P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   2   3   4   5   6   7   8   9   ...   35

Naqilsiz doldurulma üçün yalnız Qi ilə uyğun adapterlərdən istifadə edin.
1. Simsiz adapter ișlək vəziyyətdə olmalıdır.
2. Telefonunuzu simsiz doldurucuya elə yerləșdirin ki, doldurulma sahələri biri birinə toxunsun.
3. Batareya yüklənən kimi telefonunuzu adapterdən ayırın.
Yükləmə sahəsi ișıqlanır.
Xəbərdarlıq: Adapter və cihaz arasında heç bir əşya olmadığını yoxlayın. Doldurulma sahəsinin
yanında cihazın səthinə heç nə, məsələn, stikerlər yapışdırmayın.
Simsiz doldurulma haqqında ətraflı məlumat üçün adapterin istifadəçi təlimatını oxuyun.
Batareya
Batareyanızın qayğısına qalın, o, telefonunuzun həyat enerjisidir.
Telefonunuz daxili, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yalnız Nokia tərəfindən
təsdiqlənmiş bu telefon üçün nəzərdə tutulmuş adapterlərdən istifadə edin. Həmçinin telefonunuzu
doldurmaq üçün müvafiq USB kabelindən (daxil edilib) istifadə edə bilərsiniz.
Arxa qapağı açmağa və ya batareyanı çıxartmağa cəhd etməyin; cihazı zədələyə bilərsiniz. Batareyanın
dəyişdirilməsi üçün onu yaxınlıqda yerləşən səlahiyyətli xidmət mərkəzinə aparın.
Mühüm: Ancaq ixtisaslı işçilər və ya səlahiyyətli xidmət kanalları batareyanı əvəz etməlidir.
Batareyanın icazəsiz əvəz edilməsi zəmanətinizi qüvvədən sala bilər.
İlk dəfə ișə salmaq
Yeni telefonunuzdan necə istifadə etməyi öyrənin.
Yeni telefonunuza əla funksiyalar daxildir və onlar telefonu ilk dəfə işə saldığınızda quraşdırılacaq.
Telefonunuzun hazır olması üçün bir neçə dəqiqə gözləyin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
12


Telefonu yandırmaq
Hazırsınız? Telefonunuzu yandırın və onu kəşf etməyə başlayın.
Telefon titrəyənə kimi işəsalma düyməsini basıb saxlayın.
Telefonu söndürmək
İşəsalma düyməsini basıb saxlayın və kilid ekranını aşağı çəkin.
Microsoft hesabı
Microsoft hesabı kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə Microsoft
xidmətlərinə daxil ola bilərsiniz. Eyni istifadəçi adı və parolundan Xbox-da da istifadə edə bilərsiniz.
Microsoft hesabı ilə siz, məsələn așağıdakıları edə bilərsiniz:
• Mağazadan məzmun yükləyin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
13


• Əlaqələrin ehtiyat nüsxəsini çıxardın.
• Șəkilləri və sənədləri yükləyin, saxlayın və paylașın.
• Telefonun SkyDrive-da ehtiyat nüsxəsini çıxardın.
• Xbox  oyunları oynayın.
• Avatar  və oyun nailiyyətlərinizi telefonunuzda baxın və telefonda oyun oynadıqda onları artırın.
• Find My Phone xüsusiyyəti ilə telefonunuzu izləyin və itmiș telefonu bloklayın.
• Əlaqələr mərkəzində sosial șəbəkə xidmətlərindən yeniliklər əldə edin.
Microsoft hesabı və xidmətləri haqqında ətraflı öyrənmək üçün www.windowsphone.com ünvanına
daxil olun.
Microsoft hesabını yaratmaq
Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın.
Microsoft hesabı yaratmaq üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif
planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri
ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. İnternetə qoşula bilmirsinizsə,
hesabı daha sonra da yarada bilərsiniz.
1. Telefona SIM kartını daxil edərək onu yandırın.
2. Telefonu quraşdırmaq üçün ekranda görünən təlimatlara əməl edin.
3. Microsoft hesabını yaradın və ya mövcud istifadəçi adı və parolu ilə daxil olun.
İlkin quraşdırma zamanı təcili yardım zəngi etmək üçün vurun: Fövqəladə zəng
Microsoft hesabını daha sonra yaratmaq üçün telefonunuzdan Microsoft proqramı və ya xidmətini
açın. Yaxud başlanğıc ekranında sola sürüşdürün və   Parametrlər > E-poçt+hesablar > Hesab əlavə
edin vurun. Hesabınızı İnternetdə yaratmaq və ya parolunuzu sıfırlamaq üçün www.live.com ünvanına
daxil olun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
14


Əlaqələri köçürmək
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə
telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatlarımı köçür proqramından istifadə edin. Proqram
bütün telefon modelləri ilə işləməyə bilər.
İşarə:Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindəndirsə yaxud əlaqələrinizin
nüsxəsini artıq Microsoft hesabında çıxartmısınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə
edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.
İşarə:Microsoft hesabı yaratdığınızda, əlaqələrinizin avtomatik olaraq nüsxəsi çıxarılır.
Yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız əlaqələri bərpa etmək üçün eyni Microsoft
hesabından istifadə edərək daxil olun. Daha sonra istədiyiniz ehtiyat nüsxəni seçə bilərsiniz.
Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil,
telefonun yaddaşında saxlanmalıdır.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun:   Məlumatlarımı köçür.
3. davam et vurun və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən
göstərişlərə əməl edin.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün
göstərilməyə bilər.
Məzmunu Nokia Lumia-ya köçürmək
Məzmununu Nokia Lumia-ya köçürməyi öyrənin.
Nə quraşdırmaq istədiyinizdən və nə qədər məzmun köçürdüyünüzdən asılı olaraq köçürmə bir qədər
çəkə bilər.
Bəzi fayl formatları köçürülməyə bilər. Faylları köçürülə bilən formata çevirmək üçün bəzi üçüncü tərəf
çeviricilər mövcud ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
15


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə