Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
 
 
824) Süd vəzisi xərçəngi, uşaqlıq cisminin xərçəngi və yoğun bağırsaq xərçəninin 
əmələ gəlmə riskinin artması nə ilə zəngin olan qidanın qəbulu ilə 
əlaqələndirilir? 
 
A) C vitamini 
B) Meyvə və tərəvəz 
C) Heyvani piylər 
D) Karbohidratlar 
E) Bitki yağı 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s. 
 
825) Statistikaya görə qadınlarda ən çox hansı orqanın xərçənginə rast gəlinir? 
 
 
A) Böyrək 
B) Mədə 
C) Dalaq 
D) Süd vəzisi 
E) Ağciyər 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s. 
 
826) Süd vəzi xərçənginin qaraciyərə metastazını aşkar etmək üçün əsas 
müayinə üsulu hansıdır? 
 
A) Biokimyəvi müayinə 
B) USM və NMRT  
C) Rentgen müayinəsi 
D) Angioqrafiya 
E) Kolonoskapiya  
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s. 
 
827) Süd vəzi xərçənginin TNM təsnifatında M nəyi işarə edir? 
 
A) Regionar metastazları 
B) Şişin lokalizasiyasını 
C) Uzaq metastazları 
D) Residivi 
E) Şişin ölçülərini 
 


 
 
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, 
С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва,512 
 
828) Yarpaqvari fibroadenoma fonunda  aşağıdakılardan hansı inkişaf edə 
bilər? 
A) Süd vəzinin xərçəngi 
B) Sarkoma 
C) Axacaqdaxili papilloma 
D) Süd vəzinin limfoması 
E) Pecet xəstəliyi 
 
Ədəbiyyat: Трапезников Н.Н.,Летягин В.П.,Алиев Д.А.,Лечение опухолей 
молочной железы, Москва, Медицина, 1989,176 с. 
 
829) Süd vəzinin “Pecet xəstəliyi ” aiddir 
 
A) Süd vəzisinin sarkomasına 
B) Bədxassəli şişlərə 
C) Xoşxassəli displaziyaya 
D) Mastopatiyaya 
E) Xərçəngönü xəstəliklərə 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210  s. 
 
830) Uzaq metastazların aşkar olunması süd vəzi xərçənginin hansı mərhələsini 
təyin edir? 
 
A) Mərhələ 2 
B) Mərhələ 0 
C) Mərhələ 3 
D) Mərhələ 1 
E) Mərhələ 4 
 
Ədəbiyyat: Трапезников Н.Н.,Летягин В.П.,Алиев Д.А., Лечение опухолей 
молочной железы, Москва, Медицина,1989 ,176 с. 
 
831) Süd vəzi xərçəngi hansı yolla metastaz verə bilər? 
 
A) Yalnız limfogen 
B) Yalnız hematogen 
C) Heterogen 
D) Hematogen, limfogen və implantasion 
E) Yalnız implantasion 
 


 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210  s. 
 
832) Süd vəzi giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə 
olunur? 
 
A) Fibroadenoma 
B) Düyünlü mastopatiya 
C) Sarkoma 
D) Mastit 
E) Axacaqdaxili papilloma 
 
Ədəbiyyat: Трапезников Н.Н., Летягин В.П., Алиев Д.А., Лечение опухолей 
молочной железы, Москва, Медицина,1989 ,176 с. 
 
833) Süd vəzinin sektoral rezeksiyasına göstəriş nədir? 
 
A) Diffuz kistoz mastopatiya 
B) Mastitəbənzər xərçəng 
C) Fibroadenoma, düyünlü mastopatiya, makrositoz mastopatiya 
D) Mastodiniya 
E) Mastalgiya 
 
Ədəbiyyat: И.А.Гилязутдинов,Р.Ш.Хасанов, « Доброкачественные заболевания 
молочных желез», Казань, «Медлитература», 2007, 225 с. 
 
834) Kişilərdə süd vəzinin xərçəngi zamanı qadınlardakı məlum olan hansı 
histoloji formalara rast gəlinir ? 
 
A) Medulyar xərçəng 
B) Axacaq xərçəngi 
C) Paycıq xərçəngi 
D) Bütün formalara 
E) İnfiltrativ xərçəng 
 
Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 
272 с. 
 
835) Süd vəzisi xərçənginin cərrahi müalicəsi nəticəsində ən çox rast gəlinən 
fəsad hansıdır? 
 
A) Bazu kələfinin pleksiti 
B) Limforeya 
C) Yara kənarının nekrozu 
D) Bazu oynağının kontrakturası 
E) Yuxarı ətrafın ödemi 


 
 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210  s 
 
836) Qoltuqaltı nahiyədə əmələ gəlmiş əlavə süd vəzisinin müalicəsində hansı 
metoda üstünlük verilir? 
 
A) Konservativ 
B) Şüa 
C) Cərrahi 
D) PKT 
E) Kombinəolunmuş 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210  s 
 
837) Süd vəzi xərçəngi hansı toxumadan inkişaf edir? 
 
A) Birləşdirici toxumadan 
B) Qarışıqhüceyrəli toxumadan 
C) Epitel toxumadan 
D) Əzələ toxumasından 
E) Damar toxumasından 
 
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin 
diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210  s 
 
838) Süd vəzisi xərçənginin T2N0M0 mərhələsi zamanı T2 simvolu şişin hansı 
ölçüsünü göstərir? 
A) Əllənməyən şişi 
B) 1-2 sm 
C) 0,5-1 sm 
D) 2-5 sm  
E) > 5 sm 
 
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", 
Bakı, Elm, 1993, 120s 
 
839) Süd vəzi xərçənginin Krukenberq metastazı hansı orqanda rast gəlinir? 
A) Ağciyər 
B) Yumurtalıqlar  
C) Qaraciyər 
D) Plevra 
E) Uşaqlıq 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə