Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Kamil Vəli NERİMANOĞLU

67

Türk Dünyası 34. Sayı

məğzi bu dediyimizi isbat etməyə deyil, göstərməyə çalışmaqdır. İman isbat 

istəməz.


bir də elə həqiqətlər var ki, o metaforik şəkildə ifadə olunur. 

...Mən ilahiyyat alimi deyiləm. Din məsələlərində fitva vermək haqqım da 

yoxdur. Mirzə Fətəli kimi dahi də deyiləm. Sadə bir qələm əhli, müəlliməm. 

Müsəlman  kişisiyəm, Allaha  inamım  sonsuzdur. Allaha  inananlara  sayqım 

da sonsuzdur. Müsəlman qardaş-bacılarımı sevirəm. Öz millətimə, Vətənimə 

dərin  bir  eşqlə  bağlıyam.  Hər  gün  bir  neçə  dəfə  oxuduğum  dua  budur: 

“Allahım, məni, ailəmi, millətimi, hümmətimi, insanları qoru. Biz nankoruq. 

Sənin əfvinə sığınmışıq”. 

Mən  Mirzə  Fətəlinin  ömrünün  sonlarında  tövbə  etdiyini  bilmirəm. 

Tövbəsinin qəbul olunub-olunmamasını heç bilmirəm. Allah bağışlayandır və 

tövbə qapısı həmişə açıqdır hökmünün Mirzə Fətəliyə şamil olub-olmadığı da 

mənə məlum deyildir. Mənim bildiyim və mənə məlum olan odur ki, el duası 

müstəcəb olur, yəni Allah tərəfindən xalqın duası qəbul olunur. Xalqın, elin 

bir zərrəsi olaraq Mirzə Fətəli üçün dua edənlərdən biri də mənəm, desəm, 

təəccüb etməyin, Allahsız da bağışlanarmı deyib, qəzəblənməyin. Unutmayın 

ki, Allah böyükdür və əbədidir. Təkrar etməyə borcluyam, Allah bağışlayandır.

Mirzə Fətəlinin çəkdiyi əzablar, göstərdiyi xidmətlər, yazdığı ədəbi əsərlər 

əlbəttə ki, zamanın şərtləri onun bəraəti ola bilməzmi?

Yenə Allah bilər. Yalvarmaq, dua etmək bizim borcumuzdur, bağışlamaq 

Allahın iradəsidir. 

XX əsrin insanı 30-cu, 50-ci əsrin insanı qarşısında da məsuliyyət daşıyır. 

Gələcək nəsillər öz tarixini dəyərləndirərkən Mirzə Fətəlini də, biz sıradan 

insanları da dəyərləndirəcək. Mən istəmirəm ki, o uzaq və doğma nəsil bizlərə 

və Mirzə Fətəliyə baxıb köks ötürsün.

İnanıram ki, Allah bağışlamağı özündən, özünə qarşı olanlardan başlayıb. 

Çünki,  o,  çox  böyükdür. Ağıla  sığmayacaq  qədər  böyük  varlığı  tiranların, 

şahların,  prezidentlərin  məntiqi  ilə  ölçüb  dəyərləndirmək  olmaz.  Allah  bu 

qədər böyükdürsə, onun zərrəsi olan insan niyə böyük olmamalıdır?!

Sevə-sevə, həm də qorxa-qorxa üzümü göylərə tutub yalnız ulu yaradanın 

eşidə biləcəyi bir səslə deməyi borc bilirəm:

Allahım,  Mirzə  Fətəliyə  rəhm  elə.  Onu  sənətinə,  zəhmətinə,  iradəsinə, 

Vətəninə,  millətinə  sevgisinə  bağışla.  Bizi  bağışla.  Sənin  böyüklüyünə 

sığınmışıq, Allahım...

Mirzə  Fətəli  xəstə  cəmiyyətin  yanında  nə  qədər  sağlamdırsa,  Allah 

yanında o qədər xəstədir. 

Sağlamlar  xəstənin  halını  bilməz.  Ona  baxa-baxa,  bəzən  ağlaya-ağlaya 

özünü düşünər. Sağlamlar heç xəstələnməyəcəkləri qənaətində olarlar. 



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

68

Mirzə Fətəli kinin, nifrətin içində deyil, əksinə kin, nifrət onun sevgisinin 



içindədir.

Mirzə  Fətəli  duyduqları,  düşündükləri  ilə  deyil,  düşündükləri  ilə  də 

yaşayan, mücadilə edən qəribə bir varlıqdır. Adı böyük hərflərlə yazılmağa 

layiq insandır. Hər şeyi ilə...

Mirzə  Fətəlinin  fəlsəfi  dünyagörüşünü  qiymətli  məqamları  az  deyil. 

Amma  ümumiyyətlə  bu  materialist  fəlsəfənin  müddəaları  klassik  alman 

fəlsəfəsindən, fransız ensiklopedistlərindən bəllidir. Qiymətli olan bir Şərqli 

mütəfəkkirin  islam  əhlinin  bu  fikirləri  ifadə  etməsi,  sistemləşdirməsi  idi. 

Şərqdə təşəkkül tapan ideoloji sistemin kontekstinə yorumunu da tam qəbul 

etmək çətindir. Onun “Kəmalüddövlə məktubları”ndakı ehtiyatkarlığı, verdiyi 

bilgilərin gələcək üçün dəyəri açıq-aydın şəkildə ifadə edilmişdir. Mirzə Fətəli 

altı komediyasından böyük və təkrarsız həqiqəti sanki ikinci, üçüncü dərəcəli 

bilir. 

M.F.Axundzadə yaradıcılığına bütöv baxılmazsa, zamanına görə yanlışına, 



doğrusuna  tənqid  süzgəcindən  keçirilməzsə,  onun  obyektiv  tarixi  qiyməti 

verilə bilməz.

Əgər Mirzə Fətəli çox böyük mütəfəkkir, yazıçı, şair, dramaturq, filosof 

olmasaydı  ondan  bu  qədər  uzun-uzadı  danışmağa,  yorum  yapmağa  ehtiyac 

olmazdı.

Amma bu ehtiyac var və həmişə olacaq. 

Mirzə Fətəli bizim həm keçmişimiz, həm bugünümüz, həm də gələcəyimiz 

olduğu  üçün  işıqlı  və  qaranlıq,  doğru-düzgün  tapdıqları  ilə  incələnməli, 

yorumlanmalıdır qənaətindəyəm. 

Mirzə  Fətəli  haqqında  fikirləşərkən  mənim  ilk  qənaətim  onun Allahsız 

olmamasıdır.

Sonrakı qənaətim onun Füzuli düşməni olmamasıdır. “Mən külli-ədyanı 

puç və əfşan hesab edirəm” deyən adam necə Allahsız olmaya bilər? Və ya 

söz dünyasını gözəl bilən adam Füzuliyə “nazimi-ustad” – yəni nəzm ustası, 

sözü-sözə qoşan şair deyə bilər?!

Messiya və ya missiya deyilən şey Allahdan olduğu kimi sosial şərtlərdən 

və ya insanın öz daxili əmrinə də bağlı ola bilər. 

Mirzə Fətəli Hz. Məhəmmədi dərk edə bilməyəcək səviyyədə ola bilməzdi. 

Quranın vulqar yorumu da ona əsla yaraşmır. 

Amma Avropaya pəncərə, sonra qapı açan adam Şərq cəhaləti fonunda 

Avropa  fütuhatını  gördüyü,  dərk  etdiyi  üçün  o  daşıdığı  missiyaya  böyük 

qurbanlar  verənlərdən  və  daxilində,  vicdanında  o  qərarların  ağrısını 

yaşayanlardandır. 



Kamil Vəli NERİMANOĞLU

69

Türk Dünyası 34. Sayı

Mirzə Fətəli böyük ziddiyyətlərin övladıdır – desək yanılmarıq. Böyük 

ziddiyyətlər yaşamayan adamın dahi ola bilməyəcəyinə inananlardan biri də 

mənəm. Bu ziddiyyət yaradıcılığın təkan vericisidirmi, impuls verənidirmi, - 

deyə bilmərəm. Ziddiyyətin və ya əksliklərin vəhdəti və mübarizəsi adlanan 

dialektika qanunlarının da üzərində basa-basa durmaq istəmirəm. Nə qədər 

açıqlasam  da,  dərinə  getmək  istəsəm  nə  Heraklitdən,  nə  Hegeldən,  nə  də 

Marksdan dərinə getməyəcəyimi gözəl bilirəm.

Ziddiyyət  “hər  gün  yeni  adam  kimi  doğulanları”  (Vaqif  Bayatlı  Odər) 

yetişdirən ana bətni kimidir. Ziddiyyət ikili başlanğıcdır. Hərəkətin, hərəkət 

edən  gücün  mayasıdır,  -  desəm  səhv  etmərəm  (insanın  çox  qəti  dediyi  şey 

onun ən az inandığı gerçəklərdir) 

Hər  kəsin  içində Allah  da  var,  şeytan  da.  Bu  da  bir  əkslikdir.  Həm  də 

vəhdətdir.

Öz Vətənini, xalqını sevənlərin bir qisminin şeytanla iş birliyi ideal üçün 

fədakarlıqdır. Yüz acını yeyərlər bir şirinin xatirinə. M.F.Axundzadənin də, 

Mirzə  Kazım  bəyin  də,  Mirzə  Cəlilin  və  Sabirin  də  amalı  xilas  olmuşdur. 

Bu  çətin  anlaşılan  sosioloji  proses  üçün  “xilas”  sözündən  uğurlusunu  tapa 

bilmədim.  “Xilas”  anlayışının  içində  inqilab  da  var,  islahat  da,  dağıtmaq 

da var, qurmaq, yaratmaq da, haqlılıq da var, haqsızlıq da (dünyada hər şey 

nisbidir həqiqətini yaddan çıxarmayaq).

XIX əsrdə fransız inqilabı dünyaya inqilab, üsyan, millətçilik gətirmişdi. 

Rasional elmlər və texnika sürət və keyfiyyət, savaş və rahatlıq gətirmişdi.

Mədəniyyət, özəlliklə ədəbiyyat xəyal dünyasını yerə yönəltmiş, gerçəklik 

havası dünyanı tutmağa başlamışdı. 

XIX  sər  müstəmləkəçiliyin  də,  yarım  müstəmləkəçiliyin  də,  istismarın 

və kapital qanunlarının mürəkkəb bir əsr kimi ortaya çıxarmışdı. Və nəhayət 

XIX  əsr  mədəniyyətin,  sənətin,  xüsusilə  ədəbiyyatın  modern  adlanan  yeni 

zamanını və zəminini yarada bilmişdir. Renesansın təbii-realist ədəbiyyatın 

desək ciddi səhv etmərik (uzaqbaşı bir az subyektiv olarıq).

Söylədiklərimizə  və  söyləyə  bilmədiklərimizə  görə  XIX  əsr  meteor 

yağışına düçar olmuş zavallı yer kürəsi olduğu qədər də, dünyanı dərindən 

dərk  etməyə  başlamış,  yuxarıda  bəhs  etdiyim  xilas  yollarını  araşdırmağa, 

nələriysə tapmağa çalışan insan mərkəzli dünya əsridir. Əsr hüdudlu zamandır, 

onun doğuşu da, ölümü də, davamı da, davamsızlığı da heç kəsin bəlli-başlı 

dərk və izah edə bilmədiyi zaman qavramı müəyyən mənada izahedilməzdir, 

mücərrəddir.  Nə  riyaziyyat  və  fizika,  nə  din,  nə  də  ədəbiyyat  bu  qavramı 

bütünüylə aça bilməyib və aça bilmir. Mənim bildiyim odur ki, zaman Allahın 

adı və özü deyil. Olsa-olsa xassəsidir və ya varlıq səbəblərindən biri, bəlkə də 

birincisidir. Ruh kimi zaman da dərkedilməzdir. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə