Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

Kamil Vəli NERİMANOĞLU

51

Türk Dünyası 34. Sayı

kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fıkir və rəylərin 

toqquşmasından  haqq  yerini  tutacaq  və  mədəniyyət  aləmində  tərəqqiyyat 

zühur edəcəkdir”.

Haqqın  yerini  bütün  ömrü  boyu  axtaran  böyük  maarifçi-filosof  söz 

sənətinin ictimai funksiyasını yüksək qiymətləndirir, mübarizə üçün həlledici 

vasitələrdən biri hesab edir. Realist sənət Mirzə Fətəlinin uğrunda çarpışdığı 

böyük və sarsılmaz bir həqiqət idi.

Bütün xalqların ədəbiyyat və sənət tarixində realizm uğrunda mübarizəsi 

çox ağır keçmişdir. Tarixin bu haqq körpüsündən keçmək nə qədər qurbanlar

çarpışmalar bahasına başa gəlmişdir.

Təfəkkür tərzini dəyişdirmək, zövqləri tərbiyə edib istiqamətləndirmək, 

sənəti həyata qovuşdurmaq, real həyatın problemlərini sənətin ecazkar dili ilə 

ifadə etmək kimi çox ciddi məsələlər Mirzə Fətəlini daim düşündurürdü.

Realist-demokratik xarakterli sənətin qarşısında dayanan maneələr isə çox 

idi: din, ictimai-siyasi təzyiq və s.

Nəğəmat çalma, haramdır, nəğəmata qulaq asma, haramdır, teatr, yəni 



tamaşaxana  qayırma,  haramdır;  teatra  getmə,  məkruhdur;  rəqsə  tamaşa 

etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc 

oynama,  haramdır;  nərd  oynama  haramdır;  rəsm  çəkmə,  haramdır;  evdə 

heykəl saxlama, haramdır. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür 

isə də, amma xəbərdar deyilsiniz ki, etidal üzrə olduqda, zehnə cila verir və 

əqli çövhərləndirir; çünki insanın təbiəti fərəh və hüsn ilə məxluqdur və hər 

bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki, 

qolu bir il tərpətməyəsən, quruyur.

İnqilabi-demokratik  xarakterli  rus  və  Avropa  tənqidinin  təcrübəsi 

Mirzə Fətəlini “Gözəl - həyatdır”, “Sənət həyat üçündür” qənaətinə gətirib 

çıxarmışdı.  Sənətə  bu  aydın  baxış  materialist  dünyagörüşünün  nəticəsi  idi. 

Materiyaya  müxtəlif  şeylərin  məcmusu  kimi  baxan  filosof  onu  yeganə  və 

həqiqi substansiya hesab edir, onun mütləqliyini, zaman və məkan daxilində 

obyektiv mövcudluğunu göstərir, təbiəti öz-özünün səbəbi kimi təqdim edirdi. 

Və bu baxışların davamı kimi sənətdə hər cür uydurmanı, qafiyəpərdazlığı, 

mücərrədliyi rədd edir, insanın real hisslərinin qəbul etdiyi həyat həqiqətini, 

real varlığı əks edən sənəti uca tutur və onun uğrunda mübarizə edirdi.

Ədəbiyyat  və  sənət  məsələlərinə  biganə,  soyuq  yanaşmağı  bacarmayan 

Mirzə Fətəli ədaləti; obyektivliyi, ədəbiyyatın sabahı üçün gərəkli olan realizm 

prinsiplərini təbliğ edən sənət nümunəsini, elmi fıkri müdafıə edir, konkret 

əsərlər üzərində dayanaraq öz işıqlı fikirlərini yayırdı. Onun “Fehristi-kitab”, 

“Nəzm  və  nəsr  haqqında”,  “Mollayi-Ruminin  və  onun  təsnifinin  babında”, 

“Kritika”,  “Mirzə  Ağanın  pyesləri  haqqında  kritika”,  “Tənqid  risaləsi”, 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

52

“Hekayət”, “Con Stüart milli azadlıq haqqında” və s. məqalələri ədəbi tənqidin 



klassik nümunələri kimi sənətin çox mühüm estetik problemlərinə, ədəbiyyat 

və  incəsənətin  ictimai  qayəsinə,  sənətkarlıq  və  bədiilik  məsələlərinə  həsr 

olunmuşdur.

Mollayi-Ruminin  “Məsnəvi”sindən  bəhs  edərkən  Mirzə  Fətəli  panteist 

dünyagörüşünü  ətraflı  təhlil  etməklə  bərabər  onun  materialist  platformadan 

aydın görünən ziddiyyətlərirıi də göstərir.

İdealist dünyagöruşün sənəti çıxmaza aparan və xüsusən Şərq, o cumlədən 

Azərbaycan  ədəbiyyatında  yeni  realist  istiqamətin  yaranmasına  mane  olan 

nəzəri-estetik  əsasları  Mirzə  Fətəli  çox  aydın  və  dəqiq  bilirdi.  O,  Mollayi-

Ruminin  əfsanəçiliyə,  irreallığa  aparan  sənət  prinsipini  tənqid  edərək  yazır: 

“Əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayi-baməzə köhnə və mündəris və 

biləzzət mətalibdir: bəlkə əqvali-bimənadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə 

götürübdür”.

M.F.Axundzadə  Ruminin  dünyaya,  təbiətə  bağlılığını  xüsusən  alleqorik 

hekayətlərindəki sənətkarlığı qiymətləndirir.

Şərq ədəbiyyatının aparıcı janrı olan şeir haqqında, klassik Şərq poeziyası, 

eləcə  də  rus  və  Avropa  poeziyası  barədə  söhbət  açan  müəllif  şeirin  bədii 

gözəlliyi ilə yanaşı, ideyalılıq, mənalılıq prinsipini də irəli sürür və bu baxımdan 

təhlil aparır. O, “Nəzm və nəsr haqqında adlı məqaləsində yazır: Şeir gərək 

laməhalə ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa 

sadə nəzmdir.

“Əksər qəzəliyyatın” insanda “şövq və zövq” əmələ gətirmədiyini göstərən 

tənqidçi  nəzmlə  şeiri  ayırır,  Şərqdə  şeir  ustadlarını  göstərir  və  yeri  gəldikcə 

onlara da tənqid prizmasından yanaşır: “Belə maddə sahibləri çox nadir vücudə 



gələrlər. Əhli-fürsətdən ancaq Firdovsi və Nizami və Cami və Sədi və Mollayi-

Rumi və Hafız şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-

fəzl üçün xilafi-təbiəti adət göftgü ediblər. Belə məqamlarda onların xəyallarına 

da şer demək caiz deyil, ancaq mənzumati-məqbul və pəsəndifdemək olar.

Bəzən Mirzə Fətəli tənqidin rəngini daha da tündləşdirir və ciddi səhvə də 

yol verirdi. Yuxarıda vurğuladığımız kimi, xüsusən onun Məhəmməd Füzuliyə 

münasibətı  düzgün  deyil.  Azərbaycan  dilini  möcüzə  yaratmaq  səviyyəsinə 

qaldıran  qüdrətli  könül  şairinə  “Füzuli  şair  deyil  və  xəyalatında  əsla  təsir 

yoxdur: ancaq nazimi-ustaddır” - deməsi böyük şairə subyektiv münasibətdir. 

Bu sözləri oxuduqca yada L.Tolstoyun V.Şekspirə, N.Çernışevskinin A.Puşkinə 

ziddiyyətli, subyektiv baxışları yada düşür. Heç bir rus bu fikri ciddi qəbul etmir 

və onları bir dahinin subyektiv şıltaqlığı sayır.

Mirzə Fətəli bu mübahisəsiz şairimübahisə meydanına gətirəndə, güman ki, 

düşüncə tərzini dəyişmək, ehkamı qırmaq müasir fikri ağla yeritmək üçün hədəf 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə