N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

 
kəmiyyət  2
0
C  təşkil  edir.  Bu  tənlik  N.V.  Petrenko  metodu  ilə  
dumanların  proqnoz  üsulu  adlanır.  N.V.Petrenko  radiasiya 
dumanlarının  yarandığı  temperatur  şəraitini  təyin  etmək  üçün 
aşağıdakı qrafiki təklif edir (şək. 107). Burada üfüqi koordinat oxu 
üzrə  şeh  nöqtəsi  temperaturu,  şaquli  oxda  isə  duman  və  çənin 
əmələgəlmə temperaturu (T
T
) verilmişdir. Şəkildə verilən maili xətt 
isə soyuma temperaturunu təyin etməyə imkan verir.  
     3)  trayektoriyanın  başlanğıcında  şeh  nöqtəsi  temperaturu  (T
d

müəyyən edilir; 
     4)  verilmiş  məntəqələrdə  adveksiya  və  transformasiya 
dəyişmələrini  nəzərə  almaqla,  havanın  T

temperaturları  müəyyən 
edilir. Əgər T

< T

olarsa, onda duman gözləmək mümkündür; 
     5)  advektiv  dumanlarının  əmələgəlmə  vaxtı  müşahidə  edilən 
dumanların  verilmiş  məntəqə  istiqamətində  yerdəyişmə  sürəti 
vasitəsilə   və yaxud yerdəyişən hava hissəciyinin trayektoriyasının 
başlanğıcından  şeh  nöqtəsi  temperaturuna    (T
d
  )  qədər  soyuması 
qabaqcadan hesablanır; 
     6)  proqnoz  zamanı  buludların  yer  səthinə  qədər  enmə 
mümkünlüyü də nəzərə alınmalıdır; 
     7)  verilmiş  məntəqələrdə  adveksiya  dumanlarının  dağılmasının 
proqnozu  dumanın  əmələgəlmə  amillərinin  təsirinin  zəifləməsini 
nəzərə almaqla (hava kütlələrinin  dəyişməsi,  istilik adveksiyasının 
azalması və s.) verilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          - 30  -25 -20  -15  -10   -5            5   10   15   20   25    
Т
0
C
 
  
 
  
25   
 
  20 
 
  15 
 
  10 
 
    5 
  
 
 
-  5   
 
 -10 
 
 -15 
 
                                     
     Т
Т, 
 C
 


3
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 107.  N.V. Petrenko metodu ilə radiasiya dumanlarının 
proqnoz qrafiki 
 
     Buxarlanma  dumanlarının  proqnoz  üsulları.  Dumanların  ən 
çox  müşahidə  edilən  tiplərindən  biri  də  buxarlanma  dumanlarıdır. 
Buxarlanma  dumanları  su  səthinin  temperaturu  ətraf  havanın 
temperaturundan  əhəmiyyətli  dərəcədə  yüksək  və  havanın  nisbi 
rütubətliyi  R70%  olduqda  yaranır.  Buxarlanma  dumanları 
materikin  içərilərinə  doğru  rütubətli  torpaq  və  bataqlıqlaşmış 
rayonlar  üzərində  yaranmaqla,  adətən,  açıq  dəniz  üzərində  soyuq 
atmosfer  cəbhələrinin  arxasında  (siklonların  arxa  hissələrində) 
müşahidə  edilirlər.  Fiziki  olaraq  bu  proses  çox  asan  başa 
düşüləndir.  Belə  proseslər  təkcə  qışda  Arktik  dənizlər  üzərində 
deyil,  əsasən  (xüsusən  də  payızda),  çay  və  göllər  üzərində  də 
formalaşırlar. Qış aylarında Qara və Xəzər dənizləri üzərində soyuq 
adveksiya zamanı şimaldan əraziyə daxil olan soyuq hava kütlələri 
buxarlanma nəticəsində daha tez transformasiyaya uğrayırlar.  
     Buxarlanma  dumanları  proqnozlaşdırılarkən  aşağıdakılara 
xüsusi diqqət ayırmaq lazımdır: 
     1)  soyuq  hava  kütlələrinin  (t<7
0
C)  açıq  su  səthinə  tərəf  
yerdəyişməsi qabaqcadan hesablanır; 
     2) havanın temperaturu və nisbi rütubətliyinə görə tərtib edilmiş 
qrafik 
vasitəsilə 
buxarlanma 
dumanlarının 
əmələgəlmə 
mümkünlüyü  proqnozlaşdırılır.  Bu  zaman  əsas  fikir  dumanların 


 
sululuğudur  (vahid  həcmə  düşən  su  damcılarının  qramlarla 
miqdarı); 
     3)  sərhəd təbəqəsində temperaturun  şaquli qradiyenti də  nəzərə 
alınmalıdır.  Bu  qradiyent  böyük  olduqca,  dumanlar  daha  çox 
ehtimal ediləndir; 
     4)  küləyin  sürəti  mütləq  nəzərə  alınmalıdır.  Dəniz  üzərində 
buxarlanma  dumanının  əmələgəlməsi  üçün  zəif  küləklər  daha  çox 
əlverişli hesab edilirlər.  
     Hesablamalar  göstərir  ki,  Abşeron  yarımadası  üzərində  bu  tip 
dumanlar  havanın  və  suyun  temperatur  fərqi  ilə  (T
a
-T
w
),  şeh 
nöqtəsi  və  su  temperaturunun  arasındakı  fərqdən  (T
d
-  T
w
)  2 
0
C  –
dən az olduğu hallarda gözləmək mümkündür. 
     
Radiasiya  dumanlarının  proqnozu  üçün  istifadə  edilən 
operativ  metodlar.
      Praktikada  radiasiya  dumanlarının  proqnozu 
zamanı  qrafiki  üsullardan  istifadə  daha  çox  səmərəli  hesab  edilir. 
Bu  qrafiki  metod  və  üsulların  köməyi  ilə  dumanların  əmələgəlmə 
və dağılma vaxtlarını təyin etmək, pronozlaşdırmaq mümkündür.  
      Bu  şəkildə  üfüqi  ox  boyunca  vaxt,  şaquli  ox  üzrə  isə  havanın 
temperaturu  (T),  şeh  nöqtəsinin  temperaturu  (T
d
)  və  duman 
əmələgəlmə  temperaturu  (T
T
)  göstərilmişdir.  Qrafikdə  fərqli 
temperaturların  zəruri  kəmiyyətləri  qeyd  edilir  və  düz  xətlərlə 
birləşdirilir. Sonra hər xətt zamana görə bir neçə  saat uzadılır. 
        
 
 
 
 
 
 
 
 
 
 
             Şək.  108.  Radiasiya  dumanlarının  proqnozu  üçün 
qrafik 
 
Т
0
Ъ 
 

 
 

 

  

 
Т
 
Т
д 
 
Т
т 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə