İPƏk yolu, No. 2, 2017



Yüklə 77,27 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü77,27 Kb.
#35375
növüXülasə


 

 

İPƏK YOLU, No.2, 2017, səh.72-79 



 

 

72 



 

AZƏRBAYCANDA BANK KAPİTALININ REAL SEKTORUN 

MALİYYƏLƏŞDİRLMƏSINƏ CƏLB EDİLMƏSI YOLLARI 

 

Abdul Kamilov 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan 

e-mail: 

abdul.kamilov@atabank.com

  

 

Xülasə.  Məqalədə  bank  sektorunun  dayanıqlılığı  məsələləri,  iqtisadiyyatın 

real 


sektorunun 

banklar 


tərəfindən 

maliyyələşdirməsinin 

səmərəli 

mexanizmləri, ölkənin maliyyə bazarının inkişafı, bank və sənaye kapitalının 

qalşılıqlı  əlaqəsi,  maliyyə  resurslarının  çatışmamazlığı  problemlərinə  və  b. 

məsələlərə baxılıb.   

 

Açar  sözlər:  bank  sektorunun  dayanıqlılığı,  səmərəli  maliyyələşdirmə 

mexanizmləri, maliyyə bazarı, bank və sənaye kapitalının qarşılıqlı əlaqəsi. 

 

THE WAYS TO ATTRACT BANK CAPITAL 

TO FINANCE THE REAL SECTOR OF THE 

AZERBAIJAN  

 

Abdul Kamilov 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  The  article  underlines  the  issues  of  the 

stability 

of 


the 

banking 


sector, 

effective 

mechanisms  for  financing  the  real  sector  of  the 

economy  by  banks,  the  development  of  the  

financial 

market 


in 

the 


country, 

the 


interrelationship  of  banking  and  industrial  capital, 

the lack of financial resources, etc. 



Keywords:  the  stability  of  the  bank  sector, 

effective  financing  mechanisms,  financial  market, 

interconnection of banking and industrial capital.

 

ПУТИ ПРИВЛЕЧЕНИЯ БАНКОВСКОГО 

КАПИТАЛА В ФИНАНСИРОВАНИЕ 

РЕАЛЬНОГО СЕКТОРА В АЗЕРБАЙДЖАНЕ 

 

Абдул Камилов 

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме. В статье рассматриваются вопросы ус-

тойчивости  банковского  сектора,  эффективные 

механизмы  финансирования  реального  сектора 

экономики  банками,  развитие  финансового 

рынка  страны,  взаимосвязь  банковского  и 

промышленного  капитала,  проблемы  нехватки 

финансовых ресурсов и т.д.  



Ключевые  cлова:  устойчивость  банковского 

сектора,  эффективные  механизмы  финансиро-

вания, финансовый рынок, взаимосвязь банков-

ского и промышленного капитала. 

 

 

Ölkədə davamlı iqtisadi artıma nail olmaq və milli iqtisadiyyatın inkişafının keyfiyyətcə 



yeni müstəviyə çıxarılması, onun dayanıqlılığının təmin olunması real sektora bank kapitalını 

cəlb etmədən mümkün deyil. Yəni, müasir mərhələdə sənaye və maliyyə kapitalının hərtərəfli 

qarşılıqlı  nüfuzetməsini  təmin  etmək  zəruridir.  Belə  ki,  sənaye  və  bank  kapitalının  qarşlıqlı 

əlaqəsi  iqtisadi  artımın  başlıca  amillərindən  biri  kimi  çıxış  edir.  Lakin,  hazırkı  dövrdə 

bankların  real  sektorun  maliyyələşdirilməsi  sahəsində  aktivlik  səviyyəsi  aşağıdır  və  bu  ilk 

növbədə  bank  sektorunun  qeyri-maliyyə  karporasiyaları  sektorunun  inkişafına  zəif  təsiri  ilə 

təzahür edir. Bu problemin meydana çıxması bütövlükdə Azərbaycan iqtisadiyyatının qeyri-

stabil şəkildə fəaliyyət göstərməsinin məntiqi nəticəsidir.   




A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …  

 

 

 



73 

Qlobal  maliyyə  böhranı  və  onun ardınca  da  neftin  dünya  bazarında  qiymətinin  kəskin 

düşməsi bir sıra dünya ölkələrinin, o cümlədən də Azərbaycanın iqtisadiyyatına böyük mənfi 

təsir göstərdi. Azərbaycanda bu proseslərin əsas təzahür formalarından biri də bank sahəsində 

likvidlik böhranı, investisiyalaşdırma, kreditləşdirmə və maliyyələşdirmə vəsaitlərinin kəskin 

çatışmaması tendensiyalarının güclənməsi oldu. Qeyd olunan tendensiyalar: 

-

 

2014-2016-cı  illər  ərzində  bank  sektorunun  inkişafına  güclü  təsirə  malik  olan  demək 



olar ki, bütün makroiqtisadi göstəricilərin pisləşməsinə gətirib çıxardı; 

-

 



böyük  maliyyə  vəsaitləri  tələb  edən  geniş  miqyaslı  antiböhran  dövlət  tədbirlərinin 

reallaşdırılmasını tələb etdi; 

-

 

böhran  meyllərinin  gücləndiyi  şəraitdə  bank  likvidliyinin  ənənəvi  tənzimləmə 



metodlarının qeyri-səmərəliliyini üzə çıxardı. 

        


Bu  gün  Azərbaycanın  bank  sektorunda  bank  lisenziyalarının  geri  çağrılması,  bank-

kredit təşkilatlarının birləşdirilməsi halları geniş yayılıb. Bu prosesin əsas səbəblərindən biri-

bankların  zəruri  likvidlik  səviyyəsini  təmin  edə  bilməməsidir.  Bu  özünü  bank-kredit 

təşkilatlarının  kassalarında  nağd  pul  vəsaitlərinin  çatışmaması,  qarşılışlı  hesablaşmaların 

dayandırılması,  əmanətlərin  verilməsinə  məhdudiyyətlərin  qoyulması  və  nəhayət,  cari 

fəaliyyətin dayandırılmasında qabarıq şəkildə göstərir. 

Yuxarıda  qeyd  olunanlar,  təcili  şəkildə  kompleks  tədbirlər  həyata  keçirilməzsə,  bank-

kredit  təşkilatlarının  real  sektorun  maliyyələşdirilməsi  üçün  zəruri  vəsaitlərin  və  likvidlik 

səviyyəsini təmin edə bilməməsi probleminin daha da kəskinləşəcəyini göstərir. Lakin, bütün 

bunlarla  yanaşı,  hazırki  şəraitdə  bank,  maliyyə  kapitalının  iqtisadiyyatın  real  sektorunun 

maliyyələşdirilməsində rolunun gücləndirilməsi zərurəti bəllidir. 

Dünya praktikasında iqtisadiyyatın maliyyə resurslarına olan tələbatının ödənilməsində 

kommersiya  banklarının  iştirak  formalarından  asılı  olaraq  bank  kapitalının  iqtisadiyyata 

birbaşa  və  dolayı  təsirini  ayırırlar.  Bu  prosesdə  bankların  iştirakı  bankların  müştərilərinə 

onların bankda yerləşdirdiyi  vəsaitlərinin yatırılması imkanlarının  təqdim olunması ilə bağlı 

bank  xidmətləri  və  müştərilərin  maliyyə  aktivlərinin  səmərəli  dövriyyəsinin  təmin  olunması 

ilə bağlı bank xidmətlərini əhatə edir. İqtisadiyyatın real sektorunun  maliyyələşdirilməsində 

bank kapitalının birbaşa iştirakı müştərilərin maliyyələşdirməyə olan tələbatları ilə bağlı bank 

xidmətləri  (kreditlərin  təqdim  olunması  ilə  bağlı  xidmətlər)  vasitəsilə  həyata  keçirilir.  Bu 

baxımdan bank kapitalının iqtisadiyyatın maliyyələşdirilməsində birbaşa iştirakı zamanı bank 

kapitalının  transformasiyasının  bir-birindən  fərqli  iki  formasını  ayırmaq  olar.  Bank  kapitalı 

iqtisadiyyata bank kreditləşməsi, eləcə də maliyyə investisiyaları vasitəsilə, yəni müəssisə və 

təşkilatların qiymətli kağızlarının (əsasən səhmlərinin) alınması yolu ilə transformasiya oluna 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

74 



bilər.  Qeyd  edək  ki,  sonuncu  metod  Azərbaycanda  bank  fəaliyyətini  tənzimlənyən 

qanunvericilikdə nəzərdə tutulmamışdır.  

Praktiki  nöqteyi  nəzərdən  Azərbaycanda  kommersiya  banklarının  maliyyə  investorları 

kimi rolunu çox zəif səviyyəyə uyğun qiymətləndirmək olar. Belə mövqenin səbəbi maliyyə 

bazarının  vəsaitlərin  yenidən  bölüşdürülməsi  funksiyasının  qeyri-səmərəliliyi  ilə  izah  etmək 

olar. İnvestisiya qoyuluşlarının həyata keçirilməsi sahəsində üstünlük ixtisaslaşmış investisiya 

banklarına  məxsusdur.  Ölkəmizdə  isə  belə  banklar  yaradılmayıb.  Universal  bank-kredit 

təşkilatları  isə  daha  çox  investisiya  layihələrinin  kreditləşdirilməsi  ilə  məşgul  olurlar.  Real 

sektorun  maliyyələşdirmə  vəsaitləri  ilə  təmin  olunması  məsələlərinin  bank  krediti  vasitəsilə 

həll olunması isə daha çevik metoddur. 

Maliyyə vəsaitləri bazarında assimetrik informasiyanın aradan qaldırılması problemi isə 

“bank-müştəri”  münasibətləri  hesabına  həll  olunur.  Yenidən  bölüşdürülmə  zamanı  maliyyə 

vəsaitlərinin  müəyyən  transformasiyası  baş  verir:  adətən,  maliyyələşdirməyə  tələb  müddət, 

həcm, keyfiyyət, sahəvi və regional yerləşmə və s. parametrlərə görə təklifə ekvivalent deyil. 

Azərbaycanda  maliyyə  resurslarının  maliyyə  bazarları  vasitəsilə  transformasiyası  imkanları 

çox məhduddur. Bu da ölkədə maliyyə bazarlarının qeyri-səmərəli fəaliyyətinə gətirib çıxarır. 

Bu  gün  daxili  maliyyə  bazarında  sərəncamda  olan  maliyyə  resursları  bütün  göstəricilər 

(likvidlik,  qiymət,  risk  və  s.)  üzrə  kütləvi  şəkildə  maliyyələşdirmənin  tələblərinə  cavab 

vermir. Ölkədə maliyyə bazarının inkişaf etdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi 

zərurətini bir çox bu sahədə tədqiqat aparan yerli iqtisadçı alimlər də öz əsərlərində xüsusilə 

qeyd edirlər [2, səh.122]. 

Bankların  maliyyələşdirmə  imkanlarının  ən  əsas  göstəricilərindən  biri  kimi  çıxış  edən 

bank  kapitalı  çox  dinamik  bir  kateqoriyadır.  Ona  görə  də  iqtisadi  tsiklin  fazası  (böhran, 

yüksəliş,  durğunluq),  rəqabətin  səviyyəsi,  büdcə-vergi  siyasəti,  inflyasiya  və  s.  məhz  bank 

kapitalının dinamikasına təsir göstərir.  Bu da öz növbəsində bankın maliyyə dayanıqlılığına 

və  ödəməqabiliyyətliliyinə  təsir  edir.  Buna  görə  də  sabit  fəaliyyət  göstərən  iqtisadiyyatda 

etibarlı  bank  sisteminin  qurulması  üçün  bank  kapitalının  idarə  olunmasına  səmərəli  dövlət 

təsiri mexanizminin işlənib hazırlanması və tətbiq olunması zəruridir. 

Bank  sektorunun  vəziyyəti  və  onun  iqtisadiyyatın  investisiyalaşdırılması  və 

maliyyələşdirilməsində  iştirakı  əhəmiyyətli  dərəcədə  dövlətin  və  Mərkəzi  Bankın  pul-kredit 

siyasətindən  asılıdır.  Sonuncunun  kommersiya  banklarının  kreditlərinin  adekvat 

təkrarmaliyyələşdirilməsi  mexanizminin  olmaması,  manatın  xarici  valyutalara  nisbətən 

məzənnəsinin  kəskin  qeyri-sabitliyi;  manatla  həyata  keçirilən  maliyyə  alətlərinin  spektrinin 



A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …  

 

 

 



75 

geniş  olmaması,  əmanətlərin  dövlət  tərəfindən  zəmanətli  şəkildə  sığortalanması  sisteminin 

zəif  inkişaf  səviyyəsi,  təkrarmaliyyələşmə  əməliyyatlarının  alternativ  maliyyə  aktivlərinə 

yönəldilməsi  şəraitində  investisiyalaşdırma  və  maliyyələşdirmə  prosesində  həqiqi  dayaq 

nöqtəsi  kimi  birləşdirici  həlqə  rolunu  oynamağa  qabil  olan  etibarlı  bank  sistemini  qurmaq 

mümkün deyil. 

Bazar  iqtisadiyyatında  bank  sistemi  sənaye  istehsalının  inkişafına  təsir  edən,  ÜDM-in 

həcmini  və  deməli,  ölkədə  iqtisadi  artımın  səviyyəsini  yüksəldən    investisiyaların  əsas 

mənbəyi kimi nəzərdən keçirilir. Bank kapitalı vasitəsilə maliyyə vəsaitlərinin iqtisadiyyatın 

real  sektorunun  maliyyələşdirilməsinə  cəlb  edilməsi  problemləri  həm  bank-kredit 

təşkilatlarının,  həm  də  müəssisələrin  fəaliyyətinə  təsir  göstərən  mühitin  hərtərəfli  təhlilini 

tələb  edir.  Bir  sıra  iqtisadçılar  haqlı  olaraq  qeyd  edirlər  ki,  “...yalnız  iqtisadı  amillərin 

kompleks 

şəkildə 


investisiya 

mühitinin 

formalaşmasına 

təsiri 


təhlil 

edilib 


qiymətləndirlməlidir...”  [3,  səh.108].  Qeyd  etmək  lazımdır  ki,  bu  vəziyyətin  ziddiyyətliliyi 

Azərbaycanın  bank  sektorunun  məcmu  kapitalının  maliyyə  təminatlılığı  milli  iqtisadiyyatın 

tələbatlarına uyğun gəlməməsindən ibarətdir. 

Bununla  əlaqədar  olaraq,  iqtisadiyyatın  müasir  inkişaf  mərhələsinin  əsas 

problemlərindən  biri  real  sektorun  maliyyələşdirilməsinin  keyfiyyət  parametrlərinin 

dəyişdirilməsi,  eləcə  də  kapitalın  iqtisadiyyatın  ixrac  yönümlü  neft  sektorundan  qeyri-neft 

sektoruna  axınının  təmin  olunmasıdır.  Bu  məsələlərin  həlli  üçün  böyük  həcmdə  maliyyə 

resurslarının  milli  və  beynəlxalq  axını  tələb  olunur.  Özü  də  bu  resursları  bank  sektoru 

vasitəsilə  akkumulyasıya  edib  yenidən  bölüşdürmək  zəruridir.  Burada  həmçinin,  ölkənin 

daxili resurslarını və ilk növbədə kommersiya banklarının maliyyə resurslarını səfərbər etmək 

lazımdır. 

Qeyd etmək lazımdır ki, hazırki dövrdə bank kreditləşdirilməsi bank kapitalının sənaye 

kapitalına  transformasiyasının  formalarından  biri  kimi  Azərbaycan  iqtisadiyyatında  ən  tələb 

olunan  üsuldur.  Azərbaycan  banklarının  əksəriyyəti  öz  rəqabət  qabiliyyətliliklərini  yalnız 

qisamüddətli  kreditləşdirmə  sahəsində,  əsasən  də  müəssisə  və  təşkilatların  cari  fəaliyyətinin 

maliyyə  resursları  ilə  təmin  olunması  sahəsində  nümayiş  etdirə  bilərlər.  Bankların  belə 

zəifliyinin  səbəbi  kapitallaşma  səviyyəsinin  aşağı  olmasıdır.  Bu  isə  bankların  iqtisadiyyatda 

funksional rolunun artmasına mane olur.  

Bir  sıra  tədqiqatlar  göstərir  ki,  son  illər  ərzində  bank  və  maliyyə  kapitalının  qarşılıqlı 

inteqarasiyası metodu kimi uzunmüddətli kreditlərin potensialının reallaşdırılmasını ləngidən 

əsas səbəblər aşağıdakılardır: 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

76 



-

 

İnvestisiya sferasının vəziyyətini (investisiyaların təkrar istehsal və texnoloji quruluşu) 



xarakterizə edən mühüm keyfiyyət və kəmiyyət parametrlərinin pisləşməsi, bəllidir ki, 

bu öz növbəsində uzunmüddətli kreditlərin istifadəsini məhdudlaşdırır; 

-

 

İnvestisiya-struktur siyasəti sahəsində dəqiq dövlət prioritetlərinin tam bəlli olmaması; 



-

 

Passivlərin  formalaşdırılması  və  aktivlərin  yerləşdirilməsi  ilə  bağlı  bankların 



siyasətinin müddətlilik prinsipinə uyğun qurulması; 

-

 



Hazırda bir çox Azərbaycan banklarının dayanıqsız maliyyə vəziyyəti. 

      


Lakin,  bununla  belə  bankların  ölkə  iqtisadiyyatının  inkişafında  rolu  yenə  də  artır. 

Fikrimizcə,  regionlarda  fəaliyyət  göstərən  bank-kredit  təşkilatlarının  və  onların  filiallarının 

regional  səviyyədə  iqtisadiyyat  sahələrinin  və  təsərrüfat  fəaliyyəti  növlərinin 

maliyyləşdirilməsində  və  kreditləşdirilməsində  rolunu  artırmaq  lazımdır.  Nəzərə  almaq 

lazımdır ki, məhz regional banklar və onların filial şəbəkələri mərkəzdən regionlara maliyyə 

vəsaitlərinin əsas ötürücüləridirlər. 

Buna  görə  də  hesab  edirik  ki,  məhz  bu  banklar  real  sektorla  işlərini  daha  da 

gücləndirməlidir. Belə ki, bu onların maraqlarına cavab verir, yerli müəssisə və təşkilatların 

investisiya  fəaliyyətini  aktivləşdirərək,  onlarla  banklar  arasındakı  əməkdaşlığın  əsasını 

qısamüddətli  perspektivdə  deyil,  uzünmüddətli  perspektivə  yönəldir.  Belə  tədbirlər  regional 

bankların və onların filial şəbəkələrinin maliyyə resursları ilə təminatı baxımından mərkəzdən 

asılılığını azaldır. 

Azərbaycan  Respublikasında  bank  sektoru  üçün  əsas  inkişaf  prioritetlərindən  biri 

kapitalın  təmərküzləşməsi  siyasəti,  əhalinin  bank  sektoruna  etibarının  yüksəldilməsi  və 

banklar  tərəfindən  mütləq  normativlərin  yerinə  yetirilməsi  yolu  ilə  resurs  bazasının 

artırılması, regional ekspansiya siyasəti olmalıdır. 

Bu  gün  bank  sektorunun  strukturu  institusional  dəyişikliklərlə  xarakterizə  olunur. 

Ümumiyyətlə,  tədqiqatlar  göstərir  ki,  banklar  müəssisə  və  təşkilatların  maliyyə  resurslarına 

olan tələbatları müstəqil şəkildə ödəyə bilmirlər. Hətta real sektorun tələbatlarının ödənilməsi 

respublikanın bütün bank sektorunun imkanları xaricindədir. Belə ki, bütöv bank sektorunun 

məcmu kapitalı müəssisə və təşkilatların əsas kapitala uzunmüddətli investisiya qoyuluşlarına 

olan  tələbatını  ödəməyə  çatmır.  Buna  görə  də  dövlət  tərəfindən  təqdim  olunan  maliyyə 

resurslarına  böyük  ehtiyac  var  və  özəl  sektorun  dövlətlə  birgə  həyata  keçirdiyi  investisiya 

layihələrinin maliyyələşdirilməsinin, eləcə də bir neçə bankların bu prosesdə birgə iştirakını 

təmin  etmək  zəruridir.  Bəllidir  ki,  hazırki  dövrdə  manatın  məzənnəsinin  ABŞ  dollarına 

nisbətən  ucuzlaşması  səbəbindən  əhalinin  manatla  olan  əmanətlərinin  dəyərsizləşməsi 




A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …  

 

 

 



77 

şəraitində  fiziki  şəxslərdə  olan  sərbəst  maliyyə  vəsaitlərinin  həcmi  investisiya  layihələrinin 

reallaşdırılması  üçün  kifayət  edəcək  səviyyədə  deyil.  Lakin,  potensial  əlyetər  maliyyə 

resurslarının  səmərəli  istifadəsi  üçün  kommersiya  banklarında  kollektiv  investisiya-

kreditləşdirilməsi şöbələrinin yaradılması və bu növ bank xidmətlərinin bazara çıxarılmasını 

təklif edirik. 

İqtisadiyyatın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə bank kapitalının aktiv 

hissəsinin  doldurulmasının  perspektiv  mənbələrindən  biri  kimi  əmək  pensiyalarının  yığım 

hissəsinin  və  Əmanətlərin  Sığortalanması  Fondunun  vəsaitlərinin  investisiyalaşdırma 

proseslərində  istifadə etmək olar. 

Bankların  real  sektorun  kreditləşdirilməsi  sahəsindəki  problemləri  əmanətlərin 

sığortalanması, vəsaitlərinin investisiya olunması üçün əlverişli şəraitin yaradılması; müştəri 

mühitinin  şəffaflığının  təmin  olunması;  birgə  sindikəedilmiş  kreditləşdirmə  üçün  şəraitin 

yaradılması;  əmanətlərin  sığortalanması  sistemi  çərçivəsində  kommersiya  bankları  arasında 

real rəqabətin təmin olunması; banklar tərəfindən layihə investisiyalaşdırılmasının tətbiqinin 

genişləndirilməsi  üçün  müşaiyətedici  stimallaşdırıcı  qanunverici  bazanın  işlənib 

hazırlanmasından ibarətdir. 

Bank  fəaliyyətinin  real  sektorla  əlaqələrinin  stimullaşdırılmasına  Mərkəzi  Bankın 

alətləri,  əmanətlərin  sığortalanmasının  işlək  mexanizmi,  kreditləşdirmənin  lizinq  sxemi, 

sindikəedilmiş  kreditləşdirmə,  mühüm  sosial-iqtisadi  əhəmiyyət  kəsb  edən  investisiya 

layihələrinə  dövlət  zəmanətlərinin  verilməsi  mexanizmi,  bankların  birləşməsi  və  iriləşməsi 

prosesi  və  s.  amillər  birgə  təsir  göstərəcək.  Dövlət,  banklar  və  real  sektorun  müəssisə  və 

təşkilatlarının  birgə  uzlaşdırılmış  fəaliyyəti  iqtisadi  inkişafın  yenidən  yüksəlməsini  təmin 

edəcək.  Bu  prosesdə  tədqiqatçıların  da  qeyd  etdiyi  kimi:  “...investisiyaların 

maliyyələşdirilməsi  və  güzəştli  kreditləşdirilməsinin  optimal  nisbətinin  müəyyənləşdirilməsi 

əlverişlidir”  [3, səh.126]. 

Hesab 

edirik 


ki, 

problemlərin 

mövcud 

olmasına 



baxmayaraq, 

bank 


maliyyələşdirilməsinə  əsaslanan  iqtisadiyyat  operativ  baxımdan  daha  çox  tənzimləmə 

imkanları  verir,  iqtisadi  informasiyanın  assimetriyasına  daha  az  məruz  qalır,  praktiki  olaraq 

resursların  transformasiyası  imkanlarını  heç  nə  ilə  məhdudlaşdırmır  (son  mərhələdə 

kreditorların adekvat iştirakı şərti daxilində). 

Buna  görə  də  hesab  edirik  ki,  yaxın  perspektivdə  Azərbaycanda  resursların  yenidən 

bölüşdürülməsinin  bank  formaları  üstünlük  təşkil  edəcəkdir.  Onların  inkişafı  isə  bank 

sektorunda struktur islahatları aparılmadan mümkün deyil. 



  İPƏK YOLU, No.2, 2017

 

   Azərbaycan Universiteti 



 

 

78 



Struktur dəyişikliklərinin əsas meyarı isə, fikrimizcə, bank funksiyalarının (ilk növbədə 

yenidənbölüşdürücü  funksiyasının)  səmərəli  yerinə  yetirilməsidir.  Bu  məsələnin  həlli  ayrica 

götürülmüş  kommersiya  bankı  səviyyəsində  mümkün  deyil.  Belə  ki,  bu,  bütövlükdə  bank 

sistemi səviyyəsində formalaşan ölkənin pul-kredit siyasətinin reallaşdırılması çətin olan əsas 

vəzifələrdən biridir.  

Yalnız  bank  sektorunda  struktur  dəyişikliklərini  həyata  keçirməklə  sənaye  və  bank 

kapitalının  dayanıqlı  və  geniş  inteqrasiyasına  nail  olmaq  olar.  Bunun  üçün  zəruri  olan 

tədbirlər kompleksi aşağıdakıları nəzərdə tutur: 

-

 

Real  sektoru  kreditləşdirən  kommersiya  banklarının  təkrarmaliyyələşdirmə 



təcrübəsinin  müəssisə  və  təşkilatların  veksellərinin  uçotu  və  təkraruçotu  sisteminin 

inkişaf etdirilməsi yolu ilə genişləndirilməsi

-

 

Təkrarmaliyyələşdirmə  dərəcəsinin  iqtisadiyyatda  normal  gəlirlilik  səviyyəsinədək 



aşağı salınması; 

-

 



Əmanətlərin sığortalanmasının işlək mexanizminin yaradılması; 

-

 



Pul  emissiyasının  istehsalın  tələbatlarının  ödənilməsinə  yönümlü  kanallarının 

formalaşdırılması; 

-

 

Alternativ spekulyativ maliyyə qoyuluşlarının gəlirlilik səviyyəsinin azaldılması; 



-

 

Bankların  birləşməsi,  iriləşməsi,  təmərküzləşməsi  hesabina  onların  daxili 



dayanıqlılığının gücləndirilməsi; 

-

 



Girov  problemini  həll  etməyə  imkan  verən  lizinq  kreditləşdirilməsinin  hərtərəfli 

genişləndirilməsi; 

-

 

Sindikə  edilmiş  kreditləşdirmə  sahəsində  banklar  arasında  əməkdaşlığınn  inkişaf 



etdirilməsi

-

 



İnvestisiya  kreditinin  ucuzlaşdırılması  metodu  və  investisiya  layihəsinin  birgə 

maliyyələşdirilməsi variantı kimi xarici investisiyaların həcminin artırılması; 

-

 

Dövlət  əhəmiyyətli  və  regional  iqtisadi  inkişafa  təkan  verəcək  investisiya  layihələri 



üzrə dövlət zəmanətləri mexanizmlərinin inkişaf etdirilməsi; 

-

 



Real  sektorun  investisiya  proqramları  və  layihələri  ilə  işləmək  niyyəti  olan 

ixtisaslaşmış  bankların  yaradılması  və  onların  kapital  bazasının  həcminin 

genişləndirilməsi üzrə əvvəlcədən tədbirlərin görülməsi. 

Yuxarıda  qeyd  olunan  tədbirlərin  reallaşdırılması  bank  kapitalının  real  sektorun 

inkişafında rolunu və təsirini gücləndirəcək. 

 



A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …  

 

 

 



79 

Ədəbiyyat 

1.

 



Paşacanov  A.A.,  Holland  sindromu  və  Azərbaycanda  onun  qarşısının  alınması  yolları, 

08.00.05 - Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və idarə olunması (makroiqtisadiyyat) 

ixtisası  üzrə  iqtisad  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsini  alınması  üzrə  təqdim 

edilmiş dissertasiya, Bakı, 2010. 

2.

 

Orucova  M.Ş.,  Xarici  investisiyaların  Azərbaycan  Respublikasının  sosial-iqtisadi 



inkişafına təsirinin təhlili və modelləşdirilməsi, 08.00.13 - İqtisadi-riyazi və instrumental 

üsullar  ixtisası  üzrə  iqtisad  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsini  alınması  üzrə 

təqdim edilmiş dissertasiya, Bakı, 2012. 

3.

 



Rəhimov  M.R.,  Regionun  investisiya  potensialından  istifadə  səmərəliliyinin 

yüksəldilməsi istiqamətləri, 53.12.01 - Sahə iqtisadiyyatı ixtisası üzrə iqtisad elmləri üzrə 



fəlsəfə doktoru elmi dərəcəsini alınması üzrə təqdim edilmiş dissertasiya, Bakı, 2013. 

 

Yüklə 77,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə