Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə22/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

& 35. NƏZARƏTÇİ-KASSİR
/kassa əməliyyatları aparılmadıqda "nəzarətçi" adlanılır"


5-ci dərəcə
İşin xüsusiyyəti.


Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanuna nəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlər üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatlarının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların anbardakı /bölmədəki/ çeşidləri ilə tanış olunması. Malların alınmasında və onların satışa hazrlanmasında, iştirak olunması: malın adının, miqdarının, komponentliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına /damğalarına/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektlə dirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunun, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya və fakturaya uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Əhali tələbinin öyrənilməsi. Tələb və alıcıların rəyləri haqqında məlumatların öyrənilməsi və onların ümumiləşdirilməsi. Müdiriyyətin nümayəndələrinin olmadığı zaman alıcılarla olan mübahisəli məsələlərin həll olunması, İnventarizasiyaya hazırlıqda və onun aparılmasında iştirak edilməsi, mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə müvafiq aktların tərtib olunması və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Aşağı dərəcəli nəzarətçi- kassirlərin işlərinə nəzarət olunması.


Bilməlidir:


müəyyən qrup malların çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyən edilməsi qaydalarını; malların dəyişdirilməsi qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərənlərini və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümün modasının vəziyyətini; kassa aparatının və ticarət-texnoloji avadanlığın əsas quruluş prinsiplərini; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatının prinsiplərini; malların hazırlanmasında istifadə olunan xammal və materialların əsas növlərini və onların tanınması üsullarını; malın qüsurlarının /nöqsanlarının növlərini; alıcılara xidməti mütərəqqi forma və metodlarını; alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını, inventarizasiyanın keçirilməsi qaydalarını; mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlilərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər
4-cü dərəcəli nəzarətçi-kassir vəzifəsində 5 ildən az olmayaraq iş stajı.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə