Yerə qoydu başını,
O da uyğuya daldı.
Tülkünü yatmış görüb
Fürsət tapdı çibkəsən.
Çaldı pul kisəsini,
Getdi, itdi nəzərdən.
Keşikdə duranların
Qorxuludur yatmağı,
Ya başı əldən gedər,
Ya başından papağı.
Dünya ədəbiyyatı xəzinəsinə nadir bir sıma kimi daxil olmuş
görkəmli filosof, mütəfəkkir, və söz sənəti mülkünün sultanı
Nizami Gəncəvinin 875 illiyi ilə əlaqədar kecirilən tədbirlərdən
biri də şeir müsabiqəsidir. Şeir müsabiqəsi oxucuların çox sevdiyi
tədbir formasıdır. Çünki, bu tədbirdə oxucuların şeir demək
bacarığı, onu yadda saxlamaq, intonasiya ilə söyləmək bacarıqları
üzə çıxır. Tədbirə kitabxanaçı bir ay qabaqcadan hazırlaşmalıdır.
Şeir müsabiqəsində münsiflər də yer alır. Yaxşı seir demək
bacarığı olan uşaqlar münsiflər tərəfindən I, II, III yerlər üzrə
qiymətləndirilirlər. Aşagı sinif şagirdləri ilə Nizami Gəncəvinin
“Kərpickəsən qocanın bir cavanla hekayətin”ni səhnələşdirilmiş
formada keçirmək olar.
Kərpickəsən qocanın bir cavanla hekayəti
Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,
Pəri kimi xalq ilə onun nə işi vardı.
Əyninin köynəyini ot - ələfdən hörərdi,
Kərpic kəsib birtəhər dolanar, gün görərdi...
Qılınclı ərlərin ki, düşərdi qalxanları,
Məzarına kərpicdən döşərdi “qalxanları”.
Kəfənsizin kəfəni, duvağıydı kərpici,
Günahkarın ağzının suvağıydı kərpici.
Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən- dildən düşərək qan- tərə batdı qoca.
Birdən – birə göründü gözə bir cavan oğlan,
Başladı məzəmmətlə sözə bir cavan oğlan:
“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?
Palçıq- saman yoğurmaq muzdurlara yaraşar.
Torpağın qalxanını qılıncınla sökmə sən,
Bir qarın çörək üçün öz abrını tökmə sən.
Bu kərpic qəlibini yandırıb külə döndər,
Ömrün xəzan bağını əlinlə gülə döndər.
Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar?
Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?
Qocasan, qocaların yerişini yeri sən,
Yorularsan, cavanın yerişini yerisən”.
Qoca dedi: “Nadanlıq havası var başında,
Ağsaqqala gülürsən belə cavan yaşında.
Qocalar kərpic kəsər, halallıqla yaşayar,
Kölələr, əsir qullar ağır yüklər daşıyar.
Qarşında boyun büküb əl açmayım deyə mən,
Əzəldən əl atmışam belə bir peşəyə mən.
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim.”
Qocaya tənə vuran peşmanladı sözündən,
Gözdən itən zamanda yaş axıtdı gözündən.
Dünya görmüş insandı, qoca belə qocaydı,
Namuslu zəhmətiylə el gözündə ucaydı.
Unut dünya evini sən burada, Nizami!
Məslək eşqi yetirər hər murada, Nizami!
Nizami yaradıcılığı daha dərindən tədqiq edilməsi məqsədilə
oxucular arasında “Nizami vətənpərvər şairdir” mövzusunda adlı
inşa müsabiqəsi də keçirmək olar.
Nizami irsinin təbliği ilə bağlı oxucu konfransının keçirilməsi
məqsədəuyğundur.
Oxucu
konfransının
keçirilməsində
məqsədimiz oxucuları Nizami Gəncəvinin əsərlərinə geniş maraq
oyatmaqdan
ibarətdir.
Dahi
şairin
yaradıcılıq
irsinin
kitabxanalarda
təbliğ
edilməsində oxucu konfranslarının
keçirilməsi olduqca önəmlidir. Bu tədbir forması bir qədər çox
vaxt apardığından kitabxana işçiləri əvvəlcədən xüsusi hazırlıq
işləri görməlidir. Tədbirin maraqlı və canlı keçirilməsini təmin
etmək üçün ədəbiyyat müəllimlərini, şair və yazıçıları, yaradıcı
birliklərin işçilərini, ziyalıları, fəal oxucuları işə cəlb etmək,
tədbirə dəvət etmək məqsədəuyğun olardı. Kitabxanaçı oxucu
konfransını aşağıdakı mövzular üzrə keçirə bilər:
“Dahi Azərbaycan şairi Nizami Gəncəvi”, “Əsrlərin şairi
Nizami”, “Nizami və şifahi xalq ədəbiyyatı”, “Nizami
yaradıcılığının bədii xüsusiyyətləri”, “Dünya poeziya sənətində
Nizaminin cahanşümulluğu” və s. Kitabxanaçı konfransın
keçirilməsi üçün ayrıca plan tərtib еtməlidir. О, planda kеçiriləcək
tədbirin adını, giriş sözü və еləcə də çıхış еdəcək başqa şəхslərin
adlarını göstərməlidir. Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş
konfransda şairin əsərlərindən və onun haqqında yazılmış
materiallardan ibarət sərgi, tövsiyə ədəbiyyat siyahıları, kitabxana
plakatları, bülletenlər, bukletlər, bədii və sənədli filmlərin
nümayişi, elektron məlumat bazasının, Nizami Gəncəvi
yaradıcılığına həsr edilmiş slaydın təqdimatı və s. nəzərdə tutula
bilər.
Nizami Gəncəvi yaradıcılığı ilə bağlı keçirilən tədbirlərdən biri
də kitab müzakirəsidir. Kitab müzakirəsi ilə bağlı onu demək
istərdik ki, bu tədbir oxucuların ən çox maraq göstərdiyi
tədbirlərdən biridir. Belə tədbirlərin keçirilməsində məqsəd
oxucuları kitabxananın fondunda yer alan kitablarla tanış etmək,
onların məzmununu müzakirə etmək, kitabın nədən bəhs
edildiyini açmaqdan ibarətdir.
Nizami Gəncəvinin “Günəş Diyarı” adlı
kitabının müzakirəsini sizə təqdim edirik:
Kitabda əsasən “Xəmsə”dən hekayətlər,
əfsanələr və rəvayətlər verilmişdir. Kitab
2002-ci ildə “Ayna” nəşriyyatı tərəfindən
müəllif Telli Əliyeva tərəfindən nəfis şəkildə
tərtib olunmuşdur.
Kitabxanaçı tədbiri giriş sözü ilə açır:
Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir
incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların
sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi
və həyatiliyi ilə seçilir. Bəli, Nizami o sənətkarlardandır ki, dərin
Dostları ilə paylaş: |