Patoloji anatomiya


) Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik hansıdır?



Yüklə 1,11 Mb.
səhifə12/16
tarix10.11.2017
ölçüsü1,11 Mb.
#9372
1   ...   8   9   10   11   12   13   14   15   16

710) Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik hansıdır?

A) Arteriolların divarında hialinoz

B) Kapilyarların divarında hialinoz və skleroz

C) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması

D) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı

E) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
711) Aşağıda tireotoksikozun (Bazedov zobu) xarakter mikroskopik əlamətlərindən hansı göstərilmişdir?

A) Follikulların mənfəzinin limfo-leykositar elementlərlə dolması

B) Follikulların həcmcə böyüməsi

C) Vəz epitellərinin hiperfunksiyası

D) Follikulların mənfəzində birləşdirici toxumanın inkişafı

E) Vəz epitellərinin proliferasiyası və follikulların mənfəzinə doğru məməcikli çıxıntıların əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
712) Aşağıda göstərilən hansı zob həm də I qrup (həqiqi) autoimmun xəstəliklərə aid edilir?

A) Bazedov zobu

B) Xasimoto zobu

C) Kolloid zob

D) Endemik zob

E) Ridel zobu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
713) Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər necə adlanır?

A) Şəkərli aortopatiya

B) Diabetik mikroangiopatiya

C) Diabetik vazopatiya

D) Vazoparalitik şəkərli diabet

E) Diabetik makroangiopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
714) Zob nəyə deyilir?

A) Qalxanabənzər vəzin xoşxassəli şişinə

B) Qalxanabənzər vəzin distrofiya və nekrozuna

C) Qalxanabənzər vəzin həcmcə böyüməsinə

D) Qalxanabənzər vəzin adenomasına

E) Qalxanabənzər vəzin hiperplaziyasına


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
715) Aşağıda zobun histoloji quruluşuna görə hansı növü göstərilmişdir?

A) Mezenximal zob

B) Retrosternal zob

C) Diffuz zob

D) Endemik zob

E) Parenximatoz zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
716) Hansı zob zamanı qalxanabənzər vəz sklerozlaşmış, atrofiyalaşmış və büzüşmüş olur?

A) Kolloid zob

B) Bazedov zobu

C) Tireotoksikoz

D) Xasimoto zobu

E) Ridel zobu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
717) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma ilə yanaşı xorion xovları da görünür. Bu, hamiləliyin harada yerləşməsini göstərir?

A) Endometriumda xorion xovlarının görünməsi hamiləliyin olmamasını göstərir

B) Yalnız boruda

C) Yalnız peritonda

D) Bu, bütün hamiləlik hallarında mümkündür

E) Yalnız uşaqlıqda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
718) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?

A) Metaplastik mastopatiya

B) İnfiltrativ mastopatiya

C) Qeyri-infiltrativ mastopatiya

D) Proliferativ mastopatiya

E) Parenximatoz mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
719) Aşağıda prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının ən çox rast gəlinən bir forması göstərilmişdir. O, hansıdır?

A) Sirrotik hiperplaziya

B) Karsinomatoz hiperplaziya

C) Adenomatoz hiperplaziya

D) Xorionepitelioma

E) Bədxassəli hiperplaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
720) Pecet xəstəliyi nədir?

A) Süd vəzlərində döş giləsindən və areoladan inkişaf edən xərçəng

B) Süd vəzlərinin dishormonal xəstəliklərinin, mastopatiyaların bir növü

C) Uşaqlıq cisminin bədxassəli mezenximal şişi

D) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən xoşxassəli şiş

E) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən bədxassəli şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
721) Aşağıda süd vəzlərinin hansı xoşxassəli epitelial şişi göstərilmişdir?

A) Tekoma

B) Xoşxassəli epitelioma

C) Leyomioma

D) Filloid şiş

E) Fibroz hipertrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
722) Xoşxassəli beçəxor maliqnizasiya etdikdə hansı bədxassəli şiş əmələ gəlir?

A) Uşaqlığın fibrosarkoması

B) Uşaqlıq cisminin xərçəngi

C) Endometrioz

D) Xorionepitelioma

E) Uşaqlıq boynunun xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
723) Endometrioz nədir?

A) Uşaqlığın selikli qişasının struktur elementlərinin selikli qişa¬dan kənar toxumalarda rast gəlinməsi

B) Uşaqlığın selikli qişasının iltihabı

C) Uşaqlığın selikli qişasının bədxassəli mezenximal şişi

D) Uşaqlığın selikli qişasının xoşxassəli şişi

E) Uşaqlığın selikli qişasının ağır distrofiya və nekrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
724) Aşağıda göstərilən hansı histoloji forma prostat vəzin xərçəngi üçün xarakter deyildir?

A) Anaplastik karsinoma

B) Orta diferensiasiyalı karsinoma

C) Yüksək diferensiasiyalı karsinoma

D) Solid xərçəng

E) Yastı epitelli xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
725) Endoservikoz (psevdoeroziya) nədir?

A) Uşaqlıq boynu kanalına məxsus toxumanın uşaqlıq boynundan kənar üzv və toxumalarda meydana çıxması

B) Uşaqlıq boynunda selikli qişanın örtük epitelinin tamlığının pozulması (eroziya)

C) Uşaqlıq boynunun vaginal hissəsinin səthində çoxqatlı yastı örtük epitelində buynuzlaşma ocaqlarının meydana çıxması (uşaqlıq boynunun prekanserogen patologiyası hesab edilir)

D) Uşaqlıq boynu kanalının selikli və selikaltı qatlarında ağır distrofik və nekrotik dəyişikliklərin meydana çıxması

E) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasında çoxqatlı yastı epitel əvəzinə uşaqlıq boynu kanalına məxsus təkqatlı prizmatik epitelin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
726) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?

A) Çox qısa müddətdə ağ ciyər qapısındakı limfa düyünlərinə metastazların olması (retroqrad metastazlar)

B) Digər süd vəzində döş giləsinin kompensator hipertrofiyası

C) Döş giləsi və areolanın ekzematoz (ekzemayabənzər) zədələnməsi

D) Şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması

E) Körpücüküstü limfa düyünlərinə Virxov metastazının olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
727) Aşağıdakı patologiyalardan biri prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının histoloji formalarına daxil deyil?

A) Əzələ hiperplaziyası

B) Qeyri-infiltrativ hiperplaziya

C) Fibroz hiperplaziya (və ya stromal hiperplaziya)

D) Adenomatoz hiperplaziya (və ya vəzli hiperplaziya)

E) Qarışıq forma hiperplaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
728) Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?

A) Endometrioz

B) Beçəxor

C) Uşaqlığın polipi

D) Uşaqlıq boynunun papilloması

E) Uşaqlıq cisminin xərçəngi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
729) Aşağıda süd vəzi xərçənglərinin hansı növü göstərilmişdir?

A) Qeyri-infiltrativ paycıq (paycıqdaxili) xərçəngi

B) Fibroadenoma

C) Süd vəzinin adenosarkoması

D) Filloid şiş

E) Bədxassəli epitelioma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
730) Xorionepitelioma nədir?

A) Cift xovlarının epitellərindən, yəni trofoblast hüceyrələrdən inkişaf etmiş bədxassəli şiş

B) Uşaqlığın daxili qatının örtük epitellərindən inkişaf edən xoşxassəli şiş

C) Uşaqlığın selikli qişasının vəz epitellərindən inkişaf edən bədxassəli şiş

D) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş bədxassəli şiş

E) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş xoşxassəli şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
731) Müayinə zamanı uşaqlıq boynunun vaginal hissəsinin səthində ağımtıl rəngdə çoxlu buynuzlaşma ocaqları aşkar olunur. Bu patologiya necə adlanır?

A) Uşaqlıq boynu kanalının ocaqlı iltihabı

B) Filatov-Koplik ləkəsi

C) Uşaqlıq boynunun xərçəngi

D) Uşaqlıq boynunun vaginal hissəsinin psevdoeroziyası

E) Leykoplagiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
732) Beçəxor hansı toxumadan inkişaf edir?

A) Uşaqlığın selikli qişasını örtən örtük epitelindən

B) Uşaqlığın əzələ qatının saya əzələ hüceyrələrindən

C) Uşaqlığın mənfəzinə düşmüş yumurta hüceyrədən

D) Uşaqlığın selikli qişasındakı vəz epitellərindən

E) Cift xovlarını örtən kubabənzər epiteldən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
733) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?

A) Qeyri-immun mastopatiya

B) Hipertrofik mastopatiya

C) Qeyri-proliferativ mastopatiya

D) Degenerativ mastopatiya (distrofik və nekrobiotik dəyişikliklərlə)

E) İltihabi mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
734) Endoservikoz üçün xarakter dəyişiklik hansıdır?

A) Epitelin olmaması

B) Selikli qişada kapilyarların görünməməsi və ya tək-tək kapilyarların olması

C) Təkqatlı prizmatik epitellə əvəz olunma

D) Vəz epitelləri ilə əvəz olunma (adenomatoz dəyişikliklər)

E) Yastı buynuzlaşan epitelin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
735) Aşağıda süd vəzlərinin qeyri-infiltrativ axacaq (axacaqdaxili) xərçənginin histoloji variantlarından biri göstərilmişdir. O, hansıdır?

A) Komedokarsinoma (“angviləbənzər xərçəng”)

B) Pecet xəstəliyi

C) Filloid şiş

D) Anaplastik karsinoma

E) Papilyar xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
736) Xorionepitelioma zamanı şiş toxuması aşağıdakı hansı xarakter xüsusiyyətə malik olur?

A) Şiş toxumasında heç bir atipizm aşkar olunmur

B) Şiş toxumasında nə stroma, nə də damarlar olmur

C) Şiş toxumasında hüceyrəarası maddə olmur

D) Şiş toxumasında parenxima olmur

E) Şiş toxumasında hüceyrələr olmur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
737) Uşaqlıqdan kənar hamiləlik adətən nə qədər davam edir?

A) 1 həftə

B) 5-6 həftə

C) 6 ay


D) 3 ay

E) 1 ay
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


738) Uşaqlıqda aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü yalnız uşaqlıq hamiləliyi, biri isə həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliklər zamanı meydana çıxır. O, hansıdır?

A) Müayinə olunan materialda xorion xovlarının olması

B) Desidual toxumanın xorion epitelləri, yəni polimorf nüvələrə malik trofoblast hüceyrəvi elementlərlə invaziya olunması

C) Desidual hüceyrələrin görünməsi

D) Bazal desidual toxumada və venoz damarların divarında ocaqlar və ya zolaqlar şəklində fibrinoid nekrozun (Nitabux qatı) olması

E) Xorion epitelləri ilə invaziya olunmuş və kövşəkləşmiş əzələ qırıntılarının olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
739) Aşağıda endometriozun hansı forması göstərilmişdir?

A) Endometriumun dishormonal hiperplaziyası

B) Antenatal endometrioz (hamiləlik endometriozu)

C) Endoservikoz (uşaqlıq boynu endometriozu)

D) Uşaqlıq cisminin psevdoeroziyası

E) Daxili endometrioz (adenomioz)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
740) Aşağıda proliferativ mastopatiyaların hansı növü göstərilmişdir?

A) Qeyri-proliferativ mastopatiya

B) Döş giləsinin mastopatiyası (Pecet xəstəliyi)

C) Epitelial proliferativ mastopatiya

D) Regenerator proliferativ mastopatiya

E) Filloid şiş


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
741) Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?

A) Bəd xassəli endoservikoz

B) Yastıepitelli xərçəng

C) Yastığabənzər xərçəng

D) Leyomiosarkoma

E) Xorioid papilloma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
742) Xorionepitelioma epitel toxumasından inkişaf etmiş bədxassəli şişdir. Bu şiş adətən öz metastazlarını ilk növbədə hansı yolla verir?

A) Kanalikulyar yolla qarın boşluğuna

B) Limfogen yolla yaxınlıqdakı regionar limfa düyünlərinə

C) Limfogen yolla uzaq limfa düyünlərinə

D) Likvor mayesi ilə beyin qabığına

E) Hematogen yolla ağciyərə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
743) Aşağıda süd vəzinin qeyri-infiltrativ axacaq xərçənginin (axacaqdaxili) hansı histoloji variantı göstərilmişdir?

A) Kribroz xərçəng

B) Xorioid karsinoma

C) Axacaqdaxili karsinomatoz

D) Axacaq (axacaqdaxili) papilloması

E) Endokanalikulyar (endofit) qeyri-infiltrativ xərçəng


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
744) Keçirilmiş və ya pozulmuş hamiləliklərdən hətta bir neçə həftə sonra uşaqlıqdan götürülmüş qaşıntı materialında aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliyi, biri isə yalnız uşaqlıq hamiləliyini sübut edir. O, hansıdır?

A) Müayinə olunan materialda xorion xovlarının olması

B) Desidual hüceyrələrin görünməsi

C) Arias-Stella fenomeni (epitel hüceyrələriin böyüməsi və iri atipik nüvələrə malik olması)

D) Yumaqcıq şəklində spiral arteriyaların görünməsi

E) “Overbekin parlaq vəzləri”nin görünməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
745) Süd vəzlərində döş giləsinin və areolanın xərçəngi necə adlanır?

A) Angviləbənzər xərçəng

B) İnfiltrativ ekstratubulyar (axacaqdankənar) xərçəng

C) Məməcikli xərçəng

D) Pecet xəstəliyi

E) Areolanın karsinomatozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
746) Hamiləlik toksikozu başqa adla necə adlandırılır?
A) Beçəxor (Mola hydatidosa)

B) Hestoz

C) Mastopatiya

D) Hamiləlik neyropatiyası

E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
747) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?

A) Paralel olaraq həmin süd vəzində mazoplaziyanın olması (Pecet xəstəliyinin məhz mazoplaziya fonunda inkişafı)

B) Xəstəliyin ilk dövrlərindən etibarən həmin tərəfin qoltuqaltı limfa düyünlərinə retroqrad limfogen Virxov metastazlarının verilməsi

C) Dermada (xüsusi dəridə) iri və parlaq atipik hüceyrələrin – Pecet hüceyrələrinin aşkar edilməsi

D) Yumurtalıqlara və uşaqlığın selikli qişasına Krükenberq metastazlarının olması

E) Döş giləsinin və areolanın epidermisində xarakter Pecet hüceyrələrinin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
748) Uşaqlığın selikli qişa fraqmentləri dəqiq hüdudlara malik, kiçik ölçülü yuvacıqlar və ya adacıqlar şəklində miometriumun dərin qatlarında da görünür. Bu hansı patologiyadır?

A) Selikli qişanın xoşxassəli şişinin miometriuma invaziyası

B) Uşaqlığın selikli qişasının dishormonal hiperplaziyası

C) Xoşxassəli beçəxor

D) Bu dəyişiklik ümumiyyətlə patologiya sayılmır (normada fizioloji olaraq hamiləliyin birinci trimestrində rast gəlinir)

E) Adenomioz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
749) Aşağıda proliferativ mastopatiyaların hansı növü göstərilmişdir?

A) Limfogen mastopatiya

B) Dekompensator proliferativ mastopatiya

C) Mezenximal proliferativ mastopatiya

D) Fibrinoid mastopatiya

E) Fibroepitelial proliferativ mastopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
750) Natamam abort zamanı qopmamış və uşaqlıqda qalmış xorion xovları tədricən büzüşərək nekrobiotik vəziyyətə keçir, hialinozlaşır və nəhayət əhəngləşir. Əmələ gəlmiş və adətən uşaqlıq qanaxmaları ilə müşaiyət olunan bu kütlə necə adlanır?

A) Beçəxor

B) “Daş döl” (litopedion)

C) Plasentar polip

D) Xorionepitelioma

E) Postnatal xorion


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
751) Orta yaşlı qadında doğuşdan sonra uşaqlıq qanaxmaları baş verir. Müayinə zamanı uşaqlığın mənfəzində çoxlu miqdarda qovuqlar şəklində üzüm salxımına bənzər kütlələr görünür. Mikroskopik müayinədə bu qovuqların mənfəzində seliyəbənzər şəffaf maye görünür, divarları daxildən proliferasiya etmiş trofoblast hüceyrələrlə (xorion xovları ilə) örtülü olur. Bu, hansı patologiyadır?

A) Uşaqlığın polipozu

B) Beçəxor

C) Uşaqlığın selikli qişasının proliferativ iltihabı (qranulomatoz endometrit)

D) Xorionepitelioma

E) Plasentar polip


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
752) Aşağıdakı hansı patoloji proses beçəxorun formalarına aiddir?

A) Dekompensator beçəxor (buna həm də beçəxorun sonuncu – III mərhələsi deyilir)

B) Uşaqlıq boynunun beçəxoru (Mola hydatidosa cervicalis)

C) Hipertrofik beçəxor

D) Bədxassəli beçəxor

E) Proliferativ beçəxor


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
753) Beçəxor latınca necə adlanır?

A) Pestis

B) Mola hydatidosa

C) Anthrax

D) Paget’s disease

E) Comedocarcinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
754) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma aşkar edilir. Bu, hansı hamiləliyi göstərir?

A) Normal uşaqlıq hamiləliyi

B) Uşaqlıqdan kənar boru hamiləliyi

C) Yerləşməsindən asılı olmayaraq bütün hamiləliklər zamanı uşaqlıqda desidual toxuma meydana çıxır

D) Uşaqlıqdan kənar periton hamiləliyi

E) Desidual toxumanın görünməsi hamiləliyin artıq başa çatmasını göstərir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
755) Eklampsiyanın patomorfologiyası əsas etibarilə nədən ibarətdir?

A) Xırda damarlarda yayılmış trombozlar, üzv və toxumalarda çoxsaylı xırdaocaqlı nekroz və qansızmalar

B) Dölyanı mayenin qana keçməsi ilə əlaqədar qara ciyərdə və böyrəklərdə emboliyalar, nekroz ocaqları

C) Selikli qişalarda çoxsaylı eroziyalar, baş beynin yumşaq qişasında (xüsusilə də bazal nahiyədə) seroz meningit əlamətləri

D) Dölyanı mayenin qana keçməsi və ağ ciyərdə dölyanı maye emboliyasına səbəb olması

E) Döldə bətndaxili asfiksiya ilə əlaqədar anada endogen intoksikasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

İnfeksion xəstəliklər

756) Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?

A) Baş beynin yumşaq qişası

B) Seroz qişa

C) Limfa düyünləri

D) Selikli qişa

E) Qara ciyər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
757) Göstərilən hansı patologiya İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələlərindən biridir?

A) Funksional dəyişikliklər mərhələsi

B) Üzv və toxumalarda sklerotik dəyişikliklər dövrü

C) Virusların transkripsiyası mərhələsi

D) QİÇS mərhələsi

E) Homoseksualizm mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
758) Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?

A) İmmunparalitik təsir

B) Letal təsir

C) Lizosomal təsir

D) Ümumi təsir

E) Nefropatik təsir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
759) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Mədə-bağırsaq sindromu variantı

B) Oynaq forması

C) Bəd xassəli variant (məsələn, Kapoşi sarkomasının meydana çıxması ilə)

D) Leykopenik variant

E) Kardio-vaskulyar forma (ürək forması)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
760) Qrip xəstəliyinin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik yığıntılar əmələ gəlir. Onlar hansılardır?

A) Nekrotik və distrofik substansiyalar

B) Səthi və dərin substansiyalar

C) Oksifil və bazofil substansiyalar

D) Premortal və postmortal substansiyalar

E) Parenximatoz və mezenximal yığıntılar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
761) Uşaqda qızılca xəstəliyi başlanır. Yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Bu ləkənin adı nədir?

A) Enantematoz ləkə

B) Lukin-Libman ləkəsi

C) Perqament ləkə

D) Vortin-Finkeldey ləkəsi

E) Filatov-Koplik ləkəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
762) İİV-infeksiya (QİÇS) zamanı ilkin xarakter patogenetik əlamət kimi immun sistemin əsasən hansı komponenti zədələnir və sıradan çıxır?

A) Plazmositlər

B) Tənəffüs yollarının və düz bağırsağın divarındakı limfoid follikullar

C) T-helper limfositlər (T4)

D) Bütün limfa düyünləri (generalizə olunmuş limfadenopatiya)

E) T-supressor limfositlər (T8)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
763) Qripin orta forması zamanı proses harada lokalizə olunur?

A) Yalnız yuxarı tənəffüs yollarında

B) Ağ ciyərlərdə, bütün üzv və toxumalarda

C) Bütün tənəffüs yollarında

D) Yalnız ağ ciyər daxili tənəffüs yollarında

E) Alveollarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
764) Opportunist infeksiya nəyə deyilir?

A) Mycobakterium opportunicum qrupuna məxsus mikroorqanizmlər tərəfindən törədilən infeksion xəstəliyə deyilir

B) Bir neçə, ayrı-ayrı infeksion agentlər, yəni mikroblar assosiasiyası tərəfindən törədilən infeksion xəstəliyə deyilir (mikst-infeksiya)

C) Orqanimzdə artıq inkişaf etmiş infeksion xəstəliklər zamanı ikinci, digər bir infeksiyanın da başlanmasına deyilir

D) İmmun sistemin çatışmazlığı olan xəstələrdə ikincili olaraq β–hemolitik Streptococcus opportunicus qrupuna məxsus mikroorqanizmlərin də yoluxması və infeksion prosesin inkişafına səbəb olmaları

E) Orqanizmdə həmişə şərti-patogen mikroorqanizmlər kimi yaşayan və fəaliyyət göstərən infeksion agentlərin, yaranmış əlverişli şəraitdə aktivləşərək patogen agentlərə çevrilmələrinə və infeksion xəstəliyə səbəb olmalarına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

765) Qripin ağ ciyər ağırlaşmaları ilə gedən ağır forması zamanı ağ ciyər xarici görünüşünə görə necə adlanır?

A) “Böyük alabəzək qrippoz ağ ciyər”

B) “Hemorragik ağ ciyər”

C) “Qrippoz muskat ağ ciyər”

D) “Şanabənzər ağ ciyər”

E) “Ağ ciyərin qrippoz boz bərkiməsi”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə