Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Kamil Vəli NERİMANOĞLU

53

Türk Dünyası 34. Sayı

məhz  Füzulini  seçmişdir.  Füzuli  şeirində  doğulub  boy  atan  azərbaycanlıya 

yeni həyatın məntiqini aşılamaq üçün belə bir subyektiv addım atmaq lazım 

gəlirdi.  İkinci  bir  tərəfdən  Füzuliyanə  poeziyanı  təqlid  yolundan  çıxmaq, 

“Füzulitilsimini” qırmaq üçün, realist ədəbiyyatın yolunu tanıtmaq üçün bu fıkir 

meydana atılmışdır.

Realist  Azərbaycan  şeirinin  ilk  nümayəndəsi  -  Molla  Pənah  Vaqif  və 

müasiri Qasım bəy Zakir üzərində ayrıca dayanır, onların yaradıcılığını yüksək 

qiymətləndirir:  “Amma  mən  əyyami-səyahətimdə  səfheyi  Qarabağda  Molla 



Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda 

göründü və dəxi Qasım bəy Saruncaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk 

dilində onun mənzumatı mənim heyrətimə bais oldu.

Mirzə Fətəli bu iki həyat şairini müqayisə edir, onların realist poeziyasını da 

qarşılaşdırır: “Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah 

müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbətən rəhnümadır və lakin 

ləzzət və təsir və mühəs-sənəti-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur.

Dahi tənqidçi bu iki şairin şeirini araşdıraraq “yavan nəzmə” qarşı qoyur və 

realist şeirin məziyyətlərini açır.

Mirzə Fətəlinin yeni poeziya qarşısında qoyduğu tələblər “Yüksək İranın 

“Millət” qəzeti münşisinə kritika” adlı məqalədə də aydın şəkildə nəzərə çarpır. 

Burada müəllif Süruş təxəllüslü “Şəmsüş-şüəra” ləqəbli şairin tarixi təhriflərini 

açır, “Kritika”nın başlanğıcındakı vədə əməl edib Süruşun ideyasız, məsləksiz, 

məzmunsuz söz oyunu olan şeirlərini kəskin tənqid edir. Sənətdə hökmdarların 

tərifini  deyil,  xəlqiliyi  hər  şeydən  uca  tutan  vətəndaş  tənqidçinin  sözlərinə 

diqqət edin: “Evə çatan kimi bu kritikanı yazmağa başladım. Elə həyəcanlı idim 



ki, qəyləmimdən nə çıxdığını bilmirəm.

Ey mənim əziz qardaşım, Münşi! Başqalarına ibrət və tənbeh olmaq üçün 

sənə lazımdır ki, bu kritikanı qəzetin bir neçə nömrəsində çap edəsən və ölkənin 

daxilində yayasan; lakin o nömrələrdən xaricə göndərmə. Soruşana da de ki, 

bundan sonra bir də bu cür işlər görməsin.

Ədəbiyyatda, sənətdə əqidəsizliyə dözməyən Mirzə Fətəli elə o məqalədə 

“Millət” qəzetinin redaktorunu müasir qəzet prinsipləri ilə tanış edir, gərəkli 

məsləhətləri ilə qəzetin gələcək fəaliyyətinin bir neçə proqramını verir, “millətə 

fayda  vermək”  yoluna  istiqamətləndirir.  Məhz  bu  sayaq  təhlili  biz  Mirzə 

Fətəlinin bütün məqalələrində görürük. Bu sahədə universal bilik və təcrübə, 

böyük və ciddi bədii axtarışlar da Mirzə Fətəliyə çox kömək göstərirdi.

“Tənqid risaləsi” adlı məqaləsini M.F.Axundzadə Rzaqulu xanın “Rövzətül-

səfaqi-Nasiriyyə”  əsərini  orijinal  bir  formada  -  müəlliflə  tənqidçinin  dialoqu 

şəklində  qurmuşdur.  Burada  tənqidçi  tarixi  mövzuda  yazılmış  lüzumsuz 

şeirlərin  səcli  nəsrin  müasirlik  tələbini  ödəmədiyini,  qafıyəpərdazlığı  tənqid 



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

54

edir müəllif qarşısına “Məzmun doğru deyildir: düzgün fıkirləş!” tələbini qoyur. 



Forma ardınca gedən və sözçülüyə aparıb çıxaran şeirin əsaslarının puçluğunu, 

köhnəliyini, müasirlik tələbini ödəmədiyini göstərir.

M.F.Axundzadə  nəsrdən  də,  şeirdən  olduğu  kimi,  ciddi  məzmun  tələb 

edirdi. “Aldanmış kəvakib” realist Azərbaycan nəsrinin nümunəsi idi və Mirzə 

Fətəli  bu  örnəklə  kifayətlənməyib  dəfələrlə  nəzəri  mülahizələri  ilə  nəsrin; 

üfüqlərini aydınlaşdırmış, gələcək Azərbaycan, butövlükdə Şərq nəsrinin estetik 

prinsiplərini göstərmişdir.

1875-ci  ildə  M.F.Axundovun  dostu  Mirzə  Yusif  xana  yazdığı  məktubda 

etdiyi qeydə diqqət yetirək: “Roman yazmaq da avropalıların istilahınca, dram 

adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ 

tamamilə xəbərsizdir”.

Və bu baxımdan böyük maarifçinin ümid dolu gözlərinin “savad və zövq 



sahibi olan gəncliyə” dikilməsi dahiyanə uzaqgörənlik idi.

Məlum olduğu kimi, Mirzə Fətəli “Aldanmiş kəvakib”in süjetini tarixdən 

-  İsgəndər  bəy  Münşinin  “Tarix  aləm-arayi-Abbas”  əsərində  təsvir  olunan 

əhvalatdan götürmüşdür. Və bu nümunə tarixə sənətkar baxışını, tarix mövzunun 

müasir həyatla bağlılığını aktuallığını öyrənmə baxımından xüsusilə ibrətlidir.

Sənətdə tarixiliyin estetik mündəriçəsini lakonik, tutalı şəkildə ifadə edən 

müəllif tarixi janrın geniş imkanlarını göstərmiş və xalqın mənəvi problemlərini 

həll etməkdə tarixə qayıtma yolunu seçmişdir.

Mirzə  Fətəli  sənətin  böyük  məqsədləri  sırasında  insan  tərbiyəsi,  əxlaq 

gözəlliyinə  ayrıca  yer  verir.  Məqalələrinin  birində  böyük  maarifçi  yazır: 

Beləliklə bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər 

Asiyada və istərsə də Avropada, insanın şüuru tamamilə əbədi həbsdən xilas 

olacaq və bütün işlərdə və təfəkkürdə hadisələr deyil, insanın ağlı yeganə dəlil, 

sənəd və hakimi-mütləq olacaqdır.

Böyük  humanist  “kamil  adam”  olmaq  üçün  yeddi  vəzifə  göstərir:  pis 

əməldən  çəkinmək,  yaxşılıq  etməyə  çalışmaq,  zülmü  dəf  etməyə  çalışmaq, 

öz  həmnövləri  ilə  cəmiyyətdə  müttəfıq  yaşamaq,  elm  ardınca  getmək,  elmi 

yaymağa çalışmaq, öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan 

cəmiyyətə  öz  həmvətənləri  və  öz  həmfikirləri  içərisində  qayda  və  qanunları 

mühafızə etmək uğrunda mübarizə aparmaq.

“Kəmalüddövlə  məktubları”nda  sənətin  insan  tərbiyəsindəki  böyük 

rolundan geniş bəhs edən Mirzə Fətəli demokratik ədəbiyyatın mübariz rolunu 

göstərmişdir.

Həsən bəy Zərdabiyə yazdığı məktubda böyük sənətkar deyir: “Qoy, bizim 

millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda 

hər nə etsən, baş tutar.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə