N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   2   3   4   5   6   7   8   9   ...   41

10
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
müddət olur. Bu müddət ərzində isə abituriyent bilmədiyi çox şeyi öyrənə bilər. Əsas odur ki, qəbul
imtahanına psixoloji və mənəvi cəhətdən hazırlıqlı olasan.
‑ Çox zaman deyirlər ki, abituriyentin sınaq imtahanları ilə qəbulda topladığı ballar arasında
fərq aşağı və ya yuxarı 20‑30 bal olur. Bu fikirlərlə nə dərəcədə razısan?
‑ Belə hallar çox olur. Amma mən çox uşaq tanıyıram ki, qəbulda sınaqda topladığı baldan 80‑90
bal yuxarı toplayıb. Əksər uşaqlar qəbulda nəticələrini daha da yaxşılaşdırır. Məncə, sınaq
imtahanları qəbula nisbətən çətin olur. Məsələn, bu il coğrafiya fənni istisna olmaqla digər fənlər
üzrə suallar sınaqlardakından asan idi. 
‑ Hazırlıq prosesində TQDK‑nın dərs vəsaitlərindən nə dərəcədə istifadə edirdin?
‑ Mən həm məktəb dərsliklərindən, həm də TQDK‑nın vəsaitlərindən istifadə edirdim. Bundan
başqa digər əlavə ədəbiyyatları da oxuyur, onlardan da yararlanmağa çalışır, heç nəyi qaçırmaq
istəmirdim. Düşünürdüm ki, hansısa bilmədiyimi başqa kitablardan öyrənə bilərəm.
‑ Gələcəkdə qəbul qaydalarında nələrin dəyişməsini istərdin?
‑ Son iki ildə qəbul imtahanlarında açıq tipli sualların tətbiqi uşaqları dərslərə daha məsuliyyətlə
yanaşmağa sövq edib. Ola bilsin ki, ənənəvi test suallarını əzbərləməklə də cavablandırmaq olar,
ancaq açıq tipli suallarda cavab variantları verilmədiyindən mövzuları daha dərindən öyrənməli
olursan. Odur ki, açıq tipli sualların sayının artırılması daha məqsədəuyğundur. Bəlkə də bu, gələcək
abituriyentlər üçün bir az çətin olar, amma açıq tipli suallar nisbətən asan olsa, onların sayını
artırmaq olar. Əlbəttə, TQDK belə məsələləri həll edərkən elmi əsaslara söykənir, odur ki, bizim
rəylərimiz müəyyən cəhətdən subyektiv xarakter daşıya bilər. 
‑ Gələcək abituriyentlərə məsləhətlərin...
‑ Hazırlıq prosesində dərs oxumaqla istirahəti düzgün əlaqələndirsinlər. Tədris materiallarını
düşünərək, dərk edərək oxusunlar, oxuduqlarını müntəzəm olaraq təkrarlasınlar ki, onları yadda
saxlamaq mümkün olsun. İmtahanda həyəcanlanmasınlar, psixoloji cəhətdən hazır olsunlar. Məqsəd
o deyil ki, hər kəs gərək 700 bal toplasın. Məqsəd yüksək nəticə əldə etmək olmalıdır.
Haşiyə: 
Orxanla müsahibə zamanı məlum oldu ki, ondan öncə qardaşı 636 balla ali məktəbə qəbul olub.
Deməli, burada ailə ənənəsi, təhsilə ailədən gələn diqqət və qayğı da var. Bunun da, heç şübhəsiz,
Orxanın yüksək nəticə qazanmasında müəyyən rolu olub.
Orxanla söhbət zamanı onun bəzi fərdi cəhətləri də diqqətimizi cəlb etdi. Boş vaxtlarında futbol
izləməyə maraq göstərir. Hər zaman intelektual oyunları izləyir, məlumatlılıq səviyyəsini artırmağa,
dünyagörüşünün geniş və əhatəli olmasına çalışır. 
Orxan müasir gəncliyimizə münasibətini də bildirir. Bugünkü gənclərin əsas çatışmayan
cəhətini onların az kitab oxumasında görür. Bəzi gənclərin zərərli vərdişlərə meyilli olduqlarından
təəssüfləndiyini söyləyir. Vurğulayır ki, gənclərimiz vaxtlarını daha çox oxumağa, öyrənməyə sərf
etməli, cəmiyyətə yararlı insan olmağa çalışmalı, intellektual səviyyələrini artırmağa, savadlı və
bilikli olmağa səy göstərməlidirlər.
Orxan öz gələcək planları barədə də məlumat verərək bildirdi ki, bugünkü 700 ballıq nəticə onun
uğurlarının başlanğıcı olacaq: “Bundan sonra daha da irəliyə gedəcək və çalışacağam ki, ölkəmiz
üçün layiqli bir mütəxəssis olum.”


11
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Əliyeva Xeyransa Rafiq qızı 1994‑cü ildə anadan olub. 72 saylı tam orta
məktəbi bitirib. I sinifdən XI sinfə kimi əla qiymətlərlə oxuyub, sinif
nümayəndəsi olub. Olimpiadalarda iştirak edib və yüksək uğurlar qazanıb. XI
sinifdə idman fənnindən 4 qiyməti aldığı üçün qızıl medala layiq görülməyib.
Qəbul imtahanında 700 ballıq nəticə göstərən Xeyransa Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Hüquqşünaslıq“  fakültəsinə qəbul olub.
‑ Qəbul imtahanına hazırlıq dövründə nələr etdin ki, belə yüksək nəticə
göstərdin?
‑ Məktəb illərində birinci sinifdən başlayaraq on birinci sinifə kimi dərslərə məsuliyyətlə
yanaşır, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirdim. Ona görə də yuxarı
siniflərdə repetitorla hazırlaşanda sanki oxuduqlarımı təkrar edirdim. Qəbul imtahanında
yüksək nəticə əldə edəcəyimə əmin idim. Sınaqlarda da hər zaman nəticələrim 600 baldan
yuxarı olurdu. Son sınaq imtahanında nəticəm 668 bal olduğu üçün qəbul imtahanında da
yüksək nəticə göstərəcəyimə tam əmin oldum, bir sözlə, 700 bal toplayacağımı gözləyirdim,
çünki hər cəhətdən buna hazır idim.
‑ Hazırlıq prosesində vaxt bölgüsünü necə aparırdın?

Bəzi abituriyentlər qəbul imtahanına hazırlıq dövründə gecə‑gündüz çalışırlar. Amma mən heç
vaxt belə etmirdim. Hazırlıqdan qayıdandan bir neçə saat sonra dərsləri hazırlayırdım. Ertəsi günə
hansı fənlərdən dərs vardısa, onlara hazırlaşırdım. Dərsləri gün ərzində qısa istirahətdən sonra
oxuyurdum. Lakin heç zaman gecələr dərs oxumur, yatmağa üstünlük verirdim ki, səhər yeni enerji
ilə çalışım. Onu da deyim ki, hazırlıq dövründə gəzintiyə getmir, əyləncələrə, internetə vaxt
ayırmırdım. Bir sözlə, ancaq dərslərlə məşğul olurdum. Məqsədim də imtahanda yüksək nəticə əldə
etmək idi. Bu dövrdə ailəmiz də mənə hər cəhətdən dəstək olurdu. Mənim yüksək nəticə
göstərəcəyimə inanır və məni ruhlandırırdılar. 
‑ Hazırlıq dövründə TQDK‑nın vəsaitlərindən istifadə edirdin? Onların sənə nə kimi köməyi
oldu?
‑ “Abituriyent” jurnalının əksər sayları ilə tanış olmuşam. Hazırlanan dərsliklər, dərs vəsaitləri və
test kitabçalarının hər birindən hazırlıq prosesində istifadə etmişəm. Qeyd edim ki, TQDK‑nın bəzi
tədris vəsaitlərində məktəb dərsliklərində olmayan məlumatlar da var. Bunlar, əlbəttə, faydasız
deyil, ancaq TQDK‑nın vəsaitləri ilə məktəb dərslikləri arasında fərq nə qədər az olsa, bir o qədər
yaxşı olar.
‑ Sınaqların və qəbul imtahanının keçirilməsindən razı qaldınmı və bununla bağlı hansısa
təklifin varmı?
‑ Həm sınaq imtahanları, həm də qəbul imtahanı yüksək səviyyədə təşkil olunmuşdu. Otaqlarda
sakitliyə, qaydalara ciddi riayət olunurdu. Abituriyentlər üçün hər cür şərait yaradılmışdı. Amma
düşünürəm ki, imtahanların vaxtı dəyişdirilib bir az tez keçirilsə, daha yaxşı olar. Çünki isti yay
günləri dərs oxumaq üçün müəyyən çətinlik törədir.
‑ Hüquqşünaslıq ixtisasını seçmisən. Bəzən deyirlər ki, bu qadın sənəti deyil. Sən bu fikirlərlə nə
dərəcə razısan?
‑ Hər hansı sənət sahəsində işləmək üçün, bəzi istisnalar nəzərə alınmasa, qız və ya oğlan olmağın
fərqi yoxdur. Əgər insan çalışdığı sahədə işin öhdəsindən layiqincə gəlirsə, o, cəmiyyətə xeyir verə
biləcək. Mənim uşaqlıqdan bu sahəyə böyük marağım var və mən gələcəkdə yaxşı hüquqşünas
olacağıma inanıram. 


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə