Orta ümumitəhsil məktəblərinin Ⅷ-Ⅸ sinif Azərbaycan dili dərslərində ara sözlərin mənimsədilməsi



Yüklə 53,21 Kb.
səhifə2/2
tarix04.08.2023
ölçüsü53,21 Kb.
#120333
növüDərs
1   2
Belge (9)

Modal
sözlər

Şagirdlər tərəfindən bəzən modal sözlər və ara sözlər qarışdırılır.Onlar arasında fərqi izah etməzdən öncə şagirdlərlə modal sözlər haqqında sorğu-sual edirik. Bu zaman yeni təlim üsullarından istifadə edə bilərik.




Morfologiyanın termini Sintaksisdə ara söz olur



Nəhayət,heyif ki,guya Məna növləri var





Əlbəttə,bəlkə,məncə


Yalnız söz formasında
Şagirdlərə mənimsədirik ki, modal sözlərlə ara sözləri eyniləşdirmək olmaz. Qeyd edirik ki, sizin də dediyiniz kimi modal sözlər morfologiyanın terminidir,ancaq ara sözlər sintaksisin terminidir.Başa salırıq ki, modal sözlər yalnız söz formasında , ara sözlər isə söz, söz birləşməsi, cümlə formasında olur.Məsələn: Əlbəttə ki, göz ürəyin aynasıdır.( söz formasında) Sözün doğrusu, olmaq istəmirəm vicdan oğrusu (söz birləşməsi formasında), Necə deyərlər, həm ziyarət, həm də ticarət (cümlə formasında)
Qəzənfər Kazımov qeyd edir ki, ara sözlərin bir qismində modal münasibət qoşmaların iştirakı ilə formalaşır; eşitdiyimə görə, adəti üzrə, bir sözlə,hər şeydən əvvəl, bununla bərabər, qeyd edildiyi kimi, dediyimiz kimi və s. Məsələn: Ümumiyyətlə, duel vaxtıdırmı?(İ.Hüseynov). Hesaba görə, gərək indi Əmrahın on yaşı olsun.(S.Rəhimov) Bir sözlə, bütün dünya Ağabalanın başına daraldı.(S.Rəhimov) Svetayev, adəti üzrə,bir müddət baxışlarını Əzizbəyovun üstündə saxladı. (H.Mehdi) və s.
Şagirdlərə daha yaxşı mənimsətmək üçün ara sözləri cümlədə işlədirik. Məsələn: Məncə,heç nə olmayacaq. Nazlı məlikəmiz Südabə,əfsus! (H.Cavid) Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü.(S.Rəhimov) Nəhayət, bir keçid başında vurdu.(A.Şaiq) Yəqin ki, məni də müzakirəyə çağıracaqlar.(M.Hüseyn) Görəsən, atası niyə tək çağırmışdı?(M.Rzaquluzadə) Bəlkə,bu gün axşam yağış ara verdi.(Fəxrəddin) Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu.( M.İbrahimov) İki adam əvəzinə bir adam işləyəcək, deməli, iki maaş əvəzinə bir maaş veriləcək.(M.Hüseyn)
Şagirdlərə izah edirik ki, dilmizdə bəzi sözlər həm ara söz kimi , həm də cümlə üzvü kimi işlənə bilir.Belə sözləri izah etmək üçün yeni təlim üsullarından istifadə edirik.
Təyin:Onun şeirləri sözsüz nəğmədir.

sözsüz

Ara söz kimi: Dünən,sözsüz,güclü idim
Xəbər:İstəyirəm ki,sən görəsən.

Görəsən


Ara söz: Görəsən,gəlməz?




Ara söz kimi:Yaxşı, gedək

Yaxşı

Zərflik:Yaxşı oxuyun!
Təyin: Yaxşı övlad ata-ananın fərəhidir.
Yazı lövhəsində nümunələr yazırıq.
Şagirdlərə söyləyirik ki, ara sözlər bədii ədəbiyyatda tez-tez işlənir.Nümunələr ilə şagirdlərə göstəririk.
Bir zaman yuvanı uçurmuşam mən
Bəlkə də,bəlkə də, o, yaddındadır.(M.Araz)
Sevgilim, anla ki, qısqanclıq nədir?
Anla ki,doğrudan,o,faciədir....(S.Vurğun)
Ürəyimdə, necə deyər, bir nisgilim var.(S.Vurğun)
Gər dersə Füzuli ki,-“Gözəllərdə vəfa var”
Aldanma ki, şair sözü ,əlbəttə, yalandır.(M.Füzuli)
Bir dəfə mehmanım oldun azı min dəfə dedin,
Mənə guya ki,gəlib mehman olub neyləmisən?(N.Gəncəvi)
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də,xoşbəxtik, xəbərimiz yox.(R.Rövşən)
Deyirsən:”Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir...”(R.Rövşən)
Şagirdlərə nümunələrdəki ara sözləri göstəririk. Birinci nümunədə bəlkə də-güman, şübhə ara sözü, ikinci nümunədə doğrudan -yəqinlik bildirən ara söz, üçüncü nümunədə necə deyərlər-mənbə,istinad, dördüncü şeirdə əlbəttə-yəqinlik bildirən ara söz, beşinci şeir parçasında guya-hissi-emosional, altıncı nümunədə bəlkə də-güman,şübhə , sonuncu nümunədə deyəsən ara sözü güman-şübhə bildirir.
Yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə nümunələr əsasında ara sözləri tapmağı tapşırırıq.
Doğrusu, yorulub bezikmədin sən,
Elə, durub-durub ellər deməkdən.(S.Vurğun)
Deyəsən, şöhrəti çox sevir qadın,
Ah! mənsəb!..Ah şöhrət! Yaranmasaydın!.(S.Vurğun)
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın. (B.Vahabzadə)
Bəlkə, bütün ötüb keçən günlər
Ən gözəl günün müqəddiməsi imiş(R,Rza)
Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir.(Vinsent van Qoq)
Nəhayət, həsrətlə görmək istədiyimiz bu tarixi şəhərə qədəm qoyuruq. (M.İbrahimov)
Şübhəsiz ki, Əhməd kişi də qızı dediyi sözləri deyəcəkdi.(M.S.Ordubadi)
Şagirdlər bu nümunələrdə ara sözləri tapırlar. Doğrusu ,deyəsən, deyirlər, bəlkə ,təəssüf ki, nəhayət, şübhəsiz sözlərinin ara söz olduğunu vurğulayırlar.
Dərsin sonunda şagirdlərə ara sözlərdən yönəldici suallar veririk.
Yeni təlim üsullarından istifadə edərək hər şagird bir ara söz deyir.

Beləliklə, ara sözün müəllimin şərhi ilə öyrədilməsi daha çox önəm daşıyır.Çünki ara sözlər digər katoqoriyalar ilə eynilik təşkil edir.Bu zaman müəllimin izahı dərsin tam anlaşılmasına kömək olur.


İstifadə olunmuş ədəbiyyat siyahısı
1.Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. (2007). Müasir Azərbaycan dili. IV hissə, Sintaksis. Bakı,”Şərq-qərb”, 424 s.
2.Balıyev H.B., Balıyev A.H (2019) Azərbaycan dilinin tədrisi metodikası. Bakı,”Elm və təhsil”, 380s.
3.Kazımov Q. Müasir Azərbaycan dili.Sintaksis. (2007) Bakı,”Təhsil”, 496 s.
4. Hacıyev T., Bektaşi S.,Vəliyeva M., Hüseynova Y. Azərbaycan dili 8-ci sinif üçün dərslik, Bakı,”Şərq-Qərb” 160 s.
5. https://language.az/
Xülasə
Orta ümumitəhsil məktəblərində şagirdlər tərəfindən ara sözlər çətin mənimsənilir. Ara sözlər, onun digər cümlə üzvlərindən fərqi , ara sözlərdə durğu işarələrinin qoyuluşu şagirdlərə yazı taxtasında izah edilməlidir.Məqalədə ara sözlər və onun tədrisi növlərindən danışılır.
Summary
İntermediate words are hardly understood by students in secondary general education schools.Interjections, their difference from other sentence members ,punctuation in interjection should be explained to the students on the blackboard. The article talks about interjections and types of its teaching.
Yüklə 53,21 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə