Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
 
205) Endometriumun xərçəngi olan xəstələrdə kimyaterapiya hansı hallarda 
aparılmır? 
 
A) Yumurtalıqlara metastazların mövcud olduğu təqdirdə 
B) Şişin dərin invaziyası zamanı 
C) Limfa düyünlərinə metastazların mövcud olduğu  təqdirdə 
D) I A mərhələsi olduqda 
E) Аğ ciyərlərdə metastaz  olduqda 
 
Ədəbiyyat: Козаченко В.П. «Клиническая онкогинекология» - Москва, 2005, 376 
с. 
 
206) Endometriumun xərçəngi olan xəstələrin hormonal müalicəsində istifadə 
olunan preparatlar hansılardır? 
 
A) Depostat 
B) 17- oksiprogesteron kapronat 
C) Pituitrin 
D) Norkolut 
E) Testosteron propionat 
 
Ədəbiyyat: Козаченко В.П. «Клиническая онкогинекология» - Москва, 2005, 376 
с. 
 
207) Uşaqlığın  sarkomasının inkişaf mənbəyi hansıdır? 
 
A) Mezenxima və epitel toxuma 
B) Epteil toxuma 
C) Birləşdirici toxumanın komponentləri 
D) Birləşdirici toxumanın komponentləri və epitel toxuması 
E) Mezenxima və  birləşdirici toxumanın komponentləri 
 
Ədəbiyyat: Козаченко В.П. «Клиническая онкогинекология» - Москва, 2005, 376 
с. 
 
208) Klinik praktikada uşaqlıq sarkomalarının hansı histoloji quruluşu daha 
tez-tez rast gəlinir: 
 
A) Endometrial sarkoma 
B) Qarışıq mezodermal sarkoma 
C) Leyomiosarkoma 
D) Karsinosarkoma 
E) Rabdomiosarkoma 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 


 
 
 
209) Uşaqlığın sarkoması üçün hansı yolla metastazvermə daha xarakterdir 
 
A) Limfogen 
B) Hematogen, limfogen, implantasion 
C) Hematogen, implantasion 
D) Implantasion 
E) Hematogen 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
210) Uşaqlığın leyomiosarkomasında cərrahi əməliyyatın hansı həcmdə 
aparılması məqsədəuyğundur? 
A) Uşaqlığın artımlarla birgə genişləndirilmiş ekstirpasiyası 
B) Uşaqlığın artımlarla birgə ekstirpasiyası 
C) Uşaqlığın artımlarla birgə supravaginal amputasiyası 
D) Tumorektomiya 
E) Uşaqlığın artımlarla birgə ekstirpasiyası + limfadenektomiya + böyük piyliyin 
rezeksiyası 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
211) Qadın cinsiyyət orqanları xərçənginin hansı histoloji forması şüa təsirinə 
həssasdır? 
 
A) Endometrial sarkoma 
B) Leyomiosarkoma 
C) Batroid sarkoması 
D) Yastı apitel karsinoması 
E) Karsinosarkoma 
 
Ədəbiyyat: Бохман Я.В. «Руководство по онкогинекологии» - Ленинград, 1989, 
463 с. 
 
212) Uşaqlığın xoriokarsinomasını cinsiyyət üzvlərinin bütün digər bədxassəli 
şişlərindən fərqləndirən əsas  əlamət: 
 
A) CA-125 göstəricisinin yüksəlməsi 
B) Xəstəliyin aqressivliyi 
C) Hamiləlik 
D) XH(xorionikqonadotropin)və TBQ (trofoblastik qlobulin) göstəricilərinin 
yüksəlməsi 
E) Xəstələrin cavan yaşı 
 


 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
213) Beçəxorun maliqnizasiyasının klinik göstəricisinə aiddir: 
 
A) Ağrıların olmaması 
B) Beçəxorun kəsilib götürülməsindən sonra qanl ifrazatların azalması 
C) XH (xorionik honadotropin) göstəricilərinin yüksəlməsi 
D) Uşaqlığın subinvolyusiyası 
E) XH (xorionik honadotropin) göstəricilərin azalması 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
214) Xoriokarsinoma hansı toxumanın birincili şişi hesab edilə bilər? 
A) Yumurtalıq 
B) Honadların differensə olunmamış hüceyrələrinin 
C) Trofoblast 
D) Endometriumun 
E) Miometriumun 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
215) Хoriokarsinomanın əsаs müalicə üsulu: 
 
A) Simptomatik terapiya 
B) Kimya-dərman terapiyası 
C) Cərrahi əməliyyat + monokimyaterapiya 
D) Müşahidə 
E) Cərrahi əməliyyat 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
216) Yumurtalıqların qeyri-şiş mənşəli (funksional) kistalarina  hansı ı aid 
deyil? 
 
A) Follikulyar  kistalar 
B) Sarı cismin  kistaları 
C) Seroz  kistalar 
D) Follikulyar kistalar + sarı cismin kistaları 
E) Lütein kistası 
 
Ədəbiyyat: Сидорова И.С. «Практическое руководство по клинической 
гинекологии» - Москва, 2006, 448 с. 


 
 
 
217) Yumurtalıq şişlərindən hansında hidrotoraks ola bilməz? 
A) Yumurtalığın stromal şişlərində 
B) Follikulyar kistada 
C) Musinoz sistadenokarsinomada 
D) Xoşxassəli tekomada 
E) Fibromada 
 
Ədəbiyyat: Гилязутдинова З.Ш. «Онкогинекология» - Москва, 2000, 384 с. 
 
218) Yumurtalıqların xoşxassəli sisləri zamanı reproduktiv yaşda olan 
qadınlarda hansı cərrahi əməliyyatın aparılması daha məqsədəuyğundur? 
A) Tubovariektomiya 
B) Histerektomiya 
C) Panhisterektomiya + omentektomiya 
D) Uşaqlığın artımlarla birgə supravaginal amputasiyası + böyük piyliyin rezeksiyası 
E) Kistektomiya 
 
Ədəbiyyat: Козаченко В.П. «Клиническая онкогинекология» - Москва, 2005, 376 
с. 
 
219) Vulvanın bədxassəli şişlərindən hansı daha aqressiv gedişata malikdir? 
 
A) Vulvanın xərçəngi və sarkoması 
B) Vulvanın xərçəngi və melanoma 
C) Vulvanın xərçəngi 
D) Vulvanın melanoması və sarkoması 
E) Vulvanın karsinosarkoması 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
220) Uşaqlıq borusunun xərçəngi zamanı hansı cərrahi əməliyyatın aparılması 
daha məqsədəuyğundur? 
 
A) Uşaqlğın artımlarla birgə supravaginal amputasiyası + omentektomiya 
B) Panhisterektomiya 
C) Panhisterektomiya + omentektomiya 
D) Uşaqlığın artımlarla birgə genişləndirilmiş ekstirpasiyası 
E) Tubektomiya 
 
Ədəbiyyat: Давыдов М.И. «Опухоли женской репродуктивной системы» - 
Москва, 2007, 376 с. 
 
221) Vulvanın invaziv xərçənginin I mərhələsində daha məqsədəuyğun müalicə 
üsulu hansıdır? 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə