Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

ilə suvaran, yeri dırnaqları ilə şumlayan qoca əkinçinin, ona-buna 

əl  açıb  abrını  tökməmək  üçün  qışın  soyuğuna,  yayın  istisinə 

baxmayaraq  ağır  zəhmətə  qatlaşan  kərpickəsən  kişinin  əməyini 

qürurla təsvir edir.  

Poemada  ağıl,  zirəklik,  sədaqət,  dostluq  kimi  gözəl  sifətlər 

haqqında xüsusi bəhs edilir.  

Nizaminin Şərq şeirinə gətirdiyi yüksək bəşəri ideyalar 1180-ci 

ildə bitirdiyi ikinci poeması “Xosrov və Şirin”də epik planda daha 

ətraflı ifadə olunur.     

 

“Xosrov  və  Şirin”  insan  hünəri,  zəhmət  və  sənəti 



məhəbbətlə  tərənnüm  edən  bir  əsər  kimi  də  Şərq  ədəbiyyatında 

özünəməxsus bir yer tutur. Şairin böyük məhəbbətlə təsvir etdiyi 

Fərhad  obrazı  bu  baxımdan  daha    diqqətəlayiqdir.    Ülvi  bir 

məhəbbətlə  sevən  Fərhad  eyni  zamanda  Nizaminin  sənətə  və 

sənətkar əməyinə rəğbətini aydınlaşdırır. Öz sevimli qəhrəmanının 

ölümünə ürəkdən təəssüflənən böyük şair sərt qayaları yarıb arxlar 

çəkən,  təkbaşına  əzəmətli  dağla  pəncələşən  bu  sənət  adamının 

izsiz-əlamətsiz  həyatdan  getmədiyini  xüsusi  qeyd  edir.  Nizami 

xalq rəvayətindən faydalanmaqla  Fərhadın külüngünün dəstəsinin 

torpağa  sancılaraq  böyük  nar  agacına  çevrildiyini,  beləliklə  də 

sənətkarın adının təbiətdə qorunub saxlanıldığını bildirir 

Nizami poemaları yarandığı gündən xalq ədəbiyyatına keçərək 

Şərq  nağılları,  qəhrəmanlıq  və  məhəbbət  dastanlarında  da  güclü 

əks-səda  doğurmuş,  yeni-yeni  əfsanə,  rəvayət  və  başqa  xalq 

ədəbiyyatı  nümunələrinin  yaranması  ilə  nəticələnmişdir.  Şairin 

hikmətli  beytləri  canlı  danışıq  dilində  atalar  sözləri  kimi 

əbədiləşmişdir.  

Nizami  əsərlərinin  nadir  əlyazma  nüsxələri  Moskva,  Sankt-

Peterburq,  Bakı,  Daşkənd,  Təbriz,  Tehran,  İstanbul,  Dehli, 

London, Paris və başqa mədəniyyət mərkəzlərinin kitabxanalarını  

bəzəyir.  

Nizami  irsi  xüsusilə  şairin  öz  vətənində  daha  böyük 

məhəbbətlə  öyrənilmiş,  şairin  dövrü,  həyatı  və  yaradıcılığı 

dərindən və hərtərəfli tədqiq olunmuşdur. 1941-ci ildə Nizaminin 




anadan  olmasının  800  illiyinin  bayram  edilməsi  münasibətilə 

bütövlükdə  “Xəmsə”  və  Nizaminin  lirik  irsi  Azərbaycan  və  rus 

dillərinə  çevrilərək  nəşr  olunmuş,  şairin  əsərləri  özbək,  türkmən, 

qazax,  qırğız,  tatar,  ukrayna,  latış,  litva  dillərinə  tərcümə 

olunmuşdur. 

 

II B Ö L M Ə 



 

Yubiley tədbirlərinin keçirilməsi

 

 

Nizami  Gəncəvi  dünya  ədəbiyyatında  böyük  məhəbbət  və 



hörmətlə  yad  olunan,  tədqiq  edilən  şairlərdəndir.  Əzəmətli 

yaradıcı və filosof olan Nizami 1188-1205-ci illər arasında “Sirlər 

xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, 

“İsgəndərnamə” adlı beş böyük sənət əsəri yaratmişdır.  

“İsgəndərnamə”  iki  hissədən  ibarətdir  ki,  bunların  hər  biri 

adətən  “Şərəfnamə”  və  “İqbalnamə”  adı  ilə  iki  iri  kitab  halında 

çap olunub. Adını çəkdiyimiz beş böyük poemanın beşi bir yerdə 

“Xəmsə” adlanır. Bu beş qiymətli və iri poemadan başqa Nizami 

altı  qəsidə,  116  qəzəl,  iki  qitə  və  30  rübai  də  yaratmışdır. 

Göründüyü kimi, böyük şair Şərq dünyasında məlum olan və bir 

sıra görkəmli sənətkarların ilhamla qələm işlətdikləri bütün poetik 

formalarda  əsərlər  yaratmışdır.  Nizaminin  qələmindən  çıxmış 

əsərlər  insanlarda  yüksək  zövq,  böyük  dərrakə  və  ağıl  tərbiyə 

edən,  insanın  həm  özünü,  həm  də  mühitini  çox  geniş  planda, 

bütün təzadları ilə təsvir edən uzun ömürlü, ölməz əsərlərdir.  

Dünya ədəbiyyatında  “Xəmsə” kimi dərin, zəngin məzmunlu, 

bədii forması etibarilə rəngarəng, oynaq süjetli böyük əsər tapmaq 

çətindir.  Nizami ona görə belə misilsiz, əzəmətli əsərlər yaza 

bilmişdir ki, bütün həyatını, bütün mənəvi aləmini və qüvvəsini 

yaradıcılığa, dünya ədəbiyyatını öyrənməyə, təhlil etməyə

araşdırmağa həsr etmişdi.    

 Beləliklə,  dünya  ədəbiyyatında  böyük  məhəbbət  və  hörmətlə 

yad  olunan  dahi  şair,  mütəfəkkir  Nizami  Gəncəvinin  hər  zaman 



olduğu  kimi,  bu  il  də  yubileyini  qeyd  etmək  ərəfəsindəyik.  Bu 

baximdan respublikamızın hər bir yerində, rayon və şəhərlərində, 

eləcə  də  respublikamızın  hüdudlarından  kənarda  da    Nizami 

Gəncəvi  irsi  öyrənilir  və  təblig  olunur.  Nizami  Gəncəvi  irsi  ilə 

daha  yaxından  tanış  olmaq  üçün  onun  həyat  və  yaradıcılığının 

tədrisi,  əsərlərinin  təlim-tərbiyə  işində  danılmaz  rolunu  təbliğ 

etmək  üçün  respublikamızın  bütün  məktəb,  lisey,  gimnaziya, 

muzey  və  kitabxanalarında  bir  sözlə  ümumtəhsil  ocaqlarında  

tədbirlər  planı hazırlanmalıdır. Tədbirlər  planına  ilk öncə Nizami 

Gəncəvi yaradıcılığı ilə bağlı kitab sərgisini daxil etmək lazımdır. 

Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.    Məsələn:  “Dünya 

ədəbiyyatının  günəşi”,  “Bəşəri  ideyalar  carçısı”,  “Nizami 

Gəncəvi-875”,  ”Şair  dühasının  sönməz  işığı”,  “Azərbaycan  şairi 

və mütəfəkkiri”, “Dünya poeziyasının iftixarı”, “Mənəvi sərvətlər 

xəzinəsi  Nizami  Gəncəvi-875”,  “Poeziyamızın  sönməz  günəşi”,  

“Əsrlərə  yadigar  qalmış  ad”,  “Şeir  səmasının  sönməz  günəşi”, 

“Şairin  rübabı  ölməzdir”,  “İnsana  inam  poeziyası”,  “Həyata 

səsləyən  lirika”,  “Nizami  dühası,  Nizami  sənəti”,  “Hikmət 

dəryasından damcılar” 

 

Kitab sərgisinin nümunəsini veririk: 



 

Başlıq: “Poeziyamızın sönməz günəşi” 

Nə qədər şair var, söz var, şeir var 

Dünyada onlardan mənəm  yadigar. 

 

 



 

 

Nizami Gəncəvi 

3.  Nizami Gəncəvinin portreti.  

4. Görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi haqqında söylədikləri 

sitatlar. 

5. Kitablarının nümayişi. 

6. Dövrü mətbuatda nəşr olunmuş məqalələrin kartotekası(tövsiyə 

ədəbiyyat siyahısı) 

7. “Sirlər xəzinəsindən” nümunələr. 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə