Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
 
E) Qoltuqaltı, kürəkaltı,körpücükaltı və Rotter l/d 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
809) Hormonal asılı (ER+/PR+) süd vəzi xərçənginin uzaq metastazları ən çox 
hansı orqanda rast gəlinir? 
 
A) Plevra 
B) Qaraciyər 
C) Sümüklər 
D) Uşaqlıq 
E) Ağciyər 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
810) 23 yaşlı doğuşdan 1 ay sonra laktasiya olan qadının süd vəzisində nisbətən 
ağrılı və palpasiya olunan hamar səthli elastik törəmə əllənir. Nədən 
şübhələnmək olar? 
 
A) Düyünlü mastopatiya 
B) Laktosele 
C) Fibroadenoma 
D) Axarların ektaziyası 
E) Süd vəzisi xərçəngi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
811) 55 yaşında qadının süd vəzisi dərisində qızartı, palpator qeyri-müəyyən 
bərk sahə və qoltuqaltında böyümüş l/d müəyyən edilir.Nədən şübhələnmək 
olar? 
 
A) Süd vəzinin lipoması 
B) Süd vəzinin fibroadenoması 
C) Süd vəzinin kistası 
D) Süd vəzinin mastopatiyası 
E) Süd vəzinin mastitəbənzər xərçəngi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
812) 45 yaşında qadında süd vəzi giləsindən axan qanlı ifrazatın sitoloji 
müayinəsində qan elementləri və monomorf epitel hüceyrəli tapılmışdır. İlk 
növbədə nədən şübhələnmək olar? 


 
 
A) Axacaqdaxili papilloma 
B) Düyünlü mastopatiya 
C) Axarın ektaziyası 
D) Xroniki mastit 
E) Laktosele 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
813)  Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə 
tutulur? 
 
A) Operasidan sonra şüa və ya kimyaterapiya 
B) Operasiyadan öncə hormonoterapiya 
C) Operasiya zamanı kimyaterapiya 
D) Operatiya zamanı şüa terapiya 
E) Operasiya zamanı hormonoterapiya 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
814) Süd vəzi xərçənginin müalicəsi hansı şərtlərə əsasən qurulur? 
 
A) Şişin lokalizasiyası 
B) Yalnız xəstənin yaşı  
C) Şişin morfoloji tipi 
D) Xəstənin yaşı, TNM klassifikasiyası və reseptor status 
E) Yalnız şişin inkişaf mərhələsi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
815) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra xəstələrə nə vaxt 
profilaktik USM tövsiyyə olunur? 
 
A) 12 ayda 1 dəfə 
B) 3 ayda 1 dəfə 
C) 9 ayda 1 dəfə 
D) 6 ayda 1 dəfə 
E) 2 ildə 1 dəfə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
816) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra digər süd vəzisinin 
mammografik müayinəsi nə  zaman aparılmalıdır? 


 
 
 
A) 9 ayda 1 dəfə 
B) Hər ildə 1 dəfə 
C) 6 ayda 1 dəfə 
D) 2 ayda 1 dəfə 
E) 3 ayda 1 dəfə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
817) Süd vəzisinin intraduktal papillomasında əsas simptom hansıdır? 
 
A) süd vəzində əllənən törəmə 
B) ağrı 
C) gilənin içəriyə dartılması 
D) süd vəzi giləsindən gələn qanlı ifrazat 
E) süd vəzinin deformasiyası 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 
 
818) Süd vəzinin Pecet xərçəngi zamanı prosesin yalnız gilənin eroziv 
zədələnməsi zamanı müalicə taktikası necə olmalıdır? 
A) PKT  
B) Antibiotikoterapiya 
C) Cərrahi müalicə  
D) Antiestrogenterapiya  
E) Radikal şüa müalicəsi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
819) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə 
üsulu məqsədə uyğundur? 
 
A) Yalnız pkt 
B) Kompleks müalicə 
C) Yalnız cərrahi müalicə 
D) Simptomatik müalicə 
E) Yalnız şüa müalicə 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
820) Süd vəzisi xərçəngində statistikaya görə Her2 (+) reseptor statusu neçə % 
xəstələrdə rast gəlinir: 


 
 
 
A) 5% 
B) 50% 
C) 100% 
D) 25% 
E) 75% 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 
 
821) 35 yaşlı xəstənin sol süd vəzisində 2sm diametrində düyünlü törəmə 
müəyyən edilir. Dartılma simptomu kəskindir. Qoltuqaltında l/d əllənir. İlk 
növbədə hansı patologiyadan şübhələnmək lazımdır? 
 
 
A) Düyünlü mastopatiya 
B) Aktinomikoz 
C) İltihab elementləri ilə kista 
D) Fibroadenoma 
E) Süd vəzi xərçəngi 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
822) Süd vəzisi xərçənginin I mərhələsi zamanı hansı simptomlar qeyd olunur? 
 
A) Dərinin xoralaşması  
B) “Limon qabığı” simptomu 
C) Şiş törəməsinin olması 
D) Süd vəzi dərisinin hiperemiyası 
E) Süd vəzinin deformasiyası 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 
 
823) Süd vəzi xərçənginin T3N1M0 mərhələsində optimal müalicə taktikası necə 
olmalıdır? 
 
A) RM + şüa 
B) RM + pkt 
C) Sadə mastektomiya 
D) Ancaq pkt 
E) pkt + RM+şüa 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", 
Bakı, Elm, 1993, 120s. 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə