Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
 
 
A) Mastodiniya 
B) Adi diffuz mastopatiyalar 
C) Laktasiyon mastitlər 
D) Mastalgiya 
E) Proliferasiya etmiş mastopatiyalar 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
794) Süd vəzi xərçənginin hansı morfoloji forması daha çox rast gəlinir? 
 
A) Papilyar xərçəng 
B) İnfiltrativ axacaq xərçəngi 
C) Medulyar xərçəng 
D) Selikli xərçəng 
E) İnfiltrativ  paycıq xərçəngi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
795) Süd vəzisi xərçənginin proqnozu ovarial funksiyanın hansı fazasında daha 
qənaətbəxş sayılır? 
A) Dərin menopauza 
B) Menopauza 5-10 il 
C) Menopauza 5 ilədək 
D) Ovarial aktiv 
E) Predmenopauzal dövr 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
796) Onkoloji markerlərdən hansı süd vəzi xərçənginin diaqnostikasında daha 
çox spesifik əhəmiyyət daşıyır? 
 
A) CA 15-3 
B) PSA 
C) CA 125 
D) CA 19-9 
E) AFP 
 
Ədəbiyyat: Е.В.Артомонова и др., “Рак молочной железы,иммунологические 
факторы прогноза”, Воронеж, 2005, 240 с. 
 
797) Süd vəzi xərçənginin proqnozuna təsir edən amillərdən əhəmiyyətli 
olmayanı hansıdır? 


 
 
 
A) Xəstəliyin müddəti  
B) Şişin lokalizasiyası 
C) Limfa düyünlərində mts  
D) Anamnezdə mastitin olması 
E) Şişin ölçüləri 
 
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В.П.Летягина, 
Москва, 2004, с.332 
 
798) Süd vəzisi xərçənginin 1-ci mərhələsində hansı cərrahi müalicə metodu 
kosmetik və radikallığı  baxımından əlverişlidir? 
 
A) Skanlon mastektomiyası 
B) Madden mastektomiyası 
C) Patey mastektomiyası 
D) Radikal rezeksiya 
E) Holsted mastektomiyası 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s.  
 
799) Süd vəzisi xərçənginin skrininq programında fizikal müayinədən əlavə 
əsasən hansı diaqnostik üsula üstünlük verilir? 
 
A) NMRT 
B) Mammoqrafiya 
C) KT 
D) PET 
E) Termoqrafiya 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с. 
 
800) Süd vəzisi xərçənginin reseptor statusu daha dəqiq hansı üsulla müəyyən 
edilir? 
 
A) Radionuklid 
B) İmmunobioloji 
C) Bakterioloji 
D) İmmunohistokimyavi 
E) Biokimyavi 
 
Ədəbiyyat: Первичные опухоли молочной железы,под редакцией В.П.Летягина, 
Москва, 2004, с.332 
 


 
 
801) Süd vəzisi xərçənginin risq qrupuna daxil olan qadınlara növbəti 
mammoqrafik müayinə nə vaxt aparılmalıdır? 
 
A) Beş ildə 1 dəfə 
B) Dörd ildə 1 dəfə 
C) İki ildə 1 dəfə 
D) Üc ildə 1 dəfə 
E) İldə 1 dəfə 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с. 
 
802) Süd vəzisi xərçənginin kompleks müalicəsindən sonrakı dinamik nəzarət 
zamanı hansı laborator müayinə daha əhəmiyyətlidir? 
 
A) Qanda qadın cinsi hormonlarının təyini 
B) CA 15-3 markeri 
C) Hepatit B və hepatit C 
D) Qanın ümumi müayinəsi 
E) CEA markeri 
 
Ədəbiyyat: Е.В.Артомонова и др., “Рак молочной железы, иммунологические 
факторы прогноза”, Воронеж, 2005, 240 
 
803) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra skelet sümüklərində 
MTS müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir? 
 
A) Radionuklid 
B) NMRT 
C) Rentgenoloji 
D) USM 
E) KT 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с 
 
804) Süd vəzisi xərçənginin şərti spesifik olan CA 15-3 markerinin norma 
çərçivəsi hansıdır? 
 
A) 0-0.35 U/ml 
B) 0-3.5 U/ml 
C) 0-35 U/ml 
D) 0-350 U/ml 
E) 0-0.035 U/ml 
 


 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
805) Süd vəzisi xərçənginin kompleks müalicəsi zamanı antiestrogen terapiya 
hansı hallarda daha effektlidir? 
 
A) ER(+), PR(+) 
B) Təyin olunmayıb 
C) ER(-), PR(+) 
D) ER(-), PR(-) 
E) ER(+), PR(-) 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
806) Süd vəzisi xərçəngində istifadə olunan antiestrogen preparatlara 
aşağıdakılardan hansı aiddir? 
 
A) Tamoksifen 
B) Vinkristin 
C) Vinorelbin 
D) Metotreksat 
E) Siklofosfamid 
 
Ədəbiyyat: Практическая онкология, под ред.С.А.Тюлядина и В.М.Моисеенко, 
Санкт-Петербург, Центр –Тромм, 2004, 784 с. 
 
807) Süd vəzisi xərçənginin 3-cü mərhələsində neoadyuvant müalicə hansı 
məqsədlə aparılmır? 
 
A) Şişin ölçülərinin azalması üçün 
B) Aksilyar l/d kiçilməsi üçün  
C) Prosesin rezektabel olması üçün 
D) Aseptika üçün 
E) Əməliyyatın nəticələrini yaxşılaşdırmaq üçün 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" 
,Bakı, Elm, 1993, 120s. 
 
808) Süd vəzi xərçənginin radikal cərahi müalicəsi (Madden üsulu ilə radikal 
mastektomiya) zamanı hansı qrup limfa düyünləri çıxarılmalıdır? 
 
A) Kürəkaltı və Sorqius 
B) Qoltuqaltyı, körpücükaltı 
C) Qoltuqaltı və kürəkaltı 
D) Qoltuqaltı və Rotter 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə