Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", 
Bakı, Elm, 1993, 120s.  
 
840) Süd vəzisi xərçənginin hansı orqana metastazı alimin adı ilə bağlıdır?  
A) Kontralateral aksilyar limfa düyünlərinə 
B) Boyun l/d 
C) Yumurtalığa 
D) Qasıq l/d 
E) Digər süd vəzisinə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", 
Bakı, Elm, 1993, 120s 
 
841) 45 yaşında qadının süd vəzisinin giləsi nisbətən içəri batmışdır. USM və 
mammoqrafik müayinədə düyünlü mastopatiya qeyd olunur. Sitoloji müayinədə 
xərçəng hüceyrələri tapılmamışdır. Hansı müalicə taktikası məsləhətdir? 
A) Dinamik müşahidə 
B) Antibiotikoterapiya 
C) Şüa müalicəsi 
D) Radikal mastektomiya 
E) Sektoral rezeksiya və ekspress biopsiya 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", 
Bakı, Elm, 1993, 120s.  
 
842) Süd vəzisi xərçəngi T2N1M0 mərhələsi zamanı N1 parametri nəyi göstərir? 
A) Körpücükaltı limfa düyünündə MTS şübhə 
B) Böyümüş hərəkətsiz regionar limfa düyünü konqlemeratı 
C) Körpücüküstü limfa düyününün böyüməsi 
D) Böyümüş,hərəkətli qoltuqaltı limfa düyünü  
E) Kontralateral limfa düyününün böyüməsi 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 
 
843) Süd vəzi xərçənginin radikal müalicəsidən sonra hansı markerlər müayinə 
olunmalıdır? 
A) CEA, CA-19-9 
B) CEA, CA-125 
C) CA-15-3, CEA 
D) CA-15-3, CA-125 
E) CA-125, CA-19-9 
 
Ədəbiyyat: Первичные опухоли молочной железы, под ред. В.П.Летягина, 
Москва 2004, 332 с. 
 


 
 
844) Hansı steroid hormonların reseptorlarının təyin edilməsi süd vəzisi 
xərçəngi zamanı önəmlidir? 
A) ER, PR  
B) Mineralkortikoidlər  
C) Heç biri     
D) Qlükokortikoidlər  
E) Androgenlər  
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 
 
845) Süd vəzi xərçəngi zamanı TNM klassifikasiyasında T parametri nəyi 
göstərir? 
A) Şişin histoloji strukturunu  
B) Şişin ölçüsünü 
C) Uzaq metastazları  
D) Limfa düyünlərinin böyüməsini  
E) Şişin lokalizasiyasını 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", 
Bakı, Elm, 1993, 120s.)  
 
846) Süd vəzi xərçənginin ən çox yayılan klinik forması aşağıdakılardan 
hansıdır? 
A) Düyünlü  
B) Pansir 
C) Qızılyeləbənzər 
D) Mastitəbənzər  
E) Pecet xəstəliyi  
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s 
 
847) Süd vəzi xərçənginin erkən diaqnostikasının daha informativ üsulu aşağıda 
sadalananlardan hansıdır? 
A) Radionuklid diaqnostika ( P32 ilə ) 
B) İrikadrlı flyuroqrafiya  
C) Mammoqrafiya və USM  
D) Termoqrafiya 
E) Palpasiya  
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s 
 
848) Süd vəzinin radikal rezeksiyası hansı mərhələdə  daha məqsədə uyğundur? 
A) 3a mərhələsi  


 
 
B) 3b mərhələsi  
C) 4 mərhələ 
D) 2b mərhələsi  
E) Süd vəzisi xərçənginin 1 və 2a mərhələsində 
 
Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 
272 с. 
 
849) Zahı qadının süd vəzisində ağrılı infiltrat (dərinin hiperemiyası və 
flyuktuasiya simptomu müsbət, temperaturu 39 ºC) aşkar edilir. İlk növbədə 
nəyi fikirləşmək olar? 
A) Fibroadenoma  
B) Lipoma 
C) Pecet xəstəliyi 
D) Sarkoma 
E) Kəskin irinli mastit 
 
Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 
272 с.  
 
850) Süd vəzisinin xoşxassəli proseslərinin müalicə üsulu aşağıdakılardan hansı 
deyil? 
A) Dərmanlarla müalicə 
B) Hormonal müalicə 
C) Şüa müalicəsi 
D) Fizioterapiya 
E) Cərrahi müalicə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi" 
,Bakı, Elm, 1993, 120s.  
 
851) Sosial gigiyena elmi  nəyi öyrənir? 
 
A) Təbii amillər və əhatə dairəsinə təsiri 
B) Əhalinin sağlamlığına iqtisadi faktorların təsiri 
C) Əhalinin sağlamlığına sosial faktorların təsiri 
D) Bütün sadalananları 
E) Ümumi sağlamlığı 
 
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии» 
 
852) Səhiyyənin maddi-texniki bazasını təşkil edir 
 
A) Bütün sadalananlar 
B) Komplektləşmiş həkim kadrları 
C) Səhiyyənin bölmələri   


 
 
D) Avadanlıqla təmin olunma 
E) Yataq fondu 
 
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии» 
 
853) Tibbdə birincili profilaktik istiqamətin inkişafı bütün göstəriciləri əhatə 
edir, bundan başqa  
A) İdmanın, bədən tərbiyəsinin, sağlam həyat tərzinin təşviqatının yüksəlməsi 
B) Zərərli vərdişlərin aradan qaldırılması 
C) Çoxprofilli xəstəxanaların açılması 
D) Əhalinin sanitar - gigiyena tərbiyəsinin yaxşılaşdırılması 
E) Bərpa müalicə şöbələrinin və xəstəxana qovşaqlarının genişlənməsi 
 
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии» 
Всемирная организация здравоохранения. Женева 1994 
 
854) İxtisaslaşmış onkoloji stasionar şöbənin optimal gücü 
 
A) 40-60 çarpayı 
B) 100-120 çarpayı 
C) 80-100 çarpayı 
D) 60-80 çarpayı 
E) 20-40 çarpayı 
 
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с. 
 
855) Xəstəliklərin strukturunda əsas hissəni təşkil edir 
 
A) Hipertoniya xəstəliyi 
B) Bədxassəli şişlər 
C) Ürək-damar xəstəlikləri 
D) Kəskin respirator xəstəliklər 
E) Peşə xəstəlikləri 
 
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004 
 
856) Onkoloji xəstəlikləri aşağıdakı göstəricilərə görə öyrənmək olar 
 
A) Həkim Məsləhət Komissiyası və Həkim Əmək Ekspert Komissiyasının fəaliyyəti 
B) Profilaktik müayinə və dispanserə müraciət 
C) Ölümün səbəbi 
D) Əhalinin tibbi müəssisələrə müracəti 
E) Bütün cavablar döğrudur 
 
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə