780
Deməli, ölüm dedikləri bu imiĢ.
Bununla belə, hələ ölmədiyimi bilirdim.
DeĢik göz bəbəklərim tərpənirdi. Amma açıq
gözlərimlə çox gözəl görürdüm.
Yer
səthindən
gördüyüm
Ģey
bütün
düĢüncəmi doldurmuĢdu. Yol azca yoxuĢdan sonra
yuxarı qalxır. NəqqaĢxananın divarı və kəməri,
damı göydü. Belə gedir.
Sanki bu baxdığım an uzandı, baĢa düĢdüm
ki, görmək indi bir növ xatırlamağa çevrilib. Onda
yadıma eynilə qabaqlar bir gözəl rəsmə saatlarla
baxanda hiss elədiyim Ģey düĢdü: çox baxsan, ağlın
rəsmin zamanına girər.
Ġndi bütün zamanlar o zaman olmuĢdu.
Sanki kimsə məni görməyəcək, düĢüncələrim
solanda palçıq içindəki baĢım illərlə bu kədərli
yoxuĢa, daĢ divara, bir az uzaqdakı əlçatmaz tut və
Ģabalıd ağaclarına baxacaq.
Bu sonsuz həsrət birdən elə kədərli, elə
darıxdırıcı göründü ki, bu zamandan çıxmaq
istədim.
59. MƏN ŞƏKURƏYƏM
downloaded from KitabYurdu.org
781
Qaranın bizi gizlənmək üçün yolladığı uzaq
qohumunun evində gecəni yuxusuz keçirdim.
Xeyriyyə və uĢaqlarla birgə yatdığımız yataqda
aradabir xorultuların, öskürəklərin uğultusu içində
yuxuya gedə bilirdim, amma narahat yuxularımda
gördüyüm qolları-qıçları kəsilib qarıĢdırılıb, bir-
birilərinə bitiĢmiĢ qəribə məxluqlar və qadınlar əl
çəkməyib məni oyadırdılar. Səhərə yaxın soyuqdan
oyanıb ġövkətin və Orxanın üstlərini bərk-bərk
örtdüm, onları qucaqladım, saçlarından öpdüm,
rəhmətlik atamın evində rahatca yatdığım gözəl
vaxtlarda olduğu kimi Allaha yalvardım ki, mənə
xoĢbəxt yuxu versin.
Amma yata bilmədim. XoĢbəxt yuxularımda
həmiĢə gördüyümü səhər namazından sonra kiçik
və qaranlıq otağın pəncərəsinin tayları arasından
küçəyə baxanda gördüm: savaĢmaqdan, aldığı
yaralardan süst düĢmüĢ, kabusa oxĢayan bir adam
əlində qılınc sayaq tutduğu dəyənək, tanıĢ addımlar
atıb mənə həsrətlə yaxınlaĢırdı. Yuxularda həmin
adamı lap qucaqlayan vaxt göz yaĢları içində
oyanırdım. Küçədəki adamın qana bulaĢmıĢ Qara
olduğunu baĢa düĢəndə yuxularda boğazımdan heç
çıxmayan fəryad qopdu.
Qaçıb qapını açdım.
Üzü döyüĢməkdən ĢiĢmiĢ, gömgöy olmuĢdu.
Burnu parçalanmıĢdı, qan içindəydi. Çiynindən
downloaded from KitabYurdu.org
782
boynuna qədər iri yara vardı. Köynəyinin üstü, hər
yeri qandan qıpqırmızı qızarmıĢdı. Yuxulardakı ər
kimi ən axırda evə qayıda bildiyindən mənə qeyri-
müəyyən halda gülümsəyirdi.
«Gir içəri», – dilləndim.
«UĢaqları çağır», – dedi. «Evə qayıdırıq».
«Sənin evə qayıtmağa halın yoxdu».
«Artıq ondan qorxma», – dedi. «Əcəm
Vəlican əfəndiymiĢ».
«Zeytun...»
–
dedim.
«O
bədbəxti
öldürdünmü?»
«Kadırğadan
çıxan gəmiylə Hindistana
qaçdı», – dedi, iĢini yarımçıq gördüyünü bildiyinə
görə bir anlığa nəzərlərini qaçırtdı.
«Evə
piyada gedə biləcəksənmi?» –
soruĢdum. «Sənə at çıxartsınlar».
Evə qayıdanda öləcəyini hiss elədim, ona
yazığım gəldi. Yalnız öləcəyinə görə yox, heç bir
xoĢbəxtlik görmədiyi üçün də yazığım gəldi. Bu
yad evdə ölmək istəmədiyini, əslində, bu dəhĢətli
vəziyyətiylə kimsənin gözünə görünmədən yox
olmaq istədiyini də gözlərindəki kədər və
qətiyyətdən görürdüm. Onu zorla ata mindirdilər.
Əllərimizdə bağlamalarımız ara küçələrdən
keçib yola düĢəndə uĢaqlar əvvəlcə at belindəki
Qaranın üzünə baxa bilmirdilər. Amma, bununla
belə, Qara babanı öldürən alçaq qatilin oyununu
downloaded from KitabYurdu.org
783
necə
pozduğunu,
onunla
qılıncla
necə
vuruĢduqlarını ağır-ağır yeriyən atın belindən
onlara danıĢa bildi. Ona bir az isindiklərini görür,
Allahıma yalvarırdım ki, Qara ölməsin.
Evə qayıdanda Orxan elə sevinclə «Evə
gəldik!» deyib qıĢqırdı ki, Əzrayılın bizə rəhm
eləyəcəyi, Allahın hələ vaxt verəcəyi ürəyimə
həmin anda damdı. Amma yenə də ulu Allahın
kimin canını niyə və nə vaxt alacağının heç bəlli
olmadığını təcrübəylə bildiyimə görə artıq ümid
bəsləmədim.
Qaranı çətinliklə atdan düĢürtdük, hamımız
birgə yuxarı çıxartdıq, atamın mavi qapılı otağına
salıb yatırtdıq. Xeyriyyə su qaynadıb gətirdi. Ətinə
yapıĢmıĢ qanlı köynəyini, qurĢağını, ayaqqabılarını,
alt paltarlarını, donuna qədər hər Ģeyini
Xeyriyyəylə cırıb, qayçıyla kəsib çıxartdıq.
Pəncərələri açanda bağçadakı budaqlarda oynaĢan
ilıq qıĢ günəĢi otağa doldu, cürdəklərdə, qazanlarda,
yapıĢqan
qutularında,
hoqqalarda,
ĢüĢə
parçalarında, qələmyonanlarda bərq vurub Qaranın
ölüm rənginə çalan dərisini, viĢnə və ət rəngində
olan yaralarını iĢıqlandırdı.
Sabun sürtdüyüm mələfəlik qumaĢ parçalarını
isti suyla isladıb Qaranın bədənini qiymətli, köhnə
xalını təmizləyən sayaq diqqətlə, oğullarımdan
birinə baxan kimi, Ģəfqətlə və istəklə sildim.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |