Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə187/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

774 



 

dedim.  «Firəngləri  təqlid  elədikləri  üçün  də  Ģəxsi 

üslubları heç olmayacaq». 

          «BaĢqa  eləməli  bir  Ģey  yoxdu»,  –  Qara 

Ģərəfsizcəsinə dedi. 

          Əlbəttə,  onun  yeganə  xoĢbəxtliyi  nəqĢ  yox, 

gözəl  ġəkurəydi.  Ucu  qanlı  xəncəri  Qaranın  qanlı 

burnundan  çəkib  baĢının  üzərinə  boyun  vurmağa 

hazırlaĢan cəlladın qılıncı kimi qaldırdım. 

           «Ġstəsəm,  sənin  boynunu  indi  vuraram»,  – 

açıq-aĢkar olan Ģeyi elan elədim. «Amma ġəkurənin 

uĢaqlarına  və  xoĢbəxtliyinə  görə  səni  bağıĢlaya 

bilərəm. Onunla yaxĢı davran, heyvanlıq və cahillik 

eləmə. Mənə söz ver!» 

           «Söz verirəm!» – dedi. 

           «Səni ġəkurəyə bağıĢladım», – dedim. 

           Amma  qolum  ağzımdan  çıxan  sözün 

tamamilə əksini elədi. Var gücümlə xəncəri Qaraya 

endirdim. 

           Son  anda  həm  o,  yerindən  qımıldandığına 

görə, 

həm 


də 

mən 


zərbənin 

yönünü 


dəyiĢdirdiyimdən  xəncər  boynuna  yox,  çiyninə 

dəydi.  Qolumun  öz-özünə  elədiyinə  mən  də 

qorxuyla  baxdım.  Ətə  batan  xəncəri  çəkdiyim  yer 

qıpqırmızı  oldu.  Həm  qorxdum,  həm  də 

elədiyimdən utandım. Amma yaxın müddətdə bəlkə 

də  ərəb  dənizlərində,  gəmidə  kor  olsam,  intiqam 




 

 

775 



 

üçün  nəqqaĢ  qardaĢlarımdan  heç  birini  yanımda 

tapmayacağımı bilirdim.  

           Növbənin  ona  çatmasından  haqlı  olaraq 

qorxan  Leylək  içəri,  qaranlıq  otaqlara  keçdi. 

Əlimdə  lampa  kölgəmlə  birgə  ardınca  getdim, 

amma qorxub qayıtdım. Ən axırıncı iĢim Kəpənəklə 

öpüĢüb-vidalaĢmaq  oldu.  Aramıza  qanın  qorxusu 

girdiyindən  onu  istədiyim  qədər  ürəkdən  öpə 

bilmədim. Gözlərimdən yaĢ axdığını gördü. 

           Aradabir Qaranın iniltilərinin kəsildiyi ölüm 

sükutu  içində  olan  təkkədən  çıxdım.  Ġslaq  və 

palçıqlı  həyətdən,  qaranlıq  məhəllədən  az  qala 

qaça-qaça  uzaqlaĢdım.  Məni  Əkbər  xanın 

nəqqaĢxanasına  aparacaq  gəmi  səhər  azanından 

sonra  yola  çıxacaq,  həmin  vaxt  bir  qayıq  Kadırğa 

limanından ona doğru son dəfə gedəcəkdi. Qaçanda 

bir tərəfdən də gözlərimdən yaĢ axırdı.  

          Aksaraydan 

oğru  kimi  səssiz-səmirsiz 

keçəndə  üfüqdə  günün  ilk  Ģəfəqlərini  açıq-aydın 

gördüm.  Ara  küçələrin,  dar  keçidlərin,  divarların 

arasından  qabağıma  çıxan  ilk  məhəllə  çeĢməsinin 

qabağında iyirmi beĢ il əvvəl Ġstanbula ilk gəldiyim 

günün gecəsini keçirdiyim daĢ ev vardı. Orada açıq 

həyət  qapısının  arasından  iyirmi  beĢ  il  əvvəl  uzaq 

bir  qohumun  məni  mərdliklə,  xeyirxahlıqla  qonaq 

eləyib  açdığı  yatağa  yuxumda  iĢəyəndə  on  bir 

yaĢında  gecəyarısı  günahkarlıqla  özümü  atdığım 



 

 

776 



 

quyunu  yenidən  gördüm.  Bəyazidə  çatana  qədər 

dəfələrlə  qırıq  saatımın  çarxlarını  təmir  etdirmək 

üçün  gəldiyim  saatçı  dükanı,  üzərini  nəqĢ  eləyib 

kübarlara əlaltından satacağım boĢ büllur qəndillər, 

Ģərbət cürdəkləri, üzərinə çiçək iĢləyəcəyim ĢüĢələr 

aldığım  ĢüĢəçi  dükanı,  bir  vaxt  həm  ucuz,  həm  də 

kimsəsiz  olduğuna  görə  ayağımın  alıĢdığı  hamam 

mənə və göz yaĢlarıma salam verdi. 

          Dağıdıb  yandırılmıĢ  qəhvəxanada  da  kimsə 

yox idi, gözəl ġəkurənin bəlkə də bu anda ölməkdə 

olan  əriylə  xoĢbəxt  olmasını  könüldən  dilədiyim 

evdə  də.  Əlimi  qana  bulayandan  sonrakı  günlərdə 

küçələrlə 

gedəndə 

Ġstanbulun 

mənə 

lap 


düĢməncəsinə  baxan  bütün  itləri,  tutqun  ağacları, 

kor pəncərələri, qara bağları, sübh namazına qaçan 

çalıĢqan,  bədbəxt  erkənçiləri  və  xəyalları  artıq 

cinayətlərimi  boynuma  alıb  həyatımın  Ģəhərindən 

çıxıb  getməyə  qərar  verəli  mənə  dostcasına 

baxırdılar. 

          Bəyazid  camesini  keçəndən  sonra  təpədən 

Xalicə  tamaĢa  elədim.  Üfüq  iĢıqlaĢırdı,  amma  su 

hələ  tutqun  idi.  Ġki  balıqçı  qayığı,  yelkənləri 

yığılmıĢ  yük  gəmiləri,  unudulmuĢ  bir  gəmi  heç 

görünməyən  dalğalarda  ağır-ağır  yırğalanıb,  mənə 

«getmə, getmə» dedilər. Gözümə iynə soxulduğuna 

görəmi yaĢ axırdı? Özümə: «Hindistanda hünərinin 



 

 

777 



 

möcüzələriylə 

yaĢayacağın 

misilsiz 

həyatı 

təsəvvürünə gətir!» – dedim. 



Yoldan  çıxdım,  qaça-qaça  iki  palçıqlı 

bağçanı  keçib  yaĢıllıq  içindəki  köhnə  bir  daĢ  evə 

girdim. 

Bura  Ģəyirdlik  illərimdə  çantasını, 

cildbəndini,  qələm  qutusunu  və  yazı  taxtasını  iki 

addım geridə götürüb nəqqaĢxanaya aparmaq üçün 

hər  çərĢənbə  günü  Ustad  Osmanı  qapısında 

qarĢıladığım  evi  idi.  Burada  heç  bir  Ģey 

dəyiĢməmiĢdi,  amma  həyətdəki  və  küçədəki  çinar 

ağacları  elə  böyümüĢdü  ki,  evə  də,  küçəyə  də 

Sultan  Süleyman  zamanından  qalma  dəbdəbə, 

iqtidar, zənginlik duyğusu çökmüĢdü. 

          Limana  enən  yola  yaxın  olduğundan  Ģeytana 

uydum,  iyirmi  beĢ  ilimi  keçirdiyim  nəqqaĢxana 

binasının  sütunlarını  sonuncu  dəfə  də  görmək 

həvəsinə  düĢdüm.  Beləcə,  Ģəyird  olanda,  çərĢənbə 

günlərində  Ustad  Osmanın  arxasınca  yeriyəndə 

keçdiyim  yoldan,  bahar  ayları  bihuĢedici  cökə 

qoxusu verən Oxçular küçəsindən, ustamın qiyməli 

çörək  aldığı  fırının  qabağından,  heyva  və  Ģabalıd 

ağacları  və  dilənçilərin  sıralandığı  yoxuĢdan, 

ustamın 


hər 

səhər 


salamlaĢdığı 

bərbərin 

qarĢısından, yay ayları canbazların gəlib, çadırlarını 

qurub  tamaĢa  verdikləri  boĢ  bostanın  qırağından, 

pis qoxuyan subay otaqlarının, kif iyi verən Bizans 

tağlarının  altından,  Ġbrahim  paĢanın  sarayının  yüz 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə