Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Kamil Vəli NERİMANOĞLU

49

Türk Dünyası 34. Sayı

Və ya “Aldanmış kəvakib” hekayə deyil, Azərbaycan ədəbiyyatında ilk 

realist romandır söyləsək, həqiqəti ifadə etmiş olarıq. “Aldanmış kəvakib”dəki 

qurğu sənətkarlığı, süjet və kompozisiya strukturası, sosial-psixoloji dərinlik 

roman  janrının  tələbləri  səviyyəsindədir.  Doğrudur,  “Aldanmış  kəvakib”ə 

hekayə və ya povest (onu da deyim ki, rusların bu uydurma janrı da uydurma 

ədəbi  növlərdəndir  –  K.V.)  demək  onun  ədəbi-estetik  dəyərini  azaltmır. 

Ancaq müasir roman janrının dünyadakı örnəkləri (özəlliklə ispan dilli Güney 

Amerika nəsri və ya “Qətl günü”nün yazarı Yusif Səmədoğlu, postmodernist 

yazı  təcrübələrini  xatırlayıram,  ancaq  mətləbdən  yayınmamaq  üçün  geniş 

təhlil apara bilmirəm və bunu gənclərə həvalə edirəm) Mirzə Fətəlini – irsinin 

bizə  nə  qədər  yaxın  və  doğma  olduğunu  göstərir.  Bu  mənada  Mirzə  Fətəli 

ədəbi məktəbini xüsusilə, Mirzə Cəlilin və Üzeyir bəyin yaradıcılığı olduqca 

əhəmiyyətlidir. Bu qeydləri “yeri gəlmişkən” silsiləsindən söyləyirəm. 

Razılaşsanız da sağ olun, razılaşmasanız da. Mənim məqsədim sizi razı 

salmaq deyil, oxucum. İstəyim düşündüklərimlə Mirzə Fətəli arasında bağlılıq 

tapmaq, hiss etdiklərimi adam dilində qələmə almaqdır... 

Yeri gəlmişkən mən, Mirzə Fətəlinin dili və üslubu milli ədəbi dilimizin 

formalaşması  üzərindəki  qeydlərimə  bir  neçə  şey  əlavə  etməkdir.  Onu  da 

deməyə bilmərəm ki, müəllimimiz Ə.Dəmirçizadənin Mirzə Fətəlinin dili və 

dilçilik  görüşləri  haqqında  yazısını,  M.Cahangirovun  milli  ədəbi  dilimizin 

yaranmasında  Mirzə  Fətəlinin  xidmətləri  haqda  dəyərli  araşdırmalarını 

S.Murtuzayevin M.F.Axundzadənin deyim xəzinəsi haqqında monoqrafiyası... 

nə qədər əhəmiyyətli olsalar da kəmiyyətcə və keyfiyyətcə yetərli deyildirlər. 

Əvvəla zaman dəyişmiş və dəyişən zaman içində Mirzə Fətəlinin dili – üslubu 

ilə bağlı yeni problemlər ortaya çıxmışdır. Söhbət dilin interpretasiyasından 

getmir. İndi Mirzə Fətəlinin ədəbi dilimizin milliləşməsi sürəcində yaşadığı 

bölünmüşlüyü  (1813-1828-dən  sonra)  diqqətə  alaraq  çoxüslubluluğu, 

normalılığı (Azərbaycanın quzeyi) normasızlığı (Azərbaycanın güneyi), yazı 

ənənəsinin oturuşma prosesinin incələnməsi, özü də mətn dilçiliyi metodları 

ilə  araşdırılması,  psixolinqvistik,  etnolinqvistik  prinsiplər  diqqətə  alınaraq 

öyrənilməsi yalnız Mirzə Fətəlini, onun dil-üslub məktəbini deyil, ümumən 

bütöv Azərbaycan ədəbi dilinin öyrənilməsi üçün məhək daşı sayıla bilər. 

Bir  sözlə,  Mirzə  Fətəlinin  tənqidi  yaradıcılığı,  estetik  baxışları  özünün 

ictimai-siyasi,  ədəbi-estetik-fəlsəfı  göruşlərinin  ayrılmaz  parçası,  üzvi 

tərkibidir, desək həqiqəti ifadə etmiş olarıq.

***


M.F.Axundova  qədər  sistemli  elmi  tənqid,  müəyyən  metoda  əsaslanan 

konseptual  ardıcıllıq  yox  idi  və  Mirzə  Fətəli  nəzəri  məsələləri,  qeydləri, 

məktubları  ilə  bu  gün  anladığımız  mənadakı  tənqidin  (“kritika”nın) 

bünövrəsini qoydu.




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

50

Elmi nəzəriyyə ilə bədii təcrübənin vəhdəti olan Mirzə Fətəli yaradıcılığı 



bu  böyük  sistemin  təkamülünü  izləmək,  onun  nadir  gücünü  öyrənib  dərk 

etmək baxımından xüsusilə maraqhdır.

Mirzə  Fətəli  “tənqid”  və  “kritika”  terminlərinin  hər  ikisini  işlədir.  O, 

“tənqid”  sözünü  daha  geniş  mənada  alır,  dövrün,  zəmanənin,  bədxahlığın, 

ictimai yaramazlığın, nadanlığın ifşasının satirik üsulla açılıb göstərilməsini 

nəzərdə tutur. Bu mənada tənqid daha çox tənqidi realizm anlayışını ifadə edir 

ki, müəllif həmişə onu moizəçiliyə, nəsihətçiliyə qarşı qoyur: İnsanların təbiəti 

moizə və nəsihətləri oxuyub dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi 

əsər  oxumağa  həmişə  həvəskar  olurlar.  Avropa  filosoflarının  təcrübələri 

və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və 

məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə 

məhv etmək olmaz”.

Mirzə Fətəli yalnız insan təbiəti uçün deyil, cəmiyyət üçün də nəsihətin 

boş  və  mənasız  olduğunu  göstərir:  “Keçmişlərdə  Avropada  da  belə  zənn 



edirdilər  ki,  zalimə  zülmü  tərk  etdirmək  üçün  ona  nəsihət  etmək  lazımdır; 

sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir eləmir. Buna görə 

də millət özü, onun maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin 

faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi 

ki, səltənət və hökumət büsatından əl çək!

“Kritika”  terminini  isə  M.F.Axundzadə  məhz  ədəbi  tənqid  mənasında 

işlədir. “Tənqid risaləsi” adlı məqalədə yazır“Bu mühavirləri Tehran qəzeti 

idarəsinə  göndərib,  məlum  edirərəm  ki,  bu  qayda Avropada  məlumdur  və 

onun böyük faydaları vardır: məsələn bir şəxs bir kitab yazdığı zaman, başqa 

bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun 

yazısında  müəllif  haqqında  ədəbsiz  və  könül  incidən  bir  söz  belə  olmasın. 

Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika” fransız istilahı ilə “kritik” 

adlandırırlar”.

Mirzə  Fətəli  “politika”,  “revolyusiya”,  “sivilizasyon”  və  s.  terminlər 

kimi  “kritika”nı  da  qəsdən  olduğu  kimi  verir,  öz  ədəbi-estetik  baxışlarının 

qaynağının, tendensiyasını açıq şəkildə ifadə edir.

Mirzə  Fətəli  sözünə  davam  edərək Avropa  ədəbi  prosesini  və  tənqidin 

funksiyasını belə şərh edir: “Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir 

şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın 

fikrini ustün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və 

təsnif  bütün  Avropa  xalqlarının  dilində  səlasət  qazanır  və  mümkün  qədər 

cəmi nöqsanlardan təmizlənir. Muəlliflər və şairlər öz vəzifələri və təklifləri 

haqqında tamam xəbərdarlıq alırlar”.

M.F.Axundzadənin  fikir  azadlığından  danışarkən  kritikanı  yad  etməsi 

heç də təsadüfi deyil: “...Bu üsula “kritika” deyirlər. Fikir azadlığı olduqda, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə