Səpkili yatalaq zamanı əsas morfoloji dəyişikliklər harada gedir?

A) Yuxarı tənəffüs yollarının selikli qişasında

B) Dərinin epidermisində

C) Damarların divarında

D) Qara ciyərdə

E) Mərkəzi sinir sistemində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
768) Poliomielit zamanı mərkəzi sinir sisteminin ən çox hansı hissəsi zədələnir?

A) Onurğa beyninin ön buynuzları

B) Onurğa beyninin arxa buynuzları

C) Silvi su kəməri

D) Baş beynin gicgah nahiyəsinin hipokamp (dəniz atı ayğırı) qırışı

E) Beyincik soxulcanı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
769) Aşağıda göstərilən hansı hal qripin ağır forması deməkdir?

A) Xəstələrdə mədə-bağırsaq pozğunluqlarının baş verməsi

B) Orqanizmin ümumi intoksikasiyasının baş verməsi

C) Prosesin yuxarı tənəffüs yollarından ağ ciyər toxumasına qədər yayılması

D) Kəskin kataral bronxitin başlanması

E) Ağ ciyərlərdə atelektaz ocaqlarının meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
770) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi (qeyri-spesifik) morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Mezenximal (stromal-damar) dəyişikliklər

B) Metabolik dəyişikliklər

C) Erkən dəyişikliklər

D) Distrofik dəyişikliklər

E) Regenerator dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
771) Qızılca xəstəliyi zamanı limfoid toxumalarda və bəzi iltihab ocaqlarında makrofaqlar giqant çoxnüvəli hüceyrələrə çevrilirlər. Bu hüceyrələr necə adlanır?

A) Xockin hüceyrələri

B) Giqant yad cisim hüceyrələri

C) Piroqov-Lanqhans hüceyrələri

D) Şternberq hüceyrələri

E) Vortin-Finkeldey hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
772) İİV-infeksiya (QİÇS) zamanı ağ ciyərdə hansı proses daha çox rast gəlinir?

A) Legionerlər xəstəliyi

B) Pnevmokok mənşəli pnevmoniya

C) Qrippoz pnevmoniya

D) Krupoz pnevmoniya

E) Pnevmosist pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
773) Səpkili yatalaq zamanı xarakter olaraq hansı dəyişiklik baş verir?

A) Miozit

B) Seroz-hemorragik qastro-enterit

C) Vaskulit

D) Difteritik kolit

E) Xoralı ileit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
774) Aşağıdakı hansı patologiya İİV-infeksiyanın (QİÇS) mərhələsidir?

A) Alterasiya dövrü

B) Proliferasiya mərhələsi

C) Post-QİÇS mərhələsi

D) Generalizə olunmuş limfadenopatiya

E) Generalizə olunmuş limfosarkoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

775) Göstərilən hansı hal qripin ağır forması deməkdir?

A) Kəskin ürək çatışmazlığının inkişaf etməsi

B) Plevranın deşilməsi və pnevmotoraks

C) Prosesə xroniki böyrək çatışmazlığının qoşulması

D) İkincili infeksiyanın qoşulması ilə əlaqədar ağ ciyər ağırlaşmaları

E) Xəstədə həqiqi inağın baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

776) İİV-infeksiya zamanı (QİÇS) zamanı hansı opportunist infeksiya daha çox rast gəlinir?

A) Ayaq barmaqlarında göbələk xəstəliyi

B) Pnevmosist pnevmoniya

C) Nazik bağırsaqların mikozu

D) Streptokok stomatiti

E) Dəridə trixofitiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
777) Poliomielit xəstəliyinin paralitik forması öz inkişafında 4 mərhələ keçirir. Aşağıda mərhələlərdən hansı göstərilmişdir?

A) Bərpa mərhələsi

B) Proliferativ mərhələ

C) Qastro-enterit mərhələsi

D) Requrgitasiya mərhələsi

E) Koaqulyasion mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
778) Dəridə meydana çıxan səpkilər necə adlanır?

A) Eritema

B) Enantema

C) Ekzantema

D) Qızartı

E) Qançır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
779) Selikli qişalarda meydana çıxan səpkilər necə adlanır?

A) Enantema

B) Eroziya

C) Xora


D) Ekzantema

E) Leykoplagiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
780) İİV-infeksiyanın finalı hansı patologiya ilə nəticələnir?

A) Anadangəlmə immun çatışmazlıq sindromu

B) İrsi immun çatışmazlıq sindromu

C) Birincili immun çatışmazlıq sindromu

D) Qazanılmış immun çatışmazlıq sindromu

E) Terapevtik immun çatışmazlıq sindromu (yatrogeniya)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
781) İİV-infeksiya (QİÇS) zamanı hansı şiş daha çox rast gəlinir?

A) Düz bağırsağın xərçəngi

B) Diferensiasiya etməmiş hemangiosarkoma

C) Cinsiyyət üzvlərinin bədxassəli şişi

D) Ağ ciyərin xərçəngi

E) Kapoşi sarkoması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
782) Babeş-Neqri cisimcikləri hansı xəstəlik zamanı rast gəlinir?

A) Qızılca

B) Toksoplazmoz

C) Quduzluq

D) Virus hepatiti

E) Alkoqol hepatiti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
783) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Kardio-vaskulyar forma (ürək forması)

B) Poliartritik forma

C) Ağciyər sindromu variantı (ağ ciyər forması)

D) Aleykemik forma (anemik forma)

E) Böyrək variantı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
784) Səpkili yatalaq zamanı əmələ gələn qranuloma hansıdır?

A) Kazeoz qranuloma

B) Popov qranuloması

C) Aşoff-Talalayev qranulomaları

D) Byuxnerin gecikmiş düyünləri

E) Qarın yatalağı qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
785) Sitoplazmaları səpkili yatalaq rikketsiyaları ilə dolu olan endotel hüceyrələr necə adlanır?

A) Giqant yad cisim hüceyrələri

B) Xockin hüceyrələri

C) Vortin-Finkeldey hüceyrələri

D) Muzer hüceyrələri

E) Virxov hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
786) İnfeksion xəstəliklər zamanı orqanizmdə baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Sklerotik dəyişikliklər

B) Kazeoz dəyişikliklər

C) Gecikmiş dəyişikliklər

D) Hiperplastik dəyişikliklər

E) Eroziv dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
787) Aşağıdakı hansı vaskulit səpkili yatalaq zamanı rast gəlinir?

A) İnterstitsial vaskulit

B) Fibrinoz vaskulit

C) Kataral vaskulit

D) Nekrotik vaskulit və ya destruktiv vaskulit

E) Fibroplastik vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
788) Aşağıdakı hansı morfoloji dəyişiklik sitomeqaliya xəstəliyi zamanı aşkar olunur?

A) Zədələnmiş hüceyrələr həddən artıq böyüyür, nüvələrində ətrafdan parlaq haşiyə ilə əhatə olunan iri substansiyalar əmələ gəlir

B) Xırda kalibrli damarlarda endotel hüceyrələr şişir, nekrozlaşır və deskvamasiyaya uğrayırlar

C) Dərinin epidermisində tikanlı qatın epitellərində hidropik distrofiya nəticəsində çoxlu miqdarda xırda vezikulyoz səpkilər inkişaf edir

D) Çəhrayı rəngdə olan dəri səpkiləri (rozeolalar) əmələ gəlir, qısa müddətdə onların əksəriyyəti papulaya (düyüncük) və vezikulaya (qovuqcuq) çevrilirlər

E) Ocaqlı pnevmoniya və müvafiq seqmentlər üzrə plevritlər inkişaf edir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
789) Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?

A) Parenteral təsir

B) Vazoparalitik təsir

C) Epinefropatik təsir

D) Ultrastruktur təsir

E) Perinevral təsir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
790) Aşağıdakı hansı infeksion xəstəlik zamanı dəridə morfoloji dəyişikliklər baş vermir?

A) Poliomielit

B) Sadə herpes

C) Səpkili yatalaq

D) Taun

E) Su çiçəyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
791) Aşağıda qripin ağır formasının bir inkişaf variantı göstərilmişdir. O hansıdır?

A) Kəskin böyrək çatışmazlığının başlanması

B) Kəskin qrip sepsisi

C) Orqanizmin ağır ümumi intoksikasiyası

D) Nekrotik nazofaringit

E) Prosesin alveollara qədər yayılması və qrippoz pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
792) Mikroskopik müayinə zamanı giqant hüceyrələr və onların nüvələrinin daxilində iri ölçülü, bazofil “Koundri cisimcikləri” aşkar olunur. Bu, hansı infeksion xəstəlik üçün xarakter morfoloji əlamətdir?

A) Epidemik parotit

B) İnfeksion mononükleoz

C) Poliomielit

D) Mukovissidoz

E) Herpes infeksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
793) Damar iltihabının aşağıdakı hansı forması epidemik səpkili yatalaq zamanı təsadüf edilmir?

A) Proliferativ vaskulit

B) Fibroplastik vaskulit

C) Ziyilli endovaskulit və ya endotrombovaskulit

D) Destruktiv-proliferativ endotrombovaskulit və ya qarışıq vaskulit

E) Nekrotik vaskulit və ya destruktiv vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
794) Uşaqda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Uşaqda hansı xəstəliyin başlanmasından şübhələnmək olar?

A) Vensan stomatiti

B) B12-defisitli anemiya (Hünter qlossiti)

C) Skarlatina

D) Difteriya

E) Qızılca


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
795) İİV-infeksiya hansı qrup immun çatışmazlıq sindromlarına aid edilir?

A) Birincili immun çatışmazlıq sindromları

B) Hüceyrə immuniteti çatışmazlıqları

C) İkincili immun çatışmazlıq sindromları

D) İdiopatik immun çatışmazlıq sindromları

E) Zöhrəvi immun çatışmazlıq sindromları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Bakterial infeksiyalar və ibtidai infeksiyalar

796) Meninqokok infeksiyaları zamanı iltihabın hansı növü daha çox üstünlük təşkil edir?

A) İnterstitsial proliferativ

B) Hemorragik ekssudativ

C) Qranulomatoz iltihab

D) İrinli ekssudativ

E) Seroz kataral


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
797) Göyöskürək xəstəliyi latınca necə adlanır?

A) Pertussis

B) Morbilli

C) Mola hydatidosa

D) Typhus exanthematicus

E) Pestis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
798) Aşağıda göstərilən hansı üzv difteriya toksininə daha həssasdır?

A) Böyrəklər

B) Qara ciyər

C) Baş beyin

D) Ürək

E) Ağciyər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
799) Difteriya zamanı ürəyin erkən iflicinin səbəbi nədir?

A) Ürəyin sinir kələfində dəyişikliklər və innervasiyanın pozulması

B) Hemorragik insult

C) Toksiki miokardit

D) Miokardın infarktı

E) Diffuz xırda ocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
800) Göstərilən hansı patoloji proses meninqokok infeksiyasının formalarından biridir?

A) Polipoz-xoralı infeksiya

B) Meninqokok qastro-enteriti

C) Toksiki forma

D) Meninqokok tonzilliti

E) Meninqokok meningiti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

801) Difteriya zamanı ürəyin gecikmiş iflicinin səbəbi nədir?

A) Polipoz-xoralı endokardit

B) Ürəyin sinir innervasiyasının pozulması

C) Fibrinoz perikardit

D) Orqanizmin dehidratasiyası və hipovolemiya

E) Diffuz xırda ocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

802) Skarlatinanın hansı patogenetik istiqamətinin daha çox üstünlük təşkil etməsindən asılı olaraq bu xəstəliyin ağır formasının özünün də 3 forması ayırd edilir. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) “Bədxassəli” skarlatina

B) Skarlatinanın baş beynin zədələnməsi ilə müşaiyət olunan ağır forması (meninqoensefalit)

C) Ağ ciyərlərdən kənar üzvlərdə üstünlük təşkil etməklə gedən skarlatina

D) Ağır toksiki skarlatina

E) İkincili infeksiyanın qoşulması ilə əlaqədar ağ ciyər ağırlaşmasının baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
803) Difteriya zamanı iltihabın ən çox rast gəlinən növü hansıdır?

A) Qranulomatoz

B) İrinli

C) Kataral

D) Fibrinoz

E) Proliferativ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
804) Göyöskürək xəstəliyini hansı mikroorqanizmlər törədir?

A) RNT–tərkibli göyöskürək virusları (Deyn hissəcikləri)

B) Provaçek rikketsiyaları

C) Vibrionlar (El-Tor vibrionları)

D) Göyöskürək çöpləri (Borde-Janqu çöpləri)

E) A-qrupuna məxsus β-hemolitik göyöskürək streptokokları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
805) Aşağıdakı xəstəliklərin hansında xəstələrdə həqiqi inağ baş verir?

A) Paraqrip

B) Qızılca

C) Streptokok faringiti

D) Hipertrofik angina

E) Difteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
806) Aşağıdakı hansı patologiya meninqokok infeksiyasının formasıdır (həm də mərhələsi)?

A) Nazofaringit

B) Streptokok sepsisi

C) İrinli tonzillit

D) Kəskin respirator və ya ağ ciyər forması

E) Vərəm meningiti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
807) Difteriyanın yuxarı tənəffüs yolları formasında xarakter hansı növ iltihab inkişaf edir?

A) İrinli ekssudativ

B) Krupoz fibrinoz

C) Kataral ekssudativ

D) Proliferativ

E) Difteritik fibrinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

808) Aşağıdakı hansı patologiya difteriyanın yuxarı tənəffüs yolları formasında adətən ölümün səbəbi olur?

A) Bütün üzv və toxumalarda ağır distrofik və nekrobiotik dəyişikliklərlə əlaqədar poliorqan çatışmazlığı

B) DYL-sindromla əlaqədar baş beyin maddəsində çoxsaylı mikroinfarktlar

C) Difteritik qlomerulonefritlə əlaqədar kəskin böyrək çatışmazlığı

D) Toksiki miokarditlə əlaqədar miokardda əzələ liflərinin (kardiomiositlərin) fraqmentasiyası

E) Həqiqi inağla əlaqədar mexaniki asfiksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
809) Difteriyanın əsnək formasında xarakter olaraq hansı növ iltihab inkişaf edir?

A) Krupoz fibrinoz

B) Difteritik fibrinoz

C) Seroz ekssudativ

D) Qranulomatoz

E) İnterstitsial proliferativ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
810) Skarlatina xəstəliyini hansı mikroorqanizm törədir?

A) Fuzibakteriyalar

B) El-Tor vibrionu

C) A-qrupuna məxsus β-hemolitik streptokoklar

D) Kox basilləri

E) Provaçek rikketsiyaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
811) Aşağıda difteriyanın hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Difteriya meningiti

B) Difteriya nazo-faringiti

C) Difteritik pnevmoniya forması

D) Əsnək forması

E) Orta forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
812) Skarlatina zamanı baş verən yerli morfoloji dəyişikliklər necə adlanır?

A) Beyinvari skarlatinoz şişkinləşmə

B) Abrikosov ocağı

C) Skarlatina qastro-enteriti

D) İlkin skarlatinoz kompleks

E) “Alovlanan dil”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
813) “Alovlanan əsnək” hansı xəstəlik zamanı rast gəlinir?

A) Meninqokok nazofaringiti

B) B12-defisitli anemiya

C) Difteriya

D) Skarlatina

E) Qripin yüngül forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

814) Meninqokok infeksiyası zamanı iltihabın hansı xarakter növü inkişaf edir?

A) Krupoz fibrinoz

B) Hemorragik

C) Difteritik fibrinoz

D) İrinli

E) Proliferativ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

815) Baş beynin yalnız yumşaq qişasının iltihabı necə adlanır?

A) Leptomeningit

B) Meningit

C) Leyomeningit

D) Paximeningit

E) Meninqoensefalit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
816) Baş beynin yalnız sərt qişasının iltihabı necə adlanır?

A) Ensefalit

B) Meningit

C) Paximeningit

D) Meninqoensefalit

E) Leptomeningit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
817) “Öskürək paroksizmi” (spazmatik öskürək) hansı xəstəlik üçün xarakterdir?

A) Difteriyanın yuxarı tənəffüs yolları forması

B) Qrippoz pnevmoniya

C) Ağ ciyərin vərəmi

D) Krupoz pnevmoniya

E) Göyöskürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
818) Klinik-morfoloji xüsusiyyətlərinin ağırlıq dərəcəsindən asılı olaraq skarlatina xəstəliyinin 3 forması ayırd edilir. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Generalizə olunmuş skarlatina

B) Ağır forma

C) Kaxeksiya forması (kaxektik skarlatina)

D) Səthi skarlatina

E) Skarlatinanın visseral forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
819) Difteriyanın əsnək forması zamanı ölümün səbəbi nə ola bilər?

A) Orqanizmin ümumi intoksikasiyası ilə əlaqədar baş beyin maddəsinin ödemi

B) Anemiya

C) Həqiqi inağla əlaqədar mexaniki asfiksiya

D) Toksiki miokarditlə əlaqədar kəskin ürək çatışmazlığı

E) Hepatorenal sidromla əlaqədar kəskin böyrək-qara ciyər çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
820) Aşağıda difteriyanın hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Ağır forma

B) Septiki forma

C) Yuxarı tənəffüs yolları forması

D) Generalizə olunmuş forma

E) Sirrotik forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
821) Qarın yatalağının törədiciləri hansıdır?

A) Şiqellalar

B) Provaçek rikketsiyaları (qarın yatalağı rikketsiyaları)

C) Kox basilləri

D) Qarın yatalağı salmonellaları

E) RNT tərkibli qarın yatalağı virusları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
822) Aşağıdakı hansı proses vəba xəstəliyinin mərhələlərindən biridir?

A) Beyinvari şişkinləşmə mərhələsi

B) Sağalma mərhələsi

C) Kataral kolit mərhələsi

D) Yaraların əmələ gəlmə mərhələsi

E) Qastro-enterit mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
823) Aşağıda göstərilən hansı proses dizenteriya xəstəliyinin yerli morfoloji dəyişikliklərindən biridir?

A) Difteritik kolit mərhələsi

B) Paralitik mərhələ

C) Kataral ileo-kolit mərhələsi

D) Xroniki kolit mərhələsi

E) Beyinvari şişkinləşmə mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
824) Qarın yatalağı zamanı əsas yerli dəyişikliklər harada baş verir?

A) Qalça bağırsağın distal hissəsində

B) Yoğun bağırsaqda

C) Damarların endotel qatında (vaskulit)

D) Qarnın ön divarında

E) Mədədə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
825) Vəbanın spesifik ağırlaşması hansıdır?

A) Nazik bağırsağın perforasiyası

B) Vəba tifoidi

C) Vəba pnevmoniyası

D) “Vəba dizenteriyası”

E) Baş beynin "dəniz atı ayğırı qırışı"nda vəba qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
826) Aşağıda qarın yatalağı zamanı baş verən yerli morfoloji dəyişikliklərin bir mərhələsi göstərilmişdir. O, hansıdır?

A) Difteritik kolit mərhələ

B) Qastro-enterit mərhələsi

C) Algid mərhələ

D) Sağalma mərhələsi

E) Latent (gizli) mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
827) Qarın yatalağı zamanı meydana çıxan spesifik qranulomalar necə adlanır?

A) Popov qranulomaları

B) Salmonelloz qranulomalar

C) Qarın yatalağı qranulomaları

D) Babeş-Neqri qranulomaları

E) Qarın yatalağı xəstəliyi zamanı qranuloma meydana çıxmır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

828) Qarın yatalağı zamanı baş verən spesifik ümumi morfoloji dəyişiklik hansıdır?

A) Qarın yatalağı səpkiləri

B) Limfoid toxumaların hiperplastik dəyişiklikləri

C) Qarın yatalağı zamanı ümumi morfoloji dəyişikliklər içərisində spesifik dəyişiklik olmur

D) Orqanizmin ümumi intoksikasiyası

E) Vaskulitlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
829) Aşağıdakı hansı xəstəlik xüsusi təhlükəli (karantin) infeksion xəstəlik hesab edilir?

A) Səpkili yatalaq

B) Dizenteriya

C) Meninqokok infeksiyaları

D) İİV-infeksiya (QİÇS)

E) Vəba
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


830) Aşağıda qarın yatalağı zamanı baş verən yerli morfoloji dəyişikliklərin biri göstərilmişdir. O, hansıdır?

A) Kataral enterit mərhələsi

B) Kataral kolit mərhələsi

C) Abortiv mərhələ

D) Tifoid mərhələ

E) Təmiz yara mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
831) Dizenteriya zamanı baş verən yerli morfoloji dəyişiklik (mərhələ) hansıdır?

A) Kataral ileo-kolit mərhələsi

B) Yaraların əmələ gəlməsi mərhələsi

C) Təmiz yara mərhələsi

D) Nekroz mərhələsi

E) Preparalitik mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
832) Aşağıda göstərilən hansı patoloji proses vəba xəstəliyi zamanı inkişaf edir?

A) Fibrinoz enterit

B) Qalça bağırsağın divarındakı Peyer yastıqcıqlarının “beyinvari şişkinləşməsi”

C) İrinli ekssudatla xoralı kolit

D) Kəskin kataral qastrit

E) Proliferativ qastropatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
833) Qarın yatalağı qranuloması üçün hansı hüceyrə daha xarakterdir?

A) Çoxnüvəli giqant Lanqhans hüceyrələri

B) Epitelioid hüceyrələr

C) B-limfositlər

D) Retikulositlər

E) Makrofaqlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə