Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Kamil Vəli NERİMANOĞLU

57

Türk Dünyası 34. Sayı

pafos, mübarizə motivləri, sağlam tənqid hər şeydən çox maraqlandırırdı.

Drama  sənətinin  məqsədi  insanların  əxlaqını  yaxşılaşdırmaq,  oxucu 



və qulaq asanları ibrətləndirməkdir” - deyən Axundzadə səhnə imkanlarını 

aydınlaşdırır, oxu dramı ilə tamaşa dramını fərqləndirir, səhnə etikasından söz 

açır və nəhayət, bu böyük və şərəfli yolun qururlu gələcəyindən inamla bəhs 

edir; millətin o dərəcədə təzim və təqdirini qazanmışlar ki, öldükdən sonra 

millət onların hünəri müqabilində təşəkkür əlaməti olaraq qəbirləri üzərində 

uca imarətlər, yəni abidələr tikmişlər: Molyer və Şekspir bu kimi təzimə layiq 

şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur.

“Fehristi-kitab”  yazısında  Axundzadədini  tamaşaları  -  şəbihləri  tənqid 

edir,  “nəqli-behcət”  (komediya)  və  “nəqli-müsibət”  (façiə)  arasındakı  fərqi 

şərh edir. Bədii yaradıcılıqda olduğu kimi, nəzəri müddəalarında da komediya 

janrına daha çox meyl edən Axundzadə xalqı tərbiyələndirmək üçün, əxlaqı 

saflaşdırmaq üçün “tənqiddən faydalı heç bir vasitə ola bilməz” deyirdi ki, bu 

tənqidin də əsas ruporu məhz komediya janrı idi. “...mən türkcə təmsilatımda 

iranhların yaramaz əxlaq və rəftarım pisləmişəm. Bu isə dramnəvisliyin əsas 

şərtlərindəndir. (Kursiv bizimdir - K.V.)

M.F.Axundovun ədəbi tənqid sistemində ən mühüm komponentlərindən 

biri dil və üslub məsələləridir. Bu, təsadüfi deyil. Müasir Azərbaycan milli 

ədəbi  dilinin  banisi  M.F.Axundzadə  dil  məsələlərinə  qətiyyən  biganə  qala 

bilməzdi.

  Milli  özünü  idrak  prosesində  ana  dilli  ədəbiyyatın  varlığı  mühüm 

şərtdir. Və belə bir ədəbiyyat qabaqcıl qayələrin ifadəsinə çevrildikdə, xalqın 

duyğrularını real şəkildə əks etdirəndə öz yüksək vəzifəsini həyata keçirmiş 

olur. Axundzadə ürək yanğısı ilə yazır: “Ərəblər bizə qələbə çaldıqdan sonra 

dinlərini bizə qəbul etdirdikləri kimi, dillərini də bizim dilimizə qatmışlar və 

bizi məcbur etmişlər ki, öz dilimizdə yazılan kitablan oxuyub başa düşmək 

üçün ərəb dili və onun qaydalarını da bilək. Buna görə də biz məcburuq ki, 

farsca yazılmış əsərləri anlamaq üçün iki dil və türkcə yazılmış əsərləri başa 

düşmək üçün üç dil öyrənmiş olaq”.

Ərəb əlifbasına qarşı Axundovun ömrünün sonuna qədər apardığı ciddi, 

ağır, üzüntülü mübarizə ideal uğrunda, həqiqət uğrunda mübarizənin timsalı 

kimi xalqımızm tarixinə yazılmışdır.

Babalarımızın dili də ərəblər tərəfindən qarət edilmiş və indi ancaq adı 

qalmışdır” (III c, səh. 446) deyən Mirzə Fətəli “Xitab bər katib” və “Xitab 

bər  naqil”  (III  c,  səh.  200-201)  adlı  yazılarında  böyük  inam  və  qətiyyətlə 

Azərbaycan orfoqrafıya və orfoepiyasının ilk prinsiplərini irəli sürmüşdür.

M.F.Axundzadə  dilin  saflığı  uğrunda  böyük  mübariz  olsa  da,  o,  dillər 

arasındakı canlı əlaqəni, zənginləşmə yollarını qəbul edirdi.

Mirzə Fətəli yeri gəldikçə bədii dil və üslub məsələlərinə də toxunmuş, 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

58

xalq dili zəminində yaranan ədəbi dilin müxtəlif məsələlərini işıqlandırmışdır: 



Bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifa edilməlidir”; “Əgər əslində 

fars olub, türkcəni lazımınca bilən Tehran ziyalılarından biri bu Təmsilatı 

kitabda göstərilən şərtlər və qaydalar üzrə, bir şey əksiltmədən, sözçülüyə 

və  qafıyəpərdazlığa  yol  vermədən  (kursiv  bizimdir  -  K.V.),  farsların  yazı 

qaydalarına deyil, danışıq qaydalarına əsasən, sadə bir şivə ilə türk dilindən 

fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş olar, 

həm də özü bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər.

Mirzə Fətəlinin müdrik məsləhətləri, elmi göstərişləri Azərbaycan ədəbi 

dilinin sonrakı bütün tarixi dövrlərdəki fəaliyyəti üçün, eləcə də bu gün üçün 

əsl elmi proqramdır. Onun Həsən bəy Zərdabiyə yazdığı məktub diqqəti cəlb 

edir: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi ibarələrin 

zərifliyi və aydınlığı, orfoqrafıyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz 

başqa  məsələlərlə  yanaşı Azərbaycan  yazısını  düzgün  olmayan  ifadələrdən 

təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. 

Orfoqrafiyaya  gəlincə,  sizin  gələcəkdə  təyin  etdiyiniz  mühərrir  mənim 

Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir.

İlk qəzetimiz haqqında ilk elmi-tənqidi söz daha çox ana dili problemləri 

ilə bağlı idi. Və Mirzə Fətəli “Təmsilat”ı yazmaqla əslində, Azərbaycan ədəbi 

dilinin sonrakı taleyini həli etmişdi. Ancaq böyük maarifçi Azərbaycan dilinin 

zənginliyini saflığını, gözəlliyini bir içtimai xadim kimi, bir qələm əhli kimi 

bütün ömrü boyu qorumuşdu. Ana dilinə Vətən kimi baxan böyük Mirzə Fətəli 

elə bir məktəbin müəllimi idi ki, orada ana dilinin böyük ustadları və fədailəri 

yetişəcəkdi:  Nəcəfbəy,  Mirzə  Cəlil,  Əbdürrəhimbəy,  Sabir,  Üzeyirbəy, 

Firudinbəy...

Mirzə Fətəlinin tənqid üslubu ardıcıllığı, dəmir məntiqi, cəsarəti və yeri 

gəldikcə sərtliyi ilə seçilir. O, Şərq filosoflarının “qorxaqlıq və cəsarətsizlik” 

etdikləri üçün xalqdan uzaq düşdüklərini göstərir. Axundzadə “Kəmalüddövlə 

məktubları”nı nəzərdə tutaraq yazır: “Hicrətdən bu günə qədər bu sərtlikdə 

(kursiv bizimdir - K.V.) bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən 



sonra dünyanın hər tərəfində biri digərinin ardınca, bundan daha sərt (kursiv 

bizimdir  -  K.V.)  əsərlər  yazılacaqdır”.  Süruşun  şeirlərini  tənqid  edərkən 

Mirzə Fətəli qələmi sərt və amansızdır, yeni əlifba düşmənlərinə qarşı Mirzə 

Fətəli sözü bıçaq kimi iti və kəskindir. Sənətin və elmin ictimai-əxlaqi, siyasi-

məfkurəvi  rolunu  ön  planda  görüb  götürən  dahi  yazıçının  sərt  ifadə  tərzi 

apardığı əməliyyatın düzlüyünə, doğruluğuna qəti inanan cərrahı xatırladır: 

çürümüş hər şeyi kəsib atmalı, orqanizmi qoruyub saxlamalı!

Özünə qarşı da tələbkar olan Mirzə Fətəli mübarizə meydanına cəsarətlə 

girirdi. O, məktublarının birində yazır: “...etiqadımızca elmdə qüvvətli olanlara 

təklif  etməlisiniz  ki,  bacarsalar  Kəmalüddövlənin,  istər  politika  işlərinə  və 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə