P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   2   3   4   5   6   7   8   9   ...   35

Bu təlimatlar bütün telefon modellərinə və istehsalçılarına tətbiq edilməyə bilər.
Ətraflı məlumat üçün www.nokia.com/gb-en/switch-easy (yalnız ingilis dilində) ünvanına daxil olun.
Məzmununu əvvəlki Nokia telefonu və ya Apple Mac-dan köçürmək
Məzmununu əvvəlki Nokia telefonu və ya Nokia Lumia-dan necə köçürməyi öyrənin.
Məzmunu əvvəlki Nokia Lumia-dan köçürmək
Microsoft hesabından istifadə edərək əlaqələrinizi, təqvim və mətn mesajlarını əvvəlki Nokia Lumia-
dan yeni Nokia Lumia-ya köçürün. Siz həmçinin SkyDrive istifadə edərək Office sənədlərini, yeni Nokia
Lumia telefonuna asanlıqla köçürə və ya şəkilləri və videoları Windows Phone proqramı ilə köçürə
bilərsiniz.
Məzmununuzu yeni Nokia Lumia-ya köçürmək üçün sizə Microsoft hesabı lazımdır.
Yeni Nokia Lumia telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, başla ekranında sola
sürüşdürün,   Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin vurun və ekranda göstərilən
təlimatlara əməl edərək Microsoft hesabı yaradın.
1. Microsoft hesabında nəyin nüsxəsini çıxartmaq istədiyinizi seçmək üçün əvvəlki Nokia Lumia-da
başla ekranında sola sürüşdürün və   Parametrlər > Ehtiyat nüsxə vurun.
Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.
2. Təzə Nokia Lumia-da Microsoft hesabınıza daxil olun və əlaqələriniz, təqvim və mətn mesajlarını
avtomatik olaraq yeni Nokia Lumia-ya köçürülür.
Office sənədlərini köçürmək
Əvvəlki Nokia Lumia-da   Office > SkyDrive vuraraq Office sənədlərinizi SkyDrive-da saxlayın. Yeni
Nokia Lumia-da sənədlərə daxil olmaq üçün   Office > SkyDrive vurun.
Məzmunu Symbian və ya S40 telefonundan köçürmək
Məzmununu Symbian və ya S40 telefonundan Nokia Lumia-ya köçürmək üçün Nokia Suite-dan istifadə
edin.
Kompüterinizdə ən son Nokia Suite quraşdırıldığını yoxlayın. Siz onu www.nokia.com/nokiasuite
ünvanından yükləyə bilərsiniz.
1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Kompüterdə Nokie Suite-ni açın.
3. Seçin: Məzmunu Nokia Lumia-ya köçür. Sizin fayllarınız bura köçürülüb: SkyDrive.
4. Nokia Lumia-da fayllara daxil olmaq üçün   Office > SkyDrive vurun və telefonda göstərilən
təlimatlara əməl edin. Həmçinin SkyDrive proqramını Mağaza-dan yükləyə bilərsiniz.
Məzmunu Apple Mac-dan köçürmək
Məzmununuzu Apple Mac-dan köçürmək üçün Microsoft hesabınızdan istifadə edin.
1. Mac-da www.live.com ünvanına daxil olun və Microsoft hesabı ilə giriş edin.
2. SkyDrive seçin və köçürmək istədiyiniz faylları Mac-dan SkyDrive-a çəkib gətirin.
3. Telefonunuzda fayllara daxil olmaq üçün   Office > SkyDrive vurun və telefonda göstərilən
təlimatlara əməl edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
16


Məzmunu Android telefonundan köçürmək
Məzmununu Android telefonundan Nokia Lumia-ya köçürməyi öyrənin.
Şəkilləri və videoları Android telefonundan köçürmək
Şəkilləri və videoları Android telefonunuzdan kompüterinizə köçürün və onları çəkib Nokia Lumia-ya
gətirin.
1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. İstədiyiniz məzmunu kompüterinizə sinxronlaşdırmaq üçün uyğun Android sinxronlaşma
proqramından istifadə edin. Faylları sinxronlaşdırdığınız qovluğu qeyd edin.
3. Sinxronlaşma tamamlandıqda Nokia Lumia-nı kompüterə qoşun. Telefonunuz kompüterinizdə
ayrıca qurğu kimi görünür.
4. Elementləri telefonunuzda Pictures və Videoların altqovluqlarına çəkib gətirin. Elementləri düzgün
altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.
Outlook məlumatını Android telefonundan köçürmək
Outlook əlaqələrini, təqvim elementlərini və tapşırıqları Android telefonunuzdan Nokia Lumia-ya
köçürmək üçün Microsoft hesabınızdan istifadə edin.
1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Kompüterinizdə əlaqələri, təqvim elementlərini və tapşırıqları Android telefonundan kompüterə
sinxronlaşdırmaq üçün Android telefonu üçün sinxronlaşma proqramından istifadə edin və
sinxronlaşma proqramının Outlook-a sinxronlaşdırmasını təyin edin.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-
a əlavə edin. www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu
kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfiqurasiya etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmunun Microsoft
hesabında görünməsi bir qədər çəkə bilər.
5. Məzmunu yeni telefona idxal etmək üçün siz Microsoft hesabınızla daxil olmalısınız. Telefonunuzda
hesab yaratmaq üçün   Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edinvurun və ekranda
görünən təlimatlara əməl edin.
Əlavə məlumat üçün www.windowsphone.com ünvanına daxil olun və Outlook əlaqələrini və təqvimi
Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.
SkyDrive_istifadə_edin._1.'>Office sənədlərini Android telefonundan köçürmək
Office sənədlərini Android telefonundan köçürmək üçün Microsoft hesabından və SkyDrive istifadə
edin.
1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin və
telefonunuzda tələb olunduqda Kütləvi yaddaş seçin.
2. Faylları çəkib kompüterinizə gətirin. Faylları saxladığınız qovluqları qeyd edin.
3. Kompüterinizdə www.live.com ünvanına daxil olun və Microsoft hesabı ilə giriş edin.
4. Microsoft hesabınızda SkyDrive seçin və istədiyiniz faylları kompüterinizdən SkyDrive-a çəkib
gətirin.
5. Nokia Lumia-da fayllara daxil olmaq üçün   Office > SkyDrive vurun və telefonda göstərilən
təlimatlara əməl edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
17


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə