Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Kamil Vəli NERİMANOĞLU

55

Türk Dünyası 34. Sayı

Öz xalqının təbii istedadına ürəkdən inanan Mirzə Fətəli gələcəyə nikbin 

baxır, öz əməllərinə, öz yazdıqlarına, öz həqiqətinə, iman gətirdiyi yola ürəkdən 

inanırdı: “Sağlıq olsun, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin 

mənhus  vücudundan  təmizlənəcəkdir!  Yurdumuz  gülüstana  çevriləcək  və 

keçmiş zamanlarda olan ədalət yenidən ehya olunacaqdır. Təəssüf ki, bizim 

ömrümüz o gözəl və səadətli günləri görməyə vəfa etməyəcəkdir. Lakin yəqin 

ediniz ki, o günlər gələcək və bizim övladımız o günlərin bəhrəsini görəcəkdir.

Mirzə  Fətəli  Axundzadənin  bəhs  etdiyi  tənqidi-estetik  problemlərin 

içərisində  sənətdə  forma  və  məzmun  məsələsi  də  diqqəti  cəlb  edir. Vaxtilə 

N.Q.Çernışevski yazırdı: “Orijinal olmaq barəsində qəsdən fıkirləşmək forma 

qayğısına qalmaqdır. Kimdə məzmun var isə o orijinal olmağa cəhd göstərmir. 

Əslində o, orijinal olmaya bilməz, çünki bu barədə fikirləşmir”.

Bu  estetik  meyarı  Şərq  bədii  materialı  əsasında  M.F.Axundzadə  həmin 

mövqedən geniş və əhatəli şəkildə şərh etmişdir.

Məzmun və formanı dialektik vəhdətdə götürən M.F.Axundzadə öz fikrini 

belə  əsaslandırır:  “İki  şey  şeirin  əsas  şərtlərindəndir:  məzmun  gözəlliyi  və 



ifadə gözəlliyi. Məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan bir 

nəzm Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şeiriyyəsində 

nöqsan vardır.

İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, 

tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir 

növündəndir, yenə də hünərdir.

Həm  məzmun  gözəlliyinə,  həm  də  ifadə  gözəlliyinə  malik  olan  nəzm, 

Firdovsinin Şahnaməsi, Nizaminin Xəmsəsi və Hafizin divanı kimi, nəşə 

artırıcı  və  həyəcanlandırıcı  olub  hər  kəs  tərəfindən  bəyənilir.  Belə  nəzm 

sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün 

fovqündə olub filosofanə xəyal və ilham sahibləridir.

Mirzə  Fətəli  məzmunu  rəhbər  tutur,  yeni  məzmunun  yeni  forma  tələb 

etməsi  məsələsini  qoyur.  O,  Süruşu  tənqid  edərkən  onun  qəsidələrində  nə 

məzmun, nə də ifadə gözəlliyinin olduğunu göstərir. Yeni məzmun, yeni həyat, 

yeni  dünyagörüş  demək  idi. Və  Mirzə  Fətəli  yeni  məzmunlu  ədəbiyyatdan 

danışarkən  müasir  ədəbiyyatın  nəzəriyyəsinin  təməl  daşlarından  birini 

qoymuşdur.

Mirzə  Fətəlinin  dediyi  həqiqət  bu  gün  üçün  də  doğrudür,  müasirdir: 

...nəsrdə  də  qafiyədən  və  uşaqcasına  mübaliğələrdən  və  əbləhcəsinə 

təşbehlərdən  bütünlüklə  çəkinəcəklər,  ancaq  rəğbətli  məzmun  (kursiv 

bizimdir - K.V.) arxasınca gələcəkdir. Elə bir məzmun ki, oxucu ondan həzz 

alsın və qulaq asan ləzzət aparsın və müəllif bunun sayəsində ad qazansın. 

Belə ki, məzmun gözəl olduqda, kritika əvəzinə hər tərəfdən onun haqqında 



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

56

tərifnamələr göndərəcəklər; çünki gözəl məzmun tapmaq, Allah vergisi olan 



təbii xüsusiyyətlərindəndir, amma qafiyə düzmək, başqa sənətlər kimi öyrənilə 

bilən bir şeydir.

***


Teatr və dramaturgiya Mirzə Fətəli yaradıcılığının ayrılmaz bir hissəsidir. 

Azərbaycan dramarurgiyasının banisi, altı klassik komediyası ilə yeni sənətin 

parlaq  nümunələrini  yaratmış,  dahi  sənətkar  dram  və  teatr  nəzəriyyəçisi, 

tənqidçisi kimi də olduqca böyük işlər görmüşdür.

“Millətin  işinə  yaramaq”  prinsipini  hər  şeydən  üstün  tutan 

M.F.Axundzadəqəti  inanırdı  ki:  “Bu  gün  millət  üçün  faydalı  və  oxucuların 



zovqü üçün rəğbətli olan əsər - drama və romandır.

İctimai quruluşun eyblərini göstərməkdə, din və xurafatın xalqın sinəsinə 

çəkdiyi dağları əks etdirməkdə, maarif işığını yaymaqda, demokratik idealları 

təbliğ  etməkdə  dram  sənəti,  teatr,  (doğrudan  da),  həlledici  rol  oynayırdı. 

Savadsızlığın  daha  geniş  yayıldığı  Şərqdə  teatrın  oynayacağı  mühüm  rolu 

Axundzadə çox aydın görürdü.

Mirzə  Fətəlinin  dram  sənətinə  baxışı  nəzəri  mühakimələrinin  dərinliyi, 

incəliyi ilə seçilən “Mirzə Ağanın pyesləri haqqında kritika” adlı məqalədə 

öz  əksini  tapıb. Axundzadə  bu  məqalədə  Mirzə Ağanın  dörd  pyesini  təhlil 

edir, mənfı-müsbət cəhətlərini göstərir, ideyalılıq və bədiilik baxımından bu 

komediyaları saf-çürük edir. O, böyük sevinc içində üzünu öz ardıcılına tutaraq 

yazır: “Sizin şirin məktubunuz yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə 

min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. 

Ümid  edirəm  ki,  həmişə  vaxtınızı  fransızların  istilahınca  “drama”  fənni 

adlanan  bu  şərəfli  fənnə  sərf  edərək  çox  tərəqqi  edəcəksiniz  və  bu  fənndə 

qeyri-vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.

Amma hələlik işinizin başlanğıçı olduğu üçün, gərək mən əsərinizin bəzi 

nöqsanlarını  sizə  göstərəm  ki,  bundan  sonra  gözüaçıq  olasınız;  yaniki  bu 

fənnə dair yazdığmız əsərdə tutulacaq yer qalmasın və sizin əsəriniz xass və 

avamm xoşıma gəlsin”.

Sənətin digər növləri kimi dram da xəlqiliyini ən mühüm amil hesab edən 

Mirzə Fətəli konkret təhlilə keçməzdən əvvəl ümumən “teatr nə olan şeydir?” 

sualına  cavab  verir.  Sonra  isə  Mirzə Ağanın  pyeslərinin  qüsurları  üzərində 

dayanır, ideya bədii nöqsanları səbr və təmkinlə şərh edir. Kiçicik bir detal 

belə  unutmayan  həssas  tənqidçi  adi  texniki  qüsurları  belə  yaddan  çıxarmır 

yol göstərə-göstərə, lazımi məqamlarda ruhlandıra-ruhlandıra təhlil aparır.

M.F.Axundzadə  Mirzə  Ağanın  pyesləri  içərisində  “Sərgüzəşti-Ağa 

Haşım”ı və “Əşruf xan” pyeslərini daha çox təqdir edir. Çünki bu pyeslər məişət 

səviyyəsindən ictimai həyata keçid kimi maraqlı idi. Və Axundovu ictimai 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə