Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə182/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   178   179   180   181   182   183   184   185   ...   190

 

 

754 



 

         «Bunu  ondan  soruĢanda  gözlərini  heyrətlə 

bərəltdi, sanki «bilmirsənmi» demək istəyirdi. Onda 

beynimdən keçirdim ki, Ģəyirdlik yoldaĢımız bizim 

təki  yaĢlaĢıb.  Bədbəxt  ƏniĢtənin  son  rəsmdə 

perspektiv  üsulundan  utanıb-çəkinmədən  istifadə 

elədiyini  dedi.  Həmin  rəsmdə  firənglərin  elədiyi 

sayaq şeylər Allahın ağlındakı əhəmiyyətlərinə görə 

yox,  gözlərimizə  göründüyü  kimi  çəkilirmiĢ.  Bu, 

böyük  günahmıĢ.  Ġslamın  xəlifəsi  PadĢahımızı 

köpəklə  bir  böyüklükdə  rəsm  eləmək  ikinci 

günahmıĢ.  Üçüncü  günah  eyni  böyüklükdə  Ģeytan 

rəsmi çəkib, bir də onu cana yaxın rəsm eləməkmiĢ. 

Amma  hamısından  böyük  küfrsə  rəsmə  bu  firəng 

anlayıĢını  bir  dəfə  daxil  eləyəndə  PadĢahımızın 

rəsminin  nəhəng  və  sifətinin  bütün  təfərrüatlarıyla 

çəkilməsiymiĢ. Bütpərəstlərin çəkdikləri kimi... Ya 

da  bütpərəst  vərdiĢlərindən  qurtula  bilməyən 

xristianların kilsə divarlarına çəkib, səcdə elədikləri 

portretlər təki. Zərif əfəndi əniĢtəndən öyrəndiyi bu 

sözü  çox  yaxĢı  bilirdi,  portretin  ən  böyük  günah 

olduğuna,  portretlə  müsəlman  rəsminin  baĢa 

çatacağına  da  haqlı  olaraq  inanmıĢdı.  Orada,  vaiz 

əfəndi  həzrətlərinə  və  dinimizə  böhtan  atıldığını 

dediyi  qəhvəxanaya  getmədiyimizə  görə  bunları 

mənə  küçədə  gedəndə  danıĢdı.  Arabir  dayanır, 

yardım  istəyən  halda  məndən  soruĢurdu  ki,  bütün 

bunlar  düzdümü,  bir  çarə  yoxdumu,  cəhənnəmdə 




 

 

755 



 

yanacağıqmı?  PeĢmanlıq  böhranı  keçirib  özünü 

döyürdü,  amma  bir  anlığa  hiss  elədim  ki,  ona  qəti 

inanmıram. Özünü yalandan döyən saxtakar idi». 

         «Bunu necə baĢa düĢdün?» 

         «Zərif əfəndini lap uĢaqlığından bəri tanıyırıq. 

Çox  düz,  amma  dinməz,  solğun  və  rəngsizdi. 

NaxıĢları  kimi.  Sanki  qarĢımdakı  ondan  daha 

sadəlövh,  daha  saf  və  əqidəli,  amma  dayaz  adam 

idi». 


         «O  da  ərzurumilərlə  oturub-dururmuĢ»,  – 

Qara dedi. 

         «Heç 

bir  müsəlman  bilmədən  günah 

iĢlədiyinə görə, özünü bu qədər döyməz», – dedim. 

«YaxĢı  müsəlman  Allahın  adil  və  məntiqli 

olduğunu,  bəndəsinin  niyyətini  hesaba  aldığını 

bilir. Bilmədən donuz əti yediyinə görə cəhənnəmə 

gedəcəyinə  ancaq  quĢbeyin  cahillər  inanar.  Həqiqi 

müsəlman  onsuz  da  cəhənnəm  qorxusunun  özünü 

yox,  başqalarını  qorxutmağa  yaradığını  da  bilir. 

Zərif  əfəndi  elə  bunu  eləyirdi:  məni  qorxutmaq 



istəyirdi.  Qorxuda  biləcəyini  ona  sənin  əniĢtən 

öyrətmiĢdi, bunu da onda baĢa düĢdüm. Ġndi mənə 

dəqiq  deyin,  sevimli  nəqqaĢ  qardaĢlarım,  qan 

gözümdə laxtalanırmı, gilələri rəngini itirirmi?» 

         Lampaları 

gətirib 


üzümə 

dayadılar, 

gözlərimin  içinə  həkim  diqqətiylə  və    Ģəfqətlə 

baxdılar. 




 

 

756 



 

         «Elə bil heç Ģey olmayıb». 

         Aləmdə ən axırıncı görəcəyim Ģey nəzərlərini 

gözlərimin  içinə  dikmiĢ  bu  üçümü  olacaqdı? 

Həyatımın  sonuna  qədər  o  anları  heç  unuda 

bilməyəcəyimi  baĢa  düĢür,  peĢmanlıq  duymağıma 

baxmayaraq,  ümidimi  də  itirmədiyimə  görə 

danıĢırdım: 

         «ƏniĢtən  Zərif  əfəndiyə  qadağan  bir  Ģey 

elədiyini  öyrətdi.  Son  rəsmin  üstünü  örtüb,  həmin 

rəsmin  hər  hər  guĢəsini  birimizə  açıb,  ora  rəsm 

çəkdirib,  bütövü  gizlədə-gizlədə...  Rəsmdə  sirli  və 

gizli  iĢ  ovqatı  yaradıb  günah  qorxusu  saldı.  Bizə 

çatan  eyhamları,  günah  təlaĢını  da  ömürlərində 

naxıĢlı  kitab görməmiĢ  ərzurumilər  yox,  əvvəlcə o 

yaratdı.  Ona  görə  də  vicdanı  təmiz  olan  nəqqaĢın 

qorxacağı nə ola bilər ki».  

         «Vicdanı  təmiz  nəqqaĢın  artıq  qorxacağı  çox 

Ģey  var»,  –  Qara  özünü  bilikli  göstərib  dilləndi. 

«Əlbəttə, nəqĢetməyə kimsənin sözü yoxdu, amma 



rəsm, dinimizə görə, qadağandı. Əcəm ustadlarının 

rəsmləri,  hətta  heratlı  ən  böyük  ustadların 

möcüzələri ən axırda səhifənin qırağındakı bəzəyin 

bir  parçası  kimi  göründüyünə  görə  kimsə  onlara 

irad  tuta  bilməz  ki,  yazının  gözəlliyini,  xəttatın 

möcüzəsini  qabartmır.  Onsuz  da  nəqĢimizi  neçə 

adam görür? Amma firəng ustadlarının üsullarından 

yararlandıqca  çəkdiyimiz  naxıĢ  burada  naxıĢlıqdan 




 

 

757 



 

çıxıb  əməlli-baĢlı  rəsm  olmağa  baĢlayır.  Qurani-



Kərimin  qadağan  elədiyi,  Peyğəmbərimizin  heç 

xoşlamadığı  şey  elə  budu.  PadĢahımız  da,  əniĢtəm 

də  bunu  çox  yaxĢı  bilirdilər.  ƏniĢtəm  buna  görə 

öldürüldü». 

         «ƏniĢtən  qorxduğuna  görə  öldürüldü»,  – 

dedim.  «Eynilə  sənin  kimi,  o  da  çəkdiyi  nəqĢin 

dinə,  kitaba  zidd  olmadığını  iddia  eləməyə 

baĢlamıĢdı...  Bu  da  lap    dinə  zidd  bir  Ģey 

tapmaqdan  ötrü  can  atan  ərzurumilərin  axtardığı 

Ģeydi. Zərif əfəndiylə ƏniĢtə bir-birilərinə tamamilə 

uyğun idilər». 

         «Nəhayət, ikisini də sən öldürdün, yox?» 

         Bir  anlığa  güman  elədim  ki,  məni  vuracaq, 

həmin  məqamda  gözəl  ġəkurənin  yeni  ərinin  də 

əniĢtəsinin  öldürülməsindən  narazı  olmadığını 

dərhal baĢa düĢdüm. Vurmayacaqdı, vursa da, artıq 

vecimə almırdım. 

         «Əslində,  əniĢtən  PadĢahımızın  istədiyi  Ģey 

olan  firəng  nəqqaĢlarının  təsiriylə  bir  kitab 

hazırlatmaq  qədər,  –  inadla  dedim,  –  hamıya 

meydan oxuyan, günah qoxusuna bulaĢmıĢ kitab da 

hazırlatmaq istəyirdi. Məğrurcasına özünü dartmaq 

məqsədilə. 

Səyahətlərində 

gördüyü 


firəng 

ustadlarının  rəsmlərinə  kölə  kimi  heyran  olmuĢdu, 

hamımıza  günlər  ərzində  danıĢdığı  Ģeylərə  –  

perspektiv  və  portret  səfehliklərini sənə də  danışıb 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə