776
quyunu yenidən gördüm. Bəyazidə çatana qədər
dəfələrlə qırıq saatımın çarxlarını təmir etdirmək
üçün gəldiyim saatçı dükanı, üzərini nəqĢ eləyib
kübarlara əlaltından satacağım boĢ büllur qəndillər,
Ģərbət cürdəkləri, üzərinə çiçək iĢləyəcəyim ĢüĢələr
aldığım ĢüĢəçi dükanı, bir vaxt həm ucuz, həm də
kimsəsiz olduğuna görə ayağımın alıĢdığı hamam
mənə və göz yaĢlarıma salam verdi.
Dağıdıb yandırılmıĢ qəhvəxanada da kimsə
yox idi, gözəl ġəkurənin bəlkə də bu anda ölməkdə
olan əriylə xoĢbəxt olmasını könüldən dilədiyim
evdə də. Əlimi qana bulayandan sonrakı günlərdə
küçələrlə
gedəndə
Ġstanbulun
mənə
lap
düĢməncəsinə baxan bütün itləri, tutqun ağacları,
kor pəncərələri, qara bağları, sübh namazına qaçan
çalıĢqan, bədbəxt erkənçiləri və xəyalları artıq
cinayətlərimi boynuma alıb həyatımın Ģəhərindən
çıxıb getməyə qərar verəli mənə dostcasına
baxırdılar.
Bəyazid camesini keçəndən sonra təpədən
Xalicə tamaĢa elədim. Üfüq iĢıqlaĢırdı, amma su
hələ tutqun idi. Ġki balıqçı qayığı, yelkənləri
yığılmıĢ yük gəmiləri, unudulmuĢ bir gəmi heç
görünməyən dalğalarda ağır-ağır yırğalanıb, mənə
«getmə, getmə» dedilər. Gözümə iynə soxulduğuna
görəmi yaĢ axırdı? Özümə: «Hindistanda hünərinin
downloaded from KitabYurdu.org
777
möcüzələriylə
yaĢayacağın
misilsiz
həyatı
təsəvvürünə gətir!» – dedim.
Yoldan çıxdım, qaça-qaça iki palçıqlı
bağçanı keçib yaĢıllıq içindəki köhnə bir daĢ evə
girdim.
Bura Ģəyirdlik illərimdə çantasını,
cildbəndini, qələm qutusunu və yazı taxtasını iki
addım geridə götürüb nəqqaĢxanaya aparmaq üçün
hər çərĢənbə günü Ustad Osmanı qapısında
qarĢıladığım evi idi. Burada heç bir Ģey
dəyiĢməmiĢdi, amma həyətdəki və küçədəki çinar
ağacları elə böyümüĢdü ki, evə də, küçəyə də
Sultan Süleyman zamanından qalma dəbdəbə,
iqtidar, zənginlik duyğusu çökmüĢdü.
Limana enən yola yaxın olduğundan Ģeytana
uydum, iyirmi beĢ ilimi keçirdiyim nəqqaĢxana
binasının sütunlarını sonuncu dəfə də görmək
həvəsinə düĢdüm. Beləcə, Ģəyird olanda, çərĢənbə
günlərində Ustad Osmanın arxasınca yeriyəndə
keçdiyim yoldan, bahar ayları bihuĢedici cökə
qoxusu verən Oxçular küçəsindən, ustamın qiyməli
çörək aldığı fırının qabağından, heyva və Ģabalıd
ağacları və dilənçilərin sıralandığı yoxuĢdan,
ustamın
hər
səhər
salamlaĢdığı
bərbərin
qarĢısından, yay ayları canbazların gəlib, çadırlarını
qurub tamaĢa verdikləri boĢ bostanın qırağından,
pis qoxuyan subay otaqlarının, kif iyi verən Bizans
tağlarının altından, Ġbrahim paĢanın sarayının yüz
downloaded from KitabYurdu.org
778
dəfələrlə rəsm elədiyim ilanlı sütunun, tamam
baĢqa cür rəsm elədiyimiz çinar ağacının yanından
At meydanına çıxıb, səhərlər aralarında sərçələrin,
sağsağanların cik-ciklə ötüĢdükləri Ģabalıd və tut
ağaclarının altından keçdim.
NəqqaĢxananın ağır qapısı örtülüydü. Nə
qapıda, nə də yuxarıdakı tağlı talvarın altında kimsə
vardı. ġəyirdlik illərində sıxıntıdan partlayanda
ağaclara tamaĢa elədiyimiz kiçik pəncərənin örtülü
taylarına ancaq bir anlığa və təlaĢla baxa bilmiĢdim
ki, məni bir nəfər saxladı.
Qulaq cırmaqlayan cır və kəskin səsi vardı.
Əlimdəki qəbzəsi yaqutlu və qanlı xəncərin onun
olduğunu, qardaĢı oğlu ġövkətin anasıyla birləĢib
evindən oğurladığını söylədi. Bu da mənim gecə
evinə hücum eləyib, ġəkurəni qaçıran Qaranın
adamlarından olduğumu sübut eləyirmiĢ. Bu
çoxbilmiĢ, cır səsli, qəzəbli adamın Qaranın nəqqaĢ
dostlarından və nəqqaĢxanaya gələcəyindən də
xəbəri varmıĢ. Qəribə qırmızı rənglə par-par
parıldayan uzun qılıncı, nədənsə məndən almağa
qət elədiyi bir çox hesabı, bir o qədər də danıĢacağı
hekayəsi vardı. Bəlkə yanlıĢlıq olduğunu da
söyləyəcəkdim, amma sifətindəki ağlagəlməz
qəzəbi gördüm. Üzündə nifrətlə məni öldürmək
üçün həmlə eləyəcəyini də gördüm. «Amandı,
dayan!» demək istədim.
downloaded from KitabYurdu.org
779
O artıq hücum eləmiĢdi.
Mənsə xəncərimi belə qaldıra bilmədim,
boğçalı əlimi qaldıra bildim. Qızıl qılınc heç
yavaĢımadan əvvəl əlimi kəsdi, sonra da boydan-
boya boynumu kəsib, baĢımı qopardı.
BaĢın qopduğunu, yazıq bədənimin məni
qoyub dəlicəsinə atdığı iki addımdan, xəncəri
səfehliklə yelləməsindən, boynumdan fəvvarə kimi
qan fıĢqırıb yerə yıxılmasından baĢa düĢdüm. Öz-
özünə yeriyən yazıq ayaqlarım eynilə ölümdən
qabaq çırpınan bədbəxt at kimi boĢ-boĢuna
tərpəndi.
BaĢın düĢdüyü palçığın içindən nə qatilimi
görə bilirdim, nə də hələ bərk-bərk tutmaq
istədiyim içi qızıl və rəsm dolu düyünçəmi. Onlar
boynumun ardı səmtdə, artıq heç çatmayacağım
dənizə və Kadırğa limanına doğru enən yoxuĢ
tərəfdə qalmıĢdılar. BaĢım onlara və dünyanın
geridə
qalan
hissəsinə
bir
daha
dönüb
baxmayacaqdı. Onları unudub öz baĢımın istədiyini
fikirləĢdim.
Qılınc
baĢımı
kəsməmiĢdən
əvvəl
fikirləĢdiyim Ģey –gəmi Kadırğadan gedəcək –
Ģüurumda «tələs» əmriylə birləĢmiĢ, o da anamın
balaca
olanda
mənə
«tələs»
deməsiylə
tamamlanmıĢdı. Ana, boynum ağrıyır, heç Ģey də
tərpənmir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |