Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   ...   4   5   6   7   8   9   10   11   12

Hər bir ayrılmış iddia sənədinə görə, müstəqil iddia sənədinin verilməsi üçün 

müəyyənləşdirilmiş məbləğdə rüsum ödənilir. Bu tələb yerinə yetirildikdə əvvəlki iddia 

sənədinin ilkinliyi ayrılmış iddia sənədi üçün də saxlanılır. 

Ayrılmış iddia sənədinin obyekti əvvəlki iddia sənədinin məzmunundan kənara çıxdıqda iddia 

sənədinin son redaksiyasının verildiyi tarix ayrılmış iddia sənədinin verilməsi tarixi sayılır. 

6.  Patentin verilməsindən imtina qərarı barəsində iddiaçı həmin qərarı aldığı gündən 2 ay 

ərzində müvafiq rüsumu ödəməklə müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurasına 

etirazla müraciət edə bilər. 

7.  İddiaçı Apellyasiya şurasının qərarına dair bütün materiallarla tanış ola bilər. 

8.  İddiaçının ixtiyarı var ki, patent qeydə alınana qədər iddia sənədini geri götürsün. Bu 

zaman ödənilmiş rüsumlar qaytarılmır. 

9.  İxtira üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu 

faydalı model üçün iddia sənədinə (və ya əksinə) çevirə bilər. 

Göstərilən hallarda əvvəlki iddia sənədinin ilkinliyi saxlanır. 

10. Müvafiq icra hakimiyyəti orqanı iddia sənədinin verildiyi tarixdəni 18 ay ərzində müvafiq 

rüsumun ödənilməsi şərtilə iddiaçının və ya marağı olan başqa şəxsin vəsatəti əsasında 

obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışı apara bilər. 

İddia sənədinin mahiyyətcə ekspertizası müvafiq rüsumun ödənilməsi şərtilə iddiaçının və ya 

marağı olan başqa şəxsin vəsatəti əsasında, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına 

verildiyi tarixdən 18 ay ərzində aparıla bilər. 

Mahiyyətcə ekspertizanın nəticəsi iddiaçıya və ya marağı olan şəxsə bildirilir. 

İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydasını 

müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 

Maddə 30.



 İddia sənədi barəsində məlumatın dərci 

1.  Müvafiq icra hakimiyyəti orqanı ixtira və faydalı model barəsində iddia sənədini aldığı 

tarixdən ən geci 12 ay keçənədək, sənaye nümunəsi barəsində iddia sənədini aldığı tarixdən 

ən geci 6 ay keçənədək iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. 

İddiaçının vəsatəti üzrə, müəyyən edilmiş rüsum ödənilməklə, iddia sənədinə dair məlumat 

yuxarıda göstərilən tarixdən tez də dərc edilə bilər. 

2.  ixtira, faydalı model və sənaye nümunəsi müəllifinin hüququ var ki, müvafiq icra 

hakimiyyəti orqanının rəsmi dərcində həmin obyektin müəllifi kimi göstərilməməsini tələb 

etsin. 

3.  İddia sənədinə dair məlumatda aşağıdakılar göstərilməlidir: 



müəllif (əgər müəllif kimi göstərilmək hüququndan imtina etməyibsə) və iddiaçı haqqında 

məlumat; 

obyektin adı; 

beynəlxalq patent təsnifatı indeksi; 




sənaye nümunəsinin beynəlxalq indeksi

ilkinlik tarixi; 

ixtiranın və ya faydalı modelin referatı; 

sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və təsviri. 

4.  İddia sənədinə dair məlumat dərc olunduqdan sonra 7-ci maddənin 3-cü bəndinin 1-ci 

abzası, 8-ci maddənin 3-cü bəndinin 1-ci və 2-ci abzasları, 9-cu maddənin 3-cü bəndinin 1-ci 

abzası üzrə iddia obyektinin yeniliyi üçün məsuliyyət iddiaçının üzərinə düşür. 

5.  İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan hər bir hüquqi və ya 

fiziki şəxsin, rüsum ödəmək şərti ilə, müvafiq icra hakimiyyəti orqanında iddia sənədinin 

materialları ilə tanış olmaq, habelə müvafiq ixtira, faydalı model və sənaye nümunəsinin 

təsvirini, çertyojlarını, rəsmlərini və fotoşəkillərini almaq hüququ vardır. 

Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydasını müvafiq icra hakimiyyəti 

orqanı müəyyənləşdirir. 

6.  İddia sənədinə dair məlumat aşağıdakı hallarda dərc olunmur: 

patent verilməsindən imtina qərarı qəbul edildikdə; 

iddia sənədi geri götürüldükdə; 

iddiaçı möhlət barədə vəsatət təqdim etdikdə; 

iddiaçı dərcdən imtina barədə vəsatət təqdim etdikdə. 

7.  İxtira və ya faydalı model obyekti dövlətin milli təhlükəsizliyi mənafelərinə aid olduqda 

müvafiq icra hakimiyyəti orqanı öz təşəbbüsü ilə iddia sənədinə dair məlumatın dərcini bu 

barədə qərarın çıxarıldığı tarixdən etibarən 4 aya qədər dayandırmaq hüququna malikdir. Bu 

müddət keçdikdən sonra həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

təsdiqlənmədikdə və müddəti uzadılmadıqda qüvvədən düşür. 

Müvafiq icra hakimiyyəti orqanı məlumatın dərcini, ixtiranın (faydalı modelin) açıq 

istifadəsini, yaxud iddia sənədi və ya patent obyektinin istifadəsini qadağan etdikdə iddiaçı və 

ya patent sahibi həmin orqandan müvafiq kompensasiya ödənilməsini tələb edə bilər. Müvafiq 

kompensasiya məlumatın dərcini və ixtiranın (faydalı modelin) istifadəsinin qadağan 

olunduğu ilk 12 aylıq müddət uzadıldıqda tələb edilə bilər. Bu halda yaranan mübahisələr 

məhkəmə qaydasında həll edilir. 

8.  İddia sənədi materiallarının dərc olunduğu tarixdən patentin verildiyi tarixə kimi hər bir 

ixtira, faydalı model və sənaye nümunəsinə müvəqqəti hüquqi mühafizə verilir. 

Patent verilməsindən rədd qərarı qəbul olunduqda müvəqqəti hüquqi mühafizə başlanmamış 

sayılır. 

Müvəqqəti  mühafizə  hüququ  verilən  ixtiradan,  faydalı  modeldən və  sənaye 

nümunəsindən  istifadə  edən  hüquqi  və  ya  fiziki  şəxslər  patent  alındıqdan  sonra  patent 

sahibinə  kompensasiya  ödəməlidirlər.  Kompensasiyanın  həcmi  və  ödəmə  qaydası  tərəflər 

arasında razılaşma ilə müəyyən edilir. 



Geri götürülmüş və ya geri götürülmüş hesab edilən, yaxud patent verilməsindən imtina qərarı 

qəbul edilən və həmin qərardan etiraz verilməsi üçün müəyyən edilmiş müddətin keçdiyi 

ixtiraya, faydalı modelə və sənaye nümunəsinə dair iddia sənədi müvəqqəti mühafizə hüququ 

verilməmiş hesab edilir. 

Maddə 31.

 İddia sənədinə etiraz 

1.  İddia sənədinin dərc olunduğu tarixdən etibarən 6 ay ərzində hər bir hüquqi və ya fiziki 

şəxs Apellyasiya şurasına əsaslandırılmış etirazla müraciət edə bilər. Bu zaman istinad edilən 

materialların surəti də təqdim edilir. 

2.  Bu Qanunun 3-cü maddəsinin 3-cü abzasında, 7, 8 , 9, 27 və 29-cu maddələrində 

göstərilən tələblər pozulduqda da iddia sənədinə etiraz verilə bilər. 

3.  Əsaslandırılmış etirazın surəti iddiaçıya göndərilir. 

İddiaçı etirazın surətini aldığı tarixdən 2 ay ərzində ona cavab verməlidir. 

İddiaçı cavabını müəyyən edilən müddət ərzində Apellyasiya şurasına təqdim etmədikdə iddia 

sənədi rədd edilmiş sayılır. 

4.  Apellyasiya şurası iddiaçının cavabına onu aldığı tarixdən 2 ay ərzində baxır. Hər iki 

tərəfin etiraza baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi 

izahat vermək hüququ vardır. 

5.  Apellyasiya şurası etiraza baxılmasının nəticəsinə uyğun olaraq, etirazın tam və ya qismən 

təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və iddiaçıya bildiriş göndərir. 

Maddə 32. 



ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin  

verilməsi  

1.  Müvafiq icra hakimiyyəti orqanı dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti 

qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən 

etibarən 2 ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin 

verilməsi və dərc olunması üçün rüsum ödənilməsi şərti ilə, müvafiq Dövlət reyestrində ixtira, 

faydalı model və sənaye nümunəsini qeydə alır və iddiaçı olan şəxsə patent verir. 

ixtira, faydalı model və sənaye nümunələrinin Dövlət reyestrinə daxil edilməsi qaydası 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 

2.  Patent sahibi patentin qüvvədə saxlanması üçün illik rüsumu ixtira, faydalı model və 

sənaye nümunəsinə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3­

cü ilindən başlayaraq ödəyir. 

3.  Patenti xahiş edən şəxs bir neçə olarsa, onlardan birinə bir patent, qalanlarına isə patentin 

müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş surəti verilir. 

4.  Patent sahibinin əsaslandırılmış vəsatəti ilə ona müəyyənləşdirilmiş rüsumu ödəməsi 

şərtilə patentin dublikatı verilə bilər. 

5.  İddiaçı ilə müəllif müxtəlif şəxslər olduqda müəllif patentin surətini ala bilər. 

6.  Müəllif patentdə öz adının göstərilməsindən imtina edə bilər. 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə