P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   2   3   4   5   6   7   8   9   ...   35

• Açıq proqramlar arasında keçid etmək üçün   vurub saxlayın, sola və ya sağa vurun və istədiyiniz
proqramı seçin.
• Əvvəlki ekrana geri qayıtmaq üçün   vurun. Telefonunuz son dəfə kilidləndikdən sonra daxil
olduğunuz proqramları və veb-saytları xatırlayır.
• Başlanğıc ekranına daxil olmaq üçün   basın. Daxil olduğunuz proqram arxa planda açıq qalır.
• Telefonunuzu səsinizlə idarə etmək üçün   basıb saxlayın və səs əmrini deyin.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair
əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.
• İnternetdə axtarış etmək üçün   basın.
Antena yerləri
Optimal faydalanmaq üçün telefonunuzda antenaların harada yerləşdiyini öyrənin.
Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə
təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsi batareyanın ömrünü azalda bilər.
Antena sahələri işarələnib.
SIM kartı daxil etmək
Telefonunuza SIM kartı daxil etməyi öyrənmək üçün bunu uxuyun.
Mühüm: Cihazınız nano-SIM kartından (həmçinin nano-UICC kart kimi də tanınır) istifadə edir.
Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər
vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
İşarə:SIM saxlayıcısının kilidini açmaq üçün SIM kart saxlayıcısı alətindən istifadə edin. Aləti
itirsəniz, nazik kağız qısqacından istifadə edə bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
7


Telefonun sönülü olduğunu yoxlayın.
1. Telefonu üzü aşağı saxlayın və saxlayıcı boșalana kimi aləti dəliyə doğru basın.
2. Saxlayıcını çəkin və aləti saxlayıcıdan çıxardın.
3. Kartı kontakt sahəsi üzü yuxarı halda saxlayıcıya salın və saxlayıcını yerinə geri itələyin.
SIM kartı çıxartmaq
Yeni SIM kart almısınız? Əvvəlki kartı telefondan necə çıxartmağı öyrənin.
Telefonun sönülü olduğunu yoxlayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
8


1. Telefonu üzü aşağı saxlayın və saxlayıcı boșalana kimi aləti dəliyə doğru basın.
2. Saxlayıcını çəkin və kartı çıxardın.
Yaddaș kartını daxil etmək
Yaddaş kartının telefonunuza necə daxil edilməsini öyrənmək üçün ətraflı oxuyun.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
İşarə:Yaddaş kartı saxlayıcısının kilidini açmaq üçün yaddaş kartı saxlayıcısı alətindən istifadə
edin. Aləti itirsəniz, nazik kağız qısqacından istifadə edə bilərsiniz.
Yaddaş kartını daxil etməzdən əvvəl telefonu söndürmək lazımdır. Telefonunuz həcmi 64 GB-a qədər
olan yaddaş kartlarını dəstəkləyir. Daha yaxşı funksionallıq üçün 4-32 GB həcmə malik kartdan istifadə
edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
9


1. Telefonu üzü yuxarı saxlayın və yaddaş kartı saxlayıcısı boşalana kimi aləti dəliyə doğru basın və
saxlayıcını çıxardın.
2. Kart tutucunu əlaqələr sahəsi üzü așağı olacaq șəkild qoyun və tututcunu telefona tərəf geri itələyin.
Telefonu doldurmaq
Telefonu necə doldurmaı öyrənin.
Telefonu USB adapteri ilə doldurmaq
Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırmazdan əvvəl onu yenidən
doldurmalı ola bilərsiniz.
Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin.
1. Əvvəlcə USB kabelini adapterə qoşun, adapteri divardakı enerji mənbəyinə taxın və kabelin mikro-
USB sonluğunu telefona qoşun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
10


2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.
Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma zamanı
istifadə edə bilərsiniz.
Tamamilə boş batareyanı doldurmağa başladığınızda ekran oyanana kimi başla düyməsi   yanıb-
sönür və doldurulma gedişatı göstərilir.
Batareya tam boşaldıqda, telefondan istifadə etməyiniz onun 20 dəqiqəyə qədər doldurulması lazım
gələ bilər. Doldurulma göstəricisi bu dəfə nümayiş olunmaya bilər.
İşarə:Divar rozetkası olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz
doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə
fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə
bilər.
Kompüterin işlək vəziyyətdə olmasını təmin edin.
Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə USB
kabelini telefondan, sonra kompüterdən çıxardın.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışma və
gözləmə rejimlərinin vaxtı normal vaxtdan xeyli qısadırsa, batareyanı dəyişdirmək üçün cihazı ən yaxın
səlahiyyətli xidmət mərkəzinə aparın.
Telefonu simsiz doldurun
Kabellərdən istifadə etməyə ehtiyac yoxdur, sadəcə olaraq cihazınızı simsiz adapterin üzərinə qoyun
və o, dərhal doldurulmağa bașlayacaq.
Telefonun doldurulma sahələri və adapter bir-birinə toxunmalıdır, buna görə də, telefon və adapteri
düzgün yerləșdirin. Telefon modellərinin hamısı bütün adapterlərlə uyğun gəlmir.
Nokia simsiz adapterləri, məsələn, simsiz doldurulma paneli DT-900 ayrıca satılır.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
11


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə