Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə188/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

778 



 

dəfələrlə  rəsm  elədiyim  ilanlı  sütunun,  tamam 

baĢqa cür rəsm elədiyimiz çinar ağacının yanından 

At  meydanına  çıxıb,  səhərlər  aralarında  sərçələrin, 

sağsağanların  cik-ciklə  ötüĢdükləri  Ģabalıd  və  tut 

ağaclarının altından keçdim. 

         NəqqaĢxananın  ağır  qapısı  örtülüydü.  Nə 

qapıda, nə də yuxarıdakı tağlı talvarın altında kimsə 

vardı.  ġəyirdlik  illərində  sıxıntıdan  partlayanda 

ağaclara tamaĢa elədiyimiz kiçik pəncərənin örtülü 

taylarına ancaq bir anlığa və təlaĢla baxa bilmiĢdim 

ki, məni bir nəfər saxladı. 

         Qulaq  cırmaqlayan  cır  və  kəskin  səsi  vardı. 

Əlimdəki  qəbzəsi  yaqutlu  və  qanlı  xəncərin  onun 

olduğunu,  qardaĢı  oğlu  ġövkətin  anasıyla  birləĢib 

evindən  oğurladığını  söylədi.  Bu  da  mənim  gecə 

evinə  hücum  eləyib,  ġəkurəni  qaçıran  Qaranın 

adamlarından  olduğumu  sübut  eləyirmiĢ.  Bu 

çoxbilmiĢ, cır səsli, qəzəbli adamın Qaranın nəqqaĢ 

dostlarından  və  nəqqaĢxanaya  gələcəyindən  də 

xəbəri  varmıĢ.  Qəribə  qırmızı  rənglə  par-par 

parıldayan  uzun  qılıncı,  nədənsə  məndən  almağa 

qət elədiyi bir çox hesabı, bir o qədər də danıĢacağı 

hekayəsi  vardı.  Bəlkə  yanlıĢlıq  olduğunu  da 

söyləyəcəkdim,  amma  sifətindəki  ağlagəlməz 

qəzəbi  gördüm.  Üzündə  nifrətlə  məni  öldürmək 

üçün  həmlə  eləyəcəyini  də  gördüm.  «Amandı, 

dayan!» demək istədim. 




 

 

779 



 

         O artıq hücum eləmiĢdi.  

         Mənsə  xəncərimi  belə  qaldıra  bilmədim, 

boğçalı  əlimi  qaldıra  bildim.  Qızıl  qılınc  heç 

yavaĢımadan  əvvəl  əlimi  kəsdi,  sonra  da  boydan-

boya boynumu kəsib, baĢımı qopardı.  

         BaĢın  qopduğunu,  yazıq  bədənimin  məni 

qoyub  dəlicəsinə  atdığı  iki  addımdan,  xəncəri 

səfehliklə yelləməsindən, boynumdan fəvvarə kimi 

qan  fıĢqırıb  yerə  yıxılmasından  baĢa  düĢdüm.  Öz-

özünə  yeriyən  yazıq  ayaqlarım  eynilə  ölümdən 

qabaq  çırpınan  bədbəxt  at  kimi  boĢ-boĢuna 

tərpəndi. 

          BaĢın  düĢdüyü  palçığın  içindən  nə  qatilimi 

görə  bilirdim,  nə  də  hələ  bərk-bərk  tutmaq 

istədiyim  içi  qızıl  və  rəsm  dolu  düyünçəmi.  Onlar 

boynumun  ardı  səmtdə,  artıq  heç  çatmayacağım 

dənizə  və  Kadırğa  limanına  doğru  enən  yoxuĢ 

tərəfdə  qalmıĢdılar.  BaĢım  onlara  və  dünyanın 

geridə 


qalan 

hissəsinə 

bir 

daha 


dönüb 

baxmayacaqdı. Onları unudub öz baĢımın istədiyini 

fikirləĢdim. 

         Qılınc 

baĢımı 

kəsməmiĢdən 



əvvəl 

fikirləĢdiyim  Ģey  –gəmi  Kadırğadan  gedəcək  – 

Ģüurumda  «tələs»  əmriylə  birləĢmiĢ,  o  da  anamın 

balaca 


olanda 

mənə 


«tələs» 

deməsiylə 

tamamlanmıĢdı.  Ana,  boynum  ağrıyır,  heç  Ģey  də 

tərpənmir. 




 

 

780 



 

         Deməli, ölüm dedikləri bu imiĢ. 

         Bununla  belə,  hələ  ölmədiyimi  bilirdim. 

DeĢik  göz  bəbəklərim  tərpənirdi.  Amma  açıq 

gözlərimlə çox gözəl görürdüm.  

         Yer 

səthindən 

gördüyüm 

Ģey 

bütün 


düĢüncəmi doldurmuĢdu. Yol azca yoxuĢdan sonra 

yuxarı  qalxır.  NəqqaĢxananın  divarı  və  kəməri, 

damı göydü. Belə gedir. 

         Sanki  bu  baxdığım  an  uzandı,  baĢa  düĢdüm 

ki, görmək indi bir növ xatırlamağa çevrilib. Onda 

yadıma  eynilə  qabaqlar  bir  gözəl  rəsmə  saatlarla 

baxanda hiss elədiyim Ģey düĢdü: çox baxsan, ağlın 

rəsmin zamanına girər. 

         Ġndi bütün zamanlar o zaman olmuĢdu. 

         Sanki  kimsə  məni  görməyəcək,  düĢüncələrim 

solanda  palçıq  içindəki  baĢım  illərlə  bu  kədərli 

yoxuĢa, daĢ divara, bir az uzaqdakı əlçatmaz tut və 

Ģabalıd ağaclarına baxacaq. 

         Bu  sonsuz  həsrət  birdən  elə  kədərli,  elə 

darıxdırıcı  göründü  ki,  bu  zamandan  çıxmaq 

istədim. 

 

 



 

59. MƏN ŞƏKURƏYƏM 

 



 

 

781 



 

          Qaranın  bizi  gizlənmək  üçün  yolladığı  uzaq 

qohumunun  evində  gecəni  yuxusuz  keçirdim. 

Xeyriyyə  və  uĢaqlarla  birgə  yatdığımız  yataqda 

aradabir  xorultuların,  öskürəklərin  uğultusu  içində 

yuxuya  gedə  bilirdim,  amma  narahat  yuxularımda 

gördüyüm  qolları-qıçları  kəsilib  qarıĢdırılıb,  bir-

birilərinə  bitiĢmiĢ  qəribə  məxluqlar  və  qadınlar  əl 

çəkməyib məni oyadırdılar. Səhərə yaxın soyuqdan 

oyanıb  ġövkətin  və  Orxanın  üstlərini  bərk-bərk 

örtdüm,  onları  qucaqladım,  saçlarından  öpdüm, 

rəhmətlik  atamın  evində  rahatca  yatdığım  gözəl 

vaxtlarda  olduğu  kimi  Allaha  yalvardım  ki,  mənə 

xoĢbəxt yuxu versin. 

          Amma  yata  bilmədim.  XoĢbəxt  yuxularımda 

həmiĢə  gördüyümü  səhər  namazından  sonra  kiçik 

və  qaranlıq  otağın  pəncərəsinin  tayları  arasından 

küçəyə  baxanda  gördüm:  savaĢmaqdan,  aldığı 

yaralardan  süst  düĢmüĢ,  kabusa  oxĢayan  bir  adam 

əlində qılınc sayaq tutduğu dəyənək, tanıĢ addımlar 

atıb  mənə  həsrətlə  yaxınlaĢırdı.  Yuxularda  həmin 

adamı  lap  qucaqlayan  vaxt  göz  yaĢları  içində 

oyanırdım.  Küçədəki  adamın  qana  bulaĢmıĢ  Qara 

olduğunu baĢa düĢəndə yuxularda boğazımdan heç 

çıxmayan fəryad qopdu. 

         Qaçıb qapını açdım. 

         Üzü  döyüĢməkdən  ĢiĢmiĢ,  gömgöy  olmuĢdu. 

Burnu  parçalanmıĢdı,  qan  içindəydi.  Çiynindən 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə