Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

c) lisenziyalı məhsulların ixracından əvvəl ona dair aşağıdakı məlumatlar Ümumdünya 

Ticarət Təşkilatının internet səhifəsində (veb‐saytında) yerləşdirilməlidir: 

bütün istiqamətlərə göndərilən məhsulların miqdarı; 

məhsulların fərqləndirici xüsusiyyətləri. 

Maddə 21. 

ixtira, faydalı model və sənaye nümunələri ndən istifadənin dövlət  

tərəfindən həvəsləndirilməsi  

Dövlət ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsini həvəsləndirir

müəlliflərə, patent sahiblərinə və təsərüfat subyektlərinə güzəştlər, o cümlədən güzəştli 

kreditlər müəyyən edə bilər. 

V fəsil 

Patent hüquqlarının pozulması 

Maddə 22. 

Patent sahibinin müstəsna hüquqlarının pozulması 

1.  Patentlə  mühafizə  edilən  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi  obyektlərindən 

bu  Qanunun  müddəalarının  pozulması  ilə  istifadə  edilməsi,  təsərrüfat  dövriyyəsinə  başqa 

şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun 

pozulması sayılır. 

2.  Mülki  mühakimə  icraatının  məqsədləri  üçün  patent  sahibinin  bu  Qanunun  14‐cü 

maddəsinin  2‐ci  bəndində  göstərilən  hüquqlarının  pozulması  zamanı  patentin  predmeti 

məhsulun  alınma  üsulu  olarsa,  məhkəmə  məhsulun  alınması  üçün  istifadə  edilən  üsulun 

patentləşdirilmiş üsuldan fərqlənməsinə dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb 

edə  bilər.  Təkzibedici  dəlillər təqdim  olunanadək  patent  sahibinin  razılığı  olmadan  alınan 

istənilən məhsul patentləşmiş üsulla alınmış hesab edilir, əgər: 

a) patentləşmiş üsulla alınan məhsul yeni olarsa; 

b)  bu  məhsulun  patentləşmiş  üsulla  alınması  ehtimalı  yüksəkdir  və  patent  sahibi 

ağlabatan  tədbir  görməklə  onun  alınmasında  hansı  üsulun  tətbiq  edildiyini  müəyyən  edə 

bilmirsə. 

3.  Bu  maddənin  2‐ci  bəndinin  birinci  abzasında  göstərilənlərin  sübut  edilməsi  patent 

sahibinin hüquqlarının pozulmasında təqsirləndirilən şəxsin üzərinə o halda düşür ki, a) və 

ya b) yarımbəndlərində göstərilən şərtlər yerinə yetirilsin. 

4. Əks dəlilləri təqdim edən cavabdehin istehsalat və kommersiya sirrinin qorunması 

sahəsində qanuni maraqları nəzərə alınır. 

Maddə 23. 

Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan hallar 

Aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır: 

tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri­

kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi




patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, 

eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə 

olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib 

çıxarmaması şərti ilə istifadəsi; 

həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman haırlanması; 

Azərbaycan Respublikasının nəqliyyat vasitələri sahiblərinə eyni hüquqlar verən xarici 

ölkələrin hüquqi və ya fiziki şəxslərinə məxsus olan, müvəqqəti və ya təsadüfən Azərbaycan 

Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilmiş 

ixtira, faydalı model və sənaye nümunəsindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında 

və ya istismarı zamanı istifadə. 

Maddə 24. 

Patentin_pozulması'>Patentin pozulması 

1.  Patentlə mühafizə edilən sənaye mülkiyyəti obyektindən bu Qanunun müddəalarının 

pozulması ilə istifadə edən istənilən hüquqi və ya fiziki şəxs patent hüquqlarını pozan hesab 

edilir. Patent hüquqlarını pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə 

cəlb edilə bilər. 

2.  Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki şəxslə ona dəymiş zərərin ödənilməsi 

barədə razılığa gəlmədiyi halda mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada 

məhkəmədə baxılır. 

VI fəsil 

İddİa sənədİnİn verİlməsİ və patent alınması 

Maddə 25. 

Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunələri 

ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədində göstərilən məlumatın 

açıqlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilərsə, həmin 

iddia sənədinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydada baxılır. 

Maddə 26. 

Beynəlxalq iddia sənədi 

1.  Beynəlxalq iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdə Azərbaycan 

Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə əsasən həmin iddia sənədinin müvafiq 

icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində, iddiaçı onun düsturunun, 

referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir. 

2.  Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri beynəlxalq iddia sənədini 

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq qaydada verə 

bilərlər. 

3.  Müvafiq icra hakimiyyəti orqanı bu maddənin 2-ci bəndinə uyğun verilən beynəlxalq 

iddia sənədini alan orqan kimi çıxış edir. 

Maddə 27. 

Patent almaq üçün iddia sənədinin verilməsi 

1.  ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq istəyən hüquqi və ya fiziki 

şəxs müvafiq icra hakimiyyəti orqanına iddia sənədi verməlidir. 

2.  İddiaçı müvafiq icra hakimiyyəti orqanına iddia sənədini aşağıdakı qaydada verə bilər: 




Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə