Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

24 


söz‖  qəzeti,  1916, 

№  100


),  -  deyə  kişilərin  qadınlara  münasibətini  kəskin  şəkildə 

tənqid  edirdilər.  Onların  fikrincə,  düşdükləri  vəziyyətdən  ancaq  özləri  çıxa 

bilərdilər.  Ona  görə  də  cürətli  və  cəsarətli  olmalıydılar.  ―Aşıq  söz‖  qəzetindəki 

―Qadınlıq  duyğusu‖  məqaləsi  oxucuya  yuxarıdakı  fikri  təlqin  edir.  Məqalə 

cəsarətlə  yazılmışdı və orada qadının cəmiyyətdəki  mövqeyinə qarşı kəskin etiraz 

duyulurdu.  Lakin  o  zaman  bu  cür  çıxışlar  qadınlara  rəva  bilinmədiyinə  görə  yazı 

sadəcə olaraq ―Bir qadın‖ kimi imzalanmışdı. Buna baxmayaraq, mətbuatda fikrini 

bu cür açıq, üsyankarcasına ifadə edən qadın, əlbəttə, böyük  şücaət göstərirdi. Bu 

onu  sübut  edirdi  ki,  qadınlar  artıq  hüquqları  uğrunda  əməlli  –  başlı  mübarizəyə 

qalxmışdılar.  Bu  mübarizədə  qadınlar  və  kişilər  əlbir  idilər.  Deyildiyi  kimi, 

Azərbaycanın mütərəqqi ziyalıları da qadınlara qoşulmuşdular, onları var qüvvələri 

ilə  müdafiə  edirdilər.  Lakin  ―Qadınlıq  duyğusu‖nun  müəllifi  kişilərdən  kömək 

ummurdu. Ona görə ki, kişilər qadınlara qarşı laqeyd idi. Qadınlar özləri özlərinə 

bir çarə tapmalıydılar: ―Kişilərimiz qadınlıq aləmindən təmamən bixəbər və biganə 

yaşayırlar... Düşünəlim, düşünəlim ki, bizim dərdimizə əlac edən özümüzdən başqa 

kimsə olmayacaqdır‖ (― Aşıq söz‖ qəzeti, 1916, 

№ 100

). 


Müəllif  məqalənin  axırında  bütün  qadınları  cəsarətli  olmağa  çağırır.  O, 

qadının  hüquqsuz  vəziyyətini  qorxaqlığında  görür.  Müəllifin  bu  qənaətə  gəlməsi 

tamamilə  təbii  idi.  Qadınların  dünyagörüşü  ancaq  yerli  şəraitlə  məhdudlandığına 

görə  bəzi  məsələlər  barəsində  bəsit  düşünürdülər.  Müəllifin  fikrincə,  qadınların 

cəmiyyətdəki hüquqsuzluğu, bayaq dediyimiz kimi, qorxaqlığı və cürətsizliyindən 

irəli  gəlirdi.  Bütün  dərdlərin  çarəsi  qorxaqlığın  daşını  atmaqdır.  ―Bəsdir  bu  qədər 

zillət, həqarət içində yaşadıq. Məşhur məsəldir: ―Ağlamayan uşağa süd verməzlər‖. 

Biz  də  ağlayaq,  qışqıraq,  ümumə  bildirək,  bütün  dünyaya  eşitdirək.  Qorxaqlıq, 

cürətsizlikdən bu günlərə qaldıq, özümüzü əsir halına saldıq‖ (yenə orada). 

Təbiidir ki, məqalənin müəllifi burada qadın məsələsinə sadə yanaşır. Qadın 

hüquqları  uğrunda  mübarizəni  müəyyən  mənada  ―ağlamaqla‖,  ―sızlamaqla‖ 

eyniləşdirir,  buna  görə  də  problemin  həllini  ümumən  cılızlaşdırır.  Halbuki  qadın 

azadlığı ―ağlamaqla‖, ―sızlamaqla‖ və yaxud ―qışqırmaqla‖ əldə edilməz. 

Müəllifin  kişilərdən  gileylənməsi  də  müəyyən  təəccüb  doğurur,  çünki  o 

dövrdə  bir  çox  Azərbaycan  ziyalıları,  məsələn,  M.  Ə.  Rəsulzadə,  Yusif    Vəzir 

Çəmənzəminli,  Ömər  Faiq  Nemanzadə  və  başqaları  qadın  hüquqları  uğrunda 

yorulmadan mübarizə aparırdılar. Məsələn, götürək Yusif Vəzir Çəmənzəminlinin 

―Bizə  ciddi  mətbuat  çoxdan  lazım  idi‖  adlı  məqaləsini.  Y.  V.  Çəmənzəminli 

məqalədə  yazırdı:  ―Arvad  məsələsi  millətin  tərəqqi  yolunda  böyük  maneə  təşkil 

edirdi.  Bu  məsələ  barəsində  danışıldı,  arvadların  elmsiz  olmalarının  pis  nəticələri 

ortalığa  tullandı.  Şükürlər  olsun,  məsələ  həll  olunmağa  üz  qoydu‖.  (―Açıq  söz‖ 

qəzeti, 1916, 

№ 164

).    


Y.V.  Çəməmzəminli  məqalədə  qadın  məsələsinin  həll  edilməməsini  milli 

tərəqqi yolunda başlıca əngəl hesab edir. Qadın məsələsinin həlli uğrunda aparılan 

mübarizə, onun fikrincə, az – çox fayda vermişdi. Müəllif burada qız məktəblərinin 



 

25 


açılmasına işarə vururdu. Gətirdiyimiz misaldan göründüyü kimi, mütərəqqi baxışlı 

Azərbaycan  ziyalıları  qadınları  mətbuat  səhifələrində  hər  vəchlə  müdafiə  edirdi. 

Buna baxmayaraq, kişilərdən narazılıq azalmırdı. Məsələn, Xeyriyyə Qazızadə adlı 

bir  nəfər  ―Açıq  söz‖  qəzetinə  məktub  (―Bir  xanımın  məktubu‖)  yazıb  kişilərin 

qadınlara  münasibətini  kəskin  şəkildə  tənqid  edirdi.  ―...bir  az  dərin  düşünülərsə, 

günahkar  yalnız  biz  deyilik.  Bəlkə  bu  günaha,  bu  aşağılığa,  bu  xəbərsizliyimizə 

səbəb kişilər də günahkar, həm də böyük günahkardırlar. Öylə ya: kişilər bizə hər 

dürlü  zinətlər,  qızıllar,  incilər,  çiçəklər,  cicilər  verdikləri  halda,  bizə,  bizim 

insanlığımıza  həqiqi  bir  yolda  zinət  verən  bir  şey,  yəni  elm  və  hünəri  bizdən 

əsirgəyirlər, bizə qıymırlar‖ (―Açıq söz‖ qəzeti, 1917,

 №  

385). 


―Açıq söz‖ qəzetinə göndərilən  hər iki məktubda (―Qadınlıq duyğusu‖  və 

―Bir  xanımın  məktubu‖)  kişilərə  qarşı  bir  narazılıq  duyulurdu.  Əlbəttə,  kişilər 

arasında  qadınları  müdafiə  edənlər  var  idi,  lakin  onların  sayı  təəssüf  ki,  kifayət 

qədər deyildi. 

Xeyriyyə  Qazızadənin  fikrincə,  qadına  hər  şeydən  irəli  elm  və  təhsil 

lazımdır.  O,  savadı,  biliyi  qızıldan  və  daş  –  qaşdan  üstün  tutur.  Qadının 

cəmiyyətdəki  hüquqsuz  vəziyyətini  kişilərin  ədalətsizliyində  görür.  Kişi  qadının 

cəmiyyətdə  fəal  rol  oynamasının  əleyhinədir,  ona  görə  də  qadınların  təhsil 

almasına, müxtəlif elmlərə  yiyələnməsinə  mane olur. Göründüyü kimi, qadınların 

hüquqsuzluğu  məktub  müəllifinin  nəzərində  təhsil  almaması  ilə  bağlıdır.  Guya 

qadın təhsil alan kimi azadlığa çıxacaqdır. Bu, sadəlövh baxışın nəticəsi idi.  

―Açıq söz‖ qəzetində çap olunan ―Qadınlarımız haqqında‖ məqaləsində bir 

sıra vacib məsələlər qaldırılır. Azərbaycan qadınlarının ictimai vəziyyəti müqayisə 

edilir.  Qadının,  sən  demə,  cəmiyyətdə  oynadığı  rol  böyük  imiş.  Müsəlman 

ölkələrində  qadınların  ictimai  həyatdan  uzaqlaşdırılması  nəticə  etibarilə 

müsəlmanların  iqtisadi  inkişafını  yubandırmışdır.  Müsəlmanlar  ehtiyac  içində 

yaşayırlar. Məqalədə qadın məsələsi Şərq – Qərb problemi baxımından araşdırılır. 

Şərqin  Qərbdən  asılı  olmaması  üçün  qadın  məsələsinin  düzgün  həllinin  böyük 

əhəmiyyəti vardır. Müəllif yazır: ―Qadınlarımız digər millət qadınları kimi təlim və 

tərbiyə  görərək  onların  yaydığı  işləri  işləyəmməzlərsə,  müsəlmanlar  hər  zaman 

iqtisadi  mübarizələrdə  əziləcək  və  zərurətdən  qurtulmayacaqlar‖  (―Açıq  söz‖ 

qəzeti, 1916,

 № 261

). 


Xəlil  İbrahimov  adlı  birisi  ―  Qadınların  hüququnu  himayə  cəmiyyəti‖ 

məqaləsində  qadın  məsələsinə  islam  aləminin  tərəqqisi  və  təalisi  mənafeyindən 

baxır.  İslam  aləminin  güclənməsi  üçün  çalışanlar  qadın  məsələsinə  də  nəzər 

yetirmək  məcburiyyətindədirlər.  Müəllif  qadın  məsələsinə  islam  aləminin  tərkib 

hissəsi  kimi  baxır.  Onun  fikrindən  belə  məlum  olur  ki,  islam  aləmi  əgər  qadınsız 

inkişaf    edə  bilsəydi,  onda  qadın  məsələsini  həll  etmək  zərurəti  də  meydana 

çıxmazdı.  Burada  millilik arxa  plana    keçir və  yaxud tamamilə  unudulur:  ―Qadın 

məsələsi  aləmi  –  islam  üçün  ən  mühüm  bir  məsələ  olduğundan,  təbii,  islamın 

tərəqqi  və  təalisi  fikrində  olanlar  bu  məsələyə  təsadüf  etdikdə,  bilaixtiyar 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə