Patoloji anatomiya


) Aşağıda seroz ekssudativ miokarditlərin hansı növləri göstərilmişdir?



Yüklə 1,11 Mb.
səhifə9/16
tarix10.11.2017
ölçüsü1,11 Mb.
#9372
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

518) Aşağıda seroz ekssudativ miokarditlərin hansı növləri göstərilmişdir?

A) Kompensator və dekompensator

B) Ekssudativ və proliferativ

C) Seroz və irinli

D) Parenximatoz və interstitsial

E) Ocaqlı və diffuz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
519) İrinli ekssudativ miokardit adətən hansı xəstəlik zamanı inkişaf edə bilər?

A) Septikopiemiya

B) Kraş-sindrom

C) Qrip


D) Uremiya

E) Difteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
520) Kardiomiopatiyalar hansı qrup miokarditlərə aid edilirlər?

A) Alterativ miokarditlərə

B) Proliferativ miokarditlərə

C) Ekssudativ miokarditlərə

D) Kardiomiopatiya miokardit deyil

E) Ekzogen mənşəli miokarditlər qrupuna


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
521) Hidroperikard hansı növ perikarditlərə aiddir?

A) İrinli perikardit

B) Bütün növ ekssudat perikarditlərə

C) Hidroperikard perikardit deyildir

D) Seroz perikardit

E) Seroz-kataral perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
522) Hansı adda endokardit yoxdur?

A) Valvulit

B) Qranulematoz endokardit

C) Fibroplastik endokardit

D) Qayıdan-ziyilli endokardit

E) Polipoz-xoralı endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
523) Tüklü ürək hansı patologiyanın makroskopik görünüşüdür?

A) İrinli perikardit

B) Hidroperikard

C) Proliferativ miokardit

D) Alkoqol kardiomiopatiyası

E) Fibrinoz perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
524) Bəzən autopsiyada ürək kisəsini açdıqda visseral epikard üzərində nisbətən qalınlaşmış şəkildə, təxminən 2-3 sm ölçülərə malik süd rəngli, oval formalı, parlaq sahələr görünür. Bu dəyişiklik necə adlanır?

A) Süd ləkələri

B) Pələng ürək

C) Cor pulmonale

D) Adgeziv perikardit

E) Tüklü ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
525) İltihabi prosesin xarakterindən asılı olaraq aşağıda vaskulitlərin hansı növü göstərilmişdir?

A) İkincili vaskulitlər

B) Perivaskulit

C) Sistem vaskulitlər

D) Qranulomatoz vaskulit

E) Flebit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
526) İltihabi prosesin xarakterindən asılı olaraq aşağıda vaskulitlərin hansı növü göstərilmişdir?

A) Arteriit

B) Proliferativ vaskulit

C) Birincili vaskulit

D) Mezaortit

E) Yerli vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
527) Aşağıda göstərilən patoloji proseslərin hamısı iltihabi prosesin xarakterindən asılı olaraq vaskulitlərin növləridir, birindən başqa. O, hansıdır?

A) Nekrotik vaskulit

B) Tromboendovaskulit

C) Destruktiv-produktiv vaskulit

D) Qranulomatoz vaskulit

E) Proliferativ vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
528) Aşağıda göstərilən patoloji proseslər damar divarının hansı qatında baş verməsindən vaskulitlərin növləridir, birindən başqa. O, hansıdır?

A) Endovaskulit

B) Perivaskulit

C) Endomezovaskulit

D) Panvaskulit

E) Proliferativ vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
529) Pileflebit nədir?

A) Qapı venasının iltihabı

B) Yenidoğulmuşlarda sepsis zamanı Botal axacağının iltihabı

C) Dərin magistral venaların iltihabı

D) Venaların xarici adventisiya qatının iltihabı

E) Venoz damarların irinli iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
530) Aşağıda sistem vaskulitlərin hansı qrupu göstərilmişdir?

A) Total vaskulitlər

B) Birincili vaskulitlər

C) Panvaskulit

D) Yerli vaskulitlər

E) Yayılmış limfangit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
531) Xəstəliyin ikinci mərhələsində aortanın və ondan ayrılan iri arteriyaların divarında proliferativ toxuma reaksiyası inkişaf edir, çoxnüvəli giqant hüceyrələr olan qranulomalar meydana çıxır (proliferativ qranulomatoz panvaskulit). Bundan sonra isə bu damarların divarında sklerozla müşaiyət olunan üçüncü mərhələ başlanır. Düzgün diaqnoz hansıdır?

A) Vegener qranulomatozu

B) Sifilitik mezaortit

C) Şönleyn-Genox sindromu

D) Takayasu sindromu

E) Herpetik aortoarteriit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
532) Müayinə zamanı yuxarı tənəffüs yollarında və bronxlarda, ağ ciyər və böyrək toxumalarında orta və kiçik kalibrli arterial və venoz damarlarda (xüsusilə də ağ ciyərlərdə) sistem şəkildə nekrotik və proliferativ dəyişikliklər – qranulomatoz vaskulit müəyyən edilir. Hansı diaqnoz daha düzgün olardı?

A) Vegener qranulomatozu

B) Skleroma xəstəliyi

C) Xorton xəstəliyi

D) Saqqo

E) Qripin ağırlaşması kimi qranulomatoz vaskulitlərin inkişafı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
533) Klinikada şiddətli baş ağrıları və görmə qabiliyyəti get-gedə zəifləməkdə olan 55 yaşlı xəstənin gicgah arteriyasının divarından götürülmüş bioptatda mikroskopik müayinə zamanı qranulomatoz panvaskulit aşkar olunur. Tuberkuloid tipli bu qranulomaların tərkibində limfo-leykositar infiltrasiya, çoxnüvəli giqant hüceyrələr görünür. Bu, hansı xəstəlikdir?

A) Xorton xəstəliyi

B) Şönleyn-Genox sindromu

C) Obliterasiyaedici tromboangit

D) Takayasu sindromu

E) Bürger xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
534) 40 yaşlı siqaret çəkən kişi aşağı ətraflarda ağrı və keyləşmələr, fasiləli axsama və tez yorulma şikayətləri ilə klinikaya müraciət edir. Aşağı ətrafın orta kalibrli venoz damarlarından götürülmüş bioptatda xəstəliyin ikinci mərhələsi üçün xarakter olan proliferativ panvaskulit müşahidə edilir: bütün qatlarda, hətta divarönü tromb kütlələrində belə qranulomalar qeyd edilir. Bu, hansı xəstəlikdir?

A) Qeyri-spesifik aortoarteriit (Takayasu arteriti)

B) Baldır venasının aterosklerozu

C) Baldırın orta kalibrli damarlarının reaktiv tromboflebiti

D) Temporal arterit (Xorton xəstəliyi)

E) Obliterasiyaedici tromboangit (Bürger xəstəliyi)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
535) Mikroskopik müayinə zamanı ürəyin xarici qatında diffuz limfo-leykositar infiltrasiya ilə yanaşı çoxlu miqdarda fibrin telləri də görünür. Belə ürək makroskopik görünüşünə görə necə adlanır?

A) Pələng ürək

B) Tüklü ürək

C) Öküz ürəyi

D) Fibrinoz ürək

E) Fibrinoid ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Revmatik xəstəliklər

536) Hansı xəstəlik revmatik xəstəlik hesab edilir?

A) Dermatomiozit

B) Endoarteriit

C) Spesifik dermatit

D) Filayaqlılıq

E) İdiopatik miozit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
537) Göstərilən hansı patologiya revmatoidli artritiin xüsusi klinik-morfoloji formalarına aid deyildir?

A) Stil sindromu

B) Röyter sindromu

C) Vissler-Fankoni sindromu və ya allergik subsepsis

D) Di-Corc sindromu

E) Felti sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
538) Birləşdirici toxumanın sistem dezorqanizasiyası hansı xəstəlik üçün xarakterdir?

A) Qarın yatalağı

B) Proliferativ vaskulitlər

C) Hipertoniya xəstəliyi

D) Septiki endokardit

E) Qırmızı qurdeşənəyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
539) “Məftiləbənzər ilgəklər sindromu” hansı patologiya üçün xarakterdir?

A) Böyrək amiloidozunun sonuncu mərhələsində (uremik mərhələ) inkişaf edir

B) Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir

C) Mezangial qlomerulonefrit üçün xarakterdir

D) Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəkləridir və yaraların ikincili sağalmasını göstərir

E) Kəskin böyrək çatışmazlıqları üçün xarakterdir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
540) Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?

A) Üçtaylı qapağın çatışmazlığı

B) Aortal qapaqların bitişməsi

C) Perivaskulyar skleroz

D) Mitral qapağın stenozu

E) Perivaskulyar fibrinoid şişmə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
541) “Hematoksilin cisimciyi” hansı xəstəlik üçün xarakterdir?

A) Dishemopoetik anemiya

B) Hemoqlobinopatiya

C) Revmatizm

D) Qırmızı qurdeşənəyi

E) Böyrək amiloidozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
542) Revmatizmin klinik-morfoloji forması bu patologiyalardan hansıdır?

A) Poliartritik forma

B) Diz oynağı forması

C) Böyrək forması

D) Böyük xolera forması

E) Angina forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
543) Revmatizm xəstəliyinin patogenetik əsasını aşağıdakı hansı immun reaksiya təşkil edir?

A) Həqiqi autoimmun reaksiya

B) Antinüklear immun reaksiya

C) Birincili immun çatışmazlıq

D) Çarpaz immun reaksiya

E) I tip yüksək həssaslıq reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
544) Revmatizm zamanı ürəyin ən çox hansı qapağı zədələnir?

A) Ağ ciyər arteriyasının aypara qapaqları

B) İkitaylı və ya mitral qapaq

C) Aortal aypara qapaqlar

D) Hamısı eyni bərabərdə

E) Üçtaylı qapaq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
545) Revmatizm zamanı əmələ gələn qranuloma necə adlanır?

A) Aşoff-Tavar qranulomaları

B) Mitral qranulomalar

C) Popov qranuloması

D) Aşoff-Talalayev qranuloması

E) Revmaqranuloma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
546) Endokardın hansı növ iltihabı revmatik endokarditlər üçün xarakter deyil?

A) Qayıdan ziyilli endokardit

B) Polipoz-xoralı endokardit

C) Fibroplastik endokardit

D) Diffuz endokardit (və ya valvulit)

E) Kəskin ziyilli endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
547) Aşağıdakı hansı patologiya revmatik miokarditlərin formalarından biridir?

A) Valvulit

B) Fibrinoz miokardit ("tüklü ürək")

C) Qayıdan-ziyilli miokardit

D) Diffuz ekssudativ interstitsial miokardit

E) Miokardın empieması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
548) Hansı növ perikardit revmatizm zamanı inkişaf edə bilir?

A) İnterstitsial proliferativ perikardit

B) Kəskin-ocaqlı perikardit

C) Seroz ekssudativ perikardit

D) Kəskin-ziyilli perikardit

E) Kataral ekssudativ perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
549) Revmatizm zamanı xarakter dəyişiklik kimi damarlarda nə baş verə bilər?

A) Popov qranulomaları

B) Arteriyalarda aterosklerotik dəyişikliklər

C) Vaskulit

D) Damarların intimasında büküşlü vəziyyət

E) Temporal arteriit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
550) Aşağıdakı hansı patologiya revmatizmin klinik-morfoloji formalarından biri hesab edilir?

A) Ponse revmatizmi

B) Meninqovaskulyar forma

C) Mitral qapaq forması

D) Kardio-vaskulyar forma

E) Diz oynağı forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
551) Qurdeşənəyi hüceyrəsi nəyə deyilir?

A) Hematoksilin cisimciklərinə

B) Hematoksilin cisimciklərini natamam faqositoza uğratmış makrofaqlara

C) Nüvələrində DNT-nin miqdarı çoxalmış hüceyrələrə

D) İçərisində qırmızı qurdeşənəyi virusları olan örtük epiteli hüceyrələrinə

E) Qırmızı qurdeşənəyi xəstəliyinin törədicisinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
552) Revmatizm zamanı aşağıdakı qranulomalardan hansı rast gəlinir?

A) Xockin qranulomaları

B) Revmatoid düyünlər

C) Aşoff-Talalayev qranulomaları

D) Revmatoma

E) Tifoz qranulomalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
553) Aşağıda göstərilən hansı endokardit revmatizm zamanı rast gəlinir?

A) Fibroplastik endokardit

B) Nekrotik endokardit

C) Bakterial endokardit

D) Septiki endokardit

E) ß-hemolitik qızılı streptokok endokarditi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
554) Revmatizm zamanı hansı patoloji dəyişiklik ürək qüsurunun inkişafına səbəb olur?

A) Revmatik qapaq endokarditi

B) Revmatik miokardit

C) Revmatik perikardit

D) Revmatizm mənşəli “tüklü ürək”

E) Revmatik parietal endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
555) Göstərilən hansı endokardit revmatizm zamanı rast gəlinir?

A) Septiki endokardit

B) Qayıdan-ziyilli endokardit

C) Kataral endokardit

D) Xoralı endokardit

E) Kalkulyoz endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
556) “Nüvə patologiyası” hansı xəstəlik üçün xarakterdir?

A) Şeqrenin quru sindromu

B) Qırmızı qurdeşənəyi xəstəliyi

C) Şüa xəstəliyi (qamma şüalanmalar)

D) İrsi genetik xromosom patologiyaları

E) Bədxassəli şişlərdə nüvə dəyişiklikləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
557) “Lyupus-nefrit” hansı xəstəlik üçün xarakterdir?

A) Böyrək vərəmi

B) Böyrək amiloidozu

C) Revmatizm

D) Qırmızı qurdeşənəyi

E) Tubulo-interstitsial nefrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
558) “Məftiləbənzər ilgəklər sindromu” böyrəklərdə hansı xəstəlik zamanı inkişaf edir?

A) Mielom xəstəliyi

B) Böyrək amiloidozu

C) Kəskin böyrək çatışmazlığı

D) Xroniki böyrək çatışmazlığı

E) Qırmızı qurdeşənəyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
559) Aşağıdakı hansı morfoloji dəyişiklik qırmızı qurdeşənəyi xəstəliyi zamanı adətən rast gəlinmir?

A) “Lyupus-nefrit”

B) Nüvə patologiyası

C) Arteriolosklerotik nefroskleroz

D) Bütün üzv və toxumalarda yarımkəskin iltihabi dəyişikliklər

E) Birləşdirici toxumada kəskin distrofik və nekrotik dəyişikliklər, dezorqanizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
560) Hansı endokardit revmatizm xəstəliyi zamanı baş verir?

A) Diffuz endokardit (və ya valvulit)

B) Aşoff-Talalayev endokarditi

C) Eozinofiliyalı fibroplastik endokardit

D) Ocaqlı endokardit (və ya lokal valvulit)

E) Abrikosov endokarditi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
561) Aşağıda revmatik miokarditlərin hansı forması göstərilmişdir?

A) Kəskin-ziyilli miokardit

B) Ocaqlı kataral miokardit

C) Diffuz kataral miokardit

D) Apostematoz miokardit

E) Ocaqlı proliferativ və ya qranulomatoz miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
562) Hansı patologiya revmatik perikarditlərin növlərindən biridir?

A) Kataral perikardit

B) Fibrinoz perikardit

C) İnterstitsial perikardit

D) Kəskin-ziyilli perikardit

E) Apostematoz perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
563) Aşağıdakı hansı patoloji proses birləşdirici toxumanın sistem dezorqanizasiyasının mərhələlərindən biridir?

A) Fibroz-kavernoz mərhələ

B) Orqanizasiya mərhələsi

C) Doluqanlılıq mərhələsi

D) Sorulma mərhələsi

E) Fibrinoid dəyişikliklər mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
564) Qırmızı qurdeşənəyi xəstəliyi zamanı orqanizmdə nəyə qarşı autoantitel yaranmış olur?

A) Nüvələrə qarşı (antinuklear)

B) Oynaqların sinovial qişalarına qarşı

C) Böyrək toxumasına qarşı

D) Ürəyin 2-taylı mitral qapaqlarının kollagen liflərinə qarşı

E) Nüvəciklərə qarşı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
565) Kiçik xoreya xəstəliyi nədir?

A) Uşaqlarda revmatik mənşəli ürək qüsuru

B) Beyin damarlarının aterosklerotik dəyişiklikləri

C) Vəba xəstəliyinin ocaqlı dəyişiklikləri

D) Revmatizmin serebral forması

E) Uşaq yaşlarda vəba xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
566) Aşağıdakı hansı patologiya qırmızı qurdeşənəyi üçün xarakter morfoloji dəyişiklik hesab edilmir?

A) “Hematoksilin cisimcikləri”

B) “Lyupus-nefrit”

C) Dalaq arteriollarının soğanaqlı sklerozu

D) “Məftiləbənzər ilgəklər” sindromu

E) Kəskin ziyilli endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
567) Revmatizm zamanı Aşoff-Talalayev qranulomalarını hansı üzvdə (toxumada) axtarmaq daha məqsədəuyğun olardı?

A) Damaq badamcıqlarında

B) Böyrək yumaqcıqlarında

C) Oynaq boşluqlarında

D) Miokardda

E) Qalça bağırsaqlardakı limfoid follikullarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
568) Revmatoidli artrit zamanı əmələ gələn immun komplekslərin (revmatoid faktor) tərkibində antigen rolunda nə iştirak edir?

A) Xəstəliyi törədən mikoplazmaların antigenləri

B) Xəstəliyi törədən virusların antigenləri

C) B-qrupuna məxsus ß-hemolitik streptokokların antigenləri

D) İmmunoqlobulin G

E) Oynaqların divarını təşkil sinovial toxumaların zülalları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
569) Revmatoidli artritin klinik-morfoloji forması hansıdır?

A) Kardio-vaskulyar forma

B) Kiçik xoreya

C) Nodoz forma

D) Yuvenil xroniki poliartrit (YUXPA)

E) Septiki forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
570) Oynaq daxilindən götürülmüş punktatın immun-flyuoressent müayinəsi zamanı sitoplazmalarında üzüm salxımına bənzər strukturlar görünən neytrofillər aşkar olunur (“raqositlər”). Bu, hansı xəstəlikdir?

A) Düyünlü periarteriit

B) Revmatoidli artrit

C) Revmatizm (poliartritik forma)

D) Neytrofil tipli anadangəlmə immun çatışmazlıq sindromu (“raqositar neytrofilopatiya”)

E) Revmatizm (monoartritik forma)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
571) Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?

A) Perivaskulyar kardioskleroz

B) Aortal qapağın çatışmazlığı

C) Aşoff-Talalayev qranuloması

D) Xordaların kiçilməsi və qalınlaşması

E) Mitral qapağın stenozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
572) Hansı dəyişiklik revmatik miokarditin nəticəsi ola bilər?

A) Diffuz xırdaocaqlı kardioskleroz

B) Ürəyin mezenximal piy distrofiyası

C) İri ocaqlı kardioskleroz

D) Aortal qapağın çatışmazlığı

E) Ürəyin boz atrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
573) Kəskin-ziyilli endokardit üçün xarakter əlamət hansıdır?

A) Qapaqlarda yaraların əmələ gəlməsi və onların üzərində tromb kütlələri

B) Qapaqların perforasiyası

C) Qapaqların sklerozu və deformasiyası

D) Endotelin zədələndiyi yerlərdə tromb kütlələrinin əmələ gəlməsi

E) Qapaqların hialinozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
574) Qayıdan-ziyilli endokardit üçün xarakter əlamət hansıdır?

A) Qapaqların sklerozu və onların xoralanması

B) Qapaqların əhəngləşməsi və hialinozu

C) Perivaskulyar kardioskleroz

D) Qapaq taylarının perforasiyası

E) Qapaqlarda skleroz və tromb kütlələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
575) Revmatoidli artritin üçüncü mərhələsində nə baş verir?

A) Əhəngləşmə

B) Qranulyasiya toxumasının inkişafı

C) Fibroz-sümük ankilozu

D) Xovlarda fibrinoid şişmə

E) Artrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Ağciyər xəstəlikləri

576) Ocaqlı pnevmoniya zamanı ağ ciyər toxumasında mikroskopik olaraq hansı dəyişiklik görünür?

A) Bəzi yerlərdə ağ ciyər toxumasının stromasında iltihabi hüceyrələr qarışıqlı seroz ekssudat mayesi

B) Ağ ciyər toxumasının stromasında çoxlu miqdarda qara rəngli kömür piqmentinin və qəhvəyi rəngli hemosiderin piqmentinin toplantıları

C) Ağ ciyərin bütov bir payında bütün alveol və bronxların mənfəzi ekssudatla dolmuşlar

D) Bəzi xırda bronx və ya bronxiolların mənfəzində və divarında, həmçinin onu əhatə edən alveolların mənfəzində seroz-leykositar iltihabi ekssudat

E) Doluqanlılıq, bütün alveolların mənfəzlərində çoxlu miqdarda sərbəst yerləşmiş eritrosit kütlələri, çəhrayı homogen maye, fibrin telləri və az miqdarda da leykositlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
577) Xəstənin bəlğəmində Şarko-Leyden kristallarının aşkar edilməsi daha çox hansı xəstəliyə işarədir?

A) Bronxial astma

B) Xroniki bronxit

C) İkincili vərəm

D) Pnevmokonioz (xüsusilə də silikoz)

E) Sarkoidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
578) Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir formasıdır?

A) Pnevmonik forma

B) Deskvamativ forma

C) Alveollararası interstitsial pnevmoniya

D) Alveolyar interstitsial pnevmoniya

E) Kataral forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
579) Aspirasion pnevmoniya zamanı dəyişikliklərin xarakter lokalizasiyası?

A) Sağ ağ ciyərin orta payı

B) Sol ağ ciyərin yuxarı payı

C) Sağ ağ ciyərin yuxarı payı

D) Sağ ağ ciyərin aşağı payı

E) Sol ağ ciyərin aşağı payı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
580) Aşağıda göstərilən hansı patoloji proses krupoz pnevmoniya xəstəliyinin bir mərhələsidir?

A) Sorulma mərhələsi (və ya sağalma mərhələsi)

B) Proliferasiya

C) Funksional mərhələ

D) Fibrinoid şişmə

E) Alterasiya mərhələsi (və ya distrofik-nekrotik mərhələsi)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 200
581) Xroniki pnevmoniya, emfizema və pnevmosklerozlar zamanı ürəkdə xarakter olaraq hansı dəyişiklik baş verə bilər?

A) Sağ mədəciyin hipertrofiyası

B) Miokardın infarktı

C) Parenximatoz piy distrofiyası

D) Sol mədəciyin hipertrofiyası

E) Mezenximal piy distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə